Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ


Azərbaycan dili zaman budaq cümlələrinin ingilis dilinə tərcümə variantları



Yüklə 0,86 Mb.
səhifə45/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   41   42   43   44   45   46   47   48   49

3.3. Azərbaycan dili zaman budaq cümlələrinin ingilis dilinə tərcümə variantları

Azərbaycan dilində tabeli mürəkkəb cümlənin quruluşu digər türk dillərindən fərqlənir. Azərbaycan dilində bağlayıcıların, bağlayıcı vasitələrin zənginliyi və “ki”dən universal morfoloji göstərici kimi istifadə edilməsi bu dilin tabeli mürəkkəb cümlələrini struktur etibarı ilə hind-Avropa dillərinin müvafiq cümlə modellərinə yaxınlaşdırır.

Flektiv və aqlütinativ dillərin tabeli mürəkkəb cümlələrinin bağlayıcılı tipi çox inkişaf etmişdir. Azərbaycan dilinin aqlütinativ dillər qrupuna mənsub olması bu dildə feili sifət, feili bağlama və məsdər tərkiblərindən geniş şəkildə istifadə etməyə imkan vrir. Bu bir növ sintaktik sinonimlik kimi özünü göstərir. Bu isə tərcümə prosesində həmin sahədə çalışanların imkanlarını xeyli dərəcədə genişləndirir. Məsələn, tərcüməçi zaman budaq cümləsini Azərbaycan dilindən ingilis dilinə və ya əksinə çevirərkən üslubi məqamdan asılı olaraq, həmin imkanların hər birindən istifadə edə bilər. Tərcümə zamanı mümkün olan variantlar yararlı sayıla bilər və ya tərcüməçinin istədiyi formada seçilər.

Tərcümə prosesində ekvivalentlər katalizator rolunu oynayır. Onların rolunu şifahi nitqdə qiymətləndirmək çox çətindir. Ekvivalent deyəndə tərcümə olunan dil vahidinin tərcümə olunduğu dildə düzgün uyğunluğu nəzərdə tutulur. Ekvivalent kontekstdən asılı olmayan, daim eyni mənalı (sintaktik sinonimlik) uyğunluqdur” [24, s.279].



O zaman ki – when tərcümə ekvivalentliyi:

O zaman ki, işlər yaxşı gedir, adamın ürəyi açılır.

When things are going well, it gladdens the heart.

Когда дела идут нормально, на душе приятно.

O vaxt ki – while tərcümə ekvivalentliyi:

O vaxt ki, dəniz kənarında çiskin, nəmişlik olur, dağlarda hava aydın, quru və isti olur.

While it is cloudy and damp on the beach, it is clear, dry and warm in the mountains.

В то время как на берегу моря бывает пасмурно и сыро, в горах ясно, сухо и тепло.

Elə ki – when tərcümə ekvivalentliyi:

Elə ki o qocaldı, həkimlər ona istirahətsiz işləməyi qadağan etdilər.

When he became old, the doctor forbade him to work without rest.

Когда он стал стариком, доктора запретили ему работать без отдыха.

Nə vaxt – when ekvivalentliyi:

Nə vaxt sizin qapınıza gəlib çörək istəsəm, nökərlərə deyin məni qovsunlar (Ə. Haqverdiyev).

When I come to your house and ask for bread, let servants expel me.

Когда приду к вам в дом и попрошу хлеба, велте слугам, пусть выгоняют меня.

Yenicə- when ekvivalentliyi:

Fərraşlar yenicə getmişdilər ki, Bağırxan gəldi (Makulu).

The farrashs had scarcely gone away when Baghirkhan came.

Как только фарраши ушли, пришел Багирхан.

Bu nümunələr göründüyü ki, Azərbaycan dilində zaman budaq cümləsi ingilis dilinə zaman budaq cümləsi ilə tərcümə olunur. Belə qənaətə gəlməyə əsas vardır ki, Azərbaycan dili zaman budaq cümlələrinin ingilis dilinə tərcümə edilməsində ən geniş yayılan sintaktik struktur zaman budaq cümləsi hesab olunur.

Rus dilində bəzi zaman budaq cümlələri Azərbaycan dilinə tərkib formasında tərcümə olunur. Məs.: Когда стрельба стихла, он шепнул: подождем. - Atışma ara verəndən sonra o pıçıldadı: gözləyək.

Rus dilindəki bəzi zaman budaq cümlələri Azərbaycan dilinə qoşmalı birləşmə ilə tərcümə olunur. Məsələn, müqayisə et: Пока он пел, кот Васька все жаркое съел. - O oxuyana kimi Məstan pişik bütün qovurmanı yedi.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin