ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİlMİŞ KİTABXANA SİSTEMİ
Cəlil Məmmədquluzadənin anadan
olmasının 150 illiyi münasibətilə
Cəlil Məmmədquluzadə - 150
/metodik vəsait/
ŞİRVAN-2019
Cəlil Məmmədquluzadə - 150
Həyat və yaradıcılığı
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 1869 –cu il fevral ayının 22- də Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır . 1887- ci il iyun ayının 7-də Zaqafqaziya Müəllimlər Seminariyasını ( Qori ) bitirmiş, 1887 – 1897 – ci illərdə İrəvan quberniyası- nın kəndlərində müəllimlik etmişdir.İlk məlum bədii əsəri sayılan “Çay dəsgahı” alleqorik pyesini və “Danabaş kəndinin əhvalatları” povestini bu dövrdə yazmışdır.
1895 –ci ilin yayında Moskva və Sankt – Peterburqa getmiş, bu şəhərlərin mədəni həyatı ilə tanış olmuşdur. 1904- cü ildən Tiflistdə nəşr edilən “Şərqi – Rus” qəzetinin redaksiyasında işləmişdir. Onun yazıçı və jurnalist kimi püxtələşməsində “Şərqi – Rus” qəzetinin və onun redaktoru M.Şaxtaxtlının mühüm rolu olmuşdur.
1904 –cü ilin noyabrından Cəlil Məmmədquluzadə “Şərqi –Rus” qəzetinin müvəqqəti redaktoru olmuşdur. 1905 –ci ilin əvvəllərində qəzet bağlananda jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qazetin mətbəsini alıb ona “Qeyrət adı vermişdir. 1905 – 1907- ci illərdə ilk kitabları ( “Poçt qutusu “, “Usta Zeynal bəy”, İranda hürriyət”) bu mətbəədə nəşr olunmuşdur. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açmışdır .
1906 –ci il aprel ayının 7-də Tiflisdə “Molla Nəsrəddin” jurnalistinin ilk nömrəsi çapdan çıxmışdır . Müəyyən facilələrlə nəşr olunan jurnal 1906 – 1918 ci illərdə Tiflisdə , 1920 -1921- ci illərdə 8 nömrə ilə Təbrizdə , 1922 – 1931 ci illərdə isə Bakıda nəşr olunmuş - dur. “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamqala Cəlil Məmmədquluzadə Azərbay- canda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qayıtmışdır. Cəlil Məmməd- quluzadə “Yeni yol “ qəzetinin redaktoru, Ümumittifaq mərkəzi Yeni Əlifba Komitəsinin üzvü , Bakı Azad Tənqid – Təbliğ Teatrının təşkilatçılarından olmuş ,”Maarif və mədə - niyyət”,”Yeni kənd”, “Şərq qadını” və s. mətbuat orqanlarında fəaliyyət göstərmişdir.
Onun “ Poçt qutusu”, “Usta Zeynal”,” İranda hüriyyət”, “Qurbanəli bəy” kimi hekayələri , məşhur “Ölülər komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Yaradıcılığında milli şüur ( Anamın kitabı , 1919 ) , məktəb tərbiyəsi , ümumiyyətlə xalq maarifi (Danabaş kəndinin məktəbi “,1921) problemlərinə geniş yer verilmişdir.” Dəli yığıncağı “(1936 –ci ildə nəşr olunmuş, 1977-ci ildə tamaşaya qoyulmuşdur) pyesində feodal- patriarxal münasibətlər, din və fanatizm kəskin tənqid atəşinə tutulmuşdur.
Nəsir, dramaturq Cəlil Məmmədquluzadə ,eyni zamanda , dövrümüzün istedalı, fəal , məşhur publisisti idi. İlk məqaləsini 1902 –ci ildə “Kaspi “ qəzetində nəşr etdirən ədib bu sahədə otuz il çalışmışdır. Onun bədii yaradıcılığı kimi , publisist irsi də janr və forma cəhətdən orijinal, rəngarəngdir. Məmmədquluzadə duhası burada müxtəlif, bir- birindən uğurlu, bir- birindən təsirli və ibrətamiz məzmun çalarları, üslub xüsusiyyətləri almış- dır. O, dərin məzmunlu, məzəli, zarafatyana, düşundürücü , qəmli felyetonları, süjetli oçerkləri, kəsərli, işgüzar məktubları, kiçik miniatürləri, sual – cavab şəklində yaz ıları ilə dövrünün Azərbaycan milli publisistika məktəbinin ən görkəmli siması olmuşdur. O, yeni dövrün Azərbaycan Molla Nəsrəddini idi.
C. Məmmədquluzadənin qələmindın çıxış “Bayramlar”, “Qorxmayanlar”, “Rus məxrə- ci “,”Millətlər”, “Azadiyi-vicdan “, “Qondarma bəylər” kimi felyeton və məqalələri, xüsusi- lə , çox məshurlaşan “Azərbaycan” publisist əsəri də ədibin fəaliyyətinin leytmotivlərinə aiddir.
Cəlil Məmmədquluzadənin yaradıcılığı sənətkarlıq cəhətdən novator və demokratik mahiyyətindədir. O,publisistikası, nəşr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirmişdir. Cəlil Məmmədquluzadə, xüsusi-lə kiçik hekayə janrının misilsiz ustadıdır.Onun ən yaxçı hekayələri çox mühüm sosial məktəbləri son dərəcə yığcam bir şəkildə , məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur.
Cəlil Məmmədquluzadə tərcümə yaradıcılığı ilə də məşğul olmuşdur. Böyük ədib Lev Tolstoyun “Zəhmət, ölüm və naxoşluq (“ Şərqi – Rus”, 21 yanvar 1904 , №7)əsərini, Xanzadənin Arvad “ ( Şərqi – Rus”, 30 may ,2 iyun 1904, № 63- 64 ) hekayəsini rus di – lindən, Marağalı Zeynalabdinin” Səyahət nameyi – İbrahim bəy”romanından “Ağalar” (Molla Nəsrəddin,1906 , №7)sərlövhələri bir parçanı fars dilindən Azərbaycan dilinə tərcümə edərək bu sahədə də öz xidmətini göstərmişdir.
Ulu öndər Heydər Əliyev böyük Mirzə Cəlil və onun “Molla Nəsrəddin”inə belə dəyər vermişdir:”Biz Cəlil Məmmədquluzadəyə sadəcə bir ədəbiyyatçı kimi , yazıçı kimi ,publisist kimi yox, eyni zamanda böyük ictimai xadim və böyük siyasətçi kimi yanaşmalıyıq. Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai – siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamışdır.Bu, təkcə ədəbiyyatda , mədəniyyətdə deyil, siyasətdə də , ictimai həyatımızda da böyük xidmətdir”,
Cəlil Məmmədquluzadənin həyatı , yaradıcılığı, “Molla Nəsrəddin” jurnalında fəaliy –
yəti, realizmi, satirası, dili, üslubu, sosioloji fikirin, teat sənətinin, milli poliqrafiyanın, nəşriyyat işinin inkişafında rolu, müasirləri ilə münasibətləri və s. məsələlər haqqında Azərbaycan, İran, Türkiyə, Rusiya, Qərbi Avropa və ABŞ- da zəngin elmi, tənqidi, publisist, kütləvi, biblioqrafik ədəbiyyat nəşr edimiş,pyes, film , müsiqi, təsviri sənət, hekəltəraşlıq əsərləri, televiziya verilişləri yaranmışdır.
Əsərləri bir sıra dillərə tərcümə edilmişdir.
Cəlil Məmmədquluzadə 1932 – ci il yanvar ayının 4-də Bakı şəhərində vəfat etmişdir. Məzarı Fəxri Xiyabandadır.
Bir sıra küçə və mədəni – maarif müəssisəsinə Cəlil Məmmədquluzadənin adı veril- mişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967- ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəl qoyulmuşdur. Bakıda və Naxçıvanda ev – müzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə müzeyləri açılmışdır.
Cəlil Məmmədquluzadə irsinin kitabxanalarda təbliği.
Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyev 7 yanvar 1919- cu il tarixində yazıçı – dramaturq Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Bu əlamətdar günlə bağlı olaraq kitabxanaların da üzərinə böyük vəzifələr düşür. Sərəncama əsasən kitabxanalar C.Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidirlər.Yubiley-lə əlaqədar tərtib edimiş tədbirlər planına əsasən kitabxanalar kütləvi tədbirlərin müx- təlif formalarından istifadə etməlidirlər. Yubileyə hazırlıq zamanı C.Məmmədquluzadənin həyat və fəaliyyətini təbliğ etmək üçün bütün kitabxanalarda “Cəli Məmmədquluzadə - 150” başlıqlı sərgilər təşkil etmək olar.
Eyni zamanda ədəbi – bədii gecələr, oxucu konfransları, söhbətlər, kitab müzakirələri, məruzələr, ucadan oxular və s. kütləvi tədbirlər keçirmək olar.
Tədbirlərin keçirilməsi üçün aşağıdakı ədəbiyyatdan istifadə etmək olar:
1.Seçilmiş əsərləri: 2 cilddə / Cəlil Məmmədquluzadə; tərt.İ Həbibbəyli ; red.V.Məmmə -dov – Naxçıvan: Əcəmi, 2009.- ı cild. – 605. [ 3] s.
2. Seçmə hekayələr / Cəlil Məmmədquluzadə; tərt. E.Aslanbəyli; rəssam E.Cabarov.
-- [ Bakı ] :[ Altun kitab ] ,[ 2015]:- 223, [ ı] s.
3. C.Məmmədquluzadə: biblioqrafiya / İda Həbibbəyli; elmi red. İ. Cəfərli; red. V. Məmmədov. – Bakı: Elm, 2005.- 160 s.
4.Həbibəyli, İ.Cəlil Məmmədquluzadə mühüti və müasirləri / İsa Həbibbəyli ; elmi red. A. Axundlu . Naxçıvan: Əcəmi, 2009.- 421.[ 3 ] s.
5.Orucova, A. Cəli Məmmədquluzadənin şeir yaradıcılığı: ( monoqrafiya ) / Aygün Orucova ; elmi red İ.Həbibbəyli. – Naxçıvan: [ Əcəmi ]2017.- 191, [ ı ] s.
Tərtib etdi: metodist Heydərova T.
Dostları ilə paylaş: |