Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 1,1 Mb.
səhifə31/77
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#107923
1   ...   27   28   29   30   31   32   33   34   ...   77
İKİNCİ PARÇA
ƏŞİRƏT DÖVRÜ İLƏ DƏRƏBƏGLİK DÖVRÜ ARASINDAKI KEÇİD ZAMANI
Qafqas və Azərbaycanın ərəblər tərəfindən istilası

Daha çox tarixlə əlaqədar edəcək bu mövzu haqqında biz burada qayət qısa məlumat verəcəjiz: Ərəbistan çöllərini qapsa­yan islamiyyət, xəlifə Ömər zamanında qonşu dövlətlərə də tə­cavüzə keçdi. Daxilən dərəbəglik sisteminin doğurduğu anarşi yüzündən xaricən də şimaldən axan Xəzər türklərinin mütəmadi axınları ilə bərbad bir hala gələn İranın Sasanilər dövləti bu təcavüz sayəsində ortadan qalxdı; ərəb orduları Azərbaycan və Qafqasə girdi. Hicri 22 tarixindən sonra məmləkətimiz ərəb isti­lası altında bulunmuşdur. O vaxta qədər “Albaniya” adilə yad edilən bizim şərq-cənubi Qafqaz qitəsi “Aran” adını aldı. “Aran” adına müsəlman sikkələrində ancaq 708-709 tarixlərindən etiba­rən təsadüf edilməkdədir ki, bu də ərəb xəlifəsi Birinci Vəlid (705-715) zamanı deməkdir1.

Qafqas şimalən Dərbəndə qədər ərəblərin işğalı altında bulu­nuyordu; burada onların qüvvətli orduları hakimdi. Artıq yuxa­rı­da zikr edilən tarixdən sonra məmləkətimiz Ərəbistanın bir vila­yəti ədd ediliyordu və bütün idari işlər Bağdad hökuməti tərə­fin­dən vali mənsəbində nəsəb olunan bir məmur mədəvi edilmişdi. Bu məmurlar vasitəsi ilədir ki, məhəlli işçi əhalinin istehsalatı, ipəgi, duzu, yunu və sairəsi əlindən alınaraq böyük miqdarda vergi şəklində mərkəzə göndəriliyordu. Mərkəzin Azərbaycan və Qafqazlılara tətbiq etdigi siyasət sayəsində islam dini əhalimiz arasındə VII əsrin ikinci yarısı və VIII əsrin başlarındə özünə qəti bir mövqe qazandı.

Quran” ədədbiyyatının ədəbiyyatımız üzərində




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin