Xalq hərəkatı. 1484-cü ilin yazında, Maku şəhərinin cənubşərqindəki Sofi kəndində Qaraqoyunlu Topal Əhmədin başçılıq etdiyi kəndli çıxışları oldu. Ağqoyunlu Yaqub padşah 1484-cü ilin aprelində Qarabulaq kəndi yaxınlığında üsyançıları məğlub etdi, Topal Əhməd öldürüldü.
Mədəniyyət. XV əsrdən etibarən ana dilində şerə daha çox maraq göstərilirdi. Həbibi, Kişvəri, Cahanşah Həqiqi, Qasimi (“İşıq şüaları saçan”) təxəssülü ilə tanınan Şah Qasım Ənvar tanınmış şairlərdən idi. Kişvəri Təbrizinin lirik şeirləri, Xətai Təbrizinin “Yusif və Züleyxa” poeması, Həqirinin “Leyli və Məcnun”u, Nizami motivi üzrə fars dilində “Xəmsə” yaratmış Əşrəf Marağai daha çox tanınırdı. Əbdülqadir Marağai muğamlar, mahnı və rəqs melodiyaları yaratmışdır. Rəssamlardan Əmir Dövlətyar, onun şagirdləri Əbdül Müsavar və b. məşhur idi.
XV əsrdə Bakıda ucaldılan Şirvanşahlarsarayı kompleksinin binalarından biri divanxanadır. Şirvanşahlar sarayı kompleksində qabarıq təsvirlərdən, yazılardan ibarət olan “Bayıl daşları”nın tərtibatı, Mərdəkan qalası kitabəsi və s. diqqəti xüsusilə cəlb edir. Qaraqoyunlu Cahanşahın əmri ilə 1465-ci ildə Təbrizdə “Göy məscid” tikilmiş, onun divarları və üstü mərmərdən və mavi kaşidan hörülmüşdü. Ağqoyunlu hökmdarı Yaqub padşah 1483-cü ildə Təbrizdə “Həşt-behişt” adlanan böyük bir saray kompleksi tikdirmişdi. Bu sarayın kitabxanası, məscidi, min çarpayılıq şəfa evi, cıdır meydanı və xiyabanı var idi.
Dostları ilə paylaş: |