Avtomobilləşmə prosesinin müsbət tərəfləri
XX əsri avtomobilləşmə əsri kimi qəbul etsək səhv etmərik. Avtomobil ilk yarandığı gündən insanların diqqətini özünə cəlb etmişdir. Əgər ilk zamanlar ona imkanlı insanlar yalnız bir əyləncə kimi yanaşırdılarsa, sonralar o, öz üstünlükləri- nə görə cəmiyyətin və iqtisadiyyatın bütün sahələrində xüsusi mövqe tutmuşdur. Avtomobilin əsas üstünlüklərinə aşağıdakıları aid etmək olar:
idarəetmə prosesinin sadəliyi;
yüksək hərəkət sürəti və manevrliyi;
yolsuzluq şəraitində hərəkət etmək qabiliyyəti;
sərnişinlərin və yüklərin tez bir zamanda və rahat şəraitdə lazım olan məntəqəyə çatdırma imkanı;
texniki qulluq və təmir işlərinin həcminin nisbətən az olması
Dostları ilə paylaş: |