Özünüqiymətləndirmə iki termini iki sözdən-özünü və qiymətləndirmə sözlərindən əmələ gəlmişdir. Onun psixoloji mənası: insanın özünə verdiyi qiymətdən, özünün obrazını qiymətləndirilməsindən gedir. İnsanın özü haqqında təsəvvürlərinin formalaşması bilavasitə özünüqiymətləndirmə ilə bağlıdır. İnsan mühüm olan hər şeyi: özünün qabiliyyətlərini, mənəvi keyfiyyətlərini, əməllərini, öz imkanlarını və perspekttivlərini, özünün qarşılıqlı münasibətlərini, qrup və kollektivdə, başqa adamlar içərisində tutduğu yeri qiymətləndirir. Bununla yanaşı müəyyən həyati situasiyalarda, xüsusilə ailədə və kollektivdə insan öz üzərinə məsuliyyət götürüb mühüm bir addım atdıqda, konflikt şəraiti yarandıqda və s.-də özünüqiymətləndirmə xüsusilə mühüm əhəmiyyət kəsb edir. özünüqiymətləndirmə mürəkkəb prosesdir: o, özünümüşahidə və özünütəhlilyolu ilə formalaşır, bu zaman insan özünə , başqa adamların gözülə baxır, özünü onlarla müqayisə edir.
Özünüqiymətləndirmə sistemini təhlil edərkən aşağıdakı cəhətləri nəzərə almaq lazımdır:
a)özünü qiymətləndirmə prosesində “real mən” obrazı ilə “ideal mən” obrazının müqayisə edilməsi mühüm rol oynayır. Onların bir-birinə uyğun gəlməsi psixi sağlamlığın mühüm şərtidir. Müəyyən edilmişdir ki, insanın “realmən” obrazı “ideal mən” obrazına müvafiq olduqda, o, adətən, özünü yüksək qiymətləndirir. İnsan bu iki mühüm xarakteristika arasında uçurum hiss etdikdə isə, özünü adətən aşağı qiymətləndirir. Bəzən belə hallarda insanın özü öz gözündə hörmətdən düşür.
b)insan özünün hər hansı bir keyfiyyətini qiymətləndirərkən, onun yaxşı və pis keyfiyyət olduğunu necə müəyyən edir? İnsan özünə qiymət verəndə bu təsəvvürlərdən etalon kimi istifadə etməyə başlayır: əgər etdiyi hərəkətlər “yaxşı” etalonuna uyğun gəlirsə, onları müsbət, “pis” etalonuna uyğun gəlirsə mənfi qiymətləndirir. Yaş artıqca, insan sərvət meylləri formalaşır, ideallarının xarakteri dəyişir və buna müvafiq olaraq onun etalonlar sistemi mürəkkəbləşir. Biz hər hansı bir adamın özünü necə qiymətləndirdiyini aydınlaşdırmaq üçün onun özünü hansı etalonla tutuşdurduğunu, özünə hansı etalona əsasən qiymət verdiyini bilməliyik. Bu yolla biz həm də onun “ideal mən”inin məzmununu təhlil etmək iimkanıəldə edirik. Çünki müvafiq etalonlar “ideal mən”də xüsusi yer tutur:
c)insanın özünəməxsus qiymətlər sistemi vardır. Bir tərəfdən, insan öz-özünü qiymətləndirir, digər tərəfdən, onun davranış və rəftarı mənsub olduğu qrup tərəfində qiymətləndirilir. Bundan başqa, adam bu və ya digər tərzdə hərəkət edərkən ətrafdakı adamların, o cümlədən iş yoldaşlarının və dostlarının onu necə qiymətləndirəcəklərini nəzərə alır. Buna gözlənilən qiymətlər deyilir. Qrupun şəxsiyyətə verdiyi qiymətlərlə gözlənilən qiymətlər bir-biri ilə vəhdətdə olsa da, onları eyniləşdirmək olmaz. Qrupun çşəxsiyyətə verdiyi qiymət real qiymətdir.
Özünüqiymətləndirmənin böyük əhəmiyyəti vardır. O, insanın davranışının tənzim olunmasında mühüm rol oynayır. İnsanın başqa adamlarla qarşılıqlı münasibətləri, onun öz uğurlarına və uğursuzluqlarına münasibəti, ayrı-ayrı həyati stiuasiyalarda davranış və rəftarı özünüqiymətləndirmədən asılıdır. Özünüqiymətləndirmə insanın fəaliyyətinin səmərəliliyinə və onun bir şəxsiyyət kimi inkişafına mühüm təsir göstərir.,,,
özünüqiymətləndirmənin səviyyəsi iki mühüm amilin-müvəffəqiyyət və iddianın qarşılıqlı əlaqəsi ilə şərtlənir. Orta məktəbin riyyaziyyat kursundan bilirik ki, kəsrin qiymətini artırmaq üçün ya onun surətini böyütmək, ya da məxrəcini azaltmaq lazımdır.Formulda bunun iki yolu göstərilir. Özünüqiymətləndirmə formulunu bu baxımdan nəzərdən keçirsək aydın olur ki, insan özünü yüksək qiymətləndirmək üçün kəsrin surətini artırmalıdır, yəni səy göstərməli və müvəffəqiyyət əldə etməlidir, başqa halda isə kəsrin məxrəcini kiçiltməlidir, yəni iddia səviyyəsini aşağı salmalı və özünün ən kiçik müvəffəqiyyətini düzgün qiymətləndirməlidir.
XIX əsrin sonlarında özünüqiymətləndirmə ilə müvəffəqiyyət və iddia arasındakı asılılıq intiutuv surətdə tapmış və ona ümumi şəkildə ifadə etmişdir. Psixologiyada bu problem eksperimental surətdə XX əsrin 30-cu illərindən öyrənilməyə başlanılmışdır.
30-cu illərin əvvəllərində motivasiya məsələləri psixologiyada daha çox aktuallıq kəsb edirdi. Eksperiment prosesində adamlar öz qarşılarına konkret məqsəd qiyurlar? Onlar bu məqsəd müvafiq olaraq müəyyən nəticə əldə etməyə çalışırlar.
Beləliklə, Beləliklə, eksperimentdə iki kəmiyyətlə: a)adamın əldə etmək istədiyi nəticə və; b)faktik olaraq əldə etdiyi nəticə ilə rastlaşırıq.
İnsanın iddia səviyyəsinin yüksək və ya aşağı olması, bir tərəfdən, onun özü haqqındakı təsəvvürlərində, digər tərəfdən isə başqa adamlara münasibətində əks olunur. Bir halda o, “Babam mənə kor-dedi, gəlib-gedənə vur-dedi” mövqeyində dayanır, Yeganə yetir, yetməyənə daş atır”, başqa bir halda isə özünü bir növ “dilsiz-ağızsız” adam kimi aparır. Bu zaman tərbiyə yolu ilə onların iddia səviyyəsini dəyişmək zərurəti meydana çıxır. Hər bir konkret halda iddia səviyyəsini şərtləndirən amilləri psixoloji səriştə ilə təhlil etmək və onları aradan qaldırmaq üçün təsirli tədbirlər müəyyən etmək lazımdır.
“Ağac bar gətirdikcə, başını aşağı dikir” hikmətli atalar sözüdür.Onun psixoloji mənası vardır. Kiçik yaşlarından başlayaraq uşaq və yeniyetmələrdə öz uğurlarına düzgün münasibət yaratmaq-iddia səviyyəsini tənzim etməyin başlıca yolu belədir.
Özünü qiymətləndirmə formulu ilə tanış olarkən insanın əldə etdiyi müvəffəqiyyətin əhəmiyyətini qeyd etmişdik. İnsan özünün istər təlim, istərsə də əmək fəaliyyətində heç bir çətinlikdən qorxmamalı, onları mətanətlə aradan qaldırmalı və başladığı işi müvəffəqiyyətlə başa çatdırmalıdır. Tərbiyə işi də şəxsiyyəti buna yönəldilməlidir. lakiin, insanın əldə etdiyi müvəffəqiyyət onun özünə verdiyi qiymətləri mexaniki şəkildə müəyyən etmir. İnsanın öz müvəffəqiyyətlərinə düzgün münasibət bəsləməsi psixoloji baxımından xüsusilə mühüm əhəmiyyət kəsb edir. bu isə iddia səviyyəsinin süni surətdə artması yolu ilə deyil, onun tənzim edilməsi, optimallaşdırılması yolu ilə əldə edilir. Biz tərbiyən prosesində bu cəhətə xüsusi diqqət yetiririk. Çox maraqlıdır ki, insan özü də müxtəlif həyat situiasiyalarda iddia səviyyəsini spesifik yollarla optimallaşdırılır. Və bu məqsədlə psixoloji müdafiənin müxtəlif formalarından istifadə edir.