İxtisaslaşmanın Tipləri



Yüklə 445 b.
tarix14.01.2017
ölçüsü445 b.
#85



Mündəricat

  • Giriş ............................................................................................................................. 3

  • İxtisaslaşmanın Tipləri ................................................................................................ 4

  • Əmək Bölgüsü nədir? .................................................................................................. 5

  • Əmək Bölgüsünün Formaları ...................................................................................... 6

  • Əmək Bölgüsünün Üstünlükləri............... ..................................................................10

  • Əmək Bölgüsünün Çatışmazlıqları ........................................................................... 11

  • Əmək Bölgüsü Haqqında Nəzəri Baxışlar................................................................. 12

  • Beynəlxalq Əmək Bölgüsü (BƏB) Nədir?................................................................. 18

  • Beynəlxalq Əmək Bölgüsünün Növləri..................................................................... 19

  • Beynəlxalq İxtisaslaşmanın Növləri........................................................................... 20

  • Beynəlxalq Əmək Bölgüsünün Üstünlükləri.............................................................. 21

  • Beynəlxalq Əmək Bölgüsü və Qarşılıqlı Asılılıq ...................................................... 22

  • Ölkənin Beynəlxalq Əmək Bölgüsündə İştirakını Müəyyən Edən Amillər............... 24

  • Ölkənin BƏB-də İştirak Göstəriciləri ........................................................................ 27

  • Ölkələrin ixtisaslaşmalarına nümunələr ................................................................... 28

  • Qlobal Əmək Bölgüsü ............................................................................................... 29

  • II Bölmənin əsas anlayışları ...................................................................................... 30

  • Mənbələr .................................................................................................................... 31



Giriş

  • Əmək bölgüsü (division of labour) ixtisaslaşmanın növüdür. Bizim resurslarımız sonsuz istəklərimizi təmin etmək baxımından məhduddur. Buna görə biz bu resursları ən yüksək məhsul yığımına imkan verən əmək bölgüsü yolu ilə təşkil etməliyik.



İxtisaslaşmanın Tipləri

  • Coğrafi ixtisaslaşma (Geographical Specialisation):

    • Torpaqdan istifadənin təbii olaraq xüsusi sahələrə uyğun olması.
  • Əməyin ixtisaslaşması (Labour Specialisation):

    • İstehsal prosesində əməyin konkret məqsədlər istiqamətində ayrılması.


Əmək Bölgüsü Nədir?

  • Əmək bölgüsü (division of labour) kooperativ əməyin əmək məhsuldarlığını artırmağa imkan verən xüsusi, konkretləşmiş vəzifə və funksiyalar baxımından ixtisaslaşmasıdır (specialisation).

  • Əmək bölgüsü ayrı-ayrı təsərrüfat subyektlərinin müxtəlif əmtəə və xidmətlər istehsalında ixtisaslaşmaları və sonradan bu əmtəə və xidmətlərlə mübadilənin baş verdiyi əməyin təşkili sistemi və ya üsuludur.

  • Tarixən əmək bölgüsünün daha da mürəkkəbləşməsi, məcmu məhsul istehsalının və ticarətin genişlənməsinə, kapitalizmin inkişaf etməsinə və sənayeləşmə prosesinin dərinləşmsinə səbəb olmuşdur.



Əmək Bölgüsünün Formaları

  • Əmək bölgüsünün 3 tipi vardır:

    • Sadə əmək bölgüsü (simple division of labour)
    • Mürəkkəb əmək bölgüsü (complex division of labour)
    • Regional və beynəlxalq əmək bölgüsü (regional and international division of labour)


Əmək Bölgüsünün Formaları

  • Sadə əmək bölgüsü:

    • İşçinin və ya müəssisənin xüsusi məhsul və xidmətin istehsalı sahəsində ixtisaslaşması
    • İbtidai cəmiyyətlərdə daha geniş yayaılmışdır.
    • Məsələn, əkinçilikdə


Əmək Bölgüsünün Formaları

  • Mürəkkəb əmək bölgüsü :

    • İşçinin və ya müəssisənin məhsul və xidmət istehsalı prosesinin müəyyən bir hissəsi üzrə ixtisaslaşması.
    • Müasir cəmiyyətlərdə daha geniş yayaılmışdır.


Əmək Bölgüsünün Formaları

  • Regional və beynəlxalq əmək bölgüsü:

    • Müxtəlif ölkələr konkret tip məhsul istehsalı üzrə ixtisaslaşır.




Əmək Bölgüsünün Çatışmazlıqları

  • İşi monotonlaşdırır

  • Daha yüksək qarşılıqlı asılılıq yaradır

  • Daha yüksək işsizlik risqi yaradır



Əmək Bölgüsü Haqqında Nəzəri Baxışlar

  • Platon:

    • “Respublika” adlı əsərində dövlətin mənşəyində əmək bölgüsü ilə nəticələnən insanın “təbii” qeyri-bərabərliyinin dayandığını göstərir.


Əmək Bölgüsü Haqqında Nəzəri Baxışlar

  • Ulyam Petti:

    • Əmək Bölgüsünə ilk toxunan modern iqtisadçı olmuşdur.
    • Petti ilk dəfə Hollandiya tərsanələri timsalında əmək bölgüsünün mövcudluğu və faydalarını göstərmişdir


Əmək Bölgüsü Haqqında Nəzəri Baxışlar

  • Adam Smit:

    • İlk dəfə 1776-cı ildə nəşr etdirdiyi “Xalqların sərvəti” əsərində əmək bölgüsü, beynəlxalq əmək bölgüsü, xüsusilə onun sənayeləşmədə və məhsuldarlığın artırılmasındakı rolunu sistemli şəkildə təhlil etmişdir.


Əmək Bölgüsü Haqqında Nəzəri Baxışlar

  • Karl Marks:

    • Dərinləşən ixtisaslaşmanın işçilərin ümumi bacarıqlarını zəiflədəcəyini və işlərilə bağlı entuziazmlarının aradan qalxacağını göstərir.
    • Daha dərin ixtisaslaşan və eyni işləri təkrar edən işçilərin cəmiyyətə qarşı yadlaşacaqlarını da qeyd edir.
    • Ancaq bütün bunlara baxmayaraq, məhsuldarlığı artıracağını etiraf edir.


Əmək Bölgüsü Haqqında Nəzəri Baxışlar

  • Ludvig von Mises:

    • Marksın əmək bölgüsü ilə bağlı fikirlərini ciddi şəkildə tənqid etmişdir.
    • Əmək bölgüsünün faydalarının zərərlərindən çox olduğunu göstərməklə, müasir cəmiyyətlərdə işçilərin işdən sonra boş vaxtlarının olduğunu və nəticə etibarilə “yadlaşma” müddəasının çox romantik olduğunu göstərmişdir.


Əmək Bölgüsü Haqqında Nəzəri Baxışlar

  • Müasir dövrdə əmək bölgüsü ilə bağlı nəzəri müzakirələr daha çox menecment məktəbləri üzrə aparılmaqdadır.



Beynəlxalq Əmək Bölgüsü Nədir?

  • BƏB müxtəlif ölkələrin müəyyən əmtəə və xidmətlərin istehsalı üzrə ixtisaslaşdıqları və sonradan bu əmtəə və xidmətlərlə mübadiləni həyata keçirdikləri qarşılıqlı surətdə asılı olan istehsalın təşkili sistemi və ya üsuludur.

  • BƏB ictimai əmək bölgüsünün xüsusi növüdür, ölkədaxili əmək bölgüsündən fərqli olaraq BƏB müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında baş verir.

  • BƏB istehsalın beynəlxalq ixtisaslaşması və mübadiləsinə əsaslanır.



Beynəlxalq Əmək Bölgüsünün Növləri

  • Beynəlxalq Əmək Bölgüsünün növləri:

    • Beynəlxalq ixtisaslaşma
    • Beynəlxalq kooperasiyalaşma


Beynəlxalq Əmək Bölgüsünün Növləri

  • Beynəlxalq ixtisaslaşmanın inkişaf istiqamətləri:

    • İstehsal
      • Sahələrarası
      • Sahədaxili
      • Firmalararası
    • Firma
      • Ayrı-ayrı ölkələr
      • Ölkə qrupları
      • Regionlar
    • Texnologiya
      • Mərhələ ixtisaslaşması
      • Detal üzrə ixtisaslaşma
      • Predmet ixtisaslaşması


Beynəlxalq Əmək Bölgüsünün Üstünlükləri

  • BƏB-də iştirak etməklə hər bir ölkə müəyyən iqtisadi maraq, mənfəət güdür. Bu zaman əsas üstünlüklər aşağıdakılar hesab olunur:

    • İxrac edilən əmtəə və xidmətlərin beynəlxalq və daxili qiymətləri arasında fərqdən əldə olunan üstünlük.
    • Daha ucuz idxaldan istifadə etməklə milli istehsaldan imtinanın daxili xərclərin qənaətinə gətirib çıxarması.


Beynəlxalq Əmək Bölgüsü və Qarşılıqlı Asılılıq (interdependency)

  • Beynəlxalq iqtisadi cəmiyyətin ən nəzərə çarpacaq xüsusiyyəti ölkələrin qarşılıqlı olaraq bir-birlərindən asılı olmasıdır. Bu mal, xidmət və faktor axınlarının təbii nəticəsidir.

  • Beynəlxalq ticarətdən asılılığın əsas göstəricisi:

    • (İxracat/ÜDM)x100, nə qədər yüksəkdirsə, asılılıq da o qədər yüksəkdir.
    • Milli iqtisadiyyatda olduğu kimi beynəlxalq iqtisadi cəmiyyətdə də əsas prinsip əmək bölgüsü (division of labor) və ixtisaslaşmadır (specialization).


Beynəlxalq Əmək Bölgüsü və Qarşılıqlı Asılılıq

  • Əmək bölgüsü və ixtisaslaşma azad ticarətin (free trade) olmasını zəruri edir.

  • Əmək bölgüsü, ixtisaslaşma və azad ticarət ölkə rifahını artırmanın əsas şərtləridir.

  • Bəzən ifrat ixtisaslaşma ifrat asılılıq doğurur ki, bu da milli iqtisadiyyatların xarici bazarlardakı proqnozlaşdırılmayan proseslər qarşısında çətin vəziyyətə düşməsinə səbəb olur.

  • Məsələn, Birləşmiş Krallığın emal olunmuş neft baxımından Sinqapurdan asılılığı. Sinqapurun emal məqsədilə xam neftin idxalından asılılığı.



Ölkənin Beynəlxalq Əmək Bölgüsündə İştirakını Müəyyən Edən Amillər

  • Ölkələr arasındakı təbii-coğrafi fərqlər:

    • Təbii-iqlim şəraiti
    • Təbii resurslar
    • Ərazinin miqyası
    • Əhalinin sayı
    • Ölkənin iqtisadi-coğrafi mövqeyi


Ölkənin Beynəlxalq Əmək Bölgüsündə İştirakını Müəyyən Edən Amillər

  • Ölkələriin sosial-iqtisadi xüsusiyyətləri:

    • Ölkənin dünya iqtisadiyyatında yeri
    • Tarixi inkişafın, istehsal ənənələrinin və xarici iqtisadi əlaqə ənənələrinin xüsusiyyətləri
    • İqtisadiyyatın və elmi-texniki inkişafın mövcud səviyyəsi
    • Təsərrüfat tipi(bazar və ya planlı)
    • Xarici əlaqələrin qanunvericilik bazası


Ölkənin Beynəlxalq Əmək Bölgüsündə İştirakını Müəyyən Edən Amillər

  • Beynəlxalq amillər:

    • ETT-nin dünya üzrə inkişaf səviyyəsi
    • Dünya bazarı konyukturası
    • Beynəlxalq hesablaşmalar sisteminin səviyyəsi
    • Ekoloji problemlərin güclənməsi


Ölkənin BƏB-də İştirak Göstəriciləri

  • Ölkənin ixrac kvotası = Ixracat / ÜDM

  • İxracın artım tempinin ÜDM-nin artım tempini üstələməsi əmsalı

  • İdxal kvotası = İdxalat / ÜDM

  • İdxalın artım tempinin ÜDM-nin artım tempini üstələməsi əmsalı

  • Xarici ticarət kvotası = (İdxalat + İxracat) /ÜDM v.s



Ölkələrin ixtisaslaşmalarına nümunələr

  • Neft və neft məhsulları

    • S.Ərəbistanı, Küveyt, İraq, Iran, Liviya, Rusiya, Azərbaycan və.s
  • Qaz və qaz məhsulları

    • Rusiya, Türkmənistan, İran, Qazaxıstan, Azərbaycan, Norveç
  • Kənd təsərrüfatı məhsulları

    • İsrail, Polşa, Holandiya, İtaliya, Fransa, Avstraliya, ABŞ və.s
  • Turizm

    • Türkiyə, İtalya, İsveç, Misir, Fransa
  • Xammal tutumlu sahələr

    • İnkişaf etməkdə olan ölkələr
  • Elm tutumlu sahələr

    • İnkişaf etmiş ölkələr


Qlobal Əmək Bölgüsü

  • Deon Filmerin hesablamalarına görə 1990-cı iilərin ortalarında 2,474 milyard insan ev təsərrüfatları xaricində qlobal iş qüvvəsinə qoşulmuşdur. Bunların strukturu aşağıdakı kimidir:

    • 379 milyon insan sənayedə çalışmışdır (15%)
    • 800 milyon insan xidmət sektorunda çalışmışdır (33%)
    • 1,074 milyard insan kənd təsərrüfatında çalışmışdır (40%)


II Bölmənin əsas anlayışları

  • Əmək bölgüsü (Division of labour)

  • Coğrafi ixtisaslaşma (Geographical Specialisation)

  • Əməyin ixtisaslaşması (Labour Specialisation)

  • Beynəlxalq əmək bölgüsü (International division of labour)

  • Qarşılıqlı asılılıq (Interdependency)



Mənbələr

  • P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley.

  • James Gerber, International Economics, Third Edition, Pearson Education , 2005.

  • H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2003.

  • R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2002.



Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin