Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ



Yüklə 0,86 Mb.
səhifə19/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

2.1.4. Şəkilçilər

Budaq cümlələrin baş cümləyə bağlanmasında yuxarıda qeyd edilən bağlayıcı vasitələrlə yanaşı -sa2, və -mı4 şəkilçilərinin rolu vardır. Qeyd etmək lazımdır ki, Azərbaycan dilçiliyində -sa2-mı4 həm ədat [5, s. 116-128], həm də şəkilçi [136, s. 165; 33, s. 312] adlandırılır. Fonetik tərkibcə şəkilçiyə uyğunluğunu, fonetik variantların mövcudluğunu və şəkilçi mövqeyində işləndiyini nəzərə alaraq göstərilən morfemləri şəkilçi kimi qəbul etmək olar.



-sa2, -mı4 şəkilçiləri budaq cümlənin xəbərinin sonuna artırılır, yəni postpozitiv mövqedə işlənir. -Sa2 şəkilçisi zaman budaq cümlələrində bağlayıcı sözlə birlikdə işlənir. Məsələn:

Nə vaxt desəniz, onda mən hazır.

Nə vaxt qəbrimin üstə bir qarış ot bitsə, onda gəlib torpağımı ölçərsiniz… (F. Kərimzadə).

Göründüyü kimi, baş cümlədə qarşılıq bildirən söz zaman zərfliyi funksiyasında işlənir. Həmin qarşılıq bildirən söz budaq cümlədə bilavasitə iştirak etmirsə, təsəvvür edilir. Bağlayıcı vasitələri atmaqla bu tip zaman budaq cümləni sadə cümlə şəklində transformasiya etmək olar. Çevrilmə prosesində zaman budaq cümləsi baş və budaq cümlə olmaq statusunu itirir. Transformasiya nəticəsində konstruksiyanın mürəkkəb zaman zərfliyi funksiyası aktuallaşır.



-mı4 şəkilçisi zaman budaq cümlələrində işləndiyi vaxt daha çox bağlayıcı söz olmadan işlənir, bununla belə bağlayıcı sözlə birlikdə işlənməsi də mümkündür.

Bir uşaq qızılca oldumu, bütün uşaqlara dəyəcəkdi.

-4 şəkilçisindən bəhs edən Q.Kazımov göstərir ki, “bu şəkilçi daha çox zaman budaq cümlələrində özünü göstərir, lakin onun artırıldığı budaq cümlələrdə aydın şərt çaları da müşahidə edilir” [34, s. 316].

Sürüşdünmü, təpəsi üstə guppultuynan yıxılacaqdın arxın içinə (S.Əhmədov)

Beləliklə, ingilis və Azərbaycan dillərində zaman budaq cümləsini baş cümləyə bağlayan vasitələri nəzərdən keçirdikdən sonra aşağıdakı oxşar və fərqli cəhətləri üzə çıxarmaq olur.

– qarşılaşdırılan dillərdə zaman budaq cümlələri baş cümləyə bağlayıcılarla bağlanır;

– qarşılaşdırılan dillərdə zaman budaq cümlələrinin baş cümləyə bağlanmasında ən fəal vasitə bağlayıcılardır;

– qarşılaşdırılan dillərdə zaman budaq cümlələrini baş cümləyə bağlayan bağlayıcılar semantik cəhətdən çoxfunksiyalıdır (ingilis dilində when, whenever, as, after, till, since, before və s., Azərbaycan dilində ki bağlayıcısı ).

– qarşılaşdırılan dillərdə bağlayıcı vasitələr zaman budaq cümləsinə münasibətdə prepozitiv və postpozitiv mövqedə işlənə bilir.

Qarşılaşdırılan dillərdə bağlayıcı vasitələrdə aşağıdakı fərqlər vardır:

–Azərbaycan dilindən fərqli olaraq ingilis dilində zaman budaq cümləli tabeli mürəkkəb cümlələrin komponentləri arasında tabelilik əlaqəsi baş və budaq cümlələrin xəbərlərinin zaman formalarının uzlaşması ilə müşayiət olunur.

– ingilis dilindən fərqli olaraq Azərbaycan dilində zaman budaq cümlələri baş cümləyə bağlayıcı sözlər, intonasiya və şəkilçilər kimi bağlayıcı vasitələrlə bağlanır.

– Azərbaycan dilində zaman budaq cümləsi ilə baş cümləni bir-birinə bağlayan bağlayıcı vasitələrdən vergüllə ayrılır. İngilis dilində isə belə ayrılma yalnız zaman budaq cümləsinin prepozitiv mövqeyində mövcuddur.

–qarşılaşdırılan dillər arasında başqa bir fərq zaman budaq cümlələrinin baş cümləyə ingilis dilində analitik üsulla, Azərbaycan dilində isə analitik-sintetik üsulla bağlanmasında əksini tapır.

Beləliklə, ingilis və Azərbaycan dillərində zaman budaq cümləli tabeli mürəkkəb cümlələrin bağlanma vasitələrinin yuxarıda qeyd olunmuş oxşar və fərqli cəhətləri bu dillərin bir-birinə nə qədər yaxın və ya uzaq olduğunu göstərir. Fərqli xüsusiyyətlər, hər şeydən öncə, onunla izah olunmalıdır ki, ingilis dili flektiv-analitik quruluşlu, Azərbaycan dili isə aqqlütinativ-sintetik quruluşlu dildir.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin