Demokratiyanın əks olunması və inkişaf etdirilməsi barədə mülahizə yürüdürsə; Gürcüstanın və hər hansı bir ölkənin nümunələrini müqayisə edirsə;
Müəllimlə və sinif yoldaşları ilə birlikdə tədris ili ərzində onlar üçün məcburi xarakter daşıyan hüquqlar və vəzifələr siyahısını tərtib edə bilirsə;
Gürcüstan Konstitusiyası ilə təsbit edilmiş hüquqlar və vəzifələr barədə fikir yürüdürsə və insan hüquqlarının beynəlxalq bəyannamə ilə təsbit olunmuş hüquq və vəzifələr barədə mülahizə yürüdürsə və onları müqayisə edirsə;
Gürcüstanın və ya başqa ölkənin tarixindən cəmiyyətin təsiri ilə dövlət idarəçiliyində dəyişikliklərin baş verdiyini əks etdirən hadisələri sadalayırsa; bu hadisələrin nəticələrini demokratiya quruculuğunun irəliləyişi (yaxud əks tərəfə) nöqteyi-nəzərindən qiymətləndirirsə;
Demokratiyanın əsas prinsiplərini xarakterizə edir və onları insan hüquqları və vəzifələri ilə əlaqələndirirsə; öz mülahizələrini onun üçün məlum olan beynəlxalq sənədlərin müddəalarının köməyi ilə əsaslandırırsa (məs.: İnsan Hüquqları Üzrə Ümumi Bəyannamə, İnsan Hüquqları Üzrə Avropa Konvensiyası, Uşaqların Hüquqlarını Müdafiə Konvensiyası və s.);
Gürcüstan Konstitusiyasında Gürcüstan vətəndaşlarının seçki hüquqlarına aid olan maddələr tapırsa; onların təhlili əsasında onların demokratik və ədalətli seçkilər prinsipləri ilə uyğunlaşdırılması barədə fikir yürüdürsə (məs. ümumi, birbaşa, gizli səsvermə, bərabərlik) öz məktəbinin, yaşayış yerinin və regionunun nümunəsində müxtəlif seçki (məs.: majoritar, proporsional və s.) sistemlərini vətəndaşların hüquqlarının müdafiəsi mövqeyindən qiymətləndirməyi bacarırsa;
İctimai-siyasi həyatdan əhəmiyyətli hadisələri seçir və sinif yoldaşlarından ibarət qrupla birlikdə bu hadisədə insanların iştirakının motivasiyasını, imkanlarını və dərəcəsini müzakirə edirsə; müvafiq hüquqi sənədlərin təhlili əsasında ictimai şərikli iştirakın həvəsləndirilməsi üçün tövsiyələr yazırsa;
Məktəbin qəyyumlar şurası və ya müdiriyyətinin tədris prosesi ilə əlaqədar qərarları ilə tanış olur və dostları ilə birlikdə müzakirə edirsə; bunların məktəbdə ictimai (məs.: şagirdlərin özünüidarəsində, pedaqoqların, valideynlərin, qonşu əhalinin və s.) mənafelərini nə dərəcədə nəzərə alındığını təhlil edirsə və yoldaşlarından ibarət qrupla birlikdə məktəbin inkişafında cəmiyyətin iştirakı barədə illik hesabat layihəsini yazırsa.