Зунхцьицкшьшя ьцрцььцв



Yüklə 1,26 Mb.
səhifə2/13
tarix17.07.2018
ölçüsü1,26 Mb.
#57062
1   2   3   4   5   6   7   8   9   ...   13

Ona görə də Quranla maraqlananlar, onu əzbərləyənlər, mənasını başa düşməklə maraqlananlar və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm in hədisləri ilə maraqlananlar, onlara əməl edənlər imanı başqalarından qat-qat çox olur və həmçinin əməlləri də digərlərindən çox olur. Peyğəmbər sallallahu aleyhi və səlləm in halını, doğruluğunu, əxlaqını bilərsə bir o, qədər də inadkar insana, şəkk içində olan insana Peyğəmbər sallallahu aleyhi və səlləm in doğruluğu, sadiqliyi bəyan olar, onun imanı artar və Peyğəmbər sallallahu aleyhi və səlləm ə tabe olduğuna görə izzət duyar. Hər dəfə onun kamilliyini bildikdə, onun sifətlərini bildikdə bununla izzət duyar. Nə üçün? Çünki insanların ən əfsəlinə tabe olduğuna görə.

Bu gün baxsaq görərik ki, çağıranlar çoxdur. Hərə öz məzhəbinə, öz təriqətinə çağırır. Bir çox müsəlmanlarda bu kafirlərə, ateistlərə, ulduzlara heyran olublar. Bunun səbəbi odur ki, onlar cəmaatın qarşısında bəzədilib, cəmaata qəhraman kimi göstəriliblər. Onlara müəyyən ləqəblər verilir ki, bu haqda eşidən ona tabe olmaq (oxşamaq, onun kimi olmaq) istəyir. Elə bir insana ki, o heyvandan da aşağı dərəcədədir. Özündən qürur və heyranlıq duyur. Bu kafirlərin müsəlmanlara qalib gəlmək üçün bir metodudur. Onlar müsəlmanlarla müharibələrdə bacarmadıqları üçün fikir müharibəsinə əl atdılar. Əgər insan Peyğəmbər sallallahu aleyhi və səlləm in fəzilətini, əxlaqını insanlar arasında yayarsa, onun əməllərini, nəsəbini, həyatını, onun Peyğəmbərliyinə aid olan əlamətləri, möcüzələrini bilərsə bununla o, batil yayan şəxslərin fikirlərini onların özləri ilə bərabər rədd edər.

Onun (Peyğəmbərin) dinini və dünyavi işlərini bilmək həm sənin üçün, həm də cəmiyyət üçün xeyirli olar. Bilər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm uca bir dinin əsasını qoyub. Bilər ki, İslam dini sökmək, dağıtmaq deyil, əlksinə insanlara əmin-amanlıq, dünya və axirətdə səadət gətirir. İnsan xeyir əldə edər Peyğəmbər sallallahu aleyhi və səlləm in gətirdiklərini yerinə yetirərsə.


İnsanlar Peyğəmbər sallallahu aleyhi və səlləm tanıyarlarsa onlarda izzət hasil olar. Bu da onları Peyğəmbər sallallahu aleyhi və səlləm ə tabe olmağa, sünnətini ortaya çıxartmağa yönəldər. Bu da imanı gücləndirən ən böyük səbəblərdəndir. Bizim də borcumuzdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in peyğəmbərliyinə dəlalət edən dəlilləri insanlar arasında yayaq, onun əxlaqını, fəzilətini yayaq ki, bizim övladlarımız, gələcək nəsillər bununla izzət duysunlar və onunla fəxr edərək ona uysunlar, ona tabe olsunlar. Peyğəmbərliyinə dəlalət edən halları bilsinlər. Kim bunu dərk edərsə o, bilər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əzəmətli bir insandır. Heç vaxt yalançı ola bilməz və bilər ki, o insan heç vaxt öz mənfəətini, öz xeyrini güdməyib. Lakin bu dünyavi məşhurlara, ulduzlara, kafirlərə baxdıqda onlarada bir məqsəd güdülür: Dünyanı əldə etmək, hansısa bir vəzifəyə çatmaq, həm özləri, həm də öz yaxınları üçün. Onların əməllərində də, sözlərində də bu şeylər özünü büruzə verir. Peyğəmbər sallallahu aleyhi və səlləm in həyatını oxuduqda isə görürsən ki, özü üçün heç nə istəməyib, ən kasıb insandan da belə kasıb yaşayıb, ən əziyyət çəkən insandan da çox əziyyətlərə məruz qalıb. Subhənəllah! Belə insana necə tabe olmamaq olar! Belə bir insanı buraxaraq necə hansısa bir ulduza, kafirə bənzəmək olar! Miskinlərin yaşadığı bir həyatı yaşayıb, öləndə də heç nəyi yox idi. Təklif olunmuşduda ona, ən yüksək vəzifə, var-dövlət və s. lakin cavabı nə oldu: «Mənim bir əlim ayı, digər bir əlimə günəşi də versələr bu yolumdan dönmərəm». Sən o, dəccələrin (yalançıların) yollarını Preyğəmbər sallallahu aleyhi və səlləm in yolu ilə müqayisə etsən görərsən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in ən yaxın qohumlarına belə: Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki: «Və ən yaxın qohumlarını qorxut!» (əş-Şuəra 214)-cü ayəsi nazil olduqda Peyğəmbər sallallahu aleyhi və səlləm ayağa qalxıb buyurdu: «Ey Kəb b. Luey oğullar! Özünüzü oddan xilas edin. Ey Abdi Mənaf oğulları! Özünüzü oddan xilas edin. Ey Həşim oğulları! Özünüzü oddan xilas edin. Ey Abdulmuttalib oğulları! Özünüzü oddan xilas edin. Ey Muhəmmədin qızı Fatimə! Özünü oddan xilas et. Çünki mən səni Allahın əzabından qorumağa qadir deyiləm. Yalnız sizinlə qohumluq əlaqələrim olduğu üçün sizə yaxşılıq edirəm (siz əməl edin. Mən sizə Qiyamət günü fayda verə bilmərəm. Öz qızına deyir ki: Sən məndən nə istəyirsənsə mən sənə verərəm. Lakin Allah qatında əməlin olmasa sənə heç bir fayda verə bilmərəm)»13.

Həmçinin bu ümmətin alimlərini insanlara tanıtmalıyıq, başçılarını hansı ki, daima öndə gediblər. Bu dinin yayılmasında böyük rolları olmuşdur. Həyatları bahasına imtahanlara, zülmlərə, sınaqlara məruz qalmışlar. Lakin Allahın dinini qoruyaraq olduğu kimi insanlara çatdırmışlar. Acınacaqlı haldır ki, günümüzdəki müsəlmanlar ulduzların, idmançıların, futbol klublarında iştirak edən futbolçuların həyatlarını, tərcümeyihallarını əzbərdən bilirlər. Lakin səhabələrin, tabiinlərin, alimlərin, Subhənəllah! Peyğəmbər - sallallahu aleyhi və səlləm in həyatını isə lazımınca bilmirlər.

Buna görə də çalışdım ki, bu kiçik risalədə Pəyğəmbər - sallallahu aleyhi və səlləm - in həyatına dair, əxlaqı özəlliklərinə qısaca da olsa yer verim. İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə yazıb başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüt-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.

Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).

Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - sallallahu aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin