1. Ümumi müddəalar



Yüklə 30,41 Kb.
tarix22.10.2017
ölçüsü30,41 Kb.
#9887



Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının _____-ci il  ___________ tarixli _____ nömrəli Qərarı ilə təsdiq edilmişdir
İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament
1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi üçün müraciətin və sənədlərin qəbulu.



1.2. Elektron xidmətin məzmunu: investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi üçün müraciətin və sənədlərin qəbulu və təsdiqedici sənədin verilməsi ilə bağlı elektron xidmət qaydalarını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun 3 nömrəli əlavəsi – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 75-ci maddəsi;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 877 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”;

1.3.3.“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 6.12-ci bəndi;

1.3.5. “İnzibati akt formalarının və ərizə formasının təsdiq edilməsi barədə” İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2016-cı il 19 iyul tarixli 9 nömrəli Qərarı.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının İqtisadiyyat  Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 7 iş günü.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin (bundan sonra – təsdiqedici sənəd) verilməsi.


2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi şəxslər və fərdi sahibkarlar.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://e-xidmetler.economy.gov.az, http://e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma: http://e-xidmetler.economy.gov.az, http://e-gov.az, office@economy.gov.az, telefon: 012 493-88-67, faks: 012 492-58-95, Çağrı mərkəzi: 195-2.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onlar skan edilərək elektron formada təqdim olunur:

2.6.1. təsdiqedici sənədin alınması üçün ərizə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 19 iyul tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş formaya uyğun);

2.6.2. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

2.6.3. ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

2.6.4. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

2.6.5. ərizədə qeyd olunan investisiya layihəsinin həyata keçiriləcəyi obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti;

2.6.6. idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların siyahısı (siyahıda idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların ABŞ dolları ilə dəyəri, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodu, adı, XİFMN-də göstərilən ölçü vahidində miqdarı göstərilməlidir);

2.6.7. idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların alınması ilə bağlı müqavilənin surəti;

2.6.8. investisiya təşviqi sənədinin surəti.


3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmət üçün sorğu:



3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanlarından (http://e-xidmetler.economy.gov.az və ya http://e-gov.az) yüklənərək doldurulur və müraciət edən şəxs tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərlə birlikdə həmin elektron ünvanlardan birinə göndərilir;

3.1.2. sorğunun qəbulu: sorğu http://e-xidmetler.economy.gov.az və ya http://e-gov.az internet saytlarına daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi barədə müraciət edən şəxsin elektron poçt ünvanına bir iş günü ərzində bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda (aradan qaldırılması mümkün olan və təsdiqedici sənədin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar istisna olmaqla), habelə idxalı nəzərdə tutulan texnika, texnoloji avadanlıqlar və qurğular bilavasitə istehsal, işin və xidmətin təşkili ilə bağlı olmadıqda və investisiya təşviqi sənədini almaq üçün təqdim edilən investisiya layihəsinə uyğun gəlmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir.

3.2.2. sorğunun qəbulu: imtina üçün əsaslar olmadıqda təsdiqedici sənəd verilir.

3.3. Sorğunun icrası:

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və müvafiq şöbənin icrasına yönləndirilir

Müvafiq şöbə ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci və 18.2-ci maddələrinin və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 877 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın 2-ci hissəsinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və təsdiqedici sənədin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumat ərizəçinin elektron poçt ünvanına göndərilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman təsdiqedici sənədin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət təsdiqedici sənədin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 iş günü müddətində aradan qaldırmadıqda ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçinin elektron poçt ünvanına göndərilir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra investisiya təşviqi sənədinin alınması üçün təkrar ərizə ilə müraciət edə bilər.

Ərizədə və ona əlavə edilmiş sənədlərdə imtinaya əsas verən hallar müəyyən edildikdə İqtisadiyyat Nazirliyi bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdə təsdiqedici sənədin verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir, habelə bu barədə məlumat ərizəçinin elektron poçt ünvanına göndərilir.

İdxalı nəzərdə tutulan texnika, texnoloji avadanlıqlar və qurğular bilavasitə istehsalın, işin və xidmətin təşkili ilə bağlı olduqda və investisiya təşviqi sənədini almaq üçün təqdim edilən investisiya layihəsinə uyğun olduqda və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar olmadığı halda İqtisadiyyat Nazirliyi bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdə təsdiqedici sənədi ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, habelə bu barədə məlumat ərizəçinin elektron poçt ünvanına göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: elektron kargüzarlıq;

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: istifadəçilər təsdiqedici sənədin verilməsi barədə qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət edə bilərlər;

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. şikayətin baxılma müddəti: şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.




Kataloq: senedler -> req
req -> İnzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi haqqında inzibati reqlament
senedler -> 1-ci əlavə Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması
req -> İxrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən keyfiyyət sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament
req -> Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament
req -> Azərbaycan respublikasi iQTİsadi İNKİŞaf naziRLİYİNİn kollegiyasi qərar №11 Bakı şəhəri 20 iyul 2013-cü IL
req -> İnvestisiya təşviqi sənədinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

Yüklə 30,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə