Təd.X.1. Şagird tədqiqatın mövzusunu və tədqiqatın mərhələlərini müəyyənləşdirə bilər.
Təd.X.2. Şagird tədqiqat üsulunu həyata keçirə/göstəriciləri qeyd edə bilər.
Təd.X.3. Şagird müxtəlif kommunikasiya vasitələrindən istifadə etməklə göstəriciləri təqdim edə bilər.
Təd.X.4. Şagird göstəriciləri təhlil edə və qiymətləndirə bilər.
|
Biol.X.5. Şagird hüceyrədə baş verən proseslər barədə mülahizə yürüdə və onların orqanizm üçün əhəmiyyətini əsaslandıra bilər.
Biol.X.6. Şagird bitkilərdə və heyvanlarda nəfəsalma prosesinin özünəməxsusluqlarını xarakterizə edə bilər.
Biol.X.7. Şagird qidalanmanın və həzmin orqanizmin böyüyüb-inkişaf etdirilməsi və enerji ilə təmin olunmasında əhəmiyyətini əsaslandıra bilər.
Biol.X.8. Şagird fotosintez barədə bitki biokütləsinin yaradıcı qovşaq prosesi barədə mülahizə yürüdə bilər.
Biol.X.9. Şagird nəqliyyat sisteminin orqanizm üçün əhəmiyyətini əsaslandıra bilər.
Biol.X.10. Şagird uzlaşdırılmış sistemlərin orqanizm üçün əhəmiyyətini təsdiq edə bilər.
Biol.X.11. Şagird daxili mühitin daimiliyinin qorunub-saxlanılması (homeostaz) üçün ayırma sisteminin əhəmiyyətini əsaslandıra bilər.
Biol.X.12. Şagird müxtəlif mühitə münasibətdə orqanizmlərin hərəkətinin adaptiv xüsusiyyətləri barədə mülahizə yürüdə bilər.
|