ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə58/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   54   55   56   57   58   59   60   61   ...   186

ZAMAN VƏ MƏKAN


İnsana Allahı xatırladacaq ünsürlər arasında “zaman” və “məkan” xüsusi əhəmiyyətə malikdir. Həm zaman, həm də məkan Allah tərəfindən yaradılsa da bə`zən hər hansı müəyyən bir zaman və ya müəyyən bir məkan fəzilət və şərafət baxımından üstünlük təşkil edir. Bütün yer üzünü Allah yaratsa da Kə`bənin şərafəti daha çoxdur. “Maidə” surəsinin 97-ci ayəsində oxuyuruq: “Allah Kə`bənin ziyarətini insanların dirçəlişi üçün vasitə qərar vermişdir.” Bütün zamanlar Allaha məxsus olsa da, müəyyən olunmuş bə’zi zamanlar daha fəzilətli və daha şərafətlidir. “İbrahim” surəsinin 5-ci ayəsində oxuyuruq: “Allahın günlərini onlara xatırlat.” Bəs hansı günlər Allah yanında “Allah günləri” hesab olunur? Bu suala “Qədr” surəsinin 3-cü ayəsi cavab verir: “Qədr gecəsi min aydan xeyirlidir.” Amma qədr kecəsindən başqa da şərafətli vaxtlar var. Məsələn, “Qədir-xum” günü Qur`anda qeyd olunmuş əhəmiyyətli günlərdəndir: “Bu gün sizin dininizi kamil edib, Öz ne`mətimi sizə tamamladım.”1 Demək, günəş, ay, ulduzlar kimi xüsusi zaman və məkanlar da insana Allahı xatırlada bilər. O cümlədən məscid, məscidin minarələrinin insana Allahı xatırlatması salması mümkündür. Hər hansı bir ziyarətgahı, onun günbəzini uzaqdan seyr etməklə Allahı xatırlamaq olar. Beləcə, bütün dini nişanələr Allahdan danışır. “Həcc” surəsinin 32-ci ayəsində buyurulur: “Allahın nişanələ-rini bir şəxs uca tutursa, həqiqətən, bu, qəlbin paklığından irəli gəlir.” Məhərrəm ayında dini mərasimlər insanların zehnində Allah və Onun övliyalarının xatirəsini canlandırır. Qur`ani-kərimdə həcc ziyarətində yerinə yetirilən dini ayinlər də Allahın nişanələri kimi təqdim olunur. Hacıların Səfa və Mərvə arasındakı sə`yləri (gedişi) də bu nişanələrdəndir. “Bəqərə” surəsinin 158-ci ayəsində oxuyuruq: “Həqiqətən, Səfa və Mərvə ilahi nişanələrdəndir.” Cəmiyyətdə ilahi nişanələrin genişlənib uca tutulmasına çalışanlar əslində insanlara Allahı xatırlatmağa çalışırlar.

Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin