ON BİRİNcİ DƏRS: DİLİN ZİKRİ İLƏ QƏLBİN ZİKRİ
Ötən bəhslərdən mə`lum oldu ki, ayə və rəvayətlərə, əqli və təcrübi dəlillərə əsasən, insanın süqutunun əsl səbəbi onun öz şəxsiyyətindən qafil olmasından ibarətdir. İnsani şəxsiyyətdən qəflət isə səbəb olur ki, insan digər üç şeydən qafil olur: O, hardan gəlib? hardadır? və haraya gedir? İnsaniyyətin həqiqətindən qəflət insanı süquta uğratdığı kimi, bunun ziddi olan özünüdərk və özünüqiymətləndirmə isə insanı kamilləşdirən amillərdir. İnsanın yuxarıda qeyd olunan üç suala diqqət yetirməsi elə onun özünədiqqəti və özünütanımasıdır.
Bütün diqqətlərin mərkəzində isə Allaha diqqət dayanır. İnsan özünü tanımaq üçün Allahla bağlılığını dərk etməlidir. Bu bağlılıqdan xəbərsiz insan özünü tanımaqda acizdir. Özünü və Allahla bağlılığını dərk edən insan Allahın “fe`li” olduğunu anlayır. Allah hikmət sahibi olduğu üçün Onun fe`lində, yaratdığında da hikmət olmalıdır. Allahın dünya və insanı yaratmaqda məqsədini araşdırmaqla məad bəhsinə çatırıq. Bizi son məqsədə çatdıracaq yol nübüvvət bəhsini öyrənməklə daha da aydınlaşır.
Bütün deyilənlərdən bu nəticəyə gəlirik ki, insanı xoşbəxt edəcək ən əsas şərt Alahın zikridir. İnsanın “la ilahə illəllah” deməsinə Allahın heç bir ehtiyacı yoxdur. Sadəcə olaraq kamala çatmaq üçün Allaha qarşı daim diqqətli olmaqdan başqa bir yol yoxdur.
Dostları ilə paylaş: |