Yol hərəkəti haqqında


Maddə 34. Sürücülük vəsiqəsi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə25/86
tarix06.05.2023
ölçüsü1,33 Mb.
#126467
1   ...   21   22   23   24   25   26   27   28   ...   86
yhq az 062743

 
Maddə 34. Sürücülük vəsiqəsi 
I. Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. 
II. Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin 
aşağıdakı növləri vardır: 
1) motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün; 
2) traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. 
III. Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının 
beynəlxalq yol hərəkətində fərqlənmə nişanı — “AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir: 
1) sahibinin soyadı; 
2) sahibinin adı və atasının adı; 
3) sahibinin doğum tarixi və yeri; 


2017v3 
24 
4) sahibinin yaşayış yeri; 
5) vəsiqəni vermiş orqanın adı; 
6) vəsiqənin verilmə tarixi və yeri; 
7) vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix; 
8) vəsiqənin nömrəsi; 
9) vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü; 
10) sahibinin qan qrupu və imzası; 
11) xüsusi qeydlər; 
12) bu Qanunun 35-ci maddəsinin IV-II hissəsinə müvafiq olaraq nəqliyyat vasitələrini idarəetmə vərdişləri 
üzrə təcrübi imtahan zamanı avtomatik transmissiyalı nəqliyyat vasitəsindən istifadə edilmişdirsə yalnız “B” 
kateqoriyasına aid avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun verildiyinə dair qeyd. 
IV. Avtomobilləri və motosikletləri idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində 
nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin 
aşağıdakı kateqoriyaları göstərilir: 
1) “A1” - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri 
idarə etmək üçün;
2) “A” - bütün növ motosikletləri idarə etmək üçün;
3) “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün:
“A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı 
sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri;
qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri;
qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan 
və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan 
avtomobilləri;
5) “C” - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan 
avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından 
olan avtomobilləri idarə etmək üçün;
6) “D” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-
dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” 
kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
7) “BE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox 
olan “B” kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq 
olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan “B” kateqoriyasından olan 
avtomobilləri idarə etmək üçün;
8) “CE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “C” kateqoriyasından olan 
avtomobilləri idarə etmək üçün;
9) “DE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan 
avtomobilləri idarə etmək üçün;
10) “Tramvay” - tramvayları idarə etmək üçün;
11) “Trolleybus” - trolleybusları idarə etmək üçün.
V. Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir: 
1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il; 
2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət; 
3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il; 
4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri 
olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət. 
VI. Sürücülük vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində (“Permis de conduire”), bu 
maddənin üçüncü hissəsinin 1-ci—11-ci bəndlərində göstərilən məlumatların adı Azərbaycan və ingilis dillərində
başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar. 
VII. Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini möhkəm saxlamağa borcludur. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin