Яли Камали архивиндяки «Короьлу» дастанынын


«Kitabi Qorqud»u «Oğuznamə»yə bağlayan vəsiqə



Yüklə 1,1 Mb.
səhifə67/77
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#107923
1   ...   63   64   65   66   67   68   69   70   ...   77
«Kitabi Qorqud»u «Oğuznamə»yə bağlayan vəsiqə

“Oğuznamə”nin mahiyyəti haqqında bizə ilk məlumatı verən Misirdə hökmdarlıq etmiş olan Məlik Nəsrəddin Məhəmməd ibni Klavununun (cilusu 1075, vəfatı 1123) adamlarından Əbu Bəkir Abdullah ibn Aybəkid Dəvadaridir55. Bu adam on üçüncü əsrə qə­dər keçən vakələr haqqında Misirdə yazdığı tarixində «Oğuz­namə»ni böylə anlatır: “Başqa türklərin «Əğiznamə» («Oğuz­na­mə») adında bir kitabı var. Bu kitab onların arasında çox məş­hur­dur. Onların əhvallarını ilə mənşələr və ilk hakimləri barəsində mə­lumat ehtiva edir. Onların böyügü Oğuz deyilən bir adamdır...”

Dəvadari “Oğuznamə”nin türkcəsini görməmişdir. O, ərəb­cəyə tərcümə edilmiş bir nüsxədən istifadə istifadə etmişdir ki, bu ərəbcə nüsxə də 793 tarixində (hicri 211) farscadan tərcümə olun­muşdur. “Oğuznamə”nin ərəbcə tərcüməsi haqqında Dəvadari bu izahatı verir: “Atam hicri 709-da (miladi 1291-də) idarə mərkəzi Bilbas (Belbis-Qahirə civarındadır-Ə.A.) olan Şərq vilayətinin valisi idi. Tatarlara aid bir neçə alim yapdığı münaqişədən sonra yoldaşlarından Əminəddin-il Həməvi mənə bir kitab göstərdi. Bu kitabın yeganə nüsxə olduğunu və onun Əminə Bədrəddin Bayasiri tərəfindən özünə verildiyini əlavə elədi.

Əsər naxışlı və təzhibli idi. Yazısını Əli ibni Hilaləl Bavaq adın­da xəttatın bir şagirdi yazmışdı. Kitabın kağızları Bağdad şəhə­rində yapılmış ipəkdən idi. Cildi də sarı rəngə ipəkdən işlən­miş idi. Kitabın ayrıca altundan bir qapağı var idi. Yoldaşlarım Mənsur-əl-Əbbas, Əminəddin-il Həməvi və Bəlikin şairi Cəma­ləddin ibn Zey­tun ilə birlikdə oturub əsəri gözdən keçirdik. Dör­dümüzün oxuya bildiyimiz parçaları mən kopya etdim. Bir taqım yerlərini oxuya bilmədik. Kitabı tərcümə edənin Cəbrayıl binin Bəxtuşu (vəfatı 795) adında bir doktor olduğu öz dilindən yazıl­mışdır. Bu kitabın əvvəlcə türk dilindən farsacaya tərcümə edil­diyini və sonradan özü­nün hicri 211 tarixində farscadan ərəbcəyə tərcümə etdiyini qeyd etmişdir. Bu əsər Əbu Müslüm Xorasanın (vəfatı 719) xəzinəsinə aid şeylərdən idi. Əbu Müslüm özü də Buxtu xan sülaləsindən olduğunun və bu əsəri vərasət olaraq aldığını söyləyirmiş” 56.

Abbasi xəlifələrindən Harun-əl Rəşidə (doğumu 730, ölümü 775) uzun müddət doktorluq yapan Cəbrayıl bini Bəxtuşunun yazdıqlarından anlaşıldığı kimi, əsərin nəyə görə ondan əvvəl türkcədən farscaya 793 tarixindən ərəbcəyə tərcümə edildiyinə baxılarsa tərcümə “Oğuznamə” nüsxəsinin beşinci-altıncı əsrlərdə bulunduğunu qeyd etmək lazım gəlir ki, o vaxtdan bəri keçən uzun müddət içində ortada yox olmuşdur. Bu qiymətli kitabın yalnız bir neçə parçası bizə qədər gələ bilmişdir. Bunu da bizə Əbu Bəkir Abdullah Dəvadari xəbər verir.



«Oğuznamə»nin mündəricatı haqqında bildirdiyi qısa məlu­mat ilə Dəvadari kitab, oğuz türklərinin zühuri, ilk həyatları və ilk hökmdarlarına aid izahatdan ibarət olduğunu göstərir və bu əsərdə bir çox hekayə bulunduğunu da söyləyir. Onun göstərdiyi «Oğuz­na­mə»nin içində türklərin “And üsulu”, «Altun xan», «Arslan he­kayəsi», «Ulu Ay anası», «Ulu Ay atası», «Ulu Qara dağ», «Uşaq hekayəsi», «Qartal hekayəsi» və sair kimi mənkəbələr vardır. Bun­lardan başqa Dəvadari «Oğuznamə»də «Təpəgöz hekayəsi»nin möv­cud olduğunu da söyləyir. Bu hekayənin mövzusu əqil və məntiqin qəbul etməyəcəyi bir şəkildə xurafi mahiyyətdədir. Biz buraya ancaq mühüm bir vəsiqə olduğu üçün alırız. Dəvadari ərəbcə «Oğuznamə» nüsxəsində gördükləri «Təpəgöz hekayəsi»­nin mövzusunu bu surətdə anladır: «Oğuznamə» adlanan bu ki­tab­da onların (yəni oğuzların) Dəbəgöz (Təpəgöz) dedikləri bir ada­mın sərgüzəşti var. Təpəgöz onların məmləkətlərini yıxıb dağıtmış və böyüklərini öldürmüşdür. Oğuzların köhnə etiqadına görə Tə­pəgöz əcaib bir adammış. Təpəsində tək bir gözü var imiş. Ona nə qılınc nə də nizə işləməzmiş. Anası böyük dəniz cinlərindənmiş. Ata­sı da qocaman başlı bir adammın. O qədər ki, başına 13 qoyun dərisindən bir papaq geyərmiş. Bunun kimi bir çox məşhur heka­yələri vardır ki, bizim zəmanəmizə qədər oğuzlar arasında yaşa­mışdır. Bu hekayələri bilikli adamlar qopuz çalaraq əzbərdən nəql edərlər. Nəhayət türklərin içində yetişən Ərs (Oruz) oğlu Busat adında bir qəhrəman Təpəgözü öldürmüşdür. Bu vəqiə də böylə ol­muş: bir qız varmış, onu yənən (basan) adama gedəcəyini söyləmiş imiş. Taliblərdən kimsə onu basmamış idi. Əsr oğlu Busat qızı yəndi və qızla bərabər atası Ərsin yanına gəldi. Və atasına qızı yən­digini xəbər verdi. Atası da cavab olaraq: Mən də öylə sandım ki, Təpəgözü öldürmüsən - dedi. Busat bu sözün izlərinə haman get­di və Təpəgözü əqlin qəbul etməyəcəyin xurafi bir şəkildə öldürdü.

Dəvadarinin bir hekayə tərzində göstərdiyi mövzu əlimiz­də­ki «Kitabi Qorqud»da iki ayrı hekayədir. “Kitabi Qorqud”dakı «Təpəgöz» hekayəsində Busatın qız ilə mücadiləsi yoxdur. Böylə qızı yendikdən sonra almaq mövzusu Kanbura bəy oğlu Bamsı­birik hekayəsində vardır. Bu hekayədə «Bamsıbirik» adında bir qəhrəman Yegit bəy Beycanını qızı Banuçiçək ilə güləş yaparaq qızı basır və ondan sonra onunla nişanlanır. «Kitabi Qorqud»da üçüncü hekayə olaraq göstərilən bu hekayənin mövzusunu Əbu­bəkr Abdullah Dəvadarinin oxumuş olması, «Kambura bəy oğlu Bamsıbirik» hekayəsinin də «Oğuznamə»də bulunduğunu gös­tərir. Qız ilə oğlanın güləşi haqqında Dəvadarinin verdiyi mə­lu­mat Qorqudun kitabındakı «Bamsıbirik hekayəsi»nin yalnız bir qismini təşkil edir. Halbuki, Təpəgöz haqqında göstərdiyi mövzu­su kitabın səkkizinci hekayəsi olaraq «Büsat Təpəgözü öldürdüyü boyunu bəyən edər» sərlövhəsi altında müfəssələn vardır.

Dəvadarinin bu iki xürafayi anlatması sayəsidədir ki, bu gün məlum olan «Kitabi Dədəm Qorqud əla lisan tayifeyi Oğuzan”ın məşhur «Oğuznamə»nin bir parçası olduğu qəti surətdə anlaşıl­mışdır. Bundan başqa “Qorqud” kitabındakı ifadələr də bu kitabın «Oğuznamə»yə bağlı olduğu göstərir. Kitabda bunlunan 12 he­kayədən 6-sının sonunda o hekayəyə «Oğuznamə» deyildiyini göstərən sözlər var.

«Dirsə xan oğlu Bağac xan» hekayəsinin sonunda bu cümlə var: «Dədəm Qorqud boy boyuldu, soy soyuldu, bu «Oğuzna­mə»yi düzdü-qoşdu, böylə dedi: «Onlar dəxi bu dünyaya gəldi- keçdi, karvan kimi qondu köçdü».

«Salur Qazanın evi yığmalandığı» hekayəsinin son sətir­lərində böylə deyilir: «Dədəm Qorqud gəlibən boy boyuldu, soy soyuldu, bu «Oğuznamə»yi düzdü-qoşdu».

«Baybura bəy oğlu Bamsıbirik» hekayəsi də böylə bitir: «Də­­dəm Qorqud gəldi, şadlıq çaldı, boy boyuldu, soy soyuldu, qazı ərənlər başına nə gəldigini söylədi. Bu “Oğuznamə” birgin olsun dedi».

«Qazanın oğlu Uruzun əsir olması» hekayəsinin sonunda: Dədər Qorqud gəldi şadlıq çaldı, bu «Oğuznamə»yi düzdü-qoşdu.

«Qazılıq Qoca oğlu Yegənig boyunda» deyilir ki, Dədəm Qorqud gəlib boy boyuldu, soy soyuldu, bu «Oğuznamə» Yegən­gin olsun dedi.

«Bəgil oğlu İmran» hekayəsinin sonunda da bu cümlə oxu­nur: «Dədəm Qorqud gəlib şadlıq çaldı, bu «Oğuznamə»yi düz­dü-qoşdu, Bəgil oğlu İmranın olsun dedi, qazılar başına nə gəl­diyinin söylədi».

Bu parçalar eyni zamanda «Oğuznamə» adına həm Oğuz mənqəbələrinin ümumi məcmuəsinə, həm də oğuzlardan hər bəy, xan və yaxud qəhrəman ətrafında vücuduna gəlmiş tək mən­kəbəyə verildiyini də göstərir.

Zəmanəmizə qədər gələn «Oğuznamə» parçaları: «Qoruqud kitabı» ilə «Oğuz» mənkəbəsi və «Hazətür risalə min kəlməti Oğuznamə”dir.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin