Barik topoqrafiya, əsas və köməkçi hava xəritələrinin təhlilinin praktiki qaydaları



Yüklə 54,45 Kb.
tarix10.01.2022
ölçüsü54,45 Kb.
#109608
növüQaydalar


Barik topoqrafiya, əsas və köməkçi hava xəritələrinin təhlilinin praktiki qaydaları
Yerüstü hava xəritələrinin təhlilin aşağıdakı əməliyyatları özündə birləşdirir:

  1. İzobarların keçirilməsi və yüksək və alçaq təzyiq sahələrinin aşkarlanması;

  2. Barik tendensiya izoxətlərinin (izotendensiya) keçirilməsi;

  3. Yağıntı, duman və s. xüsusi hava hadisələrinin rənglənməsi (xəritənin qaldırılması);

  4. Atmosfer cəbhə xətlərinin keçirilməsi.

İzobarlar sadə qara qələmlə bütöv əyri xətlərlə, əsas hava xəritələrində hər 5hPa-dan bir, əlavə hava xəritələrində (dairəvi xəritələrdə) isə hər 2,5hPa-dan bir keçirilir. Onlar keçirilən zaman qonşu stansiyalardakı təzyiqin qiyməti interpolyasiya olunur və həmin stansiyalarda küləyin sürət və istiqaməti nəzərə alınır.

Yerüstü qatda külək vektorunun istiqaməti izobara toxunan istiqamətdən alçaq təzyiqə doğru əyilir (quru üzərində 300, su üzərində 150). Bu alçaq təzyiq şimal yarımkürəsində külək vektorunun istiqamətindən solda, cənub yarımkürəsində isə sağda yerləşmişdir. Küləyin sürəti üfüqi təzyiq qradiyentinin qiyməti ilə düz mütənasib olduğuna görə külək güclü olduğu yerlərdə izobarlar daha sıx keçəcək.

Hər bir izobarın üzərinə onun müvafiq qiymətini yazırlar, bu qiymət açıq izobarların hər iki tərəfinə, qapalı izobarların isə hər hansı bir yerinə yazılır. Qapalı izobarların alçaq təzyiq sahəsinin mərkəzində “H” hərfini , yüksək təzyiq sahələrində isə “B” hərfini qeyd edirlər.

Siklon və antisiklon mərkəzlərinin yerləşməsini aşkar edən zaman izobarlardan əlavə küləyin istiqamətini də nəzərə almaq lazımdır. Barik obyektlərin mərkəzlərinin daha dəqiq təyin olunması üçün onların mərkəzləri ətrafında aralıq izobarların keçirilməsi məqsədəuyğundur.

Bəzən dağlıq rayonlarda dağ silsilələri boyunca izobarların sıxlaşması baş verir. Bu zaman onlar küləyin həqiqi sürətinə uyğun olmurlar. Belə hallarda silsilə boyu dalğalı xətlərlə oroqrafik izobarlar keçirilir.


Hava hadisələri

İşarəsi

Rəngi

Qeydlər

Ayrı-ayrı yerlərdə aramsız yağıntılar



yaşıl

Müşahidə müddətində

Inversiya zonasında zəif qar




»

Müşahidə müddətində

Leysan yağıntı






»

Müşahidə müddətində və ondan bir saat əvvəl

Üfüqdə parıltı



»

Müşahidə müddətində

İldırım




Qırmızı

Müşahidə müddətində və ondan bir saat əvvəl

Buzbağlama





»

Müşahidə müddətində və ondan bir saat əvvəl

Duman



sarı

Müşahidə müddətində

Sis





»

Müşahidə müddətində, gorünüş məsafəsi 2km-dən az olduqa

Ümumi çovğun



yaşıl

Müşahidə müddətində

Qum və toz burulğanı






sarı

Müşahidə müddətində və onlar arası

Qasırğa





qırmızı

Müşahidə müddətində və onlar arası

Qar örtüyünün sərhədi





mavi

Ekstremal temperatur, yağıntı və qar örtüyü xəritələrində

Donuşluq sərhədi





qara

Ekstremal temperatur və yağıntı xəritələrində

Soyuq cəbhə



mavi




Isti cəbhə



qırmızı




Okklyuziya cəbhəsi



bənövşəyi




Cədvəl 1. Barik topoqrafiya xəritələrinin təhlili zamanı istifadə olunan şərti işarələr

İzotendensiyanı hər 1hPa-dan bir sadə qara qələmlə nazik qırıq xətlər şəklində keçirirlər. 0hPa (təzyiqin düşmə və qalxma sahələrini ayırır) izotendensiyasını böyük sahələrdə kiçik təzyiq dəyişmələri (1saata 3hPa) olduqda keçirirlər. Təzyiqin güclü dəyişmələri zamanı isə izotendensiyanın 2hPa/3saatdan bir keçirilməsinə icazə verilir. İzotendensiyalar hPa-lın tam qiymətləri ilə yazılır və o mənfi olduqda qarşısında “-“ işarəsi, müsbət olduqda isə heç bir işarə yazılmır. İzotendensiyanı keçirtdikdən sonra təzyiqin düşmə mərkəzlərində qırmızı qələmlə “П”, təzyiqin artma mərkəzlərində isə mavi qələmlə “Р” hərfi yazılır. Bu hərflərin yanında ondan daha kiçik və müvafiq rəngli təzyiqin ( onda birə qədər dəqiqliklə) dəyişməsini yazırlar.

Yağıntılar, duman və d. hava hadisələri hava xəritələrində cədvəl 1-də verilən şərti işarələrlə qeyd olunur. Cədvəldə həmçinin hava xəritələrində cəbhələrin şərti işarələri verilmişdir. Atmosfer cəbhələrinin aşkarlanması sinoptik analizin ən çətin və məsuliyyətli əməliyyatıdır.

Əsas hava xəritələrində başqa aşağı hava xəritələriini tərtib edirlər:

1.Təhlükəli və xüsusi təhlükəli hava hadisələri xəritələri;

2.Temperatur, yağıntı, qar örtüyü və torpağın vəziyyətinin ekstremal qiymətləri xəritələri;

3.Şaquli hərəkət xəritələri ;

4.Küləyin maksimal qiyməti xəritələri;

5.Tropopauza xəritələri;

6.Rütubətlik xəritələri.

Təhlükəli hava hadisələri xəritələrinə (THX) “Qasırğa” indeksi ilə verilən məlumatlar, xüsusi təhlükəli hava xəritələrinə (XTHX) “Qasırğa-ООЯ” – indeksi ilə verilən məlumatlar əldə edirlər. Bu xəritələrə duman, toz və qum tufanları , ildırım, dolu, buzbağlama, çovğun və güclü küləkdə əhəmiyyətli yağıntılar haqqında məlumatlar verilir.

Təhlükəli və xüsusi təhlükəli hava hadisələri haqqında məlumatları stansiya dairəsindən sağda yerləşdirirlər. Hava hadisəsinin kiçik intensivliyə malik qiymətində simvolun üzərində sıfır yazılır. ( 0 ), güclü intensivliyə malik qiymətlərində 2 qiymətini yazırlar ( 2 ) orta intensivliyə malik qiymətlərində isə heç bir işarə qoyulmur.

Minimum görmə məsafəsini THX – də km-lə (onda birə qədər ) və XTHX – də m-lə köçürürlər. Onların başlama ( GHGH), qurtarma vaxtı (GK) və davamiyyəti (nw) saat və dəqiqələrlə köçürülür.

Müşahidə edilən hava hadisələrinin yerdəyişmə istiqamətini həmin hava hadisələrinin şərti işarəsinin yanında ox şəklində göstərirlər.


Bu xəritələrə qırmızı rənglə ekstremal temperaturu (solda kəsr xəttinin üzərində maksimum temperatur TxTxTx , xətlərin altında isə minimum temperatur TnTnTn yazılır) torpaq səthində minimum temperaturu tam dərəcələrlə (ilin keçid dövrlərində torpaq səthinin temperaturu 10 ᵒ-dən aşağı olduqda ) 12 saat ərzində yaöan yağıntının miqdarı mm-lə (kəsrin üstündə gün ərzində yağıntının miqdarı, altında isə gecə ərzində ) santimetrlərlə qar qatının qalınlığı köçürülür, bu xəritələrin qaldırılması zamanı aşağdakı izoxətlər çəkilir:



  1. Izoqiyetlər (bərabər yağıntı miqdarını birləşdirən xətlər). Onları 1;5;10;20;30 və 50 mm-də sadə qara karandaşla bütöv xətlərlə keçırırlər. 1-5 mm izoqiyetləri arası sahəni qırmızı rənglə, 5-9 mm arası sahəni sarı rənglə, 9-20 mm arasını mavi rənglə, 20-30 arasını qəhvəyi və ya açıq bənövşəyi, 30-50 mm arası yaşıl rənglə, 50 mm-lik sahəni isə qara rənglə rəngləyirlər.

  2. Qar örtüyünün sərhəddini (cədvəl 1.) mavi rənglə çəkirlər. Qar örtüyünün sərhəddi şərti olaraq 2sm-lik qar qatının keçdiyi izoxət qəbul olunur.

  3. Donuşluq sərhəddi izoxətlərini ( minimum temperaturun TnTnTn və ya TgTg 0ᵒ-dən aşağı olduğu yerlər) sadə qara karandaşla (cədvəl 1.) ilin keçid dövrləri yaz və payızda keçirirlər.

Şaquli hərəkət xəritələrinə 850,700 və 500 hPa-lıq izobarik səthlərdə təzyiqin 12 saat ərzində on heqtopaskallıq dəyişmələrini qəbul edirlər. Bu qiyməti stansiya dairəsində sağda yerləşdirirlər (aşağıda -850 hPa,ortada 700 hPa,yuxarıda isə 500 hPa-dakı dəyişmələri qəbul edirlər). Bu xəritələrin qaldırılması zamanı 700 hPa-lıq səthdə hər 25 hPa/ 12 saat-dan bir (100 hPa/12 saat-a qədər) daha sonra isə 50 hPa/12 təzyiq dəyişməsinin izoxətlərini çəkirlər,izoxətlərin sonunda təzyiq dəyişməsinin qiymətini yazır.

Yüksələn qalxan hərəkətlərə uyğun izoxətləri (aşağı təzyiq) qırmızı karandaşla, enən hərəkətlərə uyğun izoxətləri (yuxarı təzyiq) isə mavi karandaşla keçirirlər. Onların mərkəzində təzyiq dəyişməsinin maksimum qiyməti yazılır.

Maksimum külək xəritələrində küləyin istiqaməti dmdm, maksimal küləyin sürəti fmfmfm, maksimal külək müşahidə olunan səviyyədə təzyiq pmpmpm ( və yaxud onun əvəzinə həmin səviyyənin dəniz səthindən mütləq hündürlüyü HmHmHm) və həmçinin 1km-lik aşağı (VbVb) və yuxarı qatda (VaVa) maksimal küləyin şaquli yerdəyişmələri haqqında məlumatlar köçürülür.

Maksimal külək xəritələrinin qaldırılması dedikdə izotaxların keçirilməsi və şırnaq axınlarının oxunun təyin edilməsi nəzərdə tutulur. İzotaxları 30m/san sürətdən başlayaraq 10m/san-dən bir keçirirlər. Izotaxlar boyunca elliptik sahələr tapmaq olar onların oxu boyunca külək öz maksimum qiymətinə çatır, bu oxları bir-biri ilə birləşdirsək şırnaqlı axınların hərəkət oxunu müəyyən etmək olar.

Troposfer xəritələrinə troposfer səviyyəsində təzyiq PtPtPt (bütöv hPa-larla), havanın temperaturu TtTt (bütöv dərəcələrlə), KN-04 kodu ilə şeh nöqtəsi çatışmazlığı DtDt, küləyin sürəti ftftft (m/san ilə) və istiqamətini dtdt qeyd edirlər.

Troposfer xəritələrində ehtiyac olduqda təzyiqin qiymətlərini bildirən izoxətləri və izotermləri keçirirlər, ən yüksək və alçaq hündürlüyə malik sahələri və həmçinin soyuq və isti sahələri qeyd edirlər.

Rütubətlik xəritələri 850,700 və 500hPa səthlər üçün tərtib edilir. Rütubətlik xəritələrinə şeh nöqtəsi çatışmazlığı DnDn və havanın temperaturu TnTn qeyd edilir və (T-Td) izoxətləri çəkilir. Cədvəl 2.-də (T-Td) fərqinin hansı qiymətləri üçün izoxətlərin keçirildiyi verilmişdir.

(T-Td)=20C izoxətti ilə keçirilən şeh nöqtəsi çatışmazlığının kiçik qiymətləri bütün səthlər üçün olan xəritələrdə üfüqi yaşıl ştrixlərlə fərqləndirilir bə onların mərkəzində “Влажно” (rütubətlidir) yazılır. (T-Td) –nin 12,15 və 220C-ə bərabər olan şeh nöqtəsi çatışmazlığınin böyük qiymətləri şaquli qırmızı ştrixlərlə fərqləndirilir və onların mərkəzində ”Сухо” (qurudur) yazılır.




Izobarik səth,hPa

(T-Td)

850

2

4

8

12

Daha sonra 40dən bir

700

2

5

10

15

Daha sonra 50dən bir

500

2

7

15

22

Daha sonra 70dən bir

Cədvəl 2. (T-Td) fərqi üçün izoxətlərin keçirilməsi

Barik topoqrafiya xəritələrinin işlənməsi aşağıdakılardan ibarətdir:



  1. Izohipslərin keçirilməsi, MT xəritələrində geopotensialın alçaq və yüksək qiymətlərinin tapılması və qeyd olunması, NT xəritələrində isə isti və soyuq sahələrin tapılması və qeyd olunması;

  2. Izotermlərin keçirilməsi;

  3. Cəbhə xətlərinin keçirilməsi;

  4. Izallohipslərin keçirilməsi;

  5. Yerüstü xəritələrdən MT700 xəritəsinə xas olan barik obyektlərin mərkəzlərinin köçürülməsi.

İzohipsləri qara qələmlə bütöv əyri xətlərlə 4hPa-dan bir keçirirlər ( yerüstü xəritədə izobarlar 5hPa-dan bir keçirilir). MT800­ və ondan daha yüksəkliklər üçün olan xəritələrdə izohipslər 8hPa-dan bir keçirilir. Onları külək güclü olan yerlərdə onları daha sıx keçirirlər. Onların qiymətləri isə izobarlarda olduğu kimi yazılır. MT xəritələrində geopotensialın kiçik qiymətlərinə malik sahələrin mərkəzlərində “H”, geopotensialın böyük qiymətlərə malik sahələrində isə “B” hərfi qoyulur. NT xəritələrində isə uyğun olaraq “Холод” və “Тепло” yazılır. Bütün bunları sadə qara qələmlə edirlər.

MT850 xəritələrində izotermləri qırmızı qələmlə 20-dən bir bütöv xətlərlə keçirirlər. İsti sahələrin mərkəzlərində “T” (qırmızı qələmlə), soyuq sahələrin mərkəzlərində isə “X” (mavi qələmlə) hərflərini qoyurlar.

MT850 xəritələrində bu xəritələrin əlamətlərinə görə cəbhə xətləri çəkilir, NT5001000 xəritələrində isə cəbhələri yerüstü xəritələrdən köçürülər.

İzallohipsləri (geopotensial hündürlüyün bərabər dəyişmələrini) 4hPa-dan bir qara qələmlə qırıq-qırıq xətlərlə keçirirlər. Geopotensial səthin hündürlüyünün aşağı düşmə zonalarında qırmızı rənglə “П”(indeksində onun maksimum düşməsi yazılır, məsələn П2.5), bu səthin maksimum qalxma zonalarında isə mavi rənglə “P” (indeksində onun maksimum qalxması yazılır, məsələn P3.0).

NT5001000 xəritələrində isə “П” və “P” hərfləri əvəzinə “X” (mavi rənglə) və “T” (qırmızı rənglə) hərflərini yazırlar.

Çalışma: Yerüstü hava xəritəsinin qaldırılması.



Həlli: İzobar və izotendensiyanın keçirilməsi, atmosfer hadisələrinin fərqləndirilməsi, siklon və antisiklonların mərkəzlərinin qeyd olunması.
Yüklə 54,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin