1.İctimai əmək bölgüsünün yaranması və formalaşması



Yüklə 14,7 Kb.
tarix01.01.2023
ölçüsü14,7 Kb.
#121914
bazar-iq-4


Mövzu 4. Bazar və bazar iqtisadiyyatı, bazarın meydana gəlməsi
Bazar iqtisadi sistemində aparıcı mövqey bazara məxsusdur. Bazar tarixən böyük inkişaf yolu keçmişdir. Bazar bazar iqtisadiyyatından öncə yaranmışdır. Bazarın yaranmasının əsas səbəbləri aşağıdakılardır.
1.İctimai əmək bölgüsünün yaranması və formalaşması
2.Xüsusi mülkiyyətin inkişafı
3.Əmtəə tədavülü prosesinin mövcud olması
Müasir bazarlara qədər müxtəlif tipdə bazarlar fəaliyyət göstərmişdir. İlk yaranmış bazarlar məhəlli və yerli bazarlar olmuşdur. Məhəlli və yerli bazarların inkişafı nəticəsində region bazarlar yaranmışdır. Regionların inkişafı nəticəsində isə nilli bazarlar yaranmağa başlamışdır. Milli bazarları yaranması , formalaşması milli təsərrüfatların yaranmasına gətirib çıxarmışdır. Milli təsərrüfatların inkişafı nəticəsində dünya bazarı təsərrüfatı formalaşır. Milli təsərrüfatlar ölkə daxilində olan təsərrüfat sistemidir. Milli təsərrüfatların məcmusuna dünya təsərrüfatı deyilir. Ölkələr arasında beynəlxalq iqtisadi əlaqələrin formalaşmasında, beynəlxalq əmək bölgüsünün dərinləşməsində bazarların əhəmiyyəti böyükdür. Nə qədər əmtəə varsa o qədərdə bazar vardır. Bazarların formaları çoxdur: istehsal vasitələri bazarı, istehlak malları bazarı, əmtəə bazarı, əmək bazarı, qitmətli kağızlar bazarı və valyuta bazarı və.s.
Bazarların normal şəkildə fəaliyyət göstərməsi üçün aşağıdakıların olması şərtdir.
1.Bazarda istehsalçıların və istehlakçıların bir sözlə alıcı ilə satıcının sayının çox olması.
2.Bazar da azad rəqabətin mövcud olması.
3.Sərbəst qiymətlərin olması.
4.İnhisarın olmaması.
5.Dünya bazarları ilə əlaqələrin olması.
6.Mülkiyyətin müxtəlif formalarının olması.
Azad bazarların fəaliyyəti əsasən 3 tipə bölünür.
1.Azad bazar
2.Qeyri-leqal bazar
3.Tənzimlənən bazar
Bu bazar tipində maksimum azadlıq olur. Azad bazarlar bazar qanunları ilə tənzimlənmir. Bu bazarların fəaliyyəti dövlət tərəfindən müsbət qəbul edilmir. Azad bazar tipində özbaşınalıq halları həddən ziyadə çox olur. Bu bazarların fəaliyyəti kortəbii təşkil olunur.
Qeyri-leqal bazarlar azad bazar tipinə çox yaxındır. Bu bazarında fəaliyyəti dövlət tərəfindən dəstəklənmir. Qeyri-leqal bazarlar fəaliyyətinə görə iki yerə bölünür: Gizlin və qara bazarlar.
Gizlin bazar adından da göründüyü kimi gizlin şəkildə fəaliyyət göstərir. Bu bazarlarda əsasən satılması qadağan olunmuş məhsullar insanlara satılır.
Qara bazar da gizlin bazar kimi aşkarlıq şəraitində fəaliyyət göstərmir. Bazar qanunları ilə tənzimlənmir. Dövlət tərəfindən dəstəklənmir. Bu bazarda əsasən satılan məhsullar aşağıdakılardır: silah satışı , partlayıcı maddələr, narkotik, insan orqanlarının, insan alveri və.s. Biznes sahəsində ən çox gəlir gətirən sahələrdir. Amma bu sahələrin fəaliyyəti dövlət, hüquq mühafizə orqanları tərəfindən ciddi şəkildə qadağan olunmuşdur. Bu bizneslə məşğul olanlar azadlıqdan məhrum olmaq cəzasıyla cəzalana bilər həm də bu sahələrdə olan fəaliyyət insanların sağlamlığına mənfi təsir göstərir. Buna görə də elə bazarların fəaliyyətinə qarşı dövlətlər ciddi mübarizə aparırlar.
Tənzimlənən bazar adından da göründüyü kimi bazar qanunları ilə tənzimlənir. Dövlət tərəfindən fəaliyyəti dəstəklənir. Tənzimlənən bazar tipləri əsasən XX əsrin əvvəllərindən etibarən formalaşmağa başlamışdır. Tənzimlənən bazarın əsas cəhətləri aşağıdakılardır.
1.Bazarda satılan əmtəələr əvvəlcədən ticarət sahibkarlarının əsasında sifarişlər hazırlanır və sonra məhsul istehsal edilir.
2.Əmtəələrin istehsalçıdan istehlakçıya çatdırılması ilə bilavasitə iri ticarətçilər məşğul olur. İri istehsalçılar öncə bazarı öyrənir və sonra isə istehsal edirlər.
Yüklə 14,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin