Kimyanin təDRİSİNDƏ FƏNLƏrarasi əlaqə MƏzmunlu ekskursiyalardan iSTİfadə etməKLƏ ŞAGİrdləRİn ekoloji BİLİKLƏRİNİN ÜmumiLƏŞDİRİLMƏSİ metodikasi tağıyev T.İ



Yüklə 160,5 Kb.
səhifə1/6
tarix11.01.2022
ölçüsü160,5 Kb.
#110752
növüDərs
  1   2   3   4   5   6

Kimya məktəbdə




KİMYANIN TƏDRİSİNDƏ FƏNLƏRARASI ƏLAQƏ MƏZMUNLU EKSKURSİYALARDAN İSTİFADƏ ETMƏKLƏ ŞAGİRDLƏRİN EKOLOJİ BİLİKLƏRİNİN ÜMUMİLƏŞDİRİLMƏSİ METODİKASI
Tağıyev T.İ.

Gəncə Dövlət Universitetinin

Kimya kafedrasının dosenti, p.e.n.
Ekoloji təhsilin məktəb qarşısında qoyduğu vəzifələrdən biri şagirdlərin əmək fəaliyyəti zamanı, təbiətlə ünsiyyət prosesində və gündəlik həyatda kimyəvi bilikləri tətbiq etmək bacarığı formalaşdırmaqdır [1].

Ekoloji təhsilinməktəb qarşısında qoyduğu vəzifələr kompleks tədbirlər (sinifdənxaric işlər və məktəbdənkənar tədbirlər) vasitəsilə daha ətraflı həyata keçirilə bilər.

Apardığımız tədqiqat zamanı aşkar olundu ki, məktəblərdə ekoloji aspektdə həyata keçirilən bu cür tədbirlər heç də həmişə bir-biri ilə əlaqələndirilmir, onrlar epizodik xarakter daşıyır [2].

Belə ki, ekoloji məsələlərin öyrədilməsi əksər hallarda dərs prosesi ilə məhdudlaşdırılır.

Yaxud sinifdənxaric işlərdə mənimsənilən ekoloji məzmunlu biliklərdən dərs prosesində müntəzəm istifadə edilmir. Bu isə ekoloji bilik və bacarıqların formalaşdırılmasında natamamlığa səbəb olur.

Bu çaiışmazlıqların bir sıra səbəbləri vardır:

- bəzi müəllimlər təhsil sistemində ekoloji biliklərin rolunu kifayət qədər qiymətləndirmir və ona əhəmiyyət vermirlər;

- müəllimlərin bu aspektdə tədris-metodik ədəbiyyatla təmin edilmir;

- ekoloji məsələlərin həllinə kompleks yanaşma metodu tətbiq olunmur;

- məktəblərdə fənlərarası əlaqə məzmunlu ekoloji bilikləri əhatə edən sinifdənxaric işləri aparılmır.

Bütün bu çatışmazlıqların aradan qaldırılması üçün sinifdənxaric işlərdən müntəzəm, sistemli şəkildə istifadə edilməsi zəruridir.

Dərs prosesində bir sıra ekoloji prosesləri, faktları və hadisələri bilavasitə müşahidə etmək və bu sahədə mənimsənilmiş bilikləri təbiətin mühafizəsi işlərində tətbiq etmək mümkün deyildir.

Dərs prosesində həyata keçirilməsi çətinlik törədən bu cür ekoloji məsələlər sinifdənxaric işlər vasitəsi ilə genişləndirilir, dərinləşdirilir və tamamlanır. Lakin sinifdənxaric işlər şagirdlər üçün məcburi yox, könüllülük prinsipi əsasında, onların marağı üzrə müstəqilliyin təmin edilməsi şəraitində qurulmalıdır. Sinifdənxaric işlərin effektivliyini təmin etmək üçün onun məzmununu müəyyənləşdirərkən aşağıdakı prinsipləri nəzərə almağı zəruri hesab edirik:

- biliklərin həyatla əlaqələndirilməsi;

- şagirdlərin bilik və yaş xüsusiyyətlərinə, əqli inkişafına müvafiq olması.

Tədqiqat nəticəsində müəyyən etmişik ki, ekoloji məzmunlu sinifdənxaric işlər yerli materiallar əsasında qurulduqda daha effektli olar. Sinifdənxaric işlərdə məqsədyönlü təşkil edilən problem situasiyalardan istifadə etməklə yerli təbiətlə münasibətdə ona zərər yetirməmək, ətraf mühiti çirkləndirməmək, təbiətdə antiəxlaqi davranışlarla (heyvanlara əziyyət vermək, bitkiləri qırmaq və s.) qarşı barışılmazlıq, təbiətin zənginliyinə xələl gətirməmək kimi məsuliyyətli davranış ruhunda tərbiyə etmək mümkündür.

Bu zaman şagirdlər nəinki yerli təbiətdə yaranan mövcud ekoloji problemi başa düşür, həm də onun aradan qaldırılması işində iştirak etməyin zəruriliyini dərk edir və ictimai faydalı işlərə fəal qoşulurlar.

Sinifdənxaric işlər zamanı bilavasitə təbiətin qoynunda təşkil edilən müşahidələr, aparılan eksperimentlər, çəkilən rəsmlər, fotoşəkillər, şagirdlər üçün daha maraqlı və cəlbedici olur. Onların fənnə marağı artır. Ekoloji tərbiyənin səviyyəsi yüksəlir.

Onların tərbiyəlilik səviyyəsi, onların davranışları əsasında təbiətin mühafizəsi tədbirlərində fəal iştirak etmələri ekoloji məsələlərlə bağlı situasiyalarda fəallıqlarının artması, bu zaman göstərdikləri müsbət emosiayalar vasitəsi ilə sübut edilir.

Sinifdənxaric işlərdə təşkil edilən müzakirələr ekoloji bilikləri ümumiləşdirməyə imkan verir.

Sinifdənxaric işlərdən gecələr, konfranslar, mühazirələr və s.-dən istifadə etməklə şagirdlərin ekoloji bilikləri genişləndirilir, dərinləşdirilir və tamamlanır. Burada nəzərə almaq lazımdır ki, ekoloji məsələlərin kompleks xarakteri onların həll edilməsində ayrı-ayrı təbiət fənlərindən mənimsənilən «baza» biliklərindən kompleks istifadə olunmasını tələb edir. Bu isə fənlərarası əlaqə vasitəsi ilə həyata keçirilə bilər.

Lakin fənlərarası əlaqə vasitəsi ilə müxtəlif fənlər üzrə ümumi təlim-tərbiyə məsələləri vahid yanaşma metodu ilə həyata keçirilməlidir [2].

Bu məqsədlə ekoloji aspektdə aşağıdakı təlim-tərbiyə məsələləri həll edilməlidir:

1. Təbiətlə münasibətdə şagirdlərdə məsuliyyətli davranış formalaşdırmaq.

2. İnsan fəaliyyətinin ətraf mühitə təsirinin kimyəvi proseslərin, kimya istehsalatının ikili təbiətini aşkar etmək.

3. Şagirdlərin mənimsədikləri ekoloji bilikləri təbiətin mühafizəsi işlərində praktik tətbiq etmək bacarığı formalaşdırmaq.

İşlədiyimiz metodika üzrə ekskursiyalardan istifadə etməklə ekoloji biliklərin ümumiləşdirilməsi metodikasını nəzərdən keçirək.


Yüklə 160,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin