1. Yeni dövrün başlanğıcında Asiya və Afrika ölkələrinin siyasi xəritəsi



Yüklə 45,1 Kb.
tarix20.05.2023
ölçüsü45,1 Kb.
#127309
Asiya Afrika 2




1. Yeni dövrün başlanğıcında Asiya və Afrika ölkələrinin siyasi xəritəsi.
Orta əsrlər Şərqində ən böyük dövlətlər Çin, Böyük Moğollar imperiyası, Səfəvilər dövləti, Osmanlı imperiyası idi. Yaponiya, Koreya, Vyetnam və digərləri daha kiçik dövlətlər idi.Asiya və Afrika dövlətlərini aşağıdakı tiplərə ayırırlar: feodal - bürokratik , patriarxal, potestar və dövlətəqədərki.
İ.M. Smilyanski feodal - bürokratik dövlətlərə Yaponiya, Çin və Osmanlını aid edirdi. Bu tipə Koreya və Vyetnam, habelə, Səfəvi İranı və Moğol Hondistanın bəzi knyazlıqları, Onların hamısı avtoritar mobarxiyalar idilər.
Patriarxal dövlətlərə Cənub - Şərqi Asiya ölkələri ( Birma, Siam, Laos, Kamboca, Malakka yarımadasının sultanlıqları), Mərkəzi və Qərbi Asiyada Əfqənistan, Orta Asiya xanlıqları, Yəmən, Hicaz və digərləri aid edilir. Şimali Afrikadakı Məğrib ölkələri də patriarxal ölkələr qrupuna daxil edilirlər. Patriarxal tipli bütün dövlətlər irsi monarxiyalar idi. Onlardan əksəriyyətində ali hakimiyyət teokratik səciyyə daşıyırdı. Potestar dövlətlərə Qazax xanlıqları, bəzi ərəb sultanlıqları, Ərəbistanında və Sumatrada , eləcədə s. ərazilərdə şəhər dövlətlər aid edilir. Onların əksəriyyəti feodal - bürokratik yaxud patriarxal dövlətlərin nəsli - qəbilə periferiyasını təşkil edirdi. Onlar uzun müddətli deyildilər və xarici siaysi vəziyyətdən asılı olaraq süquta uğrayır və yenidən yaranırdılar. Belə dövlət birləşmələrinin başında seçkili tayfa hakimləri - Xanlar dayanırdılar. İdarə aparatı minimal idi. İcbari orqanlar və silahlı qüvvələr yoxdu. Məhkəmənin əsasında adi hüquq dayanırdı.
2.Yeni dövrdə Asiya və Afrika ölkələrinin tipləri
Asiya və Afrika dövlətlərini aşağıdakı tiplərə ayırırlar: feodal - bürokratik , patriarxal, potestar və dövlətəqədərki.
İ.M. Smilyanski feodal - bürokratik dövlətlərə Yaponiya, Çin və Osmanlını aid edirdi. Bu tipə Koreya və Vyetnam, habelə, Səfəvi İranı və Moğol Hondistanın bəzi knyazlıqları, Onların hamısı avtoritar mobarxiyalar idilər.
Patriarxal dövlətlərə Cənub - Şərqi Asiya ölkələri ( Birma, Siam, Laos, Kamboca, Malakka yarımadasının sultanlıqları), Mərkəzi və Qərbi Asiyada Əfqənistan, Orta Asiya xanlıqları, Yəmən, Hicaz və digərləri aid edilir. Şimali Afrikadakı Məğrib ölkələri də patriarxal ölkələr qrupuna daxil edilirlər. Patriarxal tipli bütün dövlətlər irsi monarxiyalar idi. Onlardan əksəriyyətində ali hakimiyyət teokratik səciyyə daşıyırdı.
Potestar dövlətlərə Qazax xanlıqları, bəzi ərəb sultanlıqları, Ərəbistanında və Sumatrada , eləcədə s. ərazilərdə şəhər dövlətlər aid edilir. Onların əksəriyyəti feodal - bürokratik yaxud patriarxal dövlətlərin nəsli - qəbilə periferiyasını təşkil edirdi. Onlar uzun müddətli deyildilər və xarici siaysi vəziyyətdən asılı olaraq süquta uğrayır və yenidən yaranırdılar. Belə dövlət birləşmələrinin başında seçkili tayfa hakimləri - Xanlar dayanırdılar. İdarə aparatı minimal idi. İcbari orqanlar və silahlı qüvvələr yoxdu. Məhkəmənin əsasında adi hüquq dayanırdı.


3.Afrikanın geri qalma səbəbləri
Əlbəttə, Afrika xalqlarının geri qalmasını bir səbəblə izah etmək mümkün deyildir, onlar çoxluq təşkil edirlər.
Birinci amil - təbii iqlim, Ağır iqlim, tropik meşələr, az miqdarda zəmilər - bütövlükdə intensiv əkinçilik üçün az sərfəli şərait. İnsanlar adaptə olurdular, lakin bu çox böyük çətinliklər hesabına başa gəlirdi ( xəstəliklər, yüksək ölümlər və s)
İkinci amil - bu insanların etnomədəni potensiyası idi. Afrikadakılar adaptasiyaya hədsiz cəhdlər edirdilər ki, bu da cəmiyyətin inkişaf templərinə, mədəniyyətinə, adət olunmuş məişətin inkişaf səviyyəsinə mənfi təsir göstərirdi. Bundan başqa, cüzi ortalama ehtiyacları ( az qidalanma, minimal geyim ən sadə məskənlər) axtarışı stimullaşdırmır və əməyin yüksək istehsalı vərdişlərinin işlənməsinə, yeni əmək təcrübələrinin toplanıb möhkəmlənməsinə gətirib çıxartmır.
Üçüncü amil - bir çox etnik icmaların nisbi təcridi və b.e ilk minilliyinin sonlarınadək xarici aləmlə kontaktların cüzi olması. Bütün bunlar orta əsrlər də, yeni dövrdə və hətta müasir dövrdə qitənin geriliyini müəyyənləşdirdi. Belə şəraitdə Avropa dövlətlərinin işğalları tamamilə izahı olunan və real təzahürdür.
4.Asiya və Afrika öləkələrinin müstəmləkələşmə dövrü .
Asiya və Afrika ölkələrinin müstəmləkələşmə dövrləri: adətən müstəmləkə ekspansiyasının üç dövrünü ayırırlar:
1) XVI əsrin əvvəlindən XVIII əsrin ortalarına kimi Avropaya ixracatı üçün müstəmləkə mallarının təqibilə səciyyələnən «ticarət müstəmləkəçiliyi»>; 2) <ölkələrə ixracatının olduğu;
3) «imperializm epoxasının müstəmləkəçiliyi», yaxud «inhisar kapitalı dövrünün müstəmləkəçiliyi»,- XIX əsrin sonundan asılı ölkələrin resurslarının istifadə olunmasının əvvəlki metodlarına daha birinin - Avropa kapitalının oraya aparılması, qeyri Avropa ölkələrinin sənaye inkişafına gətirb çıxardan investisiyaların artması.
Birinci dövrün başlaması coğrafi kəşflər epoxası ilə eyni vaxta düşür. Böyük coğrafi kəşflər feodal və özü də o qədər də inkişaf etməmiş ölkələr olan Portuqaliya və İspaniya tərəfindən başlanılır. Nəyə görə səlibçilərin Şərqə bir neçə əsr ərzində dayanmayan hərəkatları portǝgiz-ispanların demək olar ki, eyni cür feodal ekspansiyası kimi insanların həyatına coşğun təsir göstərə bilməmişdi. Cavab aydındır.
Əvvəla, səlib yürüşlərindən fərqli olaraq coğrafi kəşflər dövrünün müstəmləkə ekspansiyası ticarət kapitalizminin tələblərinə cavab verirdi. O kapitalizmlə birlikdə inkişaf edir, istər metropoliya, istərsə də müstəmləkələr üçün dərin nəticələr doğuraraq bir çox tərəfləri əhatə edirdi.
İkincisi, ilk müstəmləkə işğallarında Pireney yarımadasının zadəganları iştirak

edirdilər, bu müharibələr isə çox zaman Flandriya va Brabantin maliyyəçiləri tərəfindən maliyyələşdirilirdi.


Üçüncüsü, portǝgizlərlə ispanları, eləcə də, hollandları Avropa hüdudlarından kənara doyulmaz qızıl tamahı qovurdu. Asiya və Afrikanın dövlətləri avropalılara ən varlı ölkələr kimi görünürdü. Avropalı tacirlər Senegal və Nigerdən qızıl qum gətirirdilər. Onların danışıqlarında qızıl ehtiyatları fantastik ölçülər alırdı, tacirlər təsdiq edirdilər ki, Afrikada, Niger çayı hövzəsində "qızıl doğulur".
Dördüncüsü, Çin, Hindistan və Hindçin öz ədviyyatları ilə avropalıları cəlb edirdi. Ədviyyat da qızıl kimi baha idi. Avropada ədviyyata zəngin olan Asiya ölkələrini "Hindistanlar" adlandırıdılar. Afrika qızılı Atlantik okeanına tökülən böyük çayların dayazlıqlarından əldə olunduğundan, Afrikanın qərb sahilləri boyunca hərəkət etməklə Qızıl çaya çatmaq tamamilə yəqin hesab olunurdu. Ədviyyatı da qüdrətli Osmanlı imperiyası ilə toqquşmadan əldə etmək mümkün idi. Bunun üçün Hindistana dəniz yolu tapmaq lazım idi.
5.Müstəmləkələrin Asiya və Afrika ölkələrinin inkişafına göstərdiyi təsirlər.
Əvvəla, müstəmləkə ekspansiyası tarixi inkişafın təbii prosesinin pozulmasını, müstəmləkələrin zorakılıqla dünya bazarı sferasına və dünya kapitalizminə qatılmasını ifadə edirdi.
İkincisi, müstəmləkələşmə bütöv xalqların məhv edilməsindən danışılmasa
da, sivilizasiyaların böhranına və hətta məhvinə gətirib çıxardı. Avropalıların
Mərkəzi və Cənubi Amerikaya, Afrikaya gəlişləri xüsusilə hiss olunan idi. Afrika qitəsi qaradərililərin ovu üçün qoruq sahəsinə çevrildi. Avropalıların ələ keçirdikləri rayonlarında yerli əhali məhv edildi, sağ qalanlar qula çevrildi. Qul ticarəti afrikalılara çox böyük zərərlər gördü, zəngi tarixçi Dübuanın məlumatlarına görə XVI əsrdən XVIII əsrə kimi müstəmləkələşmə zamanında qitənin əhalisi təxminən 60-100 mln nəfərədək azalmışdı.
Üçüncüsü, avropalıların müstəmləkə siyasəti xaqlararası münaqişələrin qızışdırılmasına şərait yaradırdı. Məsələn, Hindistanda induslarla müsəlmanlar arasında, Afrikada ayrı-ayrı tayfalarla xalqlar arasında müharibələri göstərmək olar. Tayfa başçıları qonşularını kölə edərək avropalılara satmağa çalışırdılar.
Dördüncüsü, Avropa kapitalizmi Sarq ölkələrində Əmtəə-pul münasibətlərinin inkişafına "kömək etdi". Lakin müstəmləkələr və asılı ölkələr əvvəlki kimi metropoliyalar üçün ilkin kapital yığımının vasitələri tək xidmət etməkdə davam edirdilər. Buna görə də Asiya və Afrika dövlətləri: a) xammal mənbələri; b) Avropa malarının satış bazarlarına çevrildi. Bu isə asılı ölkələrdə kapitalizmin bir tərəfli, Avropa ölkələrinə sərf edən formalarda inkişaf etməsinə
gətirib çıxartdı. Qərblə Şərq arasında iqtisadi parçalanma azalmadı, əksinə çoxaldı.
Beşincisi, artıq XVII əsrdə Asiya və Afrika xalqları müstəmləkəçilərə müqavimət göstərirdilər, lakin sovet məktəbi tarixçilərinin hesab etdikləri kimi o "feodal millətçiliyi" bayrağı altında gedirdi. Milli hərəkatlara knyazlar, ruhaniǝrin yuxarı

təbəqələri, az hallarda ziyalıların nümayəndələri başçılıq edirdilər. Bu geridə qalan keçmişin müqaviməti idi. Müqavimətin milli-azadlıq hərəkatlarına çevrilməsi üçün yeni ideyaların və onların daşıyıcıların meydana çıxması üçün zaman lazım gəlirdi.


Bir qrup, xüsusən də, qərb alimləri hesab edirlər ki, yeni dövrün başlanğıcında Şərq xalqları guya hərəkətsizlik və durğunluq dövründə olmuşlar və "sivilizasiyalı" Avropanın müdaxiləsi olmadan mütərəqqi inkişafa qabil deyildilər. Avropanın öz inkişafında irəli çıxmasını isə onlar dinamik qarb ruhunun guya müstəqil tarixi fəaliyyətə qabil olmayan düşüncəli şərq təbiəti üzərində üstünlükdə görürdülər.
6. Osmanlı imperiyası “ Lalə dövrü” ndə
1718-ci ildə Avstriya ilə imzalanan Pojarevatsk sülhü ilə başlayıb, 1730-ci ildəki Patrona Xəlil üsyanı ilə sona çatan, "Eys- işrət və əyləncə" dövrü olaraq da bilinən bu dövrdə, Haliç və Boğaziçi səmtləri başda olmaqla paytaxtın əksər yerlərində israf dərəcəsində lalə bağçaları qurulmuş, bu səbəblə tarixdə ilk dəfə bu dövr şair Yahya Kamal Bayath (1884-1958) tərəfindən Lalə dövrü adlanmışdır.
Bu dövrdə Damat Ibrahim Paşa və Sultan III Əhməd artiq dərəcədə eyş-işrətli və əyləncəli mərasimlər təşkil etmiş, bütün bu şənliklərin simvolu da lalə olmuşdur. Bu dövrdə lalənin 839 sortu yetişdirilmiş, lalə soğanlarının qiyməti bahalaşdığı üçün 1722-ci ilin oktyabrında bu qiymətləri tənzimləyən bir dövlət fərmanı qəbul edilmişdir.
Lalə mövsümü bitib qış ayları başlayanda Sultan Əhməd və vəzirləri qapalı məkanları isidǝrǝk (indiki istixana sistemi ilə) burada lalə və qərənfil yetişdirir, digər yandan halva ziyafətləri və söhbətləri keçirirdilər.
Başda padşah va sadrazam olmaqla, dövlət adamlarının ananayə zidd hərəkətləri, israfçılığa çatacaq dərəcədəki şənliklari əhalini narazı salmağa başlamışdı. Sarayı hədsiz məsrəfləri və sadrazam torəfindən tədbiq olunan əlavə vergilər əhalinin, xüsusilə də ülǝma zümrəsinin vəziyyətini ağırlaşdırmışdı. Hərbi sahədə gedon reformasiyalardan narazı olan yeniçərilər də əhalini dəstəkləyirdilər. Bəzi ülomaların bu narazılıqları təhrik etməsinə baxmayaraq üsyan siyasi səbəblə baş vermişdi. Rusiyanın Xəzər sahillərinə qədər olan bölgəni işğal etməsi, bölgənin müsəlman əhalisinin Osmanlı padşahından yardım tələb etməsi və Səfəvi taxtında baş verən hadisələr istər-istəməz Osmanlı dövlətinin diqqətini özünə cəlb edirdi.
Əyalətlərdə yaranan siyasi boşluq səbəbi ilə paytaxta olan köçlər mərkəzdə işsizliyin artmasına gətirib çıxarmışdı.
Siyasi, iqtisadi və ictimai vəziyyətin ağırlaşması Damat Ibrahim Paşanın gözdən düşməsinə səbəb olmuşdu. Nəticədə İstanbulda Patrona Xəlil üsyanı başlamışdı. Əvvəlləryeniçari oca- ğına mənsub olan və bir müddət donanmada lavand olaraq çalışdığı üçün Patrona ləqəbiylə tanınan Xəlilin adıyla tarixə keçən üsyan, monbələrdə Patrona Xəlil və ya qısaca Patrona üsyanı olaraq qeyd edilir. Əhalinin etirazlarını alovlandıran Patrona Xəlil 25 sentyabr 1730 tarixində əhalini Ətmeydanına toplayaraq sultandan Damat İbrahim Paşanın kəlləsini istəmişdi.

Sultan Əhməd ülǝmadan olanların təkidi və üsyan rəhbərlərinin tələbi ilə sevimli sədrəzəmi İbrahim Paşanı və onun kürəkənləri olan sədarət kəndxudası Mehmed Paşa ilǝ kaptan-ı dərya Mustafa Paşanı üsyançılara təslim etmişdi. 1 oktyabr 1730 tarixində sarayda öldürülən İbrahim Paşanın cəsədi kürəkənlərinin cəsədləri ilə birlikdə üsyançılara təslim edilmişdi. İstanbul küçələrində gəzdirilən və ardından parçalanan cosǝd sonda Sultan Əhməd meydanındakı III Əhməd çeşməsi önünə buraxılmışdı.Bir neçə gün sonra III Əhməd də öz taxtından əl çəkməyə məcbur olmuş və yerinə qardaşı oğlu Sultan Mahmud taxta çıxarılmışdı.


7. III Səlim və onun islahatları
III Səlimin padşahlığı dövründə (1789-1807) demək olar bütün məzlum xalqlar öz zülmkarlarına qarşı mübarizə aparırdı. Balkanlarda yunanların, bolqarların, qaradağlıların, serblərin, rumınların, Misirdə və Ərəbistan yarımadasında ərəblərin antitürk hərəkatı başlanmışdı. Məcburiyyət qarşısında qalan III Səlim 1792-1796cı illərdə hərbi xidmətlərə görə len sisteminə daxil olan mülkləri ləğv etdi.Əlbəttə, bu dövrdə Türkiyədə yaxşı ordu ola da bilməzdi. Adətən ordunun vəziyyəti ölkənin ümumi vəziyyətini əks etdirir.Yeniçərilər isə bu zaman sənətkarlıq və ticarətlə, bəzən də qarət və quldurluqla daha çox məşğul olurdular və onlar döyüş qabiliyyətini itirmişdilər. Orduda intizam aşağı düşmüşdü.Ordunun yenidən qurulması üçün vəsait lazım idi, bu iş feodalları da narahat etməli idi. Mövcud böhrandan xilas olmaq üçün ordu islahatı vacib idi. Axır ki, islahat səyləri öz ifadəsini sultanın bir sıra fərmanlarında tapmış oldu. Bu fərmanlar ümumilikdə "nizami cədid", yəni yeni quruluş və ya yeni qayda adı ilə tarixə düşdü. Bu islahatlar sultan III Səlimin padşahlığı dövründə keçirildiyindən tarixi ədəbiyyatda onun adı ilə Sultan Səlim islahatları kimi tarixə daxil oldu.Beləliklə, 1791-ci ildə sultan ali dünyəvi və dini əyanlara sərəncam verdi ki, keçirilməsi lazım olan islahatlar haqqında öz mülahizələrini bildirsinlər. Təqdim edilən layihələrin çoxunda əsas diqqət ordunun Avropa qaydasında qurulmasına yetirilirdi. III Sultan Səlim 1792-1793-cü illərdə əməli olaraq islahatlara başladı. Onun verdiyi fərmana görə hərbi vəzifəsini yerinə yetirməyən len sahiblərindən timar və ziyamətlər geri alınmalı, Avropa nümunəsində hərbi korpus yaradılmalı, islahatların həyata keçirilməsini vəsaitlə təmin etmək üçün xüsusi xəzinə təsis edilməli və bu məqsədlə bir sıra vergilərin toplanması həmin xəzinənin ixtiyarına verilməlidir. Hərbi islahatlar fransız hərbi missiyasının rəhbərliyi altında həyata keçirilirdi. Lakin yeni hərbi korpus çox ləng yaradılırdı.Lakin mühafizəkar qüvvələr islahatlara şiddətli müqavimət göstərirdilər. Həmin islahat əleyhdarları əsasən yeniçərilərə arxalanırdı. III Sultan Səlim yeniçərilərin bir hissəsini yeni orduya göndərmək istədikdə bu əmrə etiraz olaraq yeniçərilər 1805-ci ildə qiyam qaldırdılar.Belə bir şəraitdə III Sultan Səlim qətiyyətsizlik göstərdi. O, hərbi islahatlar haqqındakı fərmanı ləğv etdi, yeni korpusu buraxdı
8. II Mahmudun islahatları

Avropada sürətli inkişaf, kapitalizmin yeni xətt üzrə inkişafı, elmin, texnikanın tərəqqisi diktə edirdi ki, Türkiyə də bu prosesdən geri qalmasın.Türkiyə öz mövcudluğunu mühafizə etmək üçün bir sıra islahatlar keçirməli idi.Odur ki, dövrün, zamanın tələblərinə uyğun olaraq nəhayət. Türkiyədə 1834-1839-cu illərdə belə islahatlar keçirildi və bu islahatlarmahiyyətinə görə Türkiyə inkişaf tarixində yeni mərhələ oldu.Türkiyədə başlanan və çox əhəmiyyəti olan bu islahat bu dövrdə bir çox sahələri əhatə edirdi. Ən başlıcası hərbi-len sisteminin qəti surətdə ləğv olunması idi və bu tədbiri aqrar islahatın ən vacib və zəruri tərəfi hesab etmək olardı.Hərbi-len sisteminin ləğv edilməsi inzibati sahədə də islahat keçirilməsinə səbəb oldu. Çünki Osmanlı imperiyasında inzibati quruluşun əsasını da hərbi-len sisemi təşkil edirdi və uzun illər bu sistemin mövcudluğu ənənəyə çevrilmişdi. 1834-cü ildəki yeni inzibati islahata görə bütün ərazi əyalətlərə və sancaqlara (mahallara) bölündü.Başqa islahatlar içərisində 1836-cı ildə gömrük sisteminin vahid şəkilə salınmasını, taxıl və yun satın almaq sahəsində dövlət inhisarının 1838-ci ildə ləğv edilməsini, 1836-1837-ci illərdə xarici işlər və daxili işlər nazirliklərinin, hərbi nazirliyin yaradılmasını, Paris, Vyana, London və Berlində səfirliklər açılmasını da göstərmək lazımdır.İslahatın digər bir tərəfi də diqqətəlayiqdir ki, II Mahmud özünü dini mənsubiyyətindən asılı olmayaraq bütün təbəələrin bərabər olması tərəfdarı kimi qələmə verməyə çalışırdı.Öz hakimiyyətini möhkəmlətmək məqsədilə II Mahmu-dun yuxarıdan həyata keçirdiyi islahatlar geniş zəhmətkeşkütlələrin vəziyyətini yüngülləşdirməyə yönəldilmişdi. Am-ma aparılan islahat reallaşandan sonra xalq kütləsi əsl həqi-qəti gec də olsa dərk etdi. Onlar dərk etdilər ki, sultanın bütün cəhdləri yalnız hakimiyyətini möhkəmlətmək imiş.Əhalinin narazılığından istifadə edərək islahatları pozmağa çalışan qüvvələr də var idi. Onlar bəzən də buna müvəffəq olurdular. Lakin II Mahmud heç bir müxalifətçiyə güzəşt etmir.Türkiyədə islahatın davamı kimi, hətta II Mahmud yeni islahatlar da hazırlayırdı. Bunların işlənib hazırlanması ilə xüsusi komissiya məşğul olurdu.


9.Tənzimatın sosial-iqtisadi və siyasi zəmini
10."Gənc türklər "inqilabı
XlX əsirin ikinci yarsında Osmanlı imperiyasında iqtisadi vəziyət dahada pisləşmiş , xəzinə boşalmış , iqtisadiyat sarsılmışdı. Avropa ölkələrindən alınan yüksək fayizli borclar ölkəni fəlakətə sürükləyirdi . İstanbuldakı Hərbi Tibb Məktəbinin kursantları ll əbdulhəmid rejiminə qarşı mübarizə aparmaq üçün 1889 cu ildə " İttihaq və tərəqqi təşkilatı yaratdılar . Cəmiyyətin üzvülərini və onların tərəfdarlarını " Gənc türklər " adlanırdılar . Beləliklə , ittihaq və tərəqqi təşkilatının yaradılması ilə Osmanlı dövlətində Gənc türklər hərəkatının əsası qoyuldu , "Gənc türklər " in əsas məqsədi 1876 cı ill konstitusiyasının bərpa edilməsi idi . 1907 ci ildə İtthad və tərəqqi partiyasının Parisdə konfuransı keçirildi , Konfuransda üsyanın 1909 cu ildə başlanması qərara alınsa da , aşağdakı səbəblərdən üsyanı

tezləşdirmək qərarına gəldilər : 1 . Gənc türklərin rəhbərliyi olmadan ölkədə inqilabın başlayacağından ; 2 Makedoniyaının və digər ucqar bölgələrin Osmanlı tərkibindən çıxacağından ehtiyatlandığından . 1908 ci ilin yayında Makedoniyada Gənc türklərin üsyanı başladı , Niyazı bəyin və Ənvər bəyin başçılığı ilə inqilapçı dəstələr Selanikə gəldilər " İttihad və Tərəqqi partiyasının yerli komitəsi sultana 1876 cı ill Konstitusiyasının bərpası üçün untimatuyum verdilər . Sultan ll Əbdülhəmid ultimatumu qəbul edərək kanstitusiyanın bırpası və parlametin çağırılması haqqında fərman imzaladı . Beləliklə " Gənc türklər üsyanı nəticəsində Osmanlı dövlətində 1876 cı il kanstitusiyası və kanstusiyalı monarxiya qurluşu bərpa edildi . Lakin 1909 cu ilin aprelində əks - inqilapçılar İstanbul korpususunun köməyi ilə sultan ll Əbdülhəmidin hakimiyətini bərpa etdilər . Sultan , parlametin səlahiyətlərini məhdudlaşdırıaraq köhnə qaydaları bərpa etsə də , yenidən " Gənc türklər " qiyamı yatırıb yenə də ll Əbdülhəmidi taxtan salaraq Əbdülməcidin oğlu V Mehmet Rəşadı ( 1909 - 1918 ) hakimiyətə gəldi .


11.
12.
13. Babilər hərəkatının ilkin zəmini və mərhələləri.


14.Əmir Kəbirin (Əmir Nizam) islahatları.
Babilər hərəkatı İranda ictimai ziddiyyətlərin hədsiz kəskinləşdiyini göstərdi. Hakim sinfin nisbətən üzaqgörən nümayəndələri yaranmış vəziyyətdən çıxış yolunu islahatda görürdülər. İslahatlar keçirməyi birinci növbədə mülkədarların, feodalların bazarla və ticarət əkinçiliyi ilə əlaqədar olan torpaq sahiblərinin mənafeyi tələb edirdi.Hakim sinfin bu hissəsinin mənafeyini Nəsrəddin şahın baş vəziri Mirzə Tağı xan ifadə edirdi. Mirzə Tağı xan eyni zamanda şah qoşunlarının komandanı olduğundan Əmir Nizam ləqəbi daşıyırdı. O, dövlətin hakimiyyətini möhkəmlətməyə, ordunu və maliyyə sistemini yenidən təşkil etməyə çalışırdı. O, dövlət malını oğurlayanlara qarşı, rüşvətxorluğa və xəyanətkarlığa qarşı, habelə əyalət hakimlərinin özbaşınalığına və dövlət işlərinə iri ruhanilərin hədsiz dərəcə müdaxiləsinə qarşı mübarizə aparırdı. Bilavasitə Mirzə Tağı xanın təşəbbüsü ilə bir çox şahzadələr bilavasitə əyalətlərdən əldə etdikləri gəlirlərdən məhrum edildi. Məmurların sayı və aldıqları maaş azaldıldı. Əmir Nizam İranın milli müstəqilliyini möhkəmlətməyə, xarici dövlətlərin, xüsusilə İngiltərənin İranın daxili işlərinə müdaxiləsinin qarşısını almağa çalışırdı.Lakin Əmir Nizamın siyasəti bir çoxlarının şəxsi maraqlarına qarşı olduğuna görə iri ruhaniləri, şaha yaxın adamları, feodal zadəganları və ingilisləri ona qarşı qaldırmış oldu. İngilislərin təhriki ilə şahın anası və Tehran ruhanilərinin rəhbəri Əmir Nizam əleyhinə müxalifətçilərin başında durmuşdu.Onlar, əvvəllər islahatlara müsbət münasibət bəsləyən gənc Nəsrəddin şahı da öz tərəfinə çəkə bildilər. Beləliklə, xalqın mənafeyinə xidmət edən islahat

dayandırıldı. 1851-ci ilin axırlarında Mirzə Tağı xan baş vəzir vəsifəsindən kənar edildi və sonra da edam olundu, onun islahatlar layihəsi isə ləğv edildi.Babi üsyanlarının yatırılması və Əmir Nizamın islahatlarının süquta uğraması İranı daha da zəiflətdi və xarici kapital tərəfindən ölkənin daha da əsarət altına alınmasını asanlaşdırdı.


15.İngilis- İran müharibəsi. (1856-1857)
İngilislər öz təcavüzkar planlarında İran və Orta Asiya üzərinə hücum etmək üçün Herata strateji hərbi meydan kimi böyük əhəmiyyət verirdilər. Krım müharibəsi zamanı ingilislərin diqqətinin Sevastopolun mühasirəsinə cəlb olmasından istifadə edərək, İran şahı Heratı tutmaq qərarına gəldi ki, Dost Məhəmməd və ingilislər tərəfindən zəbt edilməsin, onları qabaqlasın. Bu məqsədlə 1856-cı ildə İran qoşunları Heratı mühasirəyə aldı və həmin ilin oktyabrında oranı tutdular.Bunun ardınca ingilislər İrana qarşı təcavüzkar müharibəyə başladılar. Müharibə 1856-cı il noyabrın 1-də elan edildi. Dekabrın 4-də ingilis eskadrası Xərək adasını işğal etdi, dekabrın 10-da isə ingilis desantı Buşir limanını tutdu və Şiraz istiqamətində irəliləmək təşəbbüsü göstərdi. Lakin bu cəhd uğursuzluqla nəticələndi. 1857-ci il martın axırlarında ingilislər Məhəmmərəni (indiki Xorrəmşəhr) işğal etdilər və Harun çayı ilə yuxarıya doğru irəliləyərək, aprelin 1-də Əhvaz şəhərini işğal etdilər.Lakin 1857-ci ilin əvvəllərində Hindistanda ingilislərə qarşı çıxışlar və milli üsyan başlanmışdı. Bu çıxışlar ingilislər əleyhinə böyük milli üsyanın ilk xəbədarlıqları idi. Buna görə də ingilislər İranda müharibəni təcili dayandırmağa məcbur oldu.Hələ müharibə davam edərkən 1857-ci il martın 4-də Parisdə ingilis-İran sülh müqaviləsi bağlanmışdı. Müqaviləyə əsasən şah İran qoşunlarını Heratdan və Əfqanıstandan çıxarmağı, bu yerlərə daha heç bir vaxt iddia etməyəcəyini, Heratın və Əfqanıstanın istiqlaliyyətini tanımağı, Herat və Əfqanıstanla İranın ixtilafı baş verdikdə İngiltərənin vastəçiliyindən istifadə etməyi öhdəsinə götürməli oldu. Öz növbəsində İngiltərə də qoşunlarını İrandan geri çıxarmağa razılıq verirdi. Qarşılıqlı razılaşma əsasında 1857-ci ildə İranla İngiltərə arasında diplomatik əlaqələr bərpa edildi.Bu məğlubiyyət İranın yarımmüstəmləkəyə çevrilməsi üçün şərait yaradılmasına kömək etdi .
16. İranda 1905-1911-ci illər inqilabı.
1905-ci ilin dekabrında Tehranda və başqa şəhərlərdə kortəbii mitinqlər və nümayişlər başladı. Səbəb isə hakimiyyətin göstərişi ilə köhnə seidin vəhşicəsinə döyülməsi olub. Bu hərəkəti görən Tehran sakinləri küçələrə axışıblar. Minlərlə tanınmış vətəndaş şahdan günahkarların cəzalandırılmasını və “ədalət evi”nin yaradılmasını tələb etməyə başladılar . İğtişaşlardan qorxan şah ona qarşı qoyulan tələblərlə razılaşdı, lakin tezliklə repressiyalar başladı. Cavab olaraq
1906-cı ilin yayında onlara qarşı yeni etiraz dalğası yarandı. Şah bu dəfə ciddi şəkildə təslim olmaq məcburiyyətində qaldı. 1906-cı il avqustun 5-də ölkədə konstitusiya rejiminin tətbiqi və Məclisin çağırılması haqqında dekret dərc olundu.

Məclis 1906-cı il oktyabrın 8-də fəaliyyətə başlamış, əvvəlcə yalnız Tehran deputatlarından ibarət idi.


1906-cı ildən Təbriz və Rəştdə antifeodal hərəkatı güclənməyə başladı, əsasən təbliğatla məşğul olan fəhlə və sənətkar ziyalılarının nümayəndələrindən ibarət ilk sosial-demokrat qruplar yarandı. İran şəhərlərində bir-birinin ardınca inqilabi əncümənlər yarandı. Aprel ayında Məclis enjumenlərin siyasi işlərə qarışmaq hüquqlarını məhdudlaşdırsa da, onların statusunu qanuniləşdirdi. Buna cavab olaraq ölkədə iman, ideya və ədalət mücahidləri olan mücahidlər hərəkatı gücləndi. Çoxsaylı mücahid təşkilatları radikal tələblər irəli sürürlər. Mücahidlərin radikallığı təkcə şah hakimiyyətini deyil, həm də məclis deputatlarının əksəriyyətini narahat edirdi. İnqilaba bürünmüş İranda təsir dairələrinin formal bölgüsü haqqında 1907-ci il İngiltərə-Rusiya müqaviləsi bu sənədi tanımayan İran rəhbərliyinin kəskin etirazına səbəb olmuş və bu hal Məclisin mövqelərinin gətirilməsində mühüm rol oynamışdır.Eyni zamanda şah hökumətinin, feodalların və ruhanilərin əksinqilabi bloku formalaşmağa başladı. 1907-ci ilin dekabrında Məclisi dağıtmaq üçün ilk cəhd oldu, lakin uğursuz oldu, sonra daha bir neçə cəhd edildi. 1908-ci ilin yayında şah bu anı əksinqilabi çevriliş üçün münasib hesab etdi: 1908-ci il iyunun 23-də kazak briqadası onun göstərişi ilə paytaxtdakı Məclisi və Enjumeni dağıtdı.1908-ci ilin oktyabrına qədər Təbriz üsyançıları şah tərəfdarlarını şəhərdən qovdular və konstitusiyanın bərpasını və yeni Məclisin çağırılmasını tələb etdilər.

Bir neçə illik inqilabdan sonra iqtisadiyyat son dərəcə baxımsız vəziyyətdə idi. Yeni hökumət nə Rusiyanın, nə də İngiltərənin köməyinə müraciət etmək istəmirdi. Kompromis variant seçildi: Amerikanın maliyyə müşaviri M.Şuster böyük səlahiyyətlər alan İrana dəvət edildi.


Şuster 1911-ci ilin mayında İrana gəldi. O, ilk növbədə bütün vergi xidmətinin yenidən təşkili ilə nəticələnən güclü fəaliyyətə başladı.
17.Dürranilər dövləti.


18. I İngilis- Əfqan müharibəsi.
1838-ci ilin sentyabrında İran qoşunlarını Herat
əyalətindən çıxarmağa məcbur edə bilmiş, müstəmləkəçilik ənənlərinə yiyələnmiş İngiltərə Əfqanıstanın istilasına başlayaraq Ost-Hind kampaniyasının 22
minlik ordusunu buraya göndərdi. İşğalçılar öz əllərində
oyuncaq olan Şücanın hakimiyyətini bərpa etmək bəhanəsilə
çıxış edirdilər. ingilislər 1839-cu ilin aprelində Qəndəharı işğal
etdi, iyulda isə Qəznəni aldılar və bundan sonra Kabil üzərinə
hərəkət etdilər. İngilislər tərəfindən rüşvətlə ələ alınmış
əyanlar və sərkərdələr Dost Məhəmmədə xain çıxdılar.Dost

Məhəmməd Bəlxə, sonra da Buxaraya qaçdı. Otuzillik fasilədən sonra Şüca hakimiyyətə gəldi. Dost Məhəmməd Buxara əmirliyinin ərazisindən qaçıb Əfqanıstana gələ bildi və burada ingilislərə qarşı mübarizəyə başladı. Lakin Məlum olmayan səbəbdən Dost Məhəmməd 1840-cı ilin noyabrında mübarizəni dayandırıb özünü ingilislərə təslim etdi. 1841-ci ilin yazında və yayında xalq müharibəsi yenidənalovlandı. İngilislərə qarşı bu mübarizədə əfqanlarla birlikdə tacik əhalisi də iştirak edirdi. 1841-ci il noyabrın 2si gecə Kabildə baş verən xalq üsyanı müstəmləkəçi işğalçılara güclü


zərbə vurdu. Şəhər sakinləri paytaxtı ələ keçirərək ingilis zabitlərinə divan tutdu. Şerpurdakı ingilis düşərgəsi mühasirəyə alındı. Təslim olmağa məcbur edilən ingilis işğalçıları toplarının bir hissəsini əfqanlara verib, adamlarının bir hissəsini zamin qoyaraq tələsik halda geri çəkilməyə məcbur oldular. Lakin şaxtalı hava şəraitində əfqan partizanlarının sistemli hücumları nəticəsində məhv
oldular. Bu məğlubiyyətdən sonra Ost-Hind kompaniyası
qisas almaq və "nüfuzunu bərpa etmək" məqsədilə Kabilə yeni yürüş təşkil etdi. Lakin arasıkəsilməyən xalq müharibəsi tez bir zamanda
ingilisləri Əfqanıstan ərazisindən tamamilə çıxıb getməyə və
əsirlikdə olan Dost Məhəmmədi Kabil taxtına qaytarmağa
məcbur etdi. Əfqan xalqının yadellilərə qarşı mütəşəkkillə apardığı
istiqlal savaşı düşmən üzərində qələbə ilə nəticələndi. 1838-
1842-ci illər birinci ingilis-əfqan müharibəsində silaha sarıl-
mış xalqın göstərdiyi igidliklər əfqanların vətənpərvərlik ənə-
nələrindən irəli gəlirdi.
19.
20.Əfqanıstan XX əsrin əvvəlində:
Bu dövürdə hakimiyyətdə Həbibullah xan(1872-1919)olmuşdur. Onun hakimiyyəti dövründə Əfqanıstanda mühüm dəyişikliklər baş verdi:
- ölkənin siyasi birləşməsi;
- daxili və xarici ticarətin artımı;
— kənd təsərrüfatının ixtisaslaşması;
- ümuməfqan bazarının yaradılması;
- şəhər əhalisinin artması;
- milli burjuaziyanın doğulması;
- Avropa üsulu ilə təhsil;
- məxfi polisin yaradılması;
- tayfaların nümayəndələri dövlət işlərinin həllinə cəlb olunmağa başladılar. İngilislər Həbibullah xana təzyiq göstərməyə çalışdılar, lakin o, bütün təklifləri rədd etdi.1904-cü ilin dekabrında ingilislər Əfqanıstanın xarici siyasətinə nəzarəti saxlamaq üçün Kabilə Denq missiyasını göndərdilər. Həbibullah xan heç bir güzəştə getmədi. 21 mart 1905-ci ildə İngiltərə ilə müqavilə imzalandı:

- xarici siyasət İngiltərənin nəzarəti altında qaldı;


- ingilislər Həbibullah xanın müstəqilliyini təsdiq etdilər;
- subsidiyalar saxlanılıb.
Milli şüurun formalaşması milli azadlıq hərəkatının yüksəlişinə səbəb olur. Tam müstəqilliyə nail olmaq, daxili islahatlar aparmaq vəzifəsi qoyan “Gənc Əfqanlar” adlı ictimai hərəkat yarandı. Həbibullah xan bu hərəkatın başçılarını vəhşicəsinə sıxışdırırdı.1907-ci il avqustun 31-də Sankt-Peterburqda Yaxın Şərqdə təsir dairələrinin bölünməsi haqqında ingilis-rus müqaviləsi imzalandı. Əfqanıstan Rusiyanın təsir zonasından kənarda tanınırdı. Rusiya və İngiltərənin xarici siyasətinin əsas vəzifəsi Almaniyanın bu bölgəyə daxil olmasının qarşısını almaq idi.Türkiyə emissarları artıq Əfqanıstanda peyda olub, almanpərəst təbliğat aparırlar.Birinci Dünya Müharibəsi başlayanda Həbibullah xan qəti bitərəfliyini elan etdi. 1915-ci ildə alman missiyası Əfqanıstan ərazisinə soxularaq Əfqanıstanın müharibəyə girməsi üçün təşviqat aparırdı. Onlar Həbibullah Xanın qardaşı Nəsrullah Xanla (1875-1920) əlaqə qurdular, lakin Əfqanıstandan qovuldular. Əfqanıstanın neytrallığı qorunub saxlanılıb.
21.
22 .
23.XIX əsrin I yarısında Britaniya Hindistanında vergi sistemi.
XIX əsrin birinci rübündə işğal edilmiş yerlərdə ingilis hökumət orqanları daimi zəmindarlıqdan fərqlənən torpaq-vergi sistemi tətbiq etdilər.Zəmindarın verdiyi verginin məbləğinə hər 30 ildən bir yenidən baxılmalı idi. Amma vergi məbləğinə tez-tez və həm də ən çox məhsul götürülən illərdə yenidən baxılırdı. Torpaqdan götürülən gəlirin çox hissəsi müstəmləkəçilərin əlinə keçirdi və onlar varlandıqca istismarı gücləndirirdilər.Bu dövrdə Mədrəs və Bombey əyalətləri ərazisinin çox hissəsində rəiyyətvari sistemi tətbiq edildi. Bu sistemə əsasən Ost-Hind kompaniyası öz vergi aparatı vasitəsilə torpağı kiçik sahələrlə müddətsiz icarə hüququ şəklində kəndlilərə icarəyə verirdi. Hər il bir dəfə vergi günü təyin olunurdu. Torpaqdan məhsulun 50 faizi miqdarında, suvarılan torpaqlardan isə 75 faizi miqdarında vergi alınırdı.XIX əsrin 20-ci illərində Ost-Hind kompaniyası öz mövqeyini o qədər möhkəmlətmiş və o dərəcədə geniş inzibati idarə aparatı yaratmışdı ki, ingilislər zəmindarın vasitəçiliyi olmadan da vergi toplamaq işini öz əlinə ala bilərdi.
Hindistanda Britaniya müstəmləkə sistemi möhkəmləndiriləndən sonra ingilislər aqrar sahədə, o cümlədən vergi sistemində öz maraqlarına uyğun dəyişiklik etdilər.
24.
25 . XIX əsrin II yarısında Hindistanın sosial-iqtisadi inkişafı
XIX əsrin II yarısında İngiltərənin aqrar-xammal əlavəsi kimi Hindistanın rolu daha da artdı. Bundan başqa, Hindistanla ticarətin inkişaf etdirilməsində İngiltərənin maraqları artırdı. Hindistan həm də, metropoliya üçün Avropa mallarının satış

bazarı kimi lazımlı idi. Bu müstəmləkə hökümətini rəiyyətvari və müvəqqəti zəmindarlıq torpaq-vergi sistemində islahatlar keçirməyə vadar etdi. Görülmüş tədbirlər Hindistanda kənd təsərrüfatının gəlirliliyini yüksəltdi.


Hindistan kapital qoyuluşu kimi sferası kimi də istifadə olunurdu. İngilis kapital qoyuluşunun ən iri obyektləri dəmir yollarının, irriqasiya qurğularının, fabrik və zavodların tikintisi, plantasiya təsərrüfatları, dağ-mədən sənayesi müəssisələrinin yaradıması oldu.
26.
27.
28.Birinci tiryək müharibəsi və nəticələri
Çinin Tiryək ticarətinə qarşı mübarizəsi İngiltərə ilə çin arasında müharibənin başlanmasına səbəb oldu. 1839 cu ilin sentyabrında İngiltərə hökuməti tərəfindən kanton sularına hərbi gəmilər göndərildi. İngiltərə hökuməti 1840-cı ilin iyun ayında müharibə elan etmədən hərbi əməliyyatlara başlamaq haqqında əmr verdi. Beləliklə tarixdə birinci tiryək müharibəsi başlandı. İngilis eskadrası 1840-cı ilin iyun ayında kantonu blokadaya aldı,sahilboyu şəhərləri ələ keçirdi . Abş hökuməti ingilislərin Çinə qarşı apardığı müharibədə onlara fəal yardım göstərirdi. 1840-cı ildə başda kerni olmaqla abş eskadrası çin sularına daxil oldu. Vəziyyətin ağır olduğunu görən tsin hökuməti işğalçılarla Daqu şəhərində danışıqlara başladı. Honkonqun ingilislərə verilməsi, ingilis - çin ticarətinin yenidən davam etdirilməsi, məhv edilmiş tiryəkin əvəzinin ödənilməsi kimi tələblər irəli sürülmüşdü. 1840-cı ilin noyabrından etibarən tiryək ticarətinə icazə verildi. 1841-ci ilin avqustunda döyüşlər yenidən qızışdı. 1842-ci il avqustun 29-da Nankində Çinlə İngiltərə arasında "sülh, dostluq, ticarət və zərərin ödənilməsi" haqqında sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən İngiltərə Çinin 5 şəhərində, o cümlədən şanxayda konsulluqlar açmaq və ticarət etmək hüququ qazandı. Beləliklə açıq qapılar adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına verildi. Müqaviləyə görə Çin 21 milyon yuan təzminat ödəməli, Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5 faizdən artıq olmamalı idi. Çinin Quanxan şirkəti ləğv edilirdi.
İngiltərənin ardınca abş, fransa, Rusiya və digər dövlətlərdə çini qeyri bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər. Birinci Tiryək müharibəsi çinin yarımmüstəmləkə bir ölkəyə çevrilməsinin başlanğıcını qoydu. Müharibə xarici malların ölkəyə geniş axını üçün qapıları taybatay açdı və Çinin daxili vəziyyətini pisləşdirdi.
29.Taypinlər üsyanının səbəbləri və mərhələləri
XIX əsrin üçüncü rübü yenə də sosial narazılığın nəticəsi kimi bir sıra iğtişaşlar görürdü. XIX əsrin birinci yarısında Taypinin vətəni olan Kvantun əyalətini sosial iğtişaş bürüdü. Belə münaqişələrin ən böyüyü yerli sakinlərlə gəlmə sakinlər adlanan hakkalarla ( onlar keçmiş vaxtlarda bu əyalətə mərkəzi Çindən

gəlmişdilər,) baş verdi. Üsyana Tiryək müharibəsi nəticəsində meydana gələn yüksək inflyasiyaya nəticəsində və iri mülkədarların qoyduqları ağır vergidən daha çox yoxsullaşan minlərlə kəndlilər qoşulmuşdular. Taypinlər üsyanı 1850-1864-cü illəri əhatə edir və onu şərti olaraq 4 mərhələyə bölürlər. İlk mərhələ 1850-1853-cü ilə kimi, yəni üsyanın başlamasından Nankinin alınması, Taypin Tyanqo dövlətinin elan olunmasına qədər; ikinci mərhələ 1853-1856-cı illəri əhatə edir. Bu mərhələdə hərəkat daha da genişlənir, taypinlərin proqramlarının həyata keçirilməsinə çalışılırdı. Üçüncü mərhələ 1857-1860-cı illəri əhatə edir və bu mərhələdə taypin başçıları arasında hakimiyyət uğrunda mübarizə qızışırdı. Habelə, bu mərhələdə ikinci tiryək müharibəsi də baş vermişdi, qərbə qoğru yayılmağa cəhd olunurdu. 1860-1864-cü illər üsyanın sonuncu mərhələsini təşkil edir. Xarici dövlətlər üsyanı yatırtmağa Tszin hökümətinə yardım göstərirlər.Çindəki Taypin üsyanı (1850-1864-cü illər) nəticəsində on milyonlarla insan həlak olmuşdu. Bu tarixdəki ən qanlı və dağıdıcı vətəndaş müharibəsidir. Bəzi tarixçilər mübaliğəyə yol verərək, onun qurbalarının sayını bəşəriyyətin I Dynya müharibəsində verdiyi dəhşətli rüsumun miqdarı ilə müqayisə edirlər. Taypin tədricən darmadağın edildi və 1861-ci ilin oktyabrında inqilabi səbəb artıq sıradan çıxdı. 1864-cü ilin iyulunda Nankinin ələ keçirilməsi ilə dünya tarixindəki ən böyük vətəndaş müharibələrindən biri başa çatdı. Onların enerjiləri də tükəndi. Üstəlik, din fanatizm, baxmayaraq ki, onu döyüşçülərin özü ilhamlandırmışdı, hərbi və inzibati işləri ələ keçirməyə mane oldu. Ənənəvi mədəniyyətə qarşı dözümsüzlük də həmçinin xırda torpaq sahiblərini və onlara bənzərləri bu hərəkatdan uzaqlaşdırırdı.[6]1862-ci ildə Şensidəki digər müsəlman iğtişaşı Kansuya və Şərqi Türküstana yayıldı və 15 il ərzində davam etdi. Üsyanın sonrakı səhnəsində üsyançılar imperial ordu tərəfindən məğlub edildikdə, Kansuya qaçdılar və bu əyalət mübarizənin başlıca teatrına çevrildi. Şensidə və Kansuda çoxlu müsəlman liderləri var idi, lakin onlar nə ümumi qərargaha, nə də vahid siyasətə malik deyildilər.


30.
31.
32 .
33 .
34.
35.
36.
37. Koreya Kvanxe-qun hakimiyhəti dövründə
1608-1623-cü illərdə Koreyada hakimiyyətə Çosonun 15-ci vanı Kvanxe-qun gəldi. Onun dövründə Çoson və Minq orduları birlildə Koreyaya Yapon təcavüzünü dəf etdikləri zaman Mancuriyada yeni siyasi qüvvə formalaşdı. Bu Koreyanı çətin vəziyyətə salırdı. Tsin-Minq qarşıdurmasında Çoson müttəfiqlik əlaqələrinə malik olduğu Çini dəstəkləməli idi. Lakin bu qarşıdurmada birinci tərəfin qələbə çalacağı

məlum idi. Buna görədə Kvanxe-qun bitərəf mövqe tutmağa və ölkənin hərbi gücünü artırmağa çalışırdı. Lakin onun balanslaşdırılmış siyasəti əksəriyyəti qane etmirdi və buda Kvanxenin devrilməsinə səbəb oldu.


38.
39.Koreyada sirxak ideya cərəyanı
XVII-XVIII əsrin əvvəllərində Koreyada kanonik əsərlərin əzbərlənməsinə əsaslanan ənənəvi Konfutsi biliklərindən fərqli olaraq, "real", yəni praktikada, elmlərdə- sirxakın öyrənilməsini və təbliğini müdafiə edən bir sıra mütəfəkkirlər meydana çıxdı. Bu alimlər xalqın güzəranının yaxşılaşdırılmasına, dövlətin möhkəmlənməsinə, müdafiə qüdrətinin gücləndirilməsinə yönəlmiş islahatların aparılmasını təklif edirdilər. Onların ideyaları əsasən XIX əsrin sonlarında Koreyanın modernləşdirilməsi prosesi üçün əsas rolunu oynadı
40. Koreya XIX əsrin II yarısında
XIX əsrin II yarısında Koreyada kəndli çıxışları baş vermişdi. Hətda Koreyalılar 1862-ci ili "kəndli üsyanı ili" adlandırırlar. Kəndlilərlə yanaşı sənətkarlar və xidmətçilərdə üsyan qaldırırdı. Dəyənək və nizə ilə silahlanmış üsyançılar şəhərə girib rüşvətxor məmurları öldürdülər. Bu üsyan qısa vaxtda 21 kəndi əhatə etmişdi. Bu üsyanlar mütəşəkkil xarakter daşımasada, bütövlükdə feodal istismarına qarşı çevrilən və feodal cəmiyyətinin əsaslarını sarsıdan bir mübarizə idi. XIX əsrin II yarısında Fransa hökuməti Koreynı Fransız ticarətiçün açmaq məqsədi ilə 2 hərbi gəmi göndərdi. Ticarət adıyla hərbi gəmi göndərilməsi açıq-aşkar təzyiq idi. Koreyaya gələn fransızlara qarşı "dənizdə partizan hərəkatı" adlı əməliyyat keçirildi. Bu əməliyyat uğurlu oldu. 1866-cı ildə admiral Roz 7 gəmini Koreyaya göndərdi. Fransızlar Kanxva adasına hücum etdi. Lakin bu hücum uğursuz oldu. XIX əsrin II yarısı amerikalılar Koreya qapılarını xaricilərin üzünə açmaq üçün cəhd göstərirdilər. Amerikanın "General Şerman" gəmisi Koreya sahilinə gəldi və Pxenyan ərazisinə girdi. Lakin əhali tərəfindən tutuldular. 1871-ci ilin mayında amerikalılar yeni hərbi gəmilərlər Koreya sahilinə gəldi. Onlar Koreyanı amerika ticarəti üçün açmağı tələb etdilər. Əks halda ölkəni təmamilə məhv edəcəkləri ilə hədələdilər. Lakin amerikanın bu cəhdidə uğursuz oldu. 1864-cü il 12 yaşlı kral Koçjon taxda çıxdı. Əslində onun əvəzinə atası Li Xa İn 1864-1874-cü illər hökmranlıq edirdi. O, " barbarları qovmaq və ölkəni qapalı saxlamaq" siyasəyi elan edərək müdafiə tədbirləri görmüşdü. O, katolik təbliğatına qarşıda tədbirlər gördü.
41. İngilis-birma müharibələri
XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Birmada ingilislərin təcavüzkarlığı daha da gücləndi. İngilis hökumət orqanları Birmaya qonşu olan hind feodal knyazlıqları ilə Birma əleyhinə "müdafiə və hücum sazişləri" bağlayaraq, onları
silahla təchiz edir, Birmaya qarşı basqın etməyə qaldırırdılar.
İngilislər Birmaya əsarətli sazişlər qəbul etdirərək mövqelərini möhkəmlətmək

istəyirdilər. Lakin Birmanın diplomatik nümayəndəliklərin səyləri nəticəsinə ingilis təxribatları baş tutmadı. XIX əsrin 20-ci illərinin əvvəllərində İngiltərənin müttəfiqi ABŞ Birmaya soxulmağa səy edirdi. Amerika missionerlər vasitəsilə Birma kralından öz tacirləri üçün imtiyazlar almaq, Birmada amerikalıların yaşaması üçün torpaq satın almaq hüququ və bu kimi güzəştlər əldə etməyə çalışırdı. Lakin Birma hökumətinə bu sazişi qəbul etdirmək mümkün olmadı. ABŞ-ın təcavüz cəhdləri ingilisləri Birmaya qarşı işğalçılıq müharibəsinə başlamağa təkan verdi. Hindistanda olan ingilis hökuməti sərhəd münaqişəsi salaraq 1824-cü ilin martında Birmaya müharibə elan etdi. İngilislər Birmaya qarşı bu hücumu öz müstəmləkəsi olan Hindistan torpaqlarını guya Birmanın təcavüzündən müdafiə etmək kimi qələmə verirdilər. 1825-ci ilin əvvəllərində Birmanın şimal-şərqi işğal işğal edildi. Bu rayonlar İngiltərənin Hindistandakı müstəmləkə torpaqları ilə həmsərhəd olduğuçün ngilislər işğal zamanı o qədər də çətinlik çəkmədilər. Bu müharibəyə bütün xalq qoşulmuşdu. Hamı əsgər, döyüşçü, partizan, fədakar vətənpərvər idi. Beləliklə, bu xalq müharibəsi ingilis müstəmləkəçilərinin tam qələbə əldə etmək ümidlərini puça çıxardı. Ərzağın çatışmaması və əlverişli iqlim şəraitinin olmaması Britaniya qoşunlarında yoluxucu xəstəliklərin geniş yayılmasına və nəticədə kütləvi tələfatlara səbəb oldu. Ost-Hind kompaniyasının qüvvələrinin Birmaya qarşı müharibəni yarımçıq dayandırmasının ən başlıca səbəb xalq müqavimət hərəkatı idi. Qismən hərbi uğurlarla kifayətlənən ingilislər belə şəraitdə müharibənin davamını əhəmiyyətsiz bilib 1826-cı ilin fevralında paytaxt Avanın yaxınlığında olan İandabo qəsəbəsində sülh müqaviləsi imzaladı. Müqaviləyə görə ölkənin şimalında Assam, Kaçar, Manipur əyalətləri, habelə ən mühüm dəniz sahili əyalətləri olan Arakan və Tenasserim Birmadan alındı. Birma 1 milyon funt sterlinq məbləğində təzminat verməli oldu. Bu müqavilə, Birma dövlətinə zorla qəbul etdirilən ilk qeyri-bərabərhüquqlu müqavilə idi. Beləliklə 1824-1826-cı illəri əhatə edən 1-ci Birma-İngiltərə müharibəsi nəticəsində Birma İngiltərənin xeyrinə bir sıra güzəştlərə getməyə məcbur oldu. İngiltərə hakim dairələri Birmanı zəbt etmək səylərindən əl çəkməmişdilər. 1852-ci ilin aprelində İngiltərə ilə Birma arasında ikinci müharibə başlandı. Bu müharibəni Birmada Britaniya tacirləri ilə pis rəftar edilməsi bəhanəsilə ingilis


Ost-Hind kompaniyası başladı.Aprel-iyun aylarında Britaniya müstəmləkəçiləri Aşağı Birmanın ən mühim məntəqələrini tuta bildilər. Düşmənə qəhrəmancasına müqavimət göstərməsinə baxmayaraq Birma qoşunları geri çəkilməyə məcbur oldu. İkinci ingilis-Birma müharibəsi bütün Birmanın işğalının başa çatdırılmasında həlledici amillərdən biri oldu. Hindistanın ingilis general-qubernatoru 1852-ci ilin dekabrında Pequ əyalətinin ilhaq olduğunu elan etdi və 1853-cü il iyunun 30-da isə hərbi əməliyyatın qurtarması haqqında intibahnamə nəşr edildi. Britaniya hökumət orqanlarının təklif etdiyi sülh müqaviləsi layihəsi dörd maddədən ibarət idi: 1) əbədi sülh qoyulması;

2) Pequ əyaləti Böyük Britaniyaya verilməsidi;


3) ticarət azadlığı;
4) Birma hökuməti tərəfindən müqavilənin dərhal imzalanması və təsdiq edilməsi. Əks təqdirdə Birma krallığı tamamilə istila olunanadək müharibənin davam etdiriləcəyi şərti irəli sürülürdü.
İngilislərin müxtəlif hədələrinə məhəl qoymayan Birma kralı Mondon təklif edilən müqaviləni imzalamaqdan və Pequ əyalətinin işğalını tanımaqdan imtina etdi.
İngilis burjuaziyasının qarətkar hərəkətlərinə qarşı xalq kütlələrinin hiddəti yeni mərhələyə daxil oldu. Hətta, İngiltərə Birma kralını yenidən hərbi əməliyyata başlayacağı ilə
hədələsə də, lakin bu baş tutmadı
42. XIX əsrin əvvəllərində Flippində azadlıq hərəkatınln formalaşması
Filippində azadlıq hərəkatının formalaşması XIX
əsrin əvvəllərinə aiddir. Bu zaman İspaniyada 1808-1812-ci
illər inqilabının təsiri altında adalarda ilk islahat tələbləri irəli
sürülür. Lakin ilk vaxtlar bu tələbləri filippinlilər deyil,
filippinli ispanlar və qarışıq nigahdan olanlar irəli sürürdülər.
Onlar metropoliyada yaşayan ispanlarla bərabər hüquqlu olmağa, Filippinin iqtisadiyyatının azad inkişafı üçün şərait yaradılmasına çalışırdılar. Sinfi mahiyyət etibarilə bu hərəkat liberal burjuaziyanın hərəkatı idi. İqtisadi tələblər irəli sürülsə də, siyasi tələblər yox idi. Filippinin varlı siniflərinin
dünyagörüşünün təşəkkülündə Filippin mətbuatı da az rol
oynamamışdı. Arxipelaqda ilk qəzetin çap olunmasının əsası
1822-ci ildə qoyulmuşdu. XIX əsrin 60-cı illərində ölkədə irqi ayrıseçkiliyə qarşı geniş hərəkat başlanır. Hərəkat prixodların (xristianların aşağı kilsə təşkilatları və bu təşkilat üzvlərinin yaşadığı məhəllələr) müsadirə edilməsi, yəni bunların
yerli ruhanilərə verilməsi uğrunda mübarizə geniş şəkli aldı.
XIX əsrin ortalarında Filippindəki 792 prixoddan yalnız
181 prixodda keşişlər ispan monaxları deyil, Filippin ruhaniləri və qarışıq nigahdan olanlar idi. Filippin ruhaniləri prixodları almaq hüququ tələb etdikdə, yalnız öz mənafelərini müdafiə etmirdilər, istər-istəməz onların mübarizəsi monax ordenlərinə qarşı mübarizəyə çevrilirdi. Yerli ruhanilər gəlmə
xristianların təsirindən xilas olmaq istəyirdilər.
Amma Filippində müsadirə uğrunda hərəkat o qədər də
uğurlu nəticələr vermədi. Filippin prixodlarının çoxunda əvvəlki kimi yenə də ispan monaxları ağalıq edirdilər. Buna baxmayaraq hər halda bu hərəkat filippinlilərin milli şüurunun oyanmasında böyük rol oynadı. Bu haqda səlnaməçilərin
təsvir etdikləri siyasi mənzərədən bir daha məlum olurdu ki, Filippinin zəhmətkeş kütlələri prixodların müsadirə edilməsi uğrunda hərəkat qədər hələ heç bir hərəkata bu qədər yardım göstərməmişdilər.


43.Siam yeni dövrdə
Siam Cənub-Çin dənizinin sahilində yerləşir. Vahid müstəqil dövlət kimi Siam(Tailand) öz başlanğıcını 1238-ci ildə yaranmış Sukotay krallığından götürür. Onu 1350-ci ildə yaranmış Ayutiya dövləti əvəz edir. Bu dövlət 1767-ci ilədək mövcud olmuşdur. XVI əsrdə Ayutiya Birma ilə toqquşur. 1563-cü ildə Birmanın hücumu fəlakətə gətirib çıxardır və Ayutiya süquta uğrayır. Tay dövlətini yalnız Birmada başlayan ara müharibəsi xilas edir. Şahzadə Naresuan tayları üsyana qaldırır və 1584-cü ildə Ayutiyanı bərpa edir. 1656-cı ildə hakimiyyətə Narayan yaxud III Ramatxibodi gəldi.Narayanın ölümündən sonra avropalıların çoxlu sayda ölkədə olmaları kütləvi narazılıq doğurdu və ölkədə həyəcanlar başladı. Narayanın süd qardaşı general Pra Petraça yeni kral oldu. O, katoliklərin, ümumiyyətlə avropalıların təqibinin başlanğıcını qoydu. Petraçanın əsasını qoyduğu sülalə təcridçi siyasət yürüdürdü. 1763-cü ildə Ayutiya birmalıların yeni basqınlarına məruz qaldı və inadlı müqavimətə baxmayaraq 1767-ci ilin aprelində Ayutiya süqut etdi, şəhər dağıdıldı. Yeni yerdə paytaxtı bərpa etmək üçün 3 il tələb olunurdu. Yeni paytaxt Banqkok adını aldı. Yalnız 1785-ci ildə ilk növbədə, şəhərin inşaatı başa çatdıqdan sonra I Rama orada tacqoyma mərasimi keçirdi. I Rama daxili siyasətində islahatlar həyata keçirir:
- Siam krallığını yenidən qurur
- Hakimiyyətin mərkəzləşmiş sistemini yaradır
- Budda ruhaniliyini möhkəmləndirir
- Dini sahədə yeni qanunlar qəbul edir
II Ramanın hakimiyyət dönəmi nisbətən dinc və sakit keçir. Onun hakimiyyətə gəlməsi Siamda yeni kral sülaləsinin bərqərar olunmasının təstiqi oldu. III Rama qərb dövlətləri ilə yaxınlaşmağa gedir. O, əvvəlcə İngiltərə ilə sonra isə ABŞ ilə güzəştli ticarət müqavilələri imzalayır və mərkəzi hakimiyyəti möhkəmləndirir. III Ramadan sonra 40 yaşlı, uzun müddət monastrda yaşamış şahzadə Monqkut IV Rama adı ilə kral elan olundu. O, monastrda olduğu zaman avropalı müstəmləkəçilərin Asiya qitəsindəki rollarını anlamağa çalışırdı. IV Ramanın hakimiyyəti dövründə hərbi hava qüvvələri, xüsusi təyinatlılar yaradıldı. Hərbi dəniz donanması gücləndirildi. IV Ramanın məqsədi Siamın müstəqilliyinin qorunması idi. O, 1855-ci ildə İngiltərə ilə ingilis vətəndaşlarının ekstraterritoriallıq hüququnu tanıyan müqavilə imzalayır. 1 oktyabr 1868-ci ildə IV Rama vəfat etdi və taxta oğlu V Rama çıxdı. V Rama 1873-cü ildə korrupsiyanı aradan qaldırılmasına gətirib çıxardan məhkəmə islahatı keçirdir. 1893- cü ildə Fransa ilə Siam arasında hərbi toqquşma başlayır. Bu müharibədə Siam məğlub olur və fransızlar ölkənin bütün mühüm mərkəzlərini işğal edir. Kral V Rama qərb ölkələrinin ziddiyyətlərindən istifadə edərək Siamın müstəqilliyini qoruyub saxlaya bildi.
44.Afrikada qul ticarətinin mərhələlər.
45.1919-cu ildə Anadoluda müqavimət hərəkatının başlaması

Qərb dövlətlərinin Türkiyədəki fəaliyyəti yerli əhalinin narazılığına səbəb olurdu. 1919-cu ilin əvvəlindən bütün ölkədə müqavimət ocaqları yaranır. Ölkədə milli azadlıq hərəkatı başlanırdı. Hərəkatın lideri isə Çanaqqala əməliyyatının qəhrəmanı 39 yaşlı general Mustafa Kamal Paşa idi. Müharibə qurtardıqdan sonra Mustafa Kamal Paşanı İstanbuldan uzaqlaşdırmaq məqsədi ilə ona 9-cu ordu müfəttişliyi vəzifəsi təklif edildi. Mustafa Kamal Paşa ona Anadoluda böyük səlahiyyətlər verən bu vəzifəni qəbul etdi. Hökümətə verilən ingilis hesabatlarında bölgədə türklərin yunanlara qarşı partizan hərəkatına başladığı bildirilsə də, vəziyyət bunun əksinə idi. Hücuma məruz qalan yunanlar deyil, türklər idi. Mustafa Kamal Paşaya verilən təlimata əsasən bölgə türklərinin mübarizəsini dayandırmalı idi. Hökümət ümid edirdi ki, o bu işin öhdəsindən gələcək. Lakin, onun əsas məqsədi Millətin hegemonluğuna əsaslanan, müstəqil bir türk dövləti yaratmaq idi. Bu niyyətlə o, 1919-cu il mayın 19-da Samsuna gəlir. Artıq Anadoluda başlayan mübarizə öz liderini tapmış, dağınıq və regional müqavimətlər bir bayraq altında toplanmağa başlamışdı. 1919-cu il iyunun 23-də Ərzurum konqresi toplandı. Ərzurum konqresində Mustafa Kamal Paşanın başçılığı ilə İcraiyyə Komitəsi seçildi. Komitə Türkiyənin bölüşdürülməsinə imkan verilməyəcəyini vəd etdi. 1919-cu il sentyabrın 4-də Sivasda Hüquq müdafiə cəmiyyətlərinin növbəti konqresi keçirildi. Sivas konqresinin tələbi ilə sultan parlament seçkilərinin keçirilməsinə icazə verdi. 1920-ci il yanvarın 28-də İstanbulda toplaşan parlament Milli and qəbul edir. Bu faktiki olaraq İstiqlal bəyannaməsi idi. Bu sənədə əsasən Türkiyənin ərazi bütövlüyü və suverenliyi elan edilir.


46.30-cu illərdə Türkiyənin xarici siyasəti
Daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də Atatürkün əsas məqsədi ölkənin milli mənafeyini qorumaq idi. 1932-ci ildə Türkiyə Millətlər Cəmiyyətinə daxil olur. 1934-cü ilin fevralında Türkiyə Yunanıstan, Ruminya və Yuqoslaviya ilə müvafiq müqavilələr imzalayaraq balkan Antantasını yaradırlar. İtaliya Efiopiyaya hücum edən zaman Türkiyə İngiltərə ilə Aralıq centelmen sazişi bağlayır. Sazişə görə ingilis-italyan münaqişəsi baş verərsə, Türkiyə İngiltərəyə yardım edəcəkdi. İkinci dünya müharibəsi ərəfəsində Türkiyənin Almaniya ilə münasibətləri inkişaf edir. 1930-cu ildə Türkiyə Almaniya ilə ticarət müqaviləsi imzalayır. 1936-cı ildə Türkiyənin xarici ticarətinin yarısı Almaniyanın payına düşürdü. 1936-cı ilin iyununda Montrödə boğazlar məsələsini müzakirə etmək üçün konfrans toplanır. İngiltərə, Yaponiya və digər dövlətlər həm müharibə vaxtı həmdə dinc vaxtı qeyri-Qara dəniz ölkələri üçün boğazlardan rahat keçmək hüququ əldə etmək istəyirlər. Lakin, SSRİ buna etiraz edir. 1936-cı il iyunun 20-də boğazlara dair konvensiya imzalanır. Konvensiyanın müddəti 20 il idi, hər hansı problem yaranmasa konvensiyanın müddəti avtomatik uzadılırdı. Konvensiyaya əsasən Lozanna konfransında yaradılmış komissiya ləğv edilir və onlar tamamilə Türkiyənin nəzarəti altına keçir. Ticarət gəmilərinin boğazlardan hər zaman azad keçməsi,

Qara dəniz ölkələri üçün dinc vaxtı hərbi gəmilərin boğazlardan keçməsi təmin edilirdi. Müharibə dövründə boğazlar bütün müharibədə iştirak edən dövlətlər üçün bağlanır, Türkiyə özü istədiyi halda, Türkiyə üçün hərbi təcavüz təhlükəsi yaranardısa boğazları aça bilərdi. 30-cu illərdə Türkiyə qonşu müsəlman ölkələri ilə münasibətlər qurmağa cəhd edir. 8 iyul 1837-ci ildə Türkiyə, İran, Əfqanıstan və İraq arasında hücum etməmək haqqında Səadabad paktı imzalanır. 27 may 1938-ci ildə Londonda Türkiyəyə 16 milyon funt sterlinq kredit verilməsi haqqında saziş imzalanır. Həmin pulla İngiltərədən silah alınacaqdı.


47.1980-ci illərdə Türkiyədə iqtisadi islahatlar
Yeni iqtisadi kursla bağlı tədbirlərin görülməsi xronoloji baxımdan iki mərhələni əhatə edir. Birinci mərhələ 1980-1983-cü illərə, başqa sözlə desək, hərbçilərin hakimiyyəti dövrünə düşür. İkinci mərhələ isə 1983-cü ilin sonlarından başlamışdır. Hər iki mərhələdə tətbiq olunan iqtisadi kurs ümumi cəhətdən eyni olsa da, bəzi fərqlərə də malikdir. Birinci mərhələdə 1981-ci il İzmir iqtisadiyyat konfransının qəbul etdiyi müddəalar və istiqamətlər həyata keçirilmişdir. Həmin müddəa və istiqamətlər isə ölkədə qarışıq iqtisadiyyatın inkişaf etdirilməsi, dövlət bölməsinin məhdudlaşdırılması və s. kimi məsələləri əhatə edirdi. İkinci mərhələdə isə hakimiyyətin planları və tədbirləri daha qətiyyətli və daha cəsarətli xarakter daşıyırdı. 1983-cü il hökumət proqramında rəsmi şəkildə elan olunmuş azad bazar iqtisadiyyatına keçilməsi, özəlləşdirmə və s məsələləri əhatə edirdi. 1980-1983-cü illər dövründə ilk olaraq güzəştli qiymətlər sistemindən imtina edildi. Sənaye məhsullarına qiymət qoyulması liberallaşdırıldı. Qiymətlərə Nəzarət Komitəsi ləğv olundu və onun funksiyası Sənaye və Texnologiya Nazirliyinə verildi. Yeni qaydaya görə öz məhsuluna qiymət qoyan hər hansı müəssisə lazımi deklarasiyanı həmin nazirliyə təqdim etməli idi. Nazirliyin narazılığı olmasa, qiymətlər qüvvəyə minirdi. Bank faizləri üzərində nəzarət bir qədər yumşaldı. Bu imkan verdi ki, banklarda saxlanılan əmanətlərin məbləği artsın.
Turqut Özalın hakimiyyəti dövründə iqtisadiyyat inkişaf etdi. Buna görədə Turqut Özalı Türkiyə iqtisadiyyatının atası adlandırırlar. Onun dövründə azad bazar iqtisadiyyatı tətbiq edildi. Xarici ticarət sərbəstləşdirildi. Turqut Özal hökumətinin ilk qanunu 1984-cü ilin fevralında qəbul edildi. Qanun iqtisadi dövlət təşkilatları haqqında idi. Qanun dövlət müəssisələrinin yeni fəaliyyət prinsiplərini təsbit etdi. Burada dövlət müəssisələrinin özəl kapitalla əməkdaşlığına önəm verilirdi. Özəl kapitala hüquq verilirdi ki, dövlət müəssisələrini, o cümlədən səhmdar qurumları müəyyən şərtlərlə müəyyən müddətə istismara götürə bilərdi. 1986-cı ildə bir sıra qanunlar verildi və onlar artıq birbaşa özəlləşdirmə ilə bağlı idi. Onlara əsasən iqtisadi həyatda dövlət inhisarı tədricən aradan çıxır, özəl kapital iri istehsal sahələrinə girə bilirdi. Çay və siqaret istehsalında özəl bölmənin yaranması, bir sıra özəl avia-şirkətlərin qurulası buna misaldır.
48.Rza şahın islahatları

Rza şahın hakimiyyət dövrü İranda mütləqiyyət rejiminin möhkəmləndirilməsi ilə səciyyələnir. Türkiyədə keçirilən islahatların təsirilə şah ölkədə dünyəvi ruhda dəyişikliklər etdi. İslahatlar ictimai həyatın bütün sahələrini əhatə edirdi. Bu zaman Rza şahın hakimiyyətinin möhkəmləndirilməsi işində ordunun vahid komandanlığının yaradılması mühüm əhəmiyyət kəsb edirdi. Hələ 1925-ci ilin iyununda Məclis tərəfindən mütləq hərbi mükəlləfiyyət haqda qanun qəbul edilir. 1937 və 1938-ci illərdə inzibati islahat keçirildi. İri vilayətlər ləğv edildi və bütün ölkə ərazisi 10 ostana bölündü. Ostanların tərkibində 49 şəhrestan yaradıldı. Vali vəzifəsinə yerli xanlar deyil, Rza şahın etimadını qazanmış nümayəndələr təyin edilirdi. Zadəganların və köçəri tayfa xanlarının torpaqları şahın və ya onun tərəfdarlarının xeyrinə müsadirə olunurdu. Müxtəlif yollarla əldə edilmiş torpaqlar hesabına Rza şah İranın ən iri torpaq sahibinə çevrilmişdi. 30-cu illərin sonunda onun 2 mindən artıq kəndi vardı. 1931-ci ildə mülkədarlara maliyyə yardımı edən “Kənd təsərrüfat bankı” yaradıldı. İran kəndində feodal qalıqları heç bir ciddi dəyişikliyə uğramadan saxlanılırdı. Kəndlilərin çoxunun torpaq sahəsi yox idi və onlar mülkədarların torpağını becərməli olurdular. Mülkədarların kəndlilər üzərində hakimiyyətini möhkəmləndirmək üçün 1935-ci ildə kəndxudalar haqda qanun, 1937-ci ildə isə inzibati quruluq haqda qanun qəbul edilir. Kəndxudanı təyin etmək mülkədarın ixtiyarında idi.1930-cu ildən başlayaraq İranda milli sənayenin inkişafına yönəlmiş qanunlar qəbul edilir. İran sənaye quruculuğunun səciyyəvi xüsusiyyətlərindən biri də dövlətin və şəxsən şahın bu quruculuqda fəal iştirakı idi., İran malları xarici mallardan keyfiyyətcə geri qalsada, bu İran iqtisadiyyatının ilk addımları idi. 20-30-cu illərdə ucqar bölgələri mərkəzlə birləşdirən şosse yolları inşa edilməyə başlayır. Avtomobil nəqliyyatı meydana çıxsa da, əsas yükdaşıyan vasitə kimi dəvələr, atlar və qatırlardan istifadə olunurdu. Yol inşası sahəsində ən əlamətdar hadisə Transiran dəmir yolunun çəkilməsi idi.


1935-ci ildə verilmiş dekretə əsasən qadınların çadra gəzdirməsi qadağan edildi. Qadınlara ali məktəblərdə təhsil almağa icazə verildi. Qadın və kişilərin birgə təhsil aldığı məktəblər açılırdı. Lakin çoxarvadlılıq, qadınların məişətdə hüquqsuz vəziyyəti saxlanılırdı. 1928-ci ildə İranda geyim islahatı keçirildi və Avropa geyimi tətbiq edildi. Şəhərlərin adları dəyişdirildi və rəsmən diplomatik sənədlərdə ölkə İran adlandırıldı. Fars dilinin islahatı keçirildi. İslahata əsən fars dilindən ərəb, türk və Avropa sözləri çıxarılaraq, onların yerinə arxaik sözlər yenidən geniş istifadə olunurdu. İranın qədim möhtəşəmliyinin bərpasına çalışan Rza şah 1930-cu ildə tarixi abidələrin qorunması haqda qanun qəbul etdi. 1938-ci ildə Tehranda İran qədimlikləri muzeyi və Şirazda “Pars” muzeyi yaradıldı.
49.II Dünya müharibəsi illərində İranın böyük dövlətlərlə münasibəti
29 yanvar 1942-ci ildə SSRİ, Böyük Britaniya və İran arasında 9 maddə və 3 əlavə hissədən ibarət müqavilə imzalandı. Müqaviləyə görə SSRİ və BB İranın ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə hörmət etməyi üzərlərinə

götürdülər. Tərəflər digər ölkələrlə münasibətdə İranın ərazi bütövlüyünə zərər verəcək mövqe tutmayacaq. İranda eyni öhdəliyi üzərinə götürdü. Müttəfiqlər İranı Almaniya və digər dövlətlərin təcavüzündən qoruyacaqlarına söz verdilər. Bu məqsədlə İran ərazisində müttəfiqlərin quru, hava və dəniz qüvvələri yerləşdirilməli idi. Bu qoşunlar müharibə bitdikdən 6 ay sonra iranı tərk etməli idi. İran dəmir və şose yollarını, çaylardan, limanlardan vəs. İstifadəni müttəfiqlərə verdi. 9 sentyabr 1943də Almaniyaya müharibə elan etdi. Amma bu müharibə İran qoşunları iştirak etmirdi. İran tranzit yükləri daşımaqda kömək edirdi. 1945 28 fevralda Yaponiyaya müharibə elan etdi.


1943 Tehran konfransında SSRİ, BB, ABŞ Tehran bəyənnaməsini qəbul edir. Sovet İttifaqına yüklərin daşınmasının asanlaşmasında və düşmənə qarşı müharibənin aparılmasında iranın köməyi” rəsmən etiraf etdilər. Müharibənin İran üçün çətinliyi nəzərə alındı və iqtisadiyyatına yardım göstərməyi söz verdilər. Bu bəyənnamədə böyük dövlətlər bir daha İranın suverenliyi, müstəqilliyini və toxunulmazlığını tanıdıqlarını bəyan etdilər. Müharibədən sonra beynəlxalq sülhün, təhlükəsizliyin və tərəqqinin qurulmasında sülhsevər dövlətlərlə birlikdə İranında iştirak nəzərdə tutulurdu.


50. İranda “Ağ inqilab”
Ağ inqilab İranda Məhəmməd Rza şahın təşəbbüsü ilə keçirilən islahatdır. Bu islahatlar zor tətbiq edilmədən həyata keçirildiyi üçün Ağ inqilab adlandırıldı. Ağ inqilabın əsasını torpaq islahatı təşkil edirdi. 1963-cü il yanvarın 9-da Məhəmməd Rza şah 6 bənddən ibarət islahatlar proqramını açıqladı. İslahatın müddəaları bunlar idi:
1.Torpaq islahatı və feodalizmin ləğvi
2. Meşələrin və otlaqların milliləşdirilməsi.
3. Dövlət müəssisələrinin satılması.
4. Qadınlara seçmək və seçilmək hüququnun verilməsi.
5. Fəhlələrin işlədikləri müəssisələrin gəlirlərində pay sahibi olmaları.
6. Savadsızlığın ləğvi üçün Maarif korpusunun yaradılması
Ağ inqilab adı ilə tarixə düşən islahatlar proqramı 1963-cü il yanvarın 26-da referenduma çıxarıldı. Sonrakı illərdə daha 13 maddə əlavə olunan Ağ inqilab bir sıra müsbət nəticələr doğurdu. Amma eyni zamanda başqa amillərdən dolayı xeyli mənfi nəticələri də oldu. Bütün bunlar sonda etirazların artmasına, qanlı inqilaba və monarxiyanın devrilməsinə aparıb çıxardı. Ağ inqilab dövründə 9 milyon ağac əkildi, şəhərlərin və avtomobil yollarının ətrafında 28 min hektar yaşıl zolaq salındı. 1963-cü ildə keçirilən seçkilərdən sonra ilk dəfə parlamentdə altı qadın təmsil olundu. Ağ inqilabdan öncə təhsil sahəsində vəziyyət bərbad idi. Kəndin müəllimlərə olan ehtiyacını ödəmək üçün “Maarif korpusu” deyilən qurum təşkil edildi. 1966-cı ildə məktəb təhsili 12 il müəyyən olundu və ibtidai, orta, yuxarı

hissələrə bölündü. İbtidai təhsil pulsuz və məcburi idi. Ağ inqilab dövründə İranda 3 mindən artıq məktəb tikildi. İslahatlar İranın dinamik inkişafına səbəb oldu. Ölkə artım tepmlərinə görə yalnız Yaponiyadan geri qalaraq Asiyada ikinci yerə çıxdı. Ağ inqilabdan sonrakı ilk 10 il ərzində ümumi milli məhsul 3,6 dəfə artdı. Yeni sənaye sahələri – qara və əlvan metallurgiya, maşınqayırma, kimya və qaz sənayesi meydana gəldi.


51.
52.1919-1927-ci illərdə Suriyada milli hətəkatın yüksəlişi.
Fransız işğalının ilk günündən kəndilər və bədəvi ərəblər partizan dəstələri təşkil edərək işğalçılara ciddi müqavimət göstərdilər. Bununla yanaşı vətənpərvər təşkilatlarda yaranırdı. 1919-cu ilin iyununda Şərqi Suriyada ərəb kulubları yarandı. Həmin vaxt Dəməşqdə “ ümumi Suriya konqresi” və “ xalqın milli Müdafiə şurası” təşkil edildi. Bu təşkilatlar müxtəlif sosial və siyasi təbəqələri təmsil edir. Partizanlar üçün silah toplayır, könüllüləri müqavimət hərəkatına cəlb edirdi. 1920 mayında maysalun dağı keçidi yaxınlığında qiyamçılar məğlub oldu. Vətənpərvər təşkilatlar qadağan edildi. 9 avqustda hərbi tribunal 37 ərəb liderinə ölüm hökmü çıxardı. Milli hərəkatın bir çox üzvü mühacirət etdi. Onların əksəriyyəti Qahirədə fəaliyyətlərini davam etdirdi. 1920ci ildə xaulanda kəndli çıxışları başladı. 1921ci ildə üsyan bütün şimalı Suriyanı bürüdü. 1922 aprelində Dəməşqi küçə döyüşləri və nümayişlər bürüdü. Ərəb müstəqilliyini partiyası və Suriya birliyi partiyası Cenevrədə kongres çağırır və Millətlər liqasına mandatlığın ləğvi, Müstəqillik və suverenlik haqqında tələblər hazırlayıb təqdim etdilər. Əhalinin siyası fəallığından narahat olan hakim dairələr hərəkatı idarə olunan məcraya salmaq üçün Xalq Partiyasının yaradılmasına icazə verdilər. 18 iyul 1825də Cəbəl-druzda əksfransız üsyanına çevrilən qiyam başladı. Üsyan Dəməşq, Hələb, İsgəndəriyyə və b. Ərazilərə yayıldı. Sultan əl-ətrəsin başçılıq etdiyi qoşun Mişonun başçılıq etdiyi 4 minlik fransız qoşununu məğlub etdi. Xalq Partiyası üsyançılara əlaqə saxlayaraq Dəməşqdə üsyan hazırlayırdılar. Baş komissar şoreyl bu planı puça çıxardı. 1925də xalq partiyası qadağan edildi. Rəhbərlər həbs edildi. 1926da Fransa Mərakeşdəki qoşunlarını Suriya və Livana yeritdi. Kəndlər yandırıldı, bədəvilər və fəllahlar öldürüldü və qarət edildi. Bu müqavimət hərəkatı 1927ci ilin yazına qədər davam etdi.
53.Livan 2ci dünya müharibəsi illərində
Hələ müharibənin əvvəlində Livan ərazisində çoxsaylı fransız qoşunu yerləşdirilmişdi. 1940 noyabrında fransız kapitulasiyasından sonra nəzarət alman-ilalyanlara keçdi. 1941 26 noyabrda Livan müstəqil oldu. Ancaq Suriyada olduğu kimi mandatlıq q-müəyyən müddətə saxlandı. Bu dövrdə ərəb millətçiliyi və ərəb birliyi şuarı ilə çıxış edən hərəkat meydana gəldi. Hərəkatın ideoloqları və təşkilatçıları Mişel əflak və Səlahəddin Bitar idi. Hərəkatda əsasən tələbələr və ziyalılar iştirak edirdi. 1943də bu hərəkatı dəstəkləyən dərnəklər Əl Bəss əl-ərəbi

partiyasında birləşdi. Bu partiya əsas məqsədi Suriya və Livanın fransızlardan azad edilməsi, Hər iki dövlətə həqiqi müstəqillik verilməsi, ərəb birliyinə nail olmaq. 1936da Pyer jameylin başçılığı ilə xristianların Livan falanqaçıları partiyası yarandı. Bu partiya Qərblə əlaqənin saxlanılması şərti ilə Livanın müstəqil olmasını istəyirdi. 1939cu il Konstitusiyası bərpa edildi və seçkilər keçirildi. Avqustda keçirilən seçkilərdə ən çox səsi Bəşər əl-hurinin başçılığı ilə konustutsiya partiyası yığdı. 1943 sentyabrında Bəşər əl-huri prezident, Riad sülh baş nazir seçildi. 22 noyabrda parlament binasında Livan bayrağı dalğalandı. 1943cü ildə Bəşər əl-huri və Riad sülh arasında milli pakt bağlandı. Buna görə: 1) Livan müstəqil və suveren olmağa çalışmalıdır. 2) Livan ərəb dövlətidir və ərəb dünyasının parçasıdır. 3) Qərblə əlaqələr kəsilməməlidir. 4) ərəb dövlətləri Livanın müstəqilliyini və mövcud ərazisini tanısa Livan bu zaman ərəb ölkələri ilə əməkdaşlığa hazır olacaq. Dövlət vəzifəsi ədalətli bölünəcək, dini etiqada görə yox iş qabiliyyətinə üstünlük veriləcək. Buna görə prezident-xristian maronit, baş nazir-sünni, parlament sədri-şiə olacaq. 1945 payızında Livanın iştirakı ilə ərəb dövlətləri ligası yarandı. Müharibə bitməsinə baxmayaraq xarici qüvvələr ölkədən çıxmamışdı. 1946 fevralında BMT Təhlükəsizlik Şurası xarici qüvvələrin Livanda qalmasını dəstəkləmədi. 31 dekabrda sonuncu əsgər Livandan çıxdı. Beləliklə Livanın müstəqillik uğrunda mübarizəsi başa çatdı


54.İraq mandatlıq dövründə
Yerli feodallara arxalanan ingilislərin baş komissarı 1920ci ildə müvəqqəti hökumət yaratdı. 1921-ci ilin 23 avqustunda Feysəl əl Haşimi İraq kralı oldu. Kral hökümətinin bütün şöbələrində ingilislər təmsil olunurdu. Ölkəni əslində baş komissar idarə edirdi. 1922-ci ildə ingilis İraq sazişi imzalandı. Bu sazişə görə kral maliyyə sistemində və beynəlxalq işlərdə ingilis baş komissarının “ məsləhətlərinə” əməl etməli idi. İngilis qoşunları İraqda saxlanıldı. Bu saziş İraq xalqının müqavimətinə səbəb oldu. Ölkədə müqavimət hərəkatı başlandı. Bu hərəkata Cəfər əbu Timmanın başçılıq etdiyi İraq milli partiyası və Məhəmməd əl- sədrin İraq dirçəliş partiyası başçılıq edirdi. Britaniya 1924-cü ildə kütləvi çıxışları dayandırdı və müqavilə qüvvəyə mindi. İraqda möhkəmlənən ingilislər neft çıxarılması və axtarılması hüquqlarını əllərində cəmləşdirdilər. Lakin, 1927-ci ildə Birləşmiş “ İraq petrolunun kompani” yaradılır. Burada ingilis, holland, amerikan və fransız kapitalı təmsil olunurdu. Elə həmin il Kərkükdə il neft çıxarıldı. 1934cü ildə Kərkükdən xayfa və Tripoli şəhərlərinə neft kəməri çəkildi. 30-cu illərdə neftin maksimal çıxarılması 4,4 milyon ton təşkil ediridi.
55. Əmənulla-xanın islahatları
Əmənulla-xan hökümetinin həyata keçirdiyi islahatların ilk mərhələsi 1919-1924-cü illəri əhatə edir. İlk mərhələdə Əmənulla-xan hökümetinin həyata keçirdiyi islahatları istiqamətlərinə görə 3 qrupa ayırmaq olar: siyasi, iktisadi, ictimai-məişət. Hökumət ilk növbədə Əfqanıstanın qardaşlıq və bərabərlik prinsipləri

əsasında milli birliyini təmin etməyə çalışırdı. Milli qeyri-bərabərsizliyə son qoyulur. Qəndəhar, Qəznə, Cəlilabad vilayətlərinin məsləhət şuralarına, həmçinin Kabildəki “Maarif cəmiyyətinə” Əfqanıstanda yaşayan hinduslardan bir nəfər olmaqla üzvlər seçilir. 1920- ci ilin mayında verilən fərmanla hinduslar üçün məcburi olan sarı rəngli çalma, çadra və onlardan alınan cizyə vergisi ləğv edilir. Həmçinin xanların, üləmların imtiyazları da ləğv olunur. Əfqanıstanda bütün əhali hüquqi cəhətdən bərabər olur. Dövlət aparatıda 3 sahədə:qanunverici, icraedici, məhkəmə sahələrində möhkəmləndirilir. Həmənulla-xan Əbdül Veys-xan başda olmaqla hüquqşünasların köməyilə iki cildlik “Hakimlər üçün instruksiya” nizamnamə hazırlayır. Bu bəyannamə baş vermiş cinayətlərə müvafiq olaraq cəzaların bütün növlərini müəyyənləşdirən əsas qanun olur. Hakim cəzanı artıra, yaxud azalda bilməzdi. Beləliklə məhkəmə sahəsinə öz başınalıqlara, hakimlərin geniş səlahiyyətlərinə son qoyulur. İcraedici hakimiyyət nazirlər kabinetinə verilir. Nəqliyyat nazirliyi ləğv edilir, ictimai təhlükəsizlik nazirliyi yaradılır.


Hökumət hərbi qüvvələrin təşkil olunmasında həyata kecirir. Hərbi-hava donanmasının yaradılmasına başlanilir. 65 nəfər bu sahəni öyrənmək üçün müxtəlif ölkələrə göndərilir. 1920 -ci ildə torpaq vergisi haqqda qanun qəbul edilir. Bu qanun əhalinin böyük əksəriyyətinə aid edilir. Natural vergisi pul vergisi ilə əvəzlənir. Bir çox vergilər ləğv olunur. Heyvandarlarda mal-qaranın sayı hər il hesablanır. Bu məqsədlə 1923-cü ildə mal-qara haqqında qanun qəbul olunur. 1922-ci ildə “Hakimlərin və məmurların vəzifələri” ilə bağlı qanun verilir. 1924-cü ildə Əfqanıstanda dövlət malikanələrin satılması haqqında əsasnamə verilir. Hökumət alman və fransız kompaniyaları ilə 10 il ərzində ölkədə şimladan-cənuba dəmir yolunun çəkilməsi ilə bağlı müqavilə bağlayır. Paytaxtla əyalətlər arasında teleqraf və telefon xəttlərinin çəkilməsinə başlanılır. Əyalətlərdə məktəblərin açılmasına xüsusi diqqət yetirilirdi. Beləliklə, hökumət mədəniyyət və maarif sahəsində uğurlu islahatlar keçirdi. İslahatların 2- ci mərhələsi : 2-ci mərhələinin islahatları radikal xarakteri daşıyırdı. Ailə və nikah haqqında qanun layihəsinin dəyişdirilməsi cəhdlərindən mübahisələr yaranır. Əmir nikaha girmək üçün oğlanlara 22, qızlar üçün isə 18 yaş təklifi irəli sürür. Bu təklif etirazla qarşılanır və rədd edilir. Keçirilmiş circənin iclasında hərbi məsələlərə xüsusi diqqət verilirdi. Circədə ordunun silahlandırlması məsələsi də müzakirə edilir. Əmənulla-xan müxtəlif növ silahların alınması barədə məlumat verir. Hökumətin Dövlət Şurasının əvəzinə Milli Məclisin yaradılması ilə bağlı təklifi yerinə yetirilmir. Bütövlükdə hakimiyyəti dövründə Əmənulla-xan 64 islahat təklif etmişdi. İslahatların 2-ci mərhələsi demək olar ki, tam uğursuzluqla başa çatır. Bu da bir sıra obyektiv və subyektiv səbəblərlə bağlı olmuşdu.
56. 1979-cu ildə Əfqanıstana sovet müdaxilənin nəticələri
Rus -sovet qoşunlarının Əfqanstanı 27 dekabr 1979-cu ildə işğalı ilə sovet imperiyası özünü 9 ilə qədər sürmüş bir “Əfqasntan bataqlığı’ na atmış oldu. Bu

savaş 10 ile yazsın davam etdim. Nəhayət, 6ildən bəri Cenevrədə davam edən beynəlxalq danışıqlar 1988-ci ilin 14 aprelində başa çatdı və saziş imzalandı. Saziş 4 sənəddən ibarət idi:


1. Əfqastanin daxili işlərinə qarışmamaq
2. Bitərəflik haqqında beynəlxalq öhdəlik
3. İran və Pakistan ərazisində olan 5 milyon nəfər qaçqının ölkəyə qaytarılması
4. Sovet qoşunlarının Əfqanıstandan çıxarılması məslələrini əhatə edirdi. Saziş 15 maydan etibarən qüvvəyə mindi. Müharibənin gedişində 1 milyon nəfərdən çox Əfqan həlak oldu, yaralı və şikəst olanların sayı hesaba bele gəlmir, əfqastanın iktisadiyati bərbad hala düşdü. Ərzaq çatışmazlığı yarandı. Rus-sovet hərbi birləşmələri döyüş meydanlarında 14min nəfərə qədər əsgər və zabit itirdi, yalnız şikəst olanların sayı 50 mini keçdi. Uyğun düşənlərin sayı bu günde bəlli deyildir. Sovet ittifaqının beynəlxalq vəziyyəti xeyli aşağı düşdü. Rus-sovet rəhbərliyinin avantürist qərarı Əfqanstan xalqının azadlıq uğurunda mübarizəsinin, eləcə də vətəndaş müharibəsinin qarşısını ala bilmədi. Onun yeganə bir nəticəsi sovet inkişafı modeli tərəfdarlarının ömrünün təqribən 12 il müddətinə uzatmaq oldu.
57. Fələstin 2-ci dünya müharibəsi dövründə
Müharibə başladıqdan dərhal sonra yəhudi icması rəhbərliyi İngiltərəni dəstəkləməklə bağlı qərar qəbul etdi. Müharibənin ilk həftəsində ingilis ordusuna 136 min nəfər – Fələstinin yəhudi əhalisinin 1/3 -i yazıldı. Lakin bu hökumət tərəfindən soyuq qarşılandı. 1940-cı ilin fevralında “ağ kitab” da nəzərdə tutulan yəhudilərə torpaq satışının məhdudlaşdırılması tətbiq edildi və bu coşğun narazılıq doğurdu. Britaniya ordusunun tərkibində Fələstindən 24 min yəhudi vuruşurdu, onlarla insan xüsusi kəşfiyyat və təxribat əməliyyatlarında iştirak edirdi. Bu Rommelin ordusunun Fələstinə soxulması təhlükəlisi ilə əlaqədar gərgin vəziyyətin yarandığı 1941-1942 – ci illərdə xüsusi ilə mühüm oldu. Məhz bu zaman yəhudi əhalisindən xüsusi təyinatlı “Palmax” hissələri yaradıldı. 1942-ci ildə Rommel ordusunun təzyiqi altında Britaniya ordusunun verilməməsi başlandı. İngilislər üçün Misirdə, Fələstində təhlükə yarandı. 1944-cü ilin avqustunda U. Çörçilin şəxsi sərəncamı ilə ingilis ordusunun tərkibində Yəhudi briqadası yaradılır. Bu briqada da İtaliya, Avstriya, Almaniya, Fransa və Belçika ərazilərində almanlar vuruşur və Brüsselə çatmaqla özünün döyüş yolunu başa vurur. 1944-cü ildə “Estel” in yeni lideri Menahem Beqin Fələstində ingilislərə qarşı üsyan çağrısı ilə çıxış edir. “Lexi” qrupu da fəaliyyətə başlayır. Onun üzvləri fərdi terror taktikasını tətbiq etdilər. 1944-cü ilin noyabrında “Lexi” nin döyüşçüləri Qahirədə Britaniya naziri lord Moynu öldürdülər. Bu İngiltərə də qəzəb fırtınası doğurdu. Moynun ölümü yəhudi icmasında qarışıqlıq yaratdı. “Estel” və “ Lexi” nin fəaliyyəti son qoymaq qərara alındı. 1945-cı ilin martına doğru ingilis hökumətinə müqavimətin qarşısı alınır. Bu zaman 2-ci dünya müharibəsi sona yaxınlaşırdı. Avropa da hərbi əməliyyatlar tamamlanırdı.


58. Fələstin Britaniya mandatının sonuncu illərində (1945-1947)
1945-ci ilin iyulunda İngiltərədə keçirilmiş müharibədən sonrakı ilk parlament seçkilərində gözlənilmədən Leyborist partiyası qələbə qazandı. Yeni baş nazir Klement Ettili oldu. Avropada evsiz qalmış yəhudilər Fələstinə can atırdılar. 1945-ci ilin oktyabrın 10-da ingilis-yəhudi adlandırılan müharibəyə başlayır. Müharibə ərəfəsində bütün özünümüdafiə dəstələrini birləşdirmək qərara alınır. “Xaqana”, “Estel”, “Lexi” arasında sazişlər bağlanır. Ümumi rəhbərlik üçün yəhudi üsyançı hərəkatı yaradılır. 1945-cı ilin noyabrın 1-i gecəsində dəmir yollarına zərbələr endirilir və 153 yerdə şəbəkə zədələnir. Fələstində fövqaladə vəziyyətdə tətbiq olunur. Yəhudi dəstələrinin ingilis inzibati müəssisələrinə hücumları başlayır. Düşmənçilik hərəkətləri artırdı. 1946-cı ildə yəhudi üsyançıları İsraildə olan 11 körpüdən 10-u partladırlar. Fələstindəki ingilis obyektinə hücum edirlər. Cavab olaraq ingilislər əksterror əməliyyatları edir. Qarşıdurmanın zirvəsi 1946-cı il iyunun 22-də Fələstindəki ingilis mandatının katibliyinin yerləşdiyi “ Çar David” otelindəki partlayış oldu və nəticədə 100-ə yaxın insan həlak oldu. 1947-ci ilin fevralın 18-də Böyük Britaniya elan edir ki, Fələstinin gələcəyi haqqında qərarın qəbul olunmasını BMT- ə verir. 1947-ci ilin mayın 13-də Fələstin məsələləri ilə bağlı xüsusi BMT komissiyası təsis edilir və onun üzvləri Qüdsə yollanırlar. 1947-ci ilin noyabrın 29-da BMT-nin baş Assambleyası qərar təstiq edir və ona əsasən; 1.İngilis mandatı 1948-ci ilin mayında başa çatır, 2. Fələstin iki dövlətə bölünür, 3. Qüds və Vifliyem beynəlxalq status alır.
1947-ci ilin dekabrn 11-də İngiltərə Fələstində özünün mandatından 1948-ci ilin mayın 15 də qəti şəkildə imtina edəcəyini elan edir. 1948ci ilin mayın 14-də sonuncu ingilis Fələstini tərk edir.
59. 20-30 -cu illərdə Hindistanda əks müstəmləkəçi hərəkətın yüksəlişi
1927-ci ildə Saymonun ingilis hüquqşünası komissiyanın yaradılması haqqında qərar qəbul edilir. Komissiyanın əsas məqsədi Hindistanın yeni konstitusiyanın qəbulu idi, komissiya yalnız hindlilərdən ibarət olmalı idi. Elan olunur ki, komissiya bütün məsələlər üzrə hindi siyasi partiyaları ilə məsləhətləşəcək. Lakin yenə də bele çıxırdı ki, Hindistana hansı idarəetmənin verilməsini ingilislər həll edəcək. Hindi siyasi partiyaları ingilislərin hərəkətindən hiddətlənərək komissiyanın işinə boykot elan etdilər. 1927-ci ilin dekabrında Mədrəsədə keçirilən HMK-nın sessiyasında öz konstitusiyalarının hazırlanması üçün xüsusi komitə yaranır. Komitənin başında Motiləl Nehru dayanırdı. “Motiləl komitəsi”. 1928-ci ildə komitə konstitusiya layihəsini təqdim etdi. “Nehru konstitusiyası”. Layihəni vahid konstitusiya kimi təqdim etmək nəzərdə tutulurdu. Bu məqsədlə 1928-ci ildə Kəlkəttədə partiyalararası konfransı keçirilir. Lakin nümayəndələr razılaşa bilmirlər,mübahisə düşür. Müsəlman liqası bütün yerlərin 1\3-i tələb edir. Qəbul olunmadıqda Məhəmməd Əli Cinna konfransı tərk edir. Elə həmin konfransda, HMK Nehrunun layihəsini qəbul edir və ingiltərəyə düşünmək üçün 1 il vaxt verir.

1929-cu ildə HMK-nın sessiyasında ingiltərədən müsbət cavab almadıqda, qərar alınır ki, Hindistanın tam müstəqilliyinə nail olunsun.


60. Hindistanda “avqust inqilabı”
1942-ci ilin avqustun 8-də HMK-nın Bombeydə keçirilən sessiyasında “Hindistandan rədd olun” məhşur bəyanatı qəbul olunur. Əsas tələblər :ingilislər ölkəni tərk etməli və hakimiyyət HMK-ya verilməlidir. 1924-cü ilin avqustun 9-da M. Qandi və HMK-nın baş komitəsinin üzvləri həbs edilir. Tezliklə elektirik xattləri, poçt şöbələri və digər obyektlər dağılmağa başlanır. Narazılıqlar 2 aya yaxşı davam etdi. Bu hadisələr “avqust inqilabı” adını aldı. 1942-ci ilin avqustundan 1944-cü ilə kimi HMK-nın əsas rəhbərləri və Qandi həpsdə idilər. Müharibə illərində Hindistanın iktisadi potensialını öz məqsədlərində istifadə edirdilər. Müharibə illərində Hindistanın sənaye sektoru genişlənir, ölkənin maliyyə vəziyyəti yaxşılaşmışdı. Lakin, müharibə hindlilərə ucuz başa gəlmədi. 100 minlərlə əsgər həlak oldu, sosial gərginlik yarandı. Aclıqdan təkcə 1943-1944 – cü illərdə 5 milyon insan həlak oldu.
61. Hindistanda müstəmləkə rejiminin dağılması.
Leyboristlər hakimiyyətə gəldikdən sonra Hindistan problemini tezliklə həll etmək istəyirdi. Ettili 3 nəfərlik nümayəndə heyəti göndərir ki, Ölkəyə müstəqillik verilməmiş HMK və müsəlman liqası razılığa gəlsin. Müharibə illərində təşkilatların münasibətləri hazırlanır. Cinnə hesab edirdi ki, ingilislər kongres tərəfdarıdır. Danışıqlar bir nəticə vermədi. Hindistana 15 mart 1946da dominon hüququ verildi. Mayda vitse-kral qanun lahiyəsi dərc edir. 3 ərazidən ibarət:şimal-qərbi, Şərqi və mərkəzi federasiyası yaranmalı idi. Ancaq bu həm HMK həm də müsəlman liqası narazılığna səbəb oldu. Nehruya təklif olunur ki hökümət formalaşdırsın. 10 avqustda cinnə Pakistanın yaradılması üçün açıq mübarizəyə çağırdı. Toqquşmalar başlayır. 16 avqustda qanlı toqquşmalara çevrilir və 20 min insan ölür. Hadislər dakka, Dehli, Allahabad keçir və 4 günə 6 min insan öldü. Qandi öz avtoritetindən istifadə edərək kəlkəttədə dayanır. 2 sentyabrda Nehru pars, xristian, indus ibarət formalaşdırdı. 15 oktyabr müsəlmanlar hökümətə daxil olur və bu hökümətə boykot edirlər. Müharibədən sonra Hindistan bir neçə problemlə qarşılaşdı. 1) hind əsgərləri əsir idi və onların məhkəməsi başlamışdı. Bos aviaqəzada həlak oldu. Onların müdafiəsi üçün nümayişlər keçirilir. 2) bu problem əsgərlərin hind Çində iştirakı ilə bağlı idi. 1946 fevralda kuliminasiya dövrü olur. Hərbi təyarəçilər tətilə çıxır. 3) Kəndli hərəkatı geniş vüsət alır. 4) ərzaq böhranı baş verir.
1945 9 dekabrda məvərətzi yığıncağı açılır. Sədr raçandra prosad olur. 1947də ueveyl belə nəticəyə gəlir ki, Hindistan hələlik müstəqil ola bilməz. Buna görədə bir onillik təxirə salınsın və əyalətlərə tək tək müstəqillik verilsin. İngilislər bu təklifi qəbul etmədi. 22 martda vitse kral vəzifəsinə mountbetten gəlir. O 1948iyununa kimi ingilislərin Hindistanı tərk etməsi planını hazırladı. 3 iyulda ölkə 2 yerə

Hindistan və Pakistana ayrıldı. Pakistan 2 hissədən şərq və qərb hissədən ibarət idi. Onun lahiyəsinin 2ci bəndi isə knyazlıqlara aid idi. 600 knyaza Hindistan və Pakistan daxil olmalı idi. Yalnız müstəqil ola bilməzdilər. 15 avqustda hər iki dövlət müstəqilliyini elan etdi. Hinsistanın baş naziri Nehru, Pakistanın başçıxı əli xan general qubernatoru cinnə oldu


62.20-ci əsrin 50-ci illərində Hindistanda milli ştatların yaradılması.
İstiqlaliyyətin ilk illərində həyata keçirilən islahatlardan bir qismi də milli münasibətlərin tənzim edilməsi məqsədi güdürdü. Bu baxımdan milli, daha doğrusu dil birliyi zəmnində ştatlar yenidən təşkil olurdu. 1950-ci il konstitusiyasında bu məsələ öz tam həllini tapmamış və ştatların ərazisi, əsasən ingilis müstəmləkə hakimiyyəti dövründə olduğu kimi saxlanılmışdı. Lakin qeyri - hind dilli xalqlar ştatların hüdudlarına dil birliyi zəmnində müəyyən edilməsi uğrunda mübarizədən geri çəkilməlidilər. Onlar hesab edirdilər ki, milli dillər zəmnində yaradılmış ştatlar benqal, pəncab, marath, qucarat, tamil, teluqu, malayali, kannara, oriya kimi sayı on milyonlarla nəfər olan xalqların bütün sosial təbəqələri bu tələbin yerinə yetirilməsində birgə çıxış edirdilər. Nəhayət, islahat aparıldı, 1953 - cü ildə Hindistanın cənubunda ilk milli ştat Andxra Prades yaradıldı. 1956- cı ildə Mədrəs, Maysur, Kerala, milli ştatları yaradıldı. Yeni inzibati quruluş 1956-cı ilin 1 oktyabrından qüvvəyə mindi. Sonrakı dövrlərdə də bu quruluşun təkmilləşdirilməsi davam etdirildi. Maxaraştra - Qucarat ərazisində yaradılmış iki dilli Bombey ştatı da sonradan 1960-cı ildə iki milli ştata - Maxaraştra və Qucarat ştatlarına bölündü. Bu proses həm də knyazlıqların ləğvini də başa çatdırmış oldu.
63.Çində "4 may hərəkatı" və onun nəticələri
1919cu ilin 30 aprelində çinin tələbləri yerinə yetirilimir və məsələlər digər forumlarda öz həllini tapacaq deyilir. Parisdə əsasən Avropada ərazi dəyişiklikləri, Almaniyanın cəzalandırılması, Millətlər Liqasının yaradılması nəzərdə tutulurdu. 4 mayda tələbələr Pekində nümayiş keçirirlər. Onlar tələb edirdilər ki, Paris sülh konfransını tərk etsin və müqavilə imzalamaqdan imtina etsin. 21 bəndi imzalayanları cəzalandırsın, yapon malları boykot edilsin. Tezliklə yapon malları boykot edildi və vətənpərvərlik hərəkatı başladı. Duan tsicuyun nümayəndələr heyətini Parisdən çağırmağa məcbur oldu. Onlar müqaviləni imzalamaqdan imtina etdi və 21 tələbi imzalayan məmurlar işdən azad edildi. 4 iyulda Şanxayda tətil başladı. Bu hərəkat ümummilli xarakter aldı. Yeni mədəniyyət uğrunda mübarizəyə çevrildi. Bunun nəticəsində ədəbiyyatda bayxuyan dili gəldi. Bu əsl mədəni inqilab idi. Milyonlarla insan təhsilə cəlb edildi.
1919 25 iyulda Rusiya Şimali və Cənubi Çin hökümətlərinə müraciət etdi. Qeyri bərabər müqavilələrdən imtina etdi. Kömək göstərmək vəd etdi. Ancaq Çin bu dövrdə kömək göstərə bilməzdi. 1919 10 oktyabrda suan Yatsen cunqo Homindan partiyasını bərpa etdi. Cənubda hakimiyyət uğrunda mübarizəyə

başladı. Partiyanın 3 prinsipi millilik, xalq hakimiyyəti, xalq rifahı idi. 1920 iyulda Duan tsicuy devrildi və cjilu lideri peyfu gəlir. O İngiltərə və abşa arxalanırdı. Yaponiya Vaşinqton konfransında diplomatik cəhətdən təcrid edilmişdi. Bu konfrans 1921 ap- 1922 fevralına kimi çəkdi. Burada 9 dövlətin Çin haqqında müqaviləsi bağlandı. Çinin suverenliyini qorumağa söz verdilər, ərazi bütövlüyünü tanıdılar. Yaponiya 21 bənddən imtina etdi və sandunu Çinə qaytardı. 4 may hərəkatı nəticəsində kəndlilərin təşkilatları yarandı. 1920ci ildə maskist dərnəklər yarandı. 1921 1 iyulda Şanxayda ÇKP qurultayı keçirildi. 53 nəfər partiyanın yarandığını elan etdi. Sədr Çen dusü oldu. Homindan və suan yatsenlə əməkdaşlıqdan imtina edir.


64.
65. Çində "mədəni inqilab" və onun mərhələləri.
1966-cı ilin mayından 1976-cı ilin oktyabrınadək davam edən “Böyük mədəni inqilab” ÇKP MK Sədri Mao Tszedun tərəfindən başlanılmışdı və onun rəhbərliyi altında həyata keçirilirdi. 1969-cu ilin aprelində çağırılan qurultayda plenumun «mədəni inqilab»la bağlı qərarları bəyənildi. Mao Tszedunun ünvanına təriflər söylənildi ve bəyan edildi ki, ÇKP-nin tarixi «Мао Tszedunun həqiqi və doğru xəttine» qarşı müxtəlif «təmayülçülərin mübarizəsindən» ibarətdir. Buna görə də partiya və dövlət təşkilatlarında təmizləmə aparılması tövsiye olunurdu. Maraqlı qərarlardan birisi də Lin Byaonun «Мао Tszedunun davamçısı» elan olunması idi. Secilən MK ve Siyasi buro üzvleri arasında Lin Byaonun terefdarlan olan herbçilər çoxluq təşkil etdilər.Bu ideoloji müharibe, nəhayət, sovet-çin sərhəddində silahlı münaqişələrlə sonunclandı. 1969-cu ilin mart və avqust aylarında Ussuri çayındakı Daman adasında və Qazaxstanın Semipalatinsk vilayətindəki Jalanaşkol yaşayış mentəqəsində silahlı toqquşmalar baş verdi, yaralanan ve ölənler oldu. Doğrudur, 1969-cu ilin 8 oktyabnnda iki ölkənin hökumət başçıları sərhəd məsələləri üzrə danışıqlara başlamağa razılaşdılar və silahlı toqquşmalar dayandırıldı. Ancaq ölkələrarası münasibətlər gərgin olaraq qalırdı. Çin partiya və dövlət rəhbərliyinin istər daxili, istərsə də xarici siyasətindəki müeyyən dəyişikliklər ali hakimiyyet nümayəndələri arasında ixtilafların səngiməsinə gətirmədi. Ölkede istiqrarın bərqərar olmasına çağıran IX partiya qurultayından bir il yarım sonra «mədəni inqilab» işleri üzrə qrupun sədri Çen Boda siyasət meydanından qeyb oldu. 1971-ci ilin sentyabrında isə «Мао işinin davamçısı» Lin Byao başda olmaqla böyük mənsəbli hərbçilər qrupu hakimiyyətdən uzaqlaşdırıdı.Orduda yeni kütləvi təmizləmə başlandı.
Qurultay «mədəni inqilab» dövründə baş veren bütün əyintilərin mesuliyyətini Lin Byao və Çe Bodanın üzərinə yıxdı. Eyni zamanda qerara alındı ki, Ümümçin Xalq Nümayəndələri Şurasının, həmkarlar və gencler teşkilatlarının fəaliyyeti berpa edilsin.
Təbiidir ki, bütün bu siyasi qarşıdurmalar, hakimiyyet uğrunda mübarizə ve

qruplararası intriqalar bir terefden, о biri tərəfden ise xoş ve firavan heyat haqqmda verilen vədlerin boş söz olaraq qalmasi xalqın səbr kasasını doldururdu. Nehayət, kütlələr yenidən hərəkətə gəldilər, kütləvi çıxışlara başladılar. Buna bəhanə 1976-cı ilin 25 martında «radikallara» yaxın qezetde Çjou En laym ünvaınna tenqidi bir meqalenin cap edilmesi oldu. Buna cavab olaraq Nankinde xalq küçələrə töküldü. Hemin meqaləni lənətləyən şüarlar söylənildi. Sonra çoxsaylı insan desteleri inqilabçıların defn edildiyi Yuyxuabay qəbristanlığına yeridi ve orada Çjou En laym xatiresine gül desteleri qoyuldu. Hadisələr Pekində de böyük əks-seda doğurdu. Xalq Tyananmen meydanına yeridi, burada da qehrəmanların şərəfinə əklillər qoyuldu. Artıq 1976-cı ilin 3 arpelində «dördlər»e qarşı açıq çıxışlar başladı. Aprelin 4-də Tyananmen meydanına 2 milyon nefərdən сох nümayişçi çıxmış və «dördlər» əleyhinə şüarlar söylənmişdi. Şanxay, Nankin, Quançjou, Tyantszin ve s. şəhərlər də nümayişlərə qatıldı.


66. Çində "4 modernləşdirmə" islahatları və onların nəticələri.
1949-cu ilin 5-13 martında Şiszyaçjuan şeheri yaxınlığındakı bir yerdə keçirilən pienumunda yeni Çinə rehberlik edəcək bir qüvvə kimi partiyanın strateji və taktiki vəzifələri müəyyənləşdirildi. Əsas məruzəçi Mao Tszedun idi. Plenumda qerara alındı ki, partiya işinin ağırlıq merkezi kendden şəhərə keçirilsin, ölkədə istehsal sahələri bərpa və inkişaf etdirilsin, Çin aqrar ölkədən sənaye ölkesine çevrilsin, «yeni demokratik dövlətdən sosialist cəmiyyətinə»- fəhlə və kendlilərin ittifaqına əsaslanan və aparıcı rolun fəhlə sinfinə məxsus olduğu cəmiyyətə yönələn istiqamət götürülsün. Bununla yanaşı, «irtica üzərində tam qələbəyə nail olmaq və yeni Çini qurmaqla» xırda burjuaziya, milli burjuaziya və ziyalılarla əməkdaşlığın əhəmiyyəti də qeyd olunurdu. Plenumda əməli işlər görmək baxımmdan çox saylı və cemiyyətdə köklü dəyişikliklər məqsədi güdən bir sıra vəzifələr, о cümlədən Homindanın nəzarəti altında olan rayonlar azad olun- duqdan sonra oradakı «mürtəce silahlı qüvvələri» ləğv etmək, həmin ərazidə partiya təşkilatları və hakimiyyət orqanları yaratmaq, həmkarlar təşkilatları, kəndli ittifaqları və s. təşkilatları qurmaq, kənddə banditizmə və mülkədarlara qarşı mübarizəni genişləndirmək, torpaq icarə haqqını və borc faizlərini azaltmaq, aqrar islahat üçün hazırlıq işleri görmək, istehsal səviyyəsinin aşağı düşməsinə imkan verməmək və s. kimi məsələlər icrası nəzərdə tutulan ilk vəzifələr elan olundu. Perspektiv baxımından isə belə qərar verildi ki, ölkə iqtisadiyyatı çox ukladlı olaraq saxlanılsın. Bura daxil olmalı idi: 1) fərdi kəndli və sənətkarlıq təsərrü- fatları, 2) xüsusi kapitalist bölməsi, 3) bürokratik burjuaziya və homindan dövlətinə aid mülkiyyətin xalq respublikasının əlinə keçməsi zəminində yaranacaq dövlət bölməsi. Eyni zamanda qeyd olunurdu ki, ümumi istiqamət təsərrüfat sahələrinin modernləşdirilməsi və kollektivləşdirilməsinə yönəldilməli, xüsusi kapital ilə əməkdaşlıq zəminində dövlət-kapitalist bölməsi də yaradılmalıdır.
67.


68.
69.
70.
71.Koreya ikinci dünya müharibəsi illərində.
Koreya ikinci dünya müharibəsi illərində. Sakit okenda müharibə başlandıqdan sonra Koreya birbaşa müharibədə iştirak etməsə də. Yaponiya höküməti ölkə ǝrazindən, canlı qüvvədən geniş Istifadə edirdi. 1942-ci ildə koreyalılar ümumi hərbi təlim keçirlər, onların bir hissəsi yapon soyadları ilə orduda xidmətə çağırılır, bəziləri hətta ali zabit rütbəsi alırlar( Koreya respublikasını gələcək prezidenti Pak Çjon Xi belə zabitlərdən idi). Yaponiyanın müharibədə vəziyyəti gərginləşdikcə, koreyalıların hüquqları genişlənirdi. 1945-ci ilin iyulunda Potsdam konfransında müttəfiqlərin Yaponiyanın tam kapitulyasiyasını və Koreyanın müstəqilliyinin bərpa olunmasını tələb edirlər.SSRİ-nin uzaq Şərqdəki hərbi əməliyytlarda iştirakına qərar verildikdən sonra hərbi Əməliyyatların aparılması baxımından Koreya ərazisi iki hissəyə bölündü. Koreya yanımadasında amerikan va sovet qoşunlarını ayıran xətt 38 en dairəsindən aparılır. Həm də tərəflər bu en dairəsindən şimala olan əraziləri Sovet Ittifaqının, cənuba olan torpaqları isə Birləşmiş Ştatların hərbi əməliyyatlar sahəsi kimi qəbul edilirdi. Məhz bu qərar da Koreyanı günümüzə kimi ikiyə bölünmüş halda qalmasının təməlini qoydu. 1945-ci il avqustun 8-də Yaponiyaya qarşı müharibəyə başlayan SSRİ, Çin, Koreya və Sakit okeanda əməliyyatlar ke- çirir.Koreyada Uzaq Şərq cəbhəsinin 25 ordusu Vǝ Sakit Okean cəbhəsi döyüşürdü.Koreyada döyüşlar hətta Yaponiya kapitulyasiya etdikdən sonra da davam edirdi. Əməliyyatlar avqustun 15-də başa çatdı SSRI çoxsaylı itkilərlə üzləşir, təkcə 25 ordudan 4717 insan həlak olur, Amerikan qoşunları Koreyaya 1945-ci il sentyabrın 3-də daxil olur. Beləliklə,Koreyanın şimalında sovet, canubunda amerikan hərbi işğal rejimi yarandı və fəaliyyətə başladı.
72.
73.Yaponiyada düyü qiyamları
Müharibə dövründə Yaponiya iqtisadiyyatı xeyli gücləndi amma bunun əks tərəfidə vardı. Fəhlələrin artan istismarı və kəndlilərin qarəti sinfi mübarizəni kəskinləşdirdi. Bu hadisənin ifadəçisi kimi “düyü qiyamlarını” göstərmək olar. 1918ci ilin avqustunda düyü qiymətlərinin artması qiyamların başlamasına səbəb oldu. Qısa müddətdə düyü qiyamları ölkənin 23 əyalətini əhatə etdi. Fəhlə və şəhər kasıblarının çıxışlarında 10 milyondan çox insan iştirak edirdi. Üsyan kobe,Noqay, Tokio, Küsü mədənlər və digər əraziləri əhatə etdi. Hökümət düyü qiyamlarını qəddarlıqla yatırdı. 8 min insan həbs edildi, minlərlə insan məhkəməsiz öldürüldü. Düyü haqqında bütün məqalələr qadağan edildi, zəxəələr haqqında bütün yazılar yandırıldı
74. Yaponiya dünya iqtisadi böhranı illərində (1929-1933)

1929-1933-cü illər dünya iqtisadi böhranı Yaponiyaya çox təsir etdi. Böhran kənd təsərrüfatının 50%-ni təşkil edən ipəkçiliyə xüsusilə təsir etdi. Böhran nəticəsində ABŞ-a yapon ipəyinin eksportu azaldı, ipəyin qiyməti düşdü, ipəkçiliklə məşğul olanların sayı azaldı. Böhran dövründə işsizlərin sayı 3 mln oldu. İqtisadi böhranın nəticəsi kimi sosial-siyasi vəziyyətdə gərginləşdi. Orta və xırda burjuaziya iri konsernlərlə rəqabətə dözməyərək müflisləşir. Aqrar böhran ən çox xırda və orta mülkədarlara təsir etdi. Belə şəraitdə Misui, Mitsubisi, Yasuda, Sumitomo konserlərinə və bu konsernlərlə əlaqədə olan siyasi partiyalara qarşı narazılıq artırıldı. I dünya müharibədi dövründə sənayenin hərb sahələrində yaranan yeni konsernlərin sahibləri maliyyə oliqarxiyasına qarşı ciddi rəqabət aparırdılar. Eyni zamanda onların maliyyə bazası zəif idi. Digər tərəfdən siyasi partiyaların nüfuzu və iqtisadi proseslərə təsiri zəifləməyə başlayır. Bunun əsas səbəbi dünya iqtisadi böhranı və mövcud beynəlxalq vəziyyət idi.


75. Yaponoya amerika işğal rejimi dövründə
Avqustun 14-də imperator radio ilə yapon xalqına müraciət etdi və Yaponiyanın tamamilə təslim olduğunu bildirdi. 1945-ci sentyabrın 2-də Yaponiyanın təslim olması haqda akt imzalandı. Aktda bildirildi ki, Yaponiya Podstam müqaviləsinin şərtlərini qəbul edir. Beləliklə, aktın imzalanmasından sonra Yaponiya Uzaq Şərq və Sakit okeanda bütün hərbi əməliyyatları dayandırır. Yaponiya ərazisi müqavimətsiz amerika qüvvələri tərəfindən işğal olunur. Yaponiya 1945-ci ildən amerika işğal rejiminə keçir. İşğal rejimi 1952-ci ilə qədər davam edir. Bundan sonra gələcək inkişaf baxımından ölkənin həyatında yeni bir dövr başladı. Onun əsasında yapon xalqının militarist rejimdən xilas olması və ölkədə demokratik təməlin yenidən qurulması vəzifəsini həll etmək dururdu. Eyni zamanda sosial-iqtisadi tərəqqiyə nail olmaq və siyasi dəyişikliklər aparılmasıda məqsədidə qoyulmuşdu. Bütün bunlar amerika tərəfindən istiqamətləndirilirdi. Ölkə ilə bağlı bütün məsələlərin həllində ABŞ hərbi idarəsi başlıca rol oynayırdı. ABŞ hərbi idarəsinə general Mak Artur rəhmərlik edirdi. Tarixçilər onu "Yaponiyanın tacsız imperatoru" adlandırırlar.
İşğal rejimi dövründə görülmüş ən mühim tədbirlərdən biri inhisarçı konsernlərin ləğv edilməsi idi. 1946-cı ilin aprelində parlament seçkiləri keçirildi. Seçkilərdə Liberal və Mütərəqqi- Demokrat parriyaları üstünlük qazandılar. Parlament 1947-ci il 3 mayda yeni konstitusiya qəbul etdi. Konstitusiyaya görə monarxjya rejimi saxlanıldı. Lakin imperator əvvəlki mütləq hakimiyyətindən məhrum edilir, "millətin birlik simvolu"na çevrildi. 1948-ci ildən Yaponiyada ABŞ-ın siyasətindəki dəyişikliklər müşahidə olunmağa başladı. 1948-ci ildən etibarən ABŞ bir müttəfiq kimi Yaponiyanın hərbi potensialının dirçəlməsinə dəstək verdi.
76.
77.Tunisdə düstur partiyası və onun fəaliyyəti.
Birinci dünya müharibəsi qurtardıqdan sonra 1920-ci ildə Tunisdə düstur partiyası

təşkil edilir. Əsas məqsəd yerli əhalinin hüquqlarını avropalılarla bərabərləşdirmək idi.Bu məqsədlə Parisə liberal islahat təklifi ilə iki nümayəndə heyəti göndərilir.Hüquqların bərabərləşdirilməsi tələbi yerli idarəetmənin demokratikləşdirilməsi, həmkarların leqallaşdırılmasından ibarətdir. Həmkarların azadlıqların təmin edilməsi və s. Əlavə edilmişdi. Fransa prezidentinin Tunisə səfəri ərəfəsində xalqın dəstəyini qazanan “Düstur” partiyasının üzvləri 1922-ci ilin aprelində yenidən öz tələblərini irəli sürdülər. 1922-ci ilin iyulunda ölkənin siyasi-inzibati quruluşu haqqında sərəncam imzalanır. İki hissədən fransız və ərəblərdən ibarət Böyük Şura yaradıldı. Tunisin bütün əhalısi şurada təmsil oluna bilərdi. Nümayəndələrin bir hissəsi təyin edilirdi, digər hissəsi isə ikimərhələli seçkilərdə seçilirdi. Şuranın fəaliyyət dairəsi məhdud idi. Nümayəndələr əsasən müstəmləkənin büdcəsi, maliyyə və iqtisadi məsələlərini müzakirə edirdilər. Bu dövrdə “Düstur”da parçalanma müşahidə olunurdu. Partiyanın sağçıları İslahatçı partiyasını təşkil edirdilər və Fransızlarla əməkdaşlığa başlayırlar. Solçular isə inzibati dəyişikliklərin yarımçıqlığına qarşı çıxış edir və repressiya məruz qalırdılar. Nəticədə partiyadaxili çəkişmələr Düsturun xalq arasında nüfuzunu aşağı salır, bütövlükdə milli azadlıq hərəkatını zəifləməsinə səbəb olur


78. Liviya II Dünya müharibəsi illərində
1940-cı ilin iyununda İtaliya İngiltərəyə müharibə müharibə elan edir. Elə bu vaxtdan İtaliya onun ardınca isə Almaniya Şimali və şərqi Afrikaya hücum etmək üçün Liviya ərazisinə bir plasdarm kimi baxırdılar. İngiltərə İtaliyanı Liviyadan sıxışdırmaq və Şimali Afrikanı öz nəzarəti altına götürmək istəyirdi. Bu məqsədlə o, İdris əs-Senusi ilə əlaqə yaradır və senusilərdən ibarət hərbi dəstələrin yaradılmasına yardım etdi. 1939-cu ilin oktyabrında İsgəndəriyyədə toplaşan şeyslər ölkənin azadlığı uğrunda mübarizənin rəhbərliyini İdris əs-Senusiyə həvalə edirlər. Senusilərin hərbi dəstələri ilk dəfə 1940-cı ilin sonunda Misirdə italyanlara qarşı mübarizədə iştirak edirlər. 1941-ci ilin sonu 1942-ci ilin əvvəllərində ingilislər Liviya hərbi dəstələri ilə birlikdə Benqazi ərazisini italyanlardan təmizləyir, 1943-cü ilin yanvarında isə Trablisə daxil olurlar. Sahil ərazilərinə amerikan qoşunlarının yiyələnməsi ilə Liviya bütünlüklə italyan-alman silahlı qüvvələrindən təmizlənir. Liviya uğrunda döyüşlərdə senusi dəstələri ilə yanaşı liviya milli hərbi qüvvələri də İngiltərəyə yardım göstərirdilər. Liviya İngiltərə və Fransanın nəzarəti altına keçdikdən sonra Kirenaika və Trablis vilayətlərində ingilis işğal idarəsi, Fəssanda isə fransız işğal idarəsi yarandı. Ölkə ərazisi üç müstəqil inzibati vahidə bölündü. Beləliklə, müharibə illərində milli qüvvələr fəal iştirak etsələr də, ölkənin müstəqilliyinə nail ola bilmədilər.
79. Tailandda “pantaizm” ideologiyası
30-cu illərin sonunda pantaizm ideologiyası meydana çıxır. Əsas məqsəd- Böyük Tai dövlətinin yaradılması idi. 1939-cu ildən Siam Tailand adlanmağa başlayır. Tailand tayların yaşadığı ölkədir. Dövləti Sonqkxramın başçılığı ilə Yaponiyaya

meyl edən hərbi diktatura idarə edirdi. Dövlətin əsas məqsədlərindən biri İngiltərə və Fransa tərəfindən işğal edilmiş ərazilərin qaytarılması idi.


İkinci dünya müharibəsinin başlanmasından istifadə edən tay rəhbərləri Vişi hökümətindən XX əsrin əvvəllərində işğal edilmiş torpaqların geri qaytarılmasını tələb edirlər. Bundan öncə 1940-ci ilin iyununda Yaponiya ilə dostluq və müttəfiqlik haqqında müqavilə imzalanır. Yaponiuanın dəstəyi ilə hərbi əməliyyatlar başlanır. 1941-ci ildə barışıq haqqında saziş imzalanır. Barışığa əsasən Tailand bütün işğal edilmiş əraziləri geri qaytardı.
80. 2ci dünya müharibəsindən sonra cənubi-şərqi Asiya ölkəlıri üçün xarakterik şərtlər.
Müharibədən sonrakı dövrdə Cənubi şərqi asiya ölkələri üçün xarakterik şərtlər müstəmləkə sisteminin dağılması prosesi və milli istiqlaliyyət uğrunda mübarizənin inkişafı zəminində inkişaf etmişdir. Region dövlətlərinin inkişaf yolları müxtəlif olmuşdur. Bunlardan 1cisi Şərqi Hind-Çin ölkələrinin tutduğu yol idi. İDM sonra İngiltərə orta Şərqdə, Fransa isə Hind-Çində öz mövqelərini bərpa etmək, Müstəmləkə sistemini davam etdirmək istəyirdi. Həmin dövrdə Cənubi Şərqi Asiyada mövcud şərtlər dəyişmişdi. 1) Müharibə ərəfəsində və dövründə yapon işğalına məruz qalmışdılar. Regionda fransız ağalığına son qoymaq üçün sarı irqçiliyə önəm vermiş və onu qızışdırmışdı. Bu zəmində xalqlarda mübarizə ruhu yaranmış və istiqlaliyyət istəkləri xeyli güclənmişdi. 2) Müttəfiq dövlətlər özləridə bəyan etmişdilər ki, müharibə bitdikdən sonra müstəmləkələrə istiqlaliyyət veriləcək. Belə bəyənatlardan biri, 14 avqust 1941-ci ildə Atlantika bəyənnaməsində deyilmişdi. Bütün millətlərin özlərinin seçdikləri üsul-idarədə yaşamaq hüquqları vardır. Buna görədə Fransa müharibədən sonrakı dövrdə Hind-Çindəki müstəmləkələrində möhkəmlənmək və əvvəlki müstəmləkə rejimini bərpa etməyə çalışırdı. Buna görədə bölgədə ona qarşı istiqlaliyyət savaşı başladı.
81.Vyetnamın birləşdirilməsi
Müharibə bitdikdən sonra VDR müharibənin yaralarını sağaltmağa və iqtisadiyyatı bərpa etməyə diqqətini yönəltdi. 1974cü ildə 2 illik plan qəbul edildi. Bundan başqa ölkə birləşdirilməli idi. 1973cü ildə CVMAQ yenidən hərbi əməliyyatlara başladı. Vyetnam höküməti çətinliklə üzləşdi. ABŞ ölkədən çəkildikdən sonra 1 milyon qoşunu, 1600 hərbi təyyarə, 600 tankı olsada CVMAQ qarşısında aciz vəziyyətə düşdü. Ən yaxşı halda öz əvvəlki mövqelərini qoruyub saxlayırdı. Vyetnam zəhmətkeş partiyası ölkəni birləşdirmək üçün cənuba qarşı həlledici hücuma başlamaq qərarı verdi. Bu əməliyyat xo si mi adlanırdı. Bu əməliyyat üzrə 1974cü ilin aprelində kombeconun Mekonq çayı deltasından cənubi Vyetnama doğru hərəkətə keçdilər. Get gedə güclənən əməliyyatlar 1975 aprelində sayqonun işğalı ilə başa çatdı. Cənubi Vyetnam 30 illik mübarizədən sonra bütünlüklə kommunistlərin əlinə keçdi. 1976 aprelində Milli Məclisə seçkilər keçirildi. Birləşmiş dövlət Vyetnam Sosialist Respublikasıı adlandı. Xanay ölkənin paytaxtı

olaraq saxlandı. Sayqon şəhərinə xo si minin adı verildi.


82. Panafrika konqressləri.
Hələ 1900cü ildə 1ci panafrika kpnferensiyası reallaşdı. 1919cü ildə Paris sülh konferesiyasının işlədiyi dövrdə panafrika kongresinin ilk təsisedici kongressi baş tutdu. İlk dəfə olaraq yalnız qəti tələblər (bədən cəzalarının, müstəmləkələrdə məcburi əməkdən istifadə olunması ləğv edilməsi) irəli sürülmədi həm də strateji məsələlər qarşıya qoyuldu. Afrikalıların müstəmləkənin idarə olunmasına cəlb edilməsi, gələcəkdə müstəqilliyə nail olmaq üçün siyasi təsisatları inkişaf etdirmək. 1920ci illərdə keçirilən sonrakı kongreslərdə ABŞ və Vest-Hinddə olan zəncilərin aparıcı rol oynamasına baxmayaraq bu Afrika müstəmləkələrinin özündə milli özünədərki fəallaşdırdı. Bu zaman hərəkatın rəhbərləri Uilyam Dyubua və Marks Harvi idi. Sonuncu çıxışı amerikalı zəncilərin Afrikaya köçürülməyə rəğbətləndirməkdə görürdü və bununla əlaqədar, xüsusilə, Fil Sümüyü Sahilini və Syerra-Leoneni Liberiyaya birləşdirməyi tələb edir, İngiltərə ilə Fransanı afrikalı müstəmləkələri idarə etmə mandatlarından məhrum etməyi təklif edirdi. Panafrikaçılar zənci xalqlarının irqi müstəsnalıqları nəzəriyyəsini, “zənciçilik” və “afrikalı şəxsiyyət” ideyalarını təbliğ edirdilər. 1945 oktyabrında Mançesterdə 5ci panafrika kongressi keçirildi. Burada Dyubua ilə yanaşı Banda, nurkuma, akintolo və b. İştirak edirdi. Bu konqressdə ilk dəfə istiqlaliyyət tələbi qoyurlar. Kongres 3 rezolyusiya qəbul edir.
1) dünya müstəmləkə xalqlarını müstəqillik uğrunda mübarizəyə səsləyir.
2) metropoliya hökümətlərini yeni dövlətlərə müstəqillik verilməsi üçün bütün mümkün olanların edilməsinə səsləyirdi.
3) BMT, Beynəlxalq ictimayətə səslənir və Afrika xalqalrına müstəqillik qazanması üçün yardım göstərməyə çağırırdı
83.
84.
85.
Yüklə 45,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin