KIMYA MƏSƏLƏLƏRININ HƏLLI PROSESINDƏ
FƏNLƏRARASI ƏLAQƏNIN REALLAŞDIRILMASI
M.M. Abbasov, N.H. Mirzəyev, T.Ə. Mahmudov, V.H. Əsgərov
Fənlərarası əlaqə problemi pedaqoji elmlərdə yeni məsələ deyil. Qabaqcıl müəllimlər onu yaxşı bilirlər və tədris prosesində yaradıcılıqla istifadə edirlər.
Təbiət elmlərinin hər birində maddi aləm haqqında o elmin yalnız özünün tədqiqat dairəsinə daxil olan məlumatlar verilir. Təbiət və cəmiyyət haqqında olan elmlərin hamısının arasında obyektiv əlaqə mövcuddur. Maddi aləm və onda baş verən hadisələrin biri digərini şərtləndirir. Təcrübə göstərir ki, fənlərarası əlaqədən istifadə edildikdə tədris materialı şüurlu surətdə mənimsənilir, eyni zamanda şagirdlərin zehni fəaliyyətləri inkişaf etdirilir.
Kimyanın tədrisində fənlərarası əlaqəni reallaşdırmaq üçün riyaziyyat, fizika və biologiyaya aid olan biliklərdən yaradıcılıqla istifadə edilməlidir. Bu zaman şagirdlərin fəallıqları artır, onlar problemi həll etmək üçün orijinal fikir irəli sürürlər. Şagirdlərin digər fəaliyyət növlərinə nisbətən kimya məsələlərinin həllində fənlərarası əlaqənin reallaşdırılması üçün imkanlar daha çoxdur.
Məsələ həlli prosesində riyaziyyat, fizika və biologiyadan alınan biliklər bir-birini tamamlayır. Bunlardan istifadə etməklə məsələnin qeyri-standart həllinin yolu tapılır.
Sinifdənkənar məşğələlərdə şagirdləri kimya olimpiadaların müxtəlif mərhələlərinə hazırlayarkən fənlərarası əlaqənin reallaşdırıldığı məsələləri həll etdirmək müsbət nəticə verir. Həmin məsələlərdən bir neçəsinin həllinin nümunəsini veririk.
1) Dəmirin kristallik qəfəsində elementar kubda bir atom dəmir yerləşir. Onu təkrar etməklə bütün kristall qəfəsini almaq olar. Ən yaxın dəmir atomları arasındakı məsafəni təyin edin. Dəmirin sıxlığı 7,9 q/sm3, nisbi atom kütləsi 56 bərabərdir.
Həlli.
Bir mol dəmirin həcmi
Bir atom dəmirin həcmi
Dəmir atomlarının mərkəzləri arasındakı məsafə
2) -də iki eyni balon diametri 5mm olan üfuqi boru ilə birləşdirilib və həmin borunun ortasında civə damlası yerləşdirilib. Hər birinin həcmi 200 sm3 olan civə damlası balonları 20C qızdırılıb, digəri bir o qədər soyudulub. Civə damlası hansı balona tərəf neçə sm yerini dəyişəcək?
Həlli
a) Qızdırdıqda qazın həcminin genişlənməsi
b) soyutduqda qazın həmçinin azalması
Həcmi genişlənməsi 201,4652-200=1,4652sm3
Həcmi azalması 200-198,53479=1,4652sm3
Balonları birləşdirən borunun uzunluğunu təyin edək. Bundan ötrü borunu silindr kimi qəbul edək.
Silindrin həcmi: ;
=
Civə damlası soyudulan tərəfə 7,466sm yerini dəyişir.
3) Gənc kimyaçılar yeni il şənlikləri üçün diametri 5sm olan şüşə kürəciyin səthini 0,01mm qalınlıqda gümüşləmək qərarına gəldilər. Bundan ötrü onlar gümüş-güzgü reaksiyasından istifadə etdilər.
Bu məqsədlə sərf olunan 0,5%-li qlükoza məhlulu və gümüş-nitratın kütləsini hesablayın.
Həlli.
Təcrübədən əvvəl şüşə kürəciyin həcmi
Təcrübədən sonra kürəciyin həcmi 0,01mm=0,001sm
Kürəciyin səthinə çökdürülən gümüşün həcmi
H
Məhlulun kütləsi
1 70 108
x 0,84
4) Nikel-sulfat məhlulu 15A gücündə cərəyanla elektrolizə uğradılır. Katodda nikel və hidrogen ayrıldı. Elektrik enerjisinin 60%-i nikelin ayrılmasına sərf olunmuşdur. Katodda 1 saatda neçə qram nikel toplanmışdır? Katod tərəfləri 4sm olan lövhə şəkilindədi və hər iki tərəfi nikellə örtülüb. Nikel təbəqənin qalınlığını təyin edin. Bunlara əsasən elektronun yükünü təyin edin.
Həlli.
Elektroliz aparatından kulon elektrik cərəyanı buraxılmışdır.
Nikelin ayrılmasına kulon cərəyan sərf edilib.
Bu , yaxud edir.
Lövhənin hər iki tərəfinin səthi Nikelin sıxlığı olduğundan, alınan nikelin həcmi edir. Lövhənin səthinə çökən nikelin qalınlığı , yaxud
reaksiyasında iştirak edən elektronların sayı
elektron.
Elektronun yükü kulon
5) Birəsaslı doymamış karbon turşusunun onaltıncı üzvünün molyar kütləsi -a bərabərdir. Buna əsasən homoloji sıranın birinci üzvünün formulunu təyin edin.
Həlli.
Ədəbi silsilənin formuluna əsasən homoloji sıranın birinci üzvünü tapaq d silsilənin fərqidir olduğundan
Doymamış karbon turşuların ümumi formulu dır. R – doymamış radikaldır. Ona görə də yazmaq olar.
Homoloji sıranın birinci üzvünün formulu:
6) Kalsiumun təbiətdə dövranında dəniz orqanizmləri də iştirak edirlər. Bunlara misal göstərin reaksiya tənliyini yazın.
Həlli.
Dənizdə yaşayan mərcan poliplərinin fəaliyyəti nəticəsində kulsium-bikarbonat parçalanır, ondan suda həll olmayan kalsium-karbonat əmələ gəlir. Poliplər sonuncudan öz örtüklərini qururlar. Suda həll olmuş halda karbon qazı tədricən karbonatı bikarbonata çevirir. Poliplərin yeni nəsilləri bikarbonatda istifadə edərək özlərinin örtüklərini əmələ gətirirlər. Bu proses kalsiumun təbiətdə dövranın bir hissəsidir:
7) Dəniz suyunda həllolma qabiliyyəti yüksək olduğuna görə, onda karbon qazının miqdarı artıqlamasıilədir?
Buna baxmayaraq orada fotosintez reaksiyasının sürəti zəifdir. Bunun səbəbi nədir?
Həlli.
Fitoplanktonların (dənizdə asılı vəziyyətdə olan kiçik bitkilərdə fotosintez nəticəsində CO2, su və digər qida maddələrindən üzvi maddələr sintez edilir) analizi göstərir ki, onlarda karbon, azot və fosfor atomlarının nisbəti müvafiq surətdə 108:16:1 kimidir. Bir atom fosfora (hidrofosfat ionu formasında olur) və 16 atom azota (nitrat ionu formasında) 108 molekul tələb olunur. Ona görə də fotosintez prosesində üzvi maddələrin əmələ gəlməsi üçün azot, yaxud fosfor limitləşdirici rolunu oynayır.
8) Eninə vəziyyətdə yerləşən çoxlu sayda disulfid rabitələri polipeptid zəncirini bir yerdə saxlayır. Onun suda, duz məhlulunda və digər həlledicilərdə həll olmamasının səbəbi bununla izah olunur. Ona görə də heyvanların çoxu yunu həzm edə bilmirlər. Paltar güvəsi istisna təşkil edir. Onun həzm sistemində hidrosulfidlərin miqdarı çoxdur. Burada hidrosulfidlərin rolu nədən ibarətdir?
Həlli.
İnsan tükündə 12%-ə qədər sistin var. Sistin molekulunda aminturşusu qalıqları –S-S- rabitələri vasitəsilə birləşmişlər. Tükü hər hansı reduksiyaedici vasitəsilə işlədikdə sistin qalıqları reduksiya olunur, iki sistem qalığı əmələ gəlir. Reduksiyaedici kimi natrium-sulfid, yaxud alkilhidrosulfiddən istifadə etmək olar:
Bu proses nəticəsində paltar güvəsi yunu həzm edir.
9) Mədə xəstəliylərində tətbiq edilən patentləşdirilmiş Amerika istehsalı olan dərmanın 100ml-də 2,1q Al(OH)3 var. Onun etiketində yazılmışdır «qəbul edilən dərmanın həcmindən 16 dəfə artıq həcmdə 0,1n HCl məhlulu ilə birləşir».
Bu yazıda səhv neçə dəfədir?
Həlli.
Reaksiya tənliyi:
0,1 məhlulun 100ml-də HCl-in kütləsi
Həmin preparat öz həcmindən 2,948:0,365=8 dəfə artıq həcmdə xlorid turşusu məhlulu ilə birləşir. Deməli etiketdəki yazı 16:8=2 dəfə səhvdir.
10) Energetik yarımsəviyyədə elektronların sayı düsturu ilə müəyyən edilir. Həmin düsturdan istifadə edərək energetik səviyyədəki (n) elektronların sayını müəyyən edən tənliyi alın.
Əlavə olaraq l=0, 1, 2, 3… (n-1) məlumdur.
Həlli.
Yarımsəviyyələrdə elektronların sayını müəyyən etmək üçün 2(2l+1) formulunda l-in bütün qiymətlərini nəzərdən keçirək:
Dostları ilə paylaş: |