ÅXëlxgghpxn nclplhkxn ncpxl


İLAHİ AYƏTLƏR BARƏDƏ TƏFƏKKÜR



Yüklə 3,76 Mb.
səhifə57/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   53   54   55   56   57   58   59   60   ...   186

İLAHİ AYƏTLƏR BARƏDƏ TƏFƏKKÜR


Qur`anda və rəvayətlərdə istər ilahi nişanələr (ayətlər), istərsə də bu ayətlər barədə təfəkkürə geniş yer verilir. Söhbət əsəri görərkən diqqəti onun yaradıcısına yönəltməkdən gedir. Qurani-kərimdə “ayə”, “ayətullah” kəlmələri ilə tez-tez rastlaşmaq olar. Biz, adətən, “ayə” dedikdə Qur`an ayələrini nəzərdə tutsaq da, bu sözün lüğət mə`nası “nişanə” deməkdir. Qur`an insanı ilahi nişanələr barədə düşünməyə də`vət edir. “Nəhl” surəsinin 10-11-ci ayələrində oxuyuruq: “Göydən sizin üçün su endirən Odur. O sudan siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar və otlar da içər. Allah onunla sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün meyvələrdən bitirir. Doğrudan da, bütün bunlarda düşünən qövm üçün böyük bir nişanələr (ayətlər) vardır.” “Ali-İmran” surəsinin 190-cı ayəsində isə belə buyurulur: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə-gündüzün bir-birinin ardınca gəlib-getməsində ağıl sahibləri üçün mütləq dəlillər vardır.” “Rum” surəsinin 23-cü ayəsində oxuyuruq: “Gecə və gündüz, sizin yuxunuz onun nişanələrindəndir.” “Ənbiya” surəsinin 32-ci ayəsində oxuyuruq: “Göyü qorunub-saxlanılan tavan etdik. Amma onlar bu nişanələrdən üz döndərirlər.”

Hər birimiz özümüzdən soruşmalıyıq ki, Allahın əzəmətli nişanələri haqqında lazımınca düşünürükmü? Görən, kiçik bir toxum yoğun gövdəli ağaca necə çevrilir? Yağışın necə yağmasından, onun faydalarından xəbərdarıqmı? Əgər yalnız gündüz, ya da ki, hər zaman gecə olsaydı vəziyyət necə olardı? Bir gün yatmayanda olmazın əziyyətini çəkən insan yuxunun necə bir ne`mət olduğunu fikirləşirmi? Sonu olmayan göy aləmi və ondakı mö`cüzələr diqqətimizi cəlb edibmi? Qur`anda buyurulur ki, yer, göy, dağlar, dənizlər, günəş, ay, ulduzlar hər biri Allahın nişanəsidir. Bütün bunlar gözü qarşısında olduğu halda insan necə olur ki, Allahdan qəflətdə qalır?! Bu, ona oxşayır ki, bir şəxs ömür boyu yanında oturmuş insanın divardan asılmış şəklinə baxıb şəkil sahibindən qəflətdə olsun.



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin