Yol hərəkəti haqqında



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə64/86
tarix06.05.2023
ölçüsü1,33 Mb.
#126467
1   ...   60   61   62   63   64   65   66   67   ...   86
yhq az 062743

II. Üstünlük nişanları 


2017v3 
67 
2.1. Baş yol. Nizamlanmayan yolayrıclarını keçməkdə üstünlük verilən yol. 
2.2. Baş yolun sonu. 
2.3.1. İkinci dərəcəli yolla kəsişmə. 
2.3.2, 
2.3.3. İkinci dərəcəli yolun bitişməsi (sağdan, soldan). 
2.4. Yol verin. 
2.5. Dayanmadan keçmək qadağandır. Stop-xətt qarşısında, bu xətt olmadıqda isə hərəkət hissələrinin 
kəsişmə xətti qarşısında dayanmadan hərəkət etmək qadağandır. Sürücü kəsişən yolla yaxınlaşan, 
7.13 
lövhəsi olduqda isə baş yolla hərəkət edən NV-ə yol verməlidir. 
2.5 nişanı dəmir yol keçidi və ya digər postlar 
qarşısında da quraşdırıla bilər. Belə olduqda sürücü stop-xəttin qarşısında, bu xətt olmadıqda isə 
2.5 nişanının 
qarşısında NV-ni dayandırmalıdır. 
2.6. Qarşıdan hərəkətin üstünlüyü. Qarşıdan gələn NV-nin hərəkəti üçün maneə yaradılacaqsa, yolun daralmış 
sahəsinə girmək qadağandır. Sürücü qarşı tərəfdən yolun daralmış sahəsinə yaxınlaşmaqda olan və ya bu sahədə 
hərəkət edən NV-ə yol verməlidir. 
2.7. Qarşıdan hərəkətə nisbətən üstünlük. Sürücü yolun bu daralmış sahəsində hərəkət edərkən qarşıdan 
gələn NV qarşısında üstünlüyə malikdir 
 
III. Qadağan nişanları 
 
3.1. Giriş qadağandır. Bütün NV-nin bu istiqamətə girişi qadağandır. 
3.2. Hərəkət qadağandır. Bütün NV-nin hərəkəti qadağandır. 
3.3. Mexaniki nəqliyyat vasitələrinin hərəkəti qadağandır. 


2017v3 
68 
3.4. Yük avtomobillərinin hərəkəti qadağandır. İcazə verilən maksimum kütləsi (əgər nişanda kütlə 
göstərilməmişdirsə) 3,5 t-dan və ya icazə verilən maksimum kütləsi nişanda göstərilən kütlədən artıq olan yük 
avtomobillərinin, nəqliyyat avtoqatarlannın, traktorların və özügedən maşınlann hərəkəti qadağandır. 
3.4 
nişanı adamlann daşınması üçün təyin olunmuş yük avtomobillərinin hərakətini qadağan etmir. 
3.5. Motosikletlərin hərəkəti qadağandır. 
3.6. Traktorların hərəkəti qadağandır. Traktorlann və özügedən maşınlann hərəkəti qadağandır. 
3.7. Qoşqu ilə hərəkət qadağandır. Yük avtomobillərinin və traktorların tipindən asılı olmayaraq qoşqu ilə və 
ya nasaz mexaniki NV-ni yedəyə almaqla hərəkəti qadağandır. Bu nişan qoşqu ilə hərəkət edən minik 
avtomobillərinin hərəkətini qadağan etmir. 
3.8. At-araba ilə hərəkət qadağandır. At-arabalarının (kirşələrinin), yük heyvanlarının hərəkəti və həmçinin 
mal-qaranın ötürülməsi qadağandır. 
3.9. Velosipedlə hərəkət qadağandır. Velosipedlərdə və mopedlərdə hərəkət qadağandır. 
3.10. Piyadaların hərəkəti qadağandır. 
3.11. Kütlənin məhdudlaşdırılması. Ümumi faktiki kütləsi nişanda göstərilən kütlədən artıq olan NV-nin və 
həmçinin NV-nin avtoqatarlarının hərəkəti qadağandır. 
3.12. Oxa düşən ağırlığın məhdudlaşdırılması. Hər hansı bir oxuna düşən faktiki ağıriıq nişanda göstərilən 
həddən artıq olan NV-nin hərakəti qadağandır. 
3.13. Hündürlüyün məhdudlaşdırılması. Qabarit hündürlüyü (yük ilə və ya yüksüz) nişanda göstərilən həddən 
artıq olan NV-nin hərəkəti qadağandır. 
3.14. Enin məhdudlaşdırılması. Qabarit eni (yük ilə və ya yüksüz) nişanda göstərilən həddən artıq olan NV-nin 
hərakəti qadağandır. 
3.15. Uzunluğun məhdudlaşdırılması. Qabarit uzunluğu (yük iləvə ya yüksüz) nişanda göstərilən həddən artıq 
olan NV-nin (avtoqatariann) hərəkəti qadağandır. 
3.16. Minimum ara məsafənin məhdudlaşdırılması. NV-nin arasındakı məsafə (distansiya) nişanda göstərilən 
həddən az olarsa, onların hərəkəti qadağandır. 


2017v3 
69 
3.17.1. Gömrükxana. Gömrükxananın (nəzarət məntəqəsinin) qarşısında dayanmadan hərəkət etmək 
qadağandır. 
3.17.2. Təhlükə. Yol-nəqliyyat hadisəsi, qəza va ya digər təhlükələrlə əlaqədar olaraq istisna olmamaq şərti 
ilə bütün NV-nin hərəkəti qadağandır. 
3.18.1. Sağa dönmək qadağandır. 
3.18.2. Sola dönmək qadağandır. Geriyə dönmək icazə verilir. 
3.19. Geriyə dönmək qadağandır. Sola dönmək icazə verilir. 
3.20. Ötmək qadağandır. Bütün NV-nə ötmək qadağandır. 
3.21. Ötməyin qadağan edildiyi zonanın qurtaracağı. 
3.22. Yük avtomobillərinin ötməsi qadağandır. İcazə verilən maksimum kütləsi 3,5 t-dan artıq olan yük 
avtomobillərinə bütün NV-ni ötmək qadağandır. 
3.23. Yük avtomobillərinin ötməsi qadağan edilmiş zonanın qurtaracağı. 
3.24. Maksimum sürətin məhdudlaşdırılması. Nişanda göstərilmiş həddən (km/saat) artıq sürətlə hərəkət 
etmək qadağandır. 
3.25. Maksimum sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı. 
3.26. Səs siqnalı vermək qadağandır. Yol-nəqliyyat hadisəsinin qarşısını almaq halları istisna olmaqla qalan 
bütün hallarda səs siqnalının verilməsi qadağandır. 
3.27. Dayanmaq qadağandır. NV-nin dayanması və durması qadağandır. 
3.28. Durmaq qadağandır. NV-nin durması qadağandır. Bu nişan dayanmanı qadağan etmir. 
3.29. Ayın tək günlərində durmaq qadağandır. 


2017v3 
70 
3.30. Ayın cüt günlərində durmaq qadağandır. 
3.29 və 
3.30 nişanlarından biri yolun hərəkət hissəsinin solunda, digəri isə sağında eyni vaxtda və 
eyni səviyyədə tətbiq edilərsə, bu nişanların təsiri sahələrində saat 19:00-dan 21:00-a kimi (yerdəyişmə zamanı) 
durmağa icazə verilir. 
3.31. Bütün məhdudiyyətlər zonasının qurtaracağı. Eyni vaxtda bir neçə nişanın qüvvədə olduğu sahənin 
bitməsini bildirin 
3.16, 
3.20, 
3.22, 
3.24, 
3.26, 
3.27, 
3.28, 
3.29, 
3.30. 
3.32. Ehtiyyat üçün ayrılmış duracaq yeri. 
3.33. Nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun sürətin məhdudlaşdırılması. 
3.34. Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır.
3.35. Partlayıcı və tezalışan yükü olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin