Milli Geoloji Kəşfiyyat Xidməti



Yüklə 43,22 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix27.01.2022
ölçüsü43,22 Kb.
#113936
  1   2
Milli Geoloji Kəşfiyyat Xidməti (Azərbaycan) — Vikipediya



Milli Geoloji

Kəşfiyyat Xidməti

(Azərbaycan)

Milli Geoloji Kəşfiyyat Xidməti — Milli Geoloji Kəşfiyyat Xidməti sistemləşdirilmiş geoloji

tədqiqatların (regional geoloji, geofiziki, hidrogeoloji, mühəndis-geoloji, geoekoloji) aparılmasını,

perspektiv sahələrdə geoloji axtarış və geoloji-kəşfiyyat işlərinin yerinə yetirilməsini, mineral-

xammal ehtiyatlarının və resurslarının hesablamasını, yerin dərinlik quruluşunun,

seysmohidrogeodinamik şəraitinin, ekzogen geoloji proseslərin və digər təbiət hadisələrinin

öyrənilməsini həyata keçirir.

Azərbaycan Respublikasının mövcud mineral-xammal bazasını strateji əhəmiyyətli faydalı qazıntı

yataqları və eləcə də 

sənaye

 xammalları və tikinti materialları, mineral,süfrə,sənaye,termal su



ehtiyatları hesabına genişləndirmək məqsədi ilə yer təkinin kompleks geoloji öyrənilməsi zamanı

regional geoloji, hidrogeoloji, mühəndis-geoloji, geoekoloji və bu qəbildən olan digər məxsusi

tədqiqatların planauyğun və məqsədyönlü aparılması tələb olunur. Hal-hazırkı dövrə qədər

1:50000 miqyaslı geoloji planalma işləri ilə ölkə ərazisinin xeyli hissəsi örtülmüşdür. Keçən əsrin

ortalarından başlanan 1:50000 miqyaslı geoloji planalma işlərinin nəticəsində tərtib olunan

geoloji və faydalı qazıntı yataqlarının yerləşmə qanunauyğunluqları xəritələrinin əksəriyyəti

Xidmətin məqsədi



müasir dövrün tələblərinə tam cavab vermədiyi üçün onların daha da dəqiqləşdirilməsinə (yer

səthinin aerokosmikfotoşəkillərinin məsafədən zondlaşdırılmasına, spektroqramlar vasitəsilə

incələnən perspektiv sahələrin ərazi doğrulama çalışmaları vasitəsilə, gizli strukturların isə buruq

qazma işləri vasitəsilə öyrənilməsinə) zərurət yaranmışdır. Son dövrlərdə geologiya elminin

inkişaf aspektləri içərisində ən önəmli yer alan aerokosmik (TERRA, Aster və digər) fotoşəkillərin

məsafədən incələnməsi üzrə tətbiq olunan kompüter proqramları (Arc.GİS, Arc View, Erdas

İmagine, Pci Geomatica, Envi) vasitəsi ilə yer səthinin geoloji strukturunun öyrənilməsi,

spektroqramlar əsasında minerallaşmış, hidrotermal dəyişmiş və digər (faydalı qazıntılara

perspektiv) sahələrin müəyyənləşdirilməsi həyata keçirilir. Ərazi doğrulama çalışmaları (müvafiq

miqyaslı geoloji marşrutların keçilməsi, dag-qazma, sınaqlaşdırma işlərinin aparılması) ilə

müşaiyət olunan bu tədqiqatlar vasitəsilə faydalı qazıntılara perspektiv olan sahələrin

müəyyənləşdirilməsinə daha operativ surətdə nail olmaq mümkündür. Faydalı qazıntı

yataqlarının axtarışı və kəşfiyyatının son nəticəsi olan sənaye potensiallı filiz, qeyri filiz, inşaat

materialları, su yataqlarının ehtiyatları dövlət qeydiyyatına alındıqdan sonra onların xalq

təsərrüfatı dövriyyəsinə cəlb edilməsi, iqtisadiyyatın kəşf edilmiş və sənaye ehtiyatı təsdiq

olunmuş mineral xammala və yeraltı sulara (şirin, mineral, termal, sənaye) tələbatının ödənilməsi

zərurəti meydana çıxır.. Respublikamızda aşkar olunmuş filiz yataqları aşağıdakı mineral-xammal

qruplarına ayrılır: dəmir və dəmir-ərinti materialları;əlvan metallar; nəcib metallar və radioaktiv

metallar. Respublikamızda mövcud olan sənaye sahələrinin tələbatını ödəmək məqsədi ilə

aşağıdakı istiqamətlərdə geoloji-tədqiqat işləri aparılmış və müvafiq xammal ehtiyatları qeydə

alınmışdır: kükürd, barit, gips, anhidrit, gəc, bor, keramika xammalı, dolomit, maqnezium oksidi,

serpentinit, seolit, bentonit gilləri, kvarsit, xörək duzu, daş kömür, qonur kömür, kömürlü süxurlar,

yanar şistlər, mineral boyalar, flyus və soda üçün əhəngdaşı xammalı ,şüşə xammalı, vermikulit

,selitra, korbanat xammalı, əlvan daşlar, kaolin gilləri, fosforit, apatit.

Azərbaycan Respublikası ərazisində və eləcə də Abşeron yarımadası ərazisində ekzogen geoloji

proseslərin öyrənilməsi, tədqiqi və monitorinqi işləri mütamadi olaraq davam etdirilir. 

Böyük

Qafqazın


 Cənub və Cənub-şərq yamaclarının, İri geostrukturların təmas zonasının, Abşeron

periklinalı və Kiçik Qafqazın şimal-şərq kəsimlərinin dərinlik geoloji-tektonik quruluşu və

geodinamik şəraiti öyrənilmiş, mineragenik xüsusiyyətləri qiymətləndirilmişdir. Faydalı qazıntı

yataqlarının geologiyası və proqnozlaşdırılması elmi-tədqiqat mövzusu kimi mütamadi olaraq

respublika ərazisində mövcud olan ənənəvi və eləcə də mütərəqqi metodlarla aşkarlanması

mümkün olan qeyri-ənənəvi faydalı qazıntı yataqlarının geoloji, geofiziki, geokimyəvi, struktur,

Ekzogen geoloji proseslər




Yüklə 43,22 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin