1. Gübrənin torpağa verilmə üsulları Gübrələrin növləri və onların torpağa verilmə üsulları



Yüklə 57,52 Kb.
Pdf görüntüsü
tarix24.05.2022
ölçüsü57,52 Kb.
#116180
bilet 1



 1. Gübrənin torpağa verilmə üsulları.
. Gübrələrin növləri və onların torpağa verilmə üsulları.
Kənd təsərrüfatında iki növ gübrələrdən istifadə olunur: üzvi və mineral
Üzvi gübrələr bərk (peyin, quş zılı, torf və bitki tullantılarının çürüntüləri) və maye (peyin
şirəsi) halında olurlar. Üzvi gübrəyə tam gübrə də deyilir, çünki üzvi gübrədə bitkilərin inkişafı
üçün tələb olunan hər üç qida maddəsinin elementləri, yəni azot, fosfor və kalium elementləri
var.
Mineral gübrə təbii minerallardan, qazlardan yaxud da sənaye tullantılarından (metallurgiya
və kimyəvi) hazırlanır. Mineral gübrələr bərk (1.....4 mm diametrdə dənəvər), maye və toz
halında istehsal olunur.
Gübrələr torpağa üç üsulla verilir: səpinə qədər (əsas), səpin vaxtı və səpindən sonra
(yemləmə).
Səpinə qədər (РОУ-6; КСО-9; РУМ-3; РУМ-5; ССТ-10; РЩУ-12) gübrəni gübrədağıdan
yaxud gübrəsəpələyən maşınlarla torpağın səthinə səpələyir və sonra kotan, mala, yaxud da
kultivatorlarla torpağa qarışdırırlar.
Səpin vaxtı (СЗ-3,6М; СЗП-3,6А) dənəvər gübrə kombinəedilmiş toxumsəpən maşınlarla
toxumla birlikdə torpağa verilir.
Səpindən sonra (КОН-2,8А; КРН-4,2Г; КРН-4,2А; КОР-4,2) mineral gübrə - bitkilərin
boyatmasının və inkişafının elə dövründə verilməlidir ki, onlar qida elementlərinə ən böyük
tələbat hiss edir və kultivasiya vaxtı yemləmə kultivatorları ilə cərgəaralarına verilir.
Üzvi gübrələri səpələyən maşınlar: РОУ-6; КСО-9; 1-ПТУ-4; 1-ПТУ-3,5; РПН-4;
Mineral gübrələri səpələyən maşınlar: РУМ-3; РУМ-5; 1-РМГ-4; КСА-3; РТТ-4,2; НРУ-0,5;
ССТ-10
Tozvari gübrələri səpələyən maşınlar: АРУП-8; РУП-8
Maye gübrələri səpələyən maşınlar: ПОМ-630; РЖУ-3,6; ЗУ-3,6; РЖТ-4; РЖТ-8
2. Heyvandarlıq ferma və kompleksləri.
Ferma heyvan saxlanılan, heyvandarlıq məhsulları istehsal edən və cins heyvan yetişdirilən
kənd təsərrüfatı müəssisədir.
Fermalar cins heyvan yetişdirən və əmtəə istiqamətində olur. Cins yetişdirən fermaların
məqsədi heyvanların tərkibinin yaxşılaşdırılmasına yönəldilir. Əmtəə istiqamətli fermalar isə
əhalinin və sənayenin heyvandarlıq məhsullarına olan süd, ət, yumurta və s. tələbatının
ödənilməsindən ibarətdir. Fermalar heyvanların bioloji növündən asılı olaraq iribuynuzlu
qaramal, donuz, qoyun, quş və vəhşi heyvanlar fermasına bölünür. Damazlıq fermalarında mal
cinslərinin seleksion təkmilləşdirilməsi işləri aparılır, reproduktor fermaları isə qiymətli cinslərin
artırılması üçün nəzərdə tutulmuşdur. İribuynuzlu mal saxlanılan fermalar südlük, südlük-ətlik,
ətlik istiqamətində olur. Fermalar kimi heyvandarlıq komplekslərinə də ümumi texnoloji proseslə
birləşdirilmiş əsas və köməkçi heyvandarlıq tikililəri və mühəndis-texniki kommunikasiyalar


daxildir. Heyvandarlığın sənaye təməli ilə inkişaf etdirilməsi ilə əlaqədar olaraq ferma və
kompleks arasındakı fərq aradan götürülür. Heyvanların saxlanma sistemini, fermaların tipini və
ölçülərini, binaların konstruksiyasını və inkişaf materiallarını, istehsalın texnologiyasını və
mühəndis texniki təşkilini seçmək üçün təbii iqlim şəraitləri mühüm rol oynayır. Qışı qısa və
mülayim olan yerlərdə fermalardakı işlərin çox hissəsi binalardan kənarda görülə bilər. Soyuq
iqlim şəraitində birləşdirilmiş binaların tikilməsinə üstünlük verilir. Heyvandarlıq fermalarının baş
planından asılı olaraq istehsalat, yemləmə və sanitar zonaları olur. Burada olan binalar əsas və
köməkçi binalardan ibarətdir. Məsələn: qaramal fermasında inək, buzov, cavan heyvan
saxlanılan əsas binalardan, sağım və südün ilk emalı, baytarlıq işləri üzrə, yem hazırlama və ya
yem sexi, gəzinti meydançası kimi köməkçi binalardan ibarət olur. Bunlarla yanaşı fermada
müxtəlif mühəndis tikinti qurğuları, qaraj, çardaq, yem anbarları, senaj və silos tikintiləri, peyin
anbarı və s. olur.
Kompleks müəyyən qədər fermalardan fərqlənir. Belə ki, kompleks heyvan saxlanılma
heyvandarlıq məhsulları istehsal edən və onun istehsalında elmin yeni nailiyyətləri tətbiq
olunaraq yeni texnologiya və əməyin düzgün təşkili əsasında işini təşkil edən yüksək
mexanikləşdirilmiş və avtomatlaşdırılmış müəssisəyə deyilir. Komplekslərin aşağıdakı
xüsusiyyətləri vardır. Sahibliyinə görə kəndli-fermer təsərrüfatlar, səhmdar cəmiyyətlər, dövlət
kənd təsərrüfatı müəssisələr, digər özəl qurumlar və s. tərkibində olurlar. Yem təminatına görə,
dövlət, dövlət və təsərrüfatın özünün iştirakı ilə, həmçinin yeni təsərrüfatçılıq formalarının
təşəkkülü şəraitində onların özü tərəfindən olur. İstiqamətinə görə südlük, ətlik, düyə yetişdirən,
yumurta, yun və s. istiqamətlərdə olur. Məhsul istehsalına görə tam istehsal prosesi və ya
hissə-hissə başa çatdırılan istehsalat proseslərinə bölünür. Komplekslərdə işin təşkili və yerinə
yetirilməsi sənayeyə uyğun gəlir. Ona görə də heyvandarlığın sənaye təməli ilə inkişaf
etdirilməsi termini işlədilir. Bunun mahiyyəti heç də hamı üçün tam aydın deyildir. Ona görə də
bu kitab3ın müəllifi mövzudan kənara çıxaraq onu izah etməyə özünə borc bilir.
3. Toxumsəpən maşınların quruluşu və işi.
Markalar: Amazone - D 9, Cansa A-300, Cansa B-600P, Cansa CN-200, Cansa CN-400,
Cansa CN-600, Cansa CN-800, Cansa CNS-1000, Cansa CNS-2000, Cansa SFR-024, Cansa
SFR-030, Cansa SFR-036, C3-3,6; C3А -3,6; C3-3,6M; СЗУ-3,6; СЗУ-3,6A; СЗТ-3,6;
СЗП-3,6А; СУПН-6; СУПН-8; СЗТ3-6A; ЛДС-6; СЗС-2,1; СЗС-2,1Л
1. Təyinatına görə - toxumsəpən maşınlar dən-gübrə, dən-gübrə-ot, dən-gübrə-kətan, qarğıdalı,
günəbaxan, çuğundur, tərəvəz, soğanaq səpən, toxumun səpilməsi mexanizminə görə
toxumsəpən maşınlar pnevmatik və mexaniki, traktorla aqreqatlaşmalarına görə isə qoşma və
asma olurlar.


Kənd təsərrüfatı bitkilərinin toxumları fiziki-mexaniki xassələrinə, yəni formasına, çəkisinə,
ölçülərinə, həcm çəkisinə, səpələnmə (axımlılıq) xassələrinə görə birbirindən fərqlənirlər. Məhz,
buna görə də kənd təsərrüfatı bitkilərinin toxumlarını səpmək üçün toxumsəpən maşınlarda
müxtəlif konstruksiyalı (makaralı, diskli, pnevmatik və.s) səpici aparatlar tətbiq olunur.
2. Aqrotexniki tələblər.
-səpin verilmiş aqrotexniki müddətdə aparılmalıdır;
-toxum sahənin hər yerinə bərabər paylanmalıdır və eyni dərinlikdə basdırılmalıdır;
-tarlanın hər yerində cərgəaraları məsafə eyni olmalıdır;
-toxumların üstü verilmiş dərinlikdə nəm torpaqla örtülməli və yaxşı kipləşdirilməlidir;
-bir hektara verilən toxum norması hər yerdə bərabər səpilməlidir;
-cərgələrin düzxətliyi və qovuşuq cərgələrin verilmiş ara məsafəsinin saxlanması tə'min
edilməlidir.
3. Səpin üsulları: dağınıq, cərgəvi, darcərgəli, çarpaz, enlicərgəli, lent üsulu, yuva üsulu,
kvadrat-yuva, punktir, qarışıq və kombinəedilmiş səpin üsulu.
1. Dağınıq səpin. Belə səpin əl ilə və ya maşınla (ot toxumu və gübrə səpinində) aparılır.
Dağınıq səpin əsasən dağlıq yerlərdə və kiçik sahələrdə aparılır.
2. Cərgəvi səpin. Bu üsulla taxıl toxumları əsasən cərgəarasının eni 15 sm (bəzən 12,5 sm)
olmaqla səpilir. Səpin dərinliyi 2...10 sm olur.
3. Darcərgəli səpin. Bu üsulla taxıl bitkilərinin toxumları cərgəarasının eni 7,5 sm olmaqla səpilir
ki, bu da cərgəvi səpinə nisbətən məhsuldarlığın artmasını təmin edir.
4. Çarpaz səpin. Bu üsulda toxum tarlanın həm eninə həm də uzununa istiqamətlərdə aparılır.
Bu zaman cərgəarası və toxumlararası məsafələr eyni olduğundan toxumlar sahəyə bərabər
paylanır.
5. Enlicərgəli səpin. Bu üsulla cərgəaraları becərilən bitkilərin (pambıq, qarğıdalı və.s) toxumları
səpilir. Cərgələrarasının eni 45...90 sm olur.
6. Lent üsulu. Bu üsulla tərəvəz bitkilərinin toxumları səpilir. Hər lentdə cərgələrin sayı 2...5 olur,
lentlərarası məsafə 45...60 sm, lentdəki cərgələrin arası isə 5...25 sm olur.
7. Yuva üsulu. Bu üsulla toxumlar cərgələrdə yuvalara səpilir. Yuvalararası məsafə bitkilərin
növündən asılı olaraq 20...45 sm, cərgəaralarının eni 45...90 sm olur.
8. Kombinəedilmiş səpin üsulu. Bu üsulda toxum ilə birlikdə dənəvər gübrə də səpilir.
4. Qaba yemdoğrayan maşınlar.
Qaba yem xırdalayan maşınlar
Qaba yemlərin hazırlanmasında məqsəd onların tez həll olmasını təmin etməklə bərabər,
yeyilən zaman dadının və mənimsənilməsinin artırılmasıdır. Bu məqsəd üçün bir neçə
üsullardan istifadə olunur. Onlardan: xırdalama, pörtlətmə, öz-özünə qıcqırtma, kimyəvi və
biotermiki emaletmə üsullarıdır.
Qaba yemləri xırdaladıqda heyvanlar tərəfindən yaxşı mənimsənilməklə bərabər, onların
dozalaşdırılıb paylanması da asanlaşır. Yem xırdalanmadıqda ümumi kütlənin təqribən 20-30%-i


itkiyə gedir. Qaramal üçün yemin uzunluğu 3-5 sm məsləhət görülür. Bu ölçüdən kiçik olduqda
heyvanların mədəsində həllolma pisləşərək südün yağlılığı 0,3-0,5% aşağı düşür.
Küləşin pörtlədilməsi onun dadını artırmaqla bərabər, heyvanlar tərəfindən yaxşı
mənimsənilib və asan həll olunur. Ən yaxşı üsul konsentrat yemin küləşlə qarışdırılıb
pörtlədlməsidir. Bu məqsəd üçün 100 kq qaba yemə 4…5 kq konsentratın qarışdırılması
məqsədəuyğun sayılır.
Öz-özünə qıcqırtma yemin tərkibində olan mikroorqanizmlərin təsiri ilə gedir. Bunun üçün
xırdalanmış yem 2%-li duzlu su ilə isladılıb kipləşdirilir və müəyyən müddət saxlanıldıqdan sonra
onun temperaturu 50–70 0S-yə qədər qaldırılır. Bundan sonra yem yumşalır və heyvanlar onu
iştahla qəbul edir. Kimyəvi üsulda yemin yaxşı mənimsənilməsi ilə bərabər onun həll olunması
sürətləndirilir, tərkibində olan ziyanverici maddələr zərərləşdirilir. Bu üsulla qaba yem 3%-li
əhəng, 4%-li kaustik soda, 17-25%-li ammiak məhsulu ilə emal oluna bilər.
Yemin kalsiumlaşdırılması zamanı 1 t küləşə 30 kq sönməmiş əhəng, 10-15 kq xörək duzu,
2-2,5 m3 suda həll edib islatmaq lazımdır. Əhəng suda çətin həll olduğundan onu məhlulda tam
qarışdırmaq məsləhətdir. Prosesi daha sürətləndirmək üçün həmin məhlulu 24-36 saat
saxladıqdan sonra 2 saat müddətində buxarla pörtlətmək lazımdır. Belə yolla yemi
hazırladıqdan sonra 1 kq kalsiumlaşdırılmış küləşin yem vahidi 0,4-0,5 onun tərkibində 30-50 q
protein, 18-20 q kalsium 2-3 q fosfor olur.
5. Mobil tipli yempaylayanlar.
Bütün növ yemləri paylamaq üçün sənaye tərəfindən buraxılan yempaylayıcı aqreqatlar iki
sistemdə olur: mobil və stasionar.
Əsasən mobil tipli paylayıcılar malqaranın bağsız və bağlı saxlanma şəraitində, stasionar
paylayıcılar isə bağlı saxlanma vaxtı geniş tətbiq oluna bilir.
Yempaylayıcı maşınlar aşağıdakı tələbatları ödəməlidir:
1. Bütün növ yemləri paylamaq imkanına malik olsun.
2. Yüksək məhsuldarlığa malik olmaqla bir tövlədə yemin paylanma işini dəqiqədə yerinə
yetirsin.
3. Malqaranın tələbatına uyğun olaraq, verilən yemi nizamlamaq imkanına malik olsun.
4. Tövlə daxilində keçid yollarını kəsməməklə başqa işlərin yerinə yetirilməsində texnoloji
prposeslərin pozulmasına maneçilik törətməsin.
5. Yem payladıqdan sonra qalıq yemlərinin təmizlənməsi imkanına malik olsun.
6. Quruluşu sadə və etibarlı olsun.
7. Maşın xarab olduqda başqa usullar ilə yemin paylanmasına imkan versin.
8. İş prosesinin yerinə yetirilməsin avtomatlaşdırmaq mumkun olsun.
KTU-10A markalı yem paylayıcı. Bu maşının əsas vəzifəsi iribuynuzlu qaramal fermasında
yemləri daşıyıb paylamaqdır. Onun vasitəsilə yemi yay düşərgələrində, gəzinti meydançalarında
və paylama məsafəsi 2 m-dən az olmayan pəyələrdə tərtib etmək olar. Bu halda tövlədə
axurların hündürlüyü 750 mm-dən çox olmamalıdır. Bu maşın traktora qoşulmaqla xırdalanmış
yaşıl kütləni, silosu, xırdalanmış qaba yemi və müxtəlif nəmli yem qarışığını paylayır. O,
paylanacaq yemi axurlara bir tərəfdən və ya hər iki tərəfdən boşalda bilir. Lazım gəldikdə silos


kütləsini xəndəyə boşaltmaq, paylama məsafəsi aralı olan axurlara yemi tökmək üçün əlavə
təchizat qondarılır. Yempaylayıcı MTZ tipli traktorlarla aqreqatlaşır (şəkil ).
Yempaylayıcı hərəkət hissəsindən, uzununa daşıyıciları olan kuzadan, paylayıcı qurğudan,
intiqaldan, tormoz qutusudan və elektrik avadanlığından ibarətdir.
RSP-10 qarışdırıcı yempaylayan maşının vəzifəsi yem rasionunda olan komponentləri qəbul
etmək, nəql etdirmək, qarışdırmaq və alınmış yem qarışığının fermada bərabər paylamaq,
habelə açıq sahədə müxtəlif yükləyicilərə yükləməkdir.
RSP-10 maşını kuzovdan, çərçivədən, aşağı şnekdən, yuxarı şneklərdən, boşaldıcı
transportyor siyirtmədən, təknədən, işçi orqanlarından, intiqaldan, hərəkət edən hissədən,
tormoz sistemindən ibarətdir.
Paylayıcı-qarışdırıcı 1,4 t sinfinə malik olan traktorlara aqreqatlaşdırır, hərəkəti traktorun güc
ötürücü valından alır. Maşına bir nəfər qulluq edir.
Üstünlüyü: maşın eyni zamanda yempaylayıcıdan və yem qarışdırıcıdan ibarətdir.

Yüklə 57,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin