Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının “İqtisadi fəaliyyətin riyazi və
informasiya təminatı” ixtisaslaşması üzrə magistrantı
Tağızadə Elvin Tağı oğlunun “Rəqəmsal texnologiyaların
maliyyə bazarlarında tətbiqi və onların təhlili” mövzusunda
magistrlik dissertasiyasına
R Ə Y
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin və
iqtisadiyyatın bütün sahələrinin inkişafına təsir göstərən vacib amilə
çevrilmişdir. Bu texnologiyaların dövlət və biznes sektorunda tətbiqləri geniş
vüsət almış və bütövlükdə idarəçilik sistemlərinin effektivliyinin artmasına
imkan yaratmışdır. İKT-nin sürətli inkişafı eyni zamanda yeni imkanlar və
çətinliklər yaradır. Dövlət təşkilatlarında və özəl şirkətlərdə yeni texnolo-
giyalardan istifadə edilməsi çoxlu sayda verilənlər və informasiyanın
yaranmasına gətirib çıxarır. Nəticədə, iri həcmli verilənlərin idarə edilməsi və
onlardan yeni informasiyanın axtarışı və hazırlanması çətinləşir. Bu məsələ
qlobal, müxtəlif regionlarda baş ofisləri olan şirkətlərdə daha qabarıqdır. Onlarda
layihələrin icrası zamanı qazanılmış informasiya və biliklər parçalanaraq
müxtəlif yerlərdə saxlanılır və əlçatmaz olur. Buna görə də, təşkilatlarda və
şirkətlərdə əsas məqsədlərdən biri də İKT-nin inkişafı nəticəsində yaranan
verilənlərin analizi, yeni biliklərin hazırlanması və bunlardan istifadə edərək
rəqabət üstünlüyünün əldə edilməsidir.
Tədqiqat işinin əsas məqsədi informasiya və biliklər cəmiyyətinin əsas
problemləri, rəqəmsal iqtisadiyyatın əsas xüsusiyyətləri, yaratdığı imkanlar və
eyni zamanda, rəqəmsal iqtisadiyyatda biliklərin idarə olunması, elektron
hökümət və özəl şirkətlərdə tətbiqlərinin araşdırılması və bu istiqamətdə
təkliflərin hazırlanmasından ibarətdir.
Dissertasiya işində hazırkı dövrdə İKT-nin iqtisadiyyatın bir çox sahələrində
tətbiqi nəticəsində ortaya çıxan yeni imkanlar və müasir informasiya
cəmiyyətində yaranan problemlər təhlil edilmiş, rəqəmsal iqtisadiyyata keçidlə
bağlı vəziyyəti xarakterizə edən əsas göstəricilər, biliklərin idarə olunmasında
dövlət orqanlarında və şirkətlərdəki təcrübələr analiz edilmiş və bir sıra müxtəlif
aspektli təklif və tövsiyələr formalaşdırılmışdır.
Birinci fəsildə maliyyə bazarları haqqında müasir baxışlar, maliyyə
bazarlarının formalaşması və resurs bazası, maliyyə bazarlarının dövlət
tənzimlənməsi, müasir informasiya cəmiyyətinin üzləşdiyi əsas problemlər və
informasiya iqtisadiyyatında inkişaf tendensiyaları müzakirə edilmişdir.
İkinci fəsildə maliyyə resurslarının informasiya potensialı, maliyyə
bazarlarının
inkişafında
rəqəmsal
texnologiyaların
rolu,
rəqəmsal
texnologiyaların tətbiqində idarəetmə modelləri, rəqəmsal iqitisadiyyata keçid,
onun xarakteristikaları və yaratdığı imkanlar ətraflı tədqiq edilmişdir.
Üçüncü fəsildə rəqəmsal iqtisadiyyatda biliklərin idarə edilməsi, bunun
elektron hökümətə tətbiqi və özəl şirkətlərdə bu sahə üzrə təcrübələr
araşdırılmış, Azərbaycanda maliyyə bazarlarının inkişaf istiqamətləri, maliyyə
bazarlarında rəqəmsallaşdırmanın nəticələrinin təhlili, rəqəmsal texnologiyaların
tətbiqinin əsas effektivlilik göstəriciləri araşdırılmışdır.
Dissertasiyanın nəticə və təkliflər bölməsində aparılmış təhlillərin, təklif
olunmuş yanaşmaların və tədbirlərin məzmun və mahiyyətcə maraqlı yekunu
cəmləşdirilmişdir.
Magistr Elvin Tağızadə tədqiqat işi üzərində işlədiyi dövrdə böyük həcm
orijinal ədəbiyyatdan, elmi hesabatlardan, məqalələrdən, Azərbaycanda və özəl
şirkətlərdə icra olunan aidiyyətli layihə materiallarından və çoxlu sayda İnternet
mənbədən istifadə etmişdir. Baxılan mövzunun kifayət qədər yeni, mürəkkəb və
əhatəli olmasına baxmayaraq, işdə praktiki olaraq mövzunun bütün əsas
istiqamətləri öz əksini tapmışdır. Mövzunun rəqəmsal iqtisadiyyat, İKT və
biliklərin idarə edilməsi məsələlərinin kəsişdiyi bir sahəyə aid olması tədqiqatı
xeyli çətinləşdirsə də, magistr Elvin Tağızadə qarşıya qoyulmuş vəzifənin
öhdəsindən uğurla gəlmişdir. Dissertasiya işində araşdırma və şərh, ardıcıl təhlil
xarakterli hissələr üstünlük təşkil edir.
Elvin Tağızadə dissertasiya işi üzərində məsləhətləri nəzərə almaqla tam
müstəqil işləmiş və onun mövzu ətrafında öz şəxsi mülahizələri formalaşmışdır.
Qeyd etmək istərdim ki, onun “Microsoft Office” proqramlarından, müxtəlif
proqramlaşdırma dillərindən, internetdən sərbəst istifadə edə bilməsi də öz
müsbət təsirini göstərmişdir.
Təqdim olunan iş yüksək səviyyədə yerinə yetirilib, qoyulan tələblərə tam
cavab verir və müdafiəyə buraxıla bilər.
Elmi rəhbər :
i.ü.f.d. Qurbanov Firuz Əhməd oğlu
Dostları ilə paylaş: |