Özünün yaşadığı yerin nümunəsində insanların məhsul almaq üçün həyata keçirdikləri müxtəlif fəaliyyətlərini sadalayırsa və onları məhsulun istehsalı və ya xidmətə əsasən qruplaşdırmağı bacarırsa; hər bir fəaliyyət sahəsinə istifadə olunmuş resursların tiplərini uyğunlaşdırırsa (məs.: təbii, insani, kapital);
Sinif yoldaşlarından ibarət qrupla birlikdə müdafiəsi ictimai asayiş və cəmiyyət üçün təhlükəsiz yaşamaq şərtlərini təmin edən (məs.: məktəb, ailə, məhəllə, şəhər və s.) bir neçə qanunu və Konstitusiya hüququnu seçir və köçürürsə;qanunun təminatının zərurəti və qanunçuluğun təmin edilməsi barədə diskussiyalarda iştirak edirsə;
İnsanın təbii vəziyyəti barədə informasiya toplayır və təhlil edirsə; bədii ədəbiyyatın və ya tarixi mənbələrin nümunəsində “İnsan üçün canavar”olan cəmiyyətin modelini təsvir edirsə və orada hər hansı bir bioloji cəmiyyətin həyat tərzi ilə müqayisə edirsə; təhlil əsasında hər hansı bir cəmiyyətdə (məs.: məktəb, qonşuluq, kənd, sənaye müəssisəsi, ölkə və s.) razılığa nail olmaq şərtlərini müəyyənləşdirirsə;
“Hansı qaydalar daha güclüdür – yazılmışlar, yoxsa yazılmamışlar?” mükalimələrində iştirak edirsə; öz mövqeyini konkret misalların (müasir gerçəklikdən bədii ədəbiyyatdan və ya tarixdən) müzakirəsi ilə əsaslandırırsa və qiymətləndirmə zamanı əsaslandığı meyarları ayıra bilirsə;
Onun hüquqları pozulduğu halda necə davranacağı barədə mülahizə yürüdürsə və özünün hüquqlarını müdafiə etdikdə başqasının azadlıqlarını necə nəzərə almalı olduğunu izah edə bilirsə;
Müxtəlif sosial mühitin (məs.: dostluq, qonşuluq, peşə və ictimai birləşmələr) formalaşdırılması və sabitliyin müəyyənləşdirilməsi amilləri üzrə mülahizə yürüdürsə (məs.: ümumi dəyərlər, mənafelər, xüsusiyyətlər, şərtlər, nailiyyətlər və s.); Gürcüstan üçün xarakterik olan xüsusiyyətlər barədə mülahizə yürüdə bilirsə; başqa ölkələrlə paralellər keçirirsə.