1.İbtidai siniflərdə nitq inkişafı üzrə işin metodikası
I sinfə qəbul edilmiş uşaqların nitqi üzərində müşahidə apararkən müşahidə edirik ki, ailədən məktəbə gələn uşaqlarla uşaq bağçasından məktəbə gələn uşaqların nitqi arasında böyük fərq olur. Buna görə də məktəbdə uşağın nitqi üzərində planlı iş aparılmalıdır. Uşağın nitqinin inkişaf etdirilməsi dedikdə dili mənimsəməkdə ona kömək göstərmək, bu məqsədlə nitq orqanlarını məşq etdirmək, dilin leksik və qrammatik işarələrinin başa düşülməsini asanlaşdırmaq, morfem, söz, söz birləşməsi və cümlə kimi dil işarələrinin nitqdə işlədilmə ənənəsini asanlaşdırmaq nəzərdə tutulur. Uşaqların nitqinin inkişafı üzrə işi düzgün təşkil etmək üçün müəllim dilçilik elminin nailiyyətlərinə istinad etməlidir. Şifahi nitqə bir sıra tələblər verilir: zənginlik, məzmunluluq, məntiqi ardıcıllıq, düzgünlük, aydınlıq, dəqiqlik, ifadəlilik, təmizlik. Uşaqlarda şifahi nitqi formalaşdırmaq üçün onun forma və məzmununun vəhdəti əsas götürülür. Şagirdlərin nitqinin düzgün inkişaf etdirilməsi üçün ümumi didaktik tələblər gözlənilməlidir. Yəni, nitq inkişafı üzrə işi xüsusi dərslər və məşğələlərlə məhdudlaşdırmaq olmaz. Nitq inkişafı üzrə iş digər fənlərin tədrisi prosesində , sinifdənxaric məşğələlərdə də təşkil edilməlidir. Nitq inkişafı üzrə iş kompleks şəkildə aparılmalıdır. Bu prosesdə mümkün qədər müxtəlif, rəngarəng üsul, vasitə və priyomlardan istifadə olunmalıdır. Nitq inkişafı anlayışı öz həcmi və məzmunu etibarilə çox geniş anlayışdır. Bu, bir sıra sahələri əhatə edir: 1. Nitqin səs mədəniyyəti üzərində işin təşkili. 2. Ədəbi tələffüz üzrə işin təşkili. 3. Lüğət ehtiyatının zənginləşdirilməsi. 4. Cümlə qurmaq vərdişinin inkişafı. 5. Rabitəli nitq vərdişlərinin inkişafı.
Nitq inkişafı prosesində bu sahələrin biri digərini tamamlayır, birbiri ilə əlaqələnir.
Nitq səs mədəniyyətinə onun tərkib hissəsi olan:
səs tələffüzü, orfoepiya, diksiya;
intonasiya, sürət;
nitqin ünsiyyət mədəniyyəti elementləri;
nitqi eşitmə qabiliyyəti və artikulyasiya aparatının inkişaf etdirilməsi daxildir.
Uşaqların əksəriyyətinin nitqində səs mədəniyyəti nöqsanlı olur.Buna görə də bu, müəllimdən ciddi iş tələb edir. Müəllim ilk gündən şagirdlərin fonematik eşitmə qabiliyyətini inkişaf etdirməli, onların ana dilinin bütün səslərini düzgün eşitmələri, səslənməsinə görə yaxın olan səs və sözləri fərqləndirmələrini müəyyənləşdirməlidir. Şagirdlər müxtəlif tərkibli sözlərdə səslərin sayını, ardıcıllığını müəyyənləşdirməyi bacarmalıdırlar. Uşaqların r-s, b-p, d-t, s-ş, v-f, c-ç səslərinin qarışdırdıqlarını nəzərə alaraq səslənməsinə görə oxşar səslər təələffüz etdirilir və fərqlənən səsi tapmaq tələb olunur. Nitq səslərinin aydın tələffüzü onları əmələ gətirən artikulyasiya orqanlarının vəziyyətindən, hərəkətindən də asılıdır. Məktəbəqədər dövrdə artikulyasiya aparatında baş verən pozuntular sonralar da davam edə bilər. Buna görə də şagirdin tələffüz edə bilmədiyi səsi müxtəlif nitq materialında möhkəmləndirmək zəruridir. Dilin çevikliyini inkişaf etdirmək, dodaqların çevikliyini təmin etmək, alt çənəni müəyyən vəziyyətdə saxlamaq üzrə məşqlər, və s. bu kimi işləri diqqətlə və ardıcıl həyata keçirmək vacibdir. Nitq səs mədəniyyətinə şagirdlərin yaxşı diksiyaya yiyələnmələrini də tələb edir. Müəllimin nümunəvi nitqi bunun üçün əsas şərtdir.
Ədəbi tələffüz üzrə işin təşkili- Ədəbi dilin saflığı onun tələffüz normalarına necə əməl olunmasından çox asılıdır. Tələffüzün aydınlığı fikrin dəqiq çatdırılmasını və eşidilənlərin aydın başa düşülməsini təmin edir. Ümumiyyətlə tələffüz dedikdə, dilimizin ümumi normalarına uyğun danışmaq nəzərdə tutulur. Ədəbi tələffüz ədəbi dilin normalarını gözləməklə danışmaqdır. Bu, orfoepik normalarla tənzimlənir. Düzgün tələffüz normalarını bir və ya bir neçə dərsdə öyrənmək mümkün deyil. Bu uzun bir prosesdir və bütün təlim illəri ərzində aparılmalıdır. Adətən şagirdlər kitabda necə yazılıbsa, o cür də oxumağa çalışırlar.Yalnız müəllimin uzun və ardıcıl göstərişləri nəticəsində şagirdlər qiraət və tələffüzdə buraxdıqları bu nöqsanları düzəldə bilərlər. Bəzən müəllimlərin özü sözləri orfoepik qaydada yox, orfoqrafik qaydada tələffüz edirlər. Nəticədə, sinifdə müəllim və şagirdlər süni bir dildə, sinifdənkənar şəraitdə isə öz dialektlərində və ya ədəbi tələffüz normalarına uyğun şəkildə danışmağa başlayırlar. Qrammatik qaydaların öyrədilməsi sözlərin düzgün yazılışı işini asanlaşdırır. Qrammatik qaydanı mənimsəyən şagird onu yüzlərlə sözə tətbiq edə bilir. Əvvəlcə şifahi nitqimizdə çox işlənən və tələffüzü nisbətən asan olan sözlərdən başlamaq lazımdır. Daha sonra isə çətin sözlərə keçilməli və hər dəfə əvvəl öyrənilənlər təkrarlanmalıdır. Kiçikyaşlı məktəblilərə aşağıdakı normaların öyrədilməsi vacibdir: Saitlərin tələffüzünə dair qaydalar;
Qoşasaitli sözlərin tələffüzünə dair qaydalar;
Samitlərin tələffüzünə dair qaydalar;
Bəzi qrammatik formaların tələffüzünə dair qaydalar;
Lüğət üzrə iş nitq inkişafı üzrə iş sistemində mərkəzi yer tutur. Məlumdur ki, söz dilin başlıca vahididir. Söz üzərində iş düzgün təşkil olunmazsa, uşaqların lügəti zənginləşdirilməzsə, uşaqların nitq ünsiyyəti və təfəkkürü də inkişaf edə bilməz. Altıyaşlılar məktəbə qədər az sözlə öz ehtiyaclarını ödəyə bildikləri halda, məktəb dövründə fikrini ifadə etmək üçün daha çox və mürəkkəb dil vahidlərindən istifadə etməli olurlar. Uşaqlarla məqsədyönlü ünsiyyət onların lügətinə güclü təsir göstərir. Lüğət üzrə işdə əsas məsələ sözün mənasını izah etmək və şagirdin lüğət fondunu zənginləşdirməkdir. Azərbaycan dili dərslərində söz yaradıcılığı üzrə aparılan praktik işlər üçün sözdüzəldici şəkilçilərin praktik imkanlarını müəyyənləşdirməklə başlamaq lazımdır. Azərbaycan dilində müxtəlif mənaları ifadə edən, lakin formaca eyni olan söz və şəkilçilərə rast gəlmək mümkündür. Bu şəkilçilərin qoşulduğu düzəltmə sözlərə aid nümunələr verilməklə onların fərqi göstərilir və izah olunur. Belə sözlərin öyrədilməsindən sonra şagirdlərin fəal lüğətinə daxil olmuş sözlərin öyrədilməsi müsbət nəticələr verir. Lüğət ehtiyatını zənginləşdirmək məqsədilə sözün mənasını mənimsətməyin vacib yollarından biri sözlə əyaniliyin birgə tətbiqidir. Hər hansı əşya və ya hadisə haqqında məlumat verilərkən onun özünün şəklini və ya sxemini çəkmək, təsvirini vermək, ekskursiyalar təşkil etməklə əyani şəkildə göstərmək öyrədilən anlayışın daha tez mənimsənilməsinə kömək edir. Lüğət ehtiyatını zənginləşdirmək yollarından danışarkən mürəkkəb sözləri komponentlərinə ayırmaqla izah etməyi nəzərdən qaçırtmaq olmaz. Təhlil zamanı şagirdlər əmin olurlar ki, mürəkkəb sözün bütövlükdə ifadə etdiyi məna komponentlərin ayrı-ayrılıqda ifadə etdikləri mənalara tamamilə uyğun gəlmir.Lüğət üzrə iş prosesində sözlər seçilərkən aşağıdakı tələblər nəzərə alınmalıdır:
sözün öyrənilən materialın ideya məzmunu ilə əlaqəsi;
şagirdlərin nitq inkişafının səviyyəsi;
şagirdlərin hazırlığı və ümumi inkişaf səviyyəsi;
sözün çoxmənalılığı;
sözün həqiqi və məcazi mənası;
sözün çoxişləkliliyi;
sözün morfoloji quruluşu;
sözün izah və təhliletmə imkanları;
sözün orfoqrafik cəhəti;
sözün öz sözümüz və ya alınma olması;
sözün termin olub-olmaması;
2.İbtidai siniflərdə rabitəli nitq inkişafı üzrə işin metodikası
Müasir dövrdə məktəbin qarşısında duran ümumpedoqoji problem şagirdlərin nitqini inkişaf etdirməkdir. Bu vəzifə dil və təfəkkürün vəhdəti haqqında təlimdən irəli gəlir.Dil cəmiyyətin üzvləri arasında ünsiyyət və fikir mübadiləsi silahı, insanlara təsir vəsitəsidir. İctimai hadisə olan dil öz funksiyasını yalnız nitqdə yerinə yetirir. Nitqin əsasında isə dili bilmək durur. Məlumdur ki, uşaq məktəbə gələnə qədər müəyyən nitq vərdişlərinə yiyələnmiş olur. Lakin onun nitqinin inkişafı üzərində məktəbdə məqsədəuyǧun iş aparılmalıdır. İbtidai siniflərdə şəgirdlərə sözdən istifadə etməyi öyrətmək, onlara həyətda zəruri olan nitq vərdişləri vermək lazımdır.Hal-hazırda, əvvəlki illərdə olduǧu kimi, ibtidai siniflər üçün proqram və dərsliklərdə şəgirdlərin şifahi və yazılı nitqinin inkişafına ciddi diqqət yetirilir. Ana dili üzrə hər bir dərsdə nitq inkişafı üzrə iş mühüm yer tutur, mahiyyət etibarilə, hər bir məşǧələ nitq inkişafı dərsidir. İbtidai sinif müəllimi elə etməlidir ki, şagirdlər qrammatik nəzəriyyəni, orfoqrafik vərdişləri mənimsəməklə yanaşı, nitq praktikası prosesində sözləri düzgün tələffüz etmək, onları düzgün seçmək və cümlədə işlətmək, cümlə qurmaq, oxuduqları, eşitdikləri və gördükləri haqqında danışmaq, özünün və başqalarının fikrini ifadə etmək bacarıǧına yiyələnsinlər.Vahid nitq prosesinin bir-birilə əlaqədar olan iki növü olan şifahi və yazılı nitq, nitq inkişafının əkiz övladlarıdır. Məktəbdə şifahi və yazılı nitqin məqsədəuyǧun inkişafı təmin olunmalıdır. Lakin məktəb təcrübəsində müəllimlərin əksəriyyəti nitq inkişafı dedikdə, əsasən, şagirdlərin yazılı nitqi üzərində iş aparmaǧı nəzərdə tuturlar. Bəzi müəllimlər belə hesab edirlər ki, əsas məsələ yazılı nitq üzərində iş aparmaqdır. Şagirdlərin şifahi nitqi üzərində aparılan müşahidələr göstərir ki, onların nitqi çox nöqsanlı olur. Belə ki:
Ayrı-ayrı söz və səslər yanlış tələffüz olunur;
Nitqin əsas tələbləri gözlənilmir;
Qrammatik qaydalar, məntiq və üslub tələblərinə riayət olunmur;
Nitqdə tüfeyli sözlər işlədilir;
Yerli şivə xüsusiyyətlərinə yol verilir və s.
Şifahi nitqə verilən tələbləri belə ümumiləşdirmək olar:
1) məzmunlu və inamlı;
2) ardıcıl və məntiqi;
3) qısa, düzgün, emosional və ifadəli danışmaq.
İbtidai siniflərdə nitq inkişafı üzrə aparılan işlərin nəticəsi şagirdlərin öz fikirlərini rabitəli şəkildə necə ifadə etmələri ilə müəyyənləşdirilir. Rabitəli nitq dedikdə, şagirdin öz bilik və yaş səviyyəsinə görə xarici aləmi düzgün dərk etməsi və dərk etdiyini qrammatik, üslubi cəhətdən düzgün ifadə etməsi nəzərdə tutulur.Şagirdlər gördükləri və eşitdikləri, eləcə də həyat təcrübələri haqqında danışarkən yaxud yazarkən, sözləri yerli-yerində dəqiq işlətməyi və cümlələri qrammatik cəhətdən düzgün qurmaǧı bacarmalıdırlar. Bu nöqteyi-nəzərdən lüǧət və cümlə üzərində aparılacaq iş rəbitəli nitqin inkişaf etdirilməsi üçün həm hazırlıq mərhələsi, həm də onun mühüm şərtlərindən biridir. Şagird fikrini ardıcıl, məntiqi ifadə edərkən, bu və digər sözü yerində işlətməzsə yaxud cümlələri düzgün qurmazsa, onun nitqi rəbitəli ola bilməz.Rabitəli nitq üzərində işə şagirdin məktəbə gəldiyi ilk gündən başlanmalıdır. Əlifba təlimi dövründə ayrı-ayrı söz, cümlə və mətnlərin məzmunu ilə əlaqədar olaraq onlar şəkillər əsasında cümlələr qurur, danışır, mətnin məzmununa əlavələr edirlər. Suallara cavab üzrə iş şagirdləri müstəqil yazılara, rəbitəli nitqin əsas növləri olan ifadə və inşa yazmaǧa hazırlayır.
İfadə və inşalar şagirdlərin müstəqilliyini və fəallıǧını artıran mürəkkəb çalışma və iş formalarıdır. Onlar bir sıra ümumi cəhətlərə malikdir.
Orta məktəbdə şagirdləri ifadə, inşa yazmaq vərdişlərinə yiyələndirmək Azərbaycan dili və ədəbiyyat tədrisinin ən mühüm vəzifələrindən hesab olunur. Çünki ifadənin məzmununu danışmaq və ya yazmaq, habelə müəyyən mövzu üzrə inşa qurub danışmaq və yazmaq savadlı və mədəni insanın həyatı vəzifəsi sayılır.
Esse qurub danışmaq və ya yazmaǧa verilən tələblər əslində inşalara verilən tələblərə uyǧundur. Lakin esselər xarakterinə görə inşadan bir qədər fərqlidir.
Bəzi linqvistlərə görə, esselər inşanın xüsusi bir növüdür. Bununla belə, yeni metodik və didaktik düşüncədə inşa və esse ayrı-ayrı kateqoriyalar kimi qiymətləndirilir.İbtidai siniflərdə on ildən artıq bir müddətdə tətbiq olunan yeni məzmun - Kurikulum təlimi şagirdlərin rabitəli nitqinin inkişafı işində ifadə və inşalarla yanaşı, esse təliminə geniş yer verilir. Azərbaycan dili dərslərində müntəzəm və plana uyǧun şəkildə esse yazılar tətbiq olunur. Azərbaycan dilindən fənn kurikulumunda, dərslik və metodik vəsaitlərdə esse yazılara xüsusi diqqət yetirilir.
3.Azərbaycan dili dərslərində şagird nailiyyətlərinin qiymətləndirilməsi
Kurikulum konseptual sənədinin qəbul olunması ilə Azərbaycan təhsil sisteminədə müasir qiymətləndirmədən istifadə olunmağa başlandı. Müasir qiymətləndirmənin ənənəvi qiymətləndirmə ilə müqayisədə bir sira üstünlükləri nəzərə çarpır:
Ənənəvi qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu, şagird yalnız qiymət almaq xatirinə oxuyurdu. Müasir qiymətləndirmədə isə qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir və onu idarə edən vacib amil kimi meydana çıxır
Ənənəvi qiymətləndirmə zamanı cari qiymətləndirmə formalizmə gətirib çıxarırdı. Bunun əksinə olaraq müasir qiymətləndirmədə cari qiymətləndirilmənin aradan qaldırılması qiymətləndirmənin obyektivliyini təmin edir.
Ənənəvi qiymətləndirmədə əsasən bilik səviyyəsi qiymətləndirilirdi.Müasir qiymətləndirilmədə isə şagirdin naliyyəti qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir.
Ənənəvi qiymətləndirmədə qiymətləndirmə standartları mövcud deyildi. Müasir qiymətləndirmədə isə məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standarları müəyyənləşdirilmişdir.
Qiymətləndirmə və təlim proseslərinə təhsilin qarşılıqlı əlaqədə olan iki tərəfi kimi baxılır.Qiymətləndirmə təlim nəticələri ilə maraqlı tərəflər arasında səmərəli əks-əlaqə vasitəsi kimi çıxış edir.Həmçinin təhsildə müəyyən dəyişikliklər etmək zərurəti qiymətləndirmə vasitəsilə əldə edilən məlumatlara əsaslanır.
13 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş «Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası»na əsasən qiymətləndirmələrin aparılmasında aşağıdakı prinsiplərə uyğundur:
Məqsədəuyğunluq.
Nəzərdə tutulmuş məqsədlə qiymətləndirmə arasında uzlaşma təmin olunur.Qiymətləndirmə əvvəlcədən planlaşdırılır onun xidmət edəcəyi məqsədlər müəyyənləşdirilir,şagird haqqında toplanılan zəruri məlumatların mahiyyəti,texniki keyfiyyəti və əsas xüsusiyyətləri göstərilir,məlumatların toplanılması və təhlili üsulları ilə seçilir,veriləcək qərarın mahiyyəti təsvir edilir.Qiymətləndirmənin nəticələri müəyyən olunmuş məqsədləri əks etdirir.Qəbul edilmiş qərarlar və toplanılmış məlumatlar arasında əlaqələrin şəffaflığı təmin edilir.Qiymətləndirmə prosedurları daxilən ardıcıl qurulur və vəhdət təşkil edir.
Nailiyyətlərin və təhsil imlanlarının qarşılıqlı dəyərləndirilməsi
Müvafiq indikatorlar vasitəsilə təhsil imkanları haqqında aşağıdakı məlumatlar toplanır:
Sinifdaxili indikatorlar vasitəsilə müəllimin peşəkarlıq səviyyəsi,təlimin məzmunu irəliləyişlərin,qiymətləndirmələrin koordinasiya səviyyəsi,təlim üşün ayrılmış vaxt –məişət problemləri ilə bağlı məsələlərdir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi şagirdin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir.
Yeni qiymətləndirmə sistemi aşağıdakıları təmin edir:
Təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsini;
Təhsilin keyfiyyəti üçün əsas göstərici olan “şagirdin təlim nəticələri” haqqında məlumat;
Qiymətləndirmə vasitəsilə şagirdin bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn kurikulumunda və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması;
Təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə vasitəsi funksiyasını;
Qiymətləndirmədə yeni yanaşmaların yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq,məntiqi təfəkkür vərdişlərinin inkişafına xidmət
Təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsini;
Dostları ilə paylaş: |