Hazırlayan:Elnarə Quliyeva Məktəbəqədər yaşlı uşaqların inkişaf xüsusiyyətləri və Gün rejimi Uşaq özünü sosial varlıq adlandır. Özünü dərk edir
Özünü tanıma dövrü
Özünəməxsusluq dövrü
Mən konsepsiyasının dövrü
1-2 yaş Çəkisi 12-12,7 kq , boyu 85,86 sm olur
Orqanizmi möhkəm olur
Əsəbi davamlı olur
Yuxu rejimi 5 saat oyaq qala bilər
Əməyi yüksək olur
Əşyavi-manipulyativ dövr
Düzxətt hərəkət edir
Musiqi duyumu olur
Əyani- obrazlı dərketmə
Sensor perspektual təlim formalaşır
Psixi proseslərin bünövrəsi qoyulur
1 yaşında 10-20 söz, 1,5 yaşımda 30-40 söz, 2 yaşında 300-ə qədər söz bilir
2-3 yaş Çəkisi 15 kq, boyu 95,96 sm , döş qəfəsi 52 sm olur
Fiziki inkişafda hormonik balanslaşma olur
Ümumi hərəkətlər dahada təkmilləşir
Cızma-qaraya ad verirlər
Əyani-praktik dərketmə
Çoxlu sual verir
Rabitəli danışa bilir
Musiqi oxuya, tanıya bilir
Sensor inkişaf davam edir
Yadda saxlama, yada salma olur. Gördüyünü, eşitdiyini deyə bilir
1200-1500 söz olur
3-4 yaş Çəkisi 17 kq, boyu 100-102 sm, döş qəfəsi 53 sm olur
Məqsədyönlü hərəkət edir
Baş beyin qurluşu funksiyası formalaşmağa başlayır
Süjetli rollu oyun
Əyani-obrazlı təfəkkür
İdraki sual verir
Ekspensiv olur(açıqsözlü)
Sözə baxanlıq(1 dəq)
Tənqidi təfəkkür
4-5 yaş Çəkisi 15-20 kq, boyu 108- 110, döş qəfəsi 54 sm olur
Beyin yarım kürəsi qabığı inkişaf edir
Qaydalı oyun formalaşır
Didaktik oyun
Mütəhərrik oyun
Səbəb- nəticə əlaqəsi olur
Ünsiyyəti sevir
Əxlaqi- estetik hiss inkişaf edir
Böyüklərin diqqətinə qarşı məsuliyyətli olurlar
Uşaqlar özlərini daha cəsarətli hiss edirlər
Daha mürəkkəb oyun
Həddən artıq ümumiləşdirmə
Böyük, kiçik motor inkişaf edir
5-6 yaş Çəkisi 21,5-22 kq, boyu 110-116 sm, döş qəfəsi 56,57 sm olur
Baş beyin qabığı inkişaf edir
Uğurlu yadda saxlama baş verir
Sabit diqqət formalaşır
İxtiyari düşüncə formalaşır
Oxşar və fərqlini tapa bilir
Yeni hekayə danışır
Yaradıcı təfəkkürə keçid olur
Həmrəyliyin bünövrəsi qoyulur
Sosial olurlar
Qalib gəlmək istəyirlər
Motor bacarıqlarında sadəlik olur.(Məs: Rahat şəkildə şəkil çəkə, vərəqləri qatlaya, qayçı ilə kəsə bilir)
Gün rejimi Rejim uşaqların qidalanmasında, yatmağında, durmağında,oynamasında, fəaliyyətin hər bir ardıcıllığının növbələşməsinin düzgün şəkildə təmin olunmasıdır. Günün birinci yarısına aşağıdakı prosedurlar daxil edilir:
Uşaqların qəbulu;
Səhər gimnastikası;
Qidalanma (səhər yeməyi);
Tədris fəaliyyəti;
Gündüz gəzintisi;
Gündüz yuxusu.
Günün ikinci yarısına aşağıdakı prosedurlar daxil edilir:
Uşaqların yuxudan oyadılması;
Duş qəbul olunması;
Qidalanma (nahar yeməyi);
Müstəqil oyunlar və asudə vaxtın təşkil olunması;
Axşam gəzintisi;
Uşaqların evlərinə yola salınması.
Bütün bu rejim prosedurları aşağıdakı pedaqoji tələblərə cavab verməlidir:
Uşaqların yaş xüsusiyyətlərinə uyğun olmalıdır;
Bayram və tədbirlərdən asılı olmayaraq hər qrupda rejim il ərzində dəyişilməz olmalıdır.
Yay rejimində – uşaqlar vaxtın daha çox hissəsini açıq havada keçirməlidirlər;
Rejim dəqiq olmalıdır (uşaqlarda dinamik bir stereotip formalaşdırıldığı üçün);
Rejim prosedurları ardıcıl yerinə yetirilməlidir, yəni hər bir rejim anı bir-birini ciddi şəkildə izləməli və uşaqlar fəaliyyətsiz qalmamalıdırlar;
Hər bir rejim anı uşağı tərbiyələndirmək üçün bir vasitə rolu oynamalıdır.
Gün rejimində mədəni-gigiyenik qaydalarıda təşkil olunmalıdır. Əli yumağı uşaqlara göstərmək və ucadan demək lazımdırki uşaqlar əlimizi sabunlayaraq təmiz- təmiz yuyaq, yuduqdan sonra təmiz dəsmalla yaxud salfetlə qurulayaq, masa arxasında düzgün oturma qaydasını və qaşıqdan, çəngəldən düzgün istifadəni uşaqlara öyrətməliyik Qeyd edəkki uşaq 4 yaşından etibarən çəngəli öyrənməsi vacibdir. Lakin qaşıqdan istifadə edə bilməyən uşağa çəngəli öyrətmək düzgün deyil. Əvvəlcə qaşıqdan istifadə daha sonra çəngəldən istifadə qaydası uşağa öyrədilməlidir.