Neftçala rayon mks-in 17 saylı Aşağı Qaramanlı kənd kitabxanası



Yüklə 17,23 Kb.
tarix10.01.2022
ölçüsü17,23 Kb.
#109926

Neftçala rayon MKS-in 17 saylı Aşağı Qaramanlı kənd

kitabxanası.

Neftçala rayonunun tanınan kəndlərindən biri də Aşağı Qaramanlı kəndidir. Kəndin 7000 əhalisi var. Kənd özünə məxsus gözəlliyi ilə demək olar ki, rayonun cox kəndlərindən seçilir. Kəndin bəzi ərazisini sol tərəfdən sakit axan Kür çayi , sağ tərəfdən isə şam ağacları əhatə edir. Kəndimizin çox qədim tarixi vardır. Deyilənə görə kəndin birinci sakinləri Qaraman oğulları olduğu üçün , kəndimizə Qaramanlı adı verilmişdir. Kəndin əhalisi keçmişdə dülükçülüklə məşğul olmuş , indi isə heyvandarlıq , pambıqçılıq və taxılçılıqlq məşğul olurlar. Hal-hazırda kənddə Pambiqtəmizləmə zavodu, Rayon kənd-Kimya Birliyi , əlli yerlik xəstəxana , bir məktəb , mədəniyyət və kitabxana, kənd bələdiyyəsi , İcra nümayəndəliyinin binası vardır. Bunlardan başqa kənddə iki un dəyirmanı , uşaq baxçası da vardır.

“Qaramanlı bu söz təkcə Azərbaycanda deyil, bütün türk dünyasında müxtəlıf fonetik dəyişikliklərə uğrayaraq şəhər , kənd , qəbilə və şəxs adları bildirir. Qaraman , Karaman , karamanoğlu , karamanus , Karamanlı və s.

Elmi araşdırmalar sübut edir ki , karamanlılar əsasən kicik Asiyada yaşamış türkdilli tayfadır. Onların Türkiyəyə , Azərbaycana və başqa yerlərə nə vaxt gəlmələri haqqında fikirlər müxtəlifdir. Məşhur tarixçi F.Rəşidəddin qaramanlıların Cəlcuq sultanı Toğrulun dövründə (1038-1068) Anadoluya gəlib orada məskunlaşdığını göstərir. Orta Asiyada Qaramanlılar köçəri heyvandarlıq məşğul olurdular. Amurdərya ətrafındakı torpaqları tərk edərkən yolları İrandan Azərbaycana və buradan da türkiyəyə keçib gedirdi. İndi Respublikamızın Ağsu , Ağdam, Şamaxı Göycay və Yevlax rayonlarında da bu adda kəndlərin olması qaramanlılarla əlaqədardır.

Ankarada nəşr olunmuş Üçcildlik “Türkiyə tarixi “nin I cildində Karamanoğlu bəyliyi fəslində göstərilir ki, Karamanlıların Ulu babalarısəlcuq türkləri olmuşdur. Qaraqoyunlu dövlətinin ilk hökmdarı Qara Yusifin (1355-1420) sərkərdəsinin adı Qaraman olduğu da məlumdur.

Tarixi sənədlərdən bəlli olur ki , Orta əsirlərdə Qaramanlılar , səlcuq-oğuz tayfalarından biri kimi tanınmışdır. Onlar güclü olmaqla yanaşı , həm də nüfuzlu bir tayfa kimi , Kiçik Asiyada yaşamış və hətta Anadoluda müstəqil xanlığı olmuşdur. Şifahi xalq ədəbiyyatında deyilir.

Əslim Qaramanlıdır ,

Elim adli-sanlıdır.

İgid döyüşdən gəlir

Gözləri nə qanlıdır.

Araşdırmalardan bu da məlum olur ki , Qaramanlılar öz səltənətlərini 200 ilə yaxın qorumuş , bəyliklərində türkcədən başqa dilin işlənməsini qadağan etmişlər. Zaman kecdikcə , Qaraman xanlığının zəifləməsi , bu tayfanın bir hissəsinin köcüb ətraf yerlərə dağılmasına səbəb olmuşdur. IX əsrin əvvəllərində Qaramanlılar Azərbaycana gəlmiş, Göycay , Şamaxı , Cavanşir, və Cavad Qəzalarında eyni adlı kəndlərin binasını qoymuşlar. Onlar Azərbaycanın siyasi həyatında da bir müddət nüfuzlu rol oynamışdır. “Azərbaycan tarixi “ kitabında deyilir ki , Şamaxı hakimləri arasında Qaramanlı şəxslər də olmuşdur.

Rayonumuzda bu adla yanaşı iki kənd mövcuddur. Cayın sol sahilində Yuxarı Qaramanlı , ondan bir az aşağı sağ sahilində isə Aşağı Qaramanlı kəndləri yerləşir. Sovet hakimiyyəti illərində kəndin adi təhrif edilərək , Qaraymanlı , Qaraimanlı , kimi sənədləşdirilmişdir. Bu da soy kökümüzün qəsdən təhrif edilməsi demək idi.

İnqilabdan əvvəl kənddə dulusçuluq sənəti inkişaf etmişdir. Ətraf rayonların kəndlərində əhalinin məişətini Qaramanlı dulusçularının yaraşıqlı , şirli qabları bəzəyirdi. Burada bişirilən qırmızı kərpic kirəmik ,yüksək keyfiyyətli tikinti materialı idi.”—(Qeydlər İbrahim Nurlunun “XXI əsrin astanasında: Neftçala” I kitabından götürülmüşdür.

Kəndimiz öz ağsaqqalları ilə sayılıb – seçilir.

Kəndimiz Nuruş dayı kimi adı tarixə düşmüş ağsaqqallar yetirib. Nuruş kişi fəal kolxoz qurucularından biri olub. O , işlədiyi müddətdə işə canla-başla yanaşmış və kəndin əhalisini də fəal olmağa səfərbər etmişdir. Məhz buna görə də kolxozumuzun adı həmişə birincilər sırasında cəkilmişdir. Nuruş Əliyevə Şərəf nişanı ilə birgə , bir neşə fəxri ad , orden və medallar verilmişdir. Cəkdiyi əziyyətlər bahasına da olsa Nuruş Əliyrvin zəhməti qiymətləndirildi. İşlədiyi kolxoza onun adı verildi. Torpaqlarımıza düşmən əli uzanan zaman kəndimizin vətənpərvər oğulları vətənin müdafəsinə qalxaraq cəbhəyə yollandılar. 1988-ci ildən kəndimiz doqquz şəhidin anası oldu. Onların vətənpərvərliyi daima xalqın –elin dilində danışılır.

1.Ağayev Tehran Miraslan oğlu.

2.Kərimov Sakit Əyyub oğlu.

3.Kərimov Yaşar Ələkbər oğlu.

4. Kazımov İltifat Pirverdi oğlu.

5. İmanov Ramil Davud oğlu.

6.Muradov Tural Murad oğlu.

7. İsmayılov Məhəbbət İmanverdi oğlu.

8. Babayev Miriş Mirdavud oğlu.

9. Haqverdiyev Mehman Əbülhəsən oğlu.


Qəbristanlığın girəcəyində seçilmiş yerdə dəfn olunmiş şəhidlərimiz , elimizin qan yaddaşına cevrilərək əbədiyyət qazanmışlar . Onların məzarı daima tər güllərlə örtülür. Qəbriniz nurla dolsun deyirik əzizlərimiz. Kəndimizdə şəhidlərin adını daşıyan məktəb , xəstəxana fəaliyyət güstərir.

Son.
Kataloq: front -> files -> libraries -> 2301 -> documents

Yüklə 17,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə