Normal paylanma
Normal paylanma və ya
Qaus
(Alman
riyaziyyatçısı
Karl Qaussun adı ilə bağlıdır) paylanması
kəsilməz ehtimal paylanmasının vacib növüdür. Fiziki kəmiyyət bir çox təsadüfi amillərin təsirinə
məruz qaldıqda o normal paylanmaya tabe olur. Məlumdur ki, belə hallar təbiətdə çox rast
gəlinir. Onlardan normal paylanma geniş yayılmışdır, onun adı da buradan götürülmüşdür.
Normal paylanmanın mahiyyəti
mərkəzi limit teoreminə
əsaslanır. Burada deyilir ki, bir-birindən
asılı olmayan, identik paylanmış təsadüfi dəyişənlərin sərhəd qiymətləri normal paylanır.
Təsadüfi dəyişənlər o vaxt normal paylanırlar ki, onlar çoxlu sayda amillərin təsirlərinin
cəmlənməsindən yaranır və hər bir amil ayrı-ayrılıqda heç bir əhəmiyyətli təsirə malik deyil.
Təsadüfi parametrlərin normal paylanmasından sürətlərin, ölçü xətalarının, nəzarət xətalarının
təyini zamanı aparılan sınaqlar zamanı istifadə edilir.
Normal paylanmanın sıxlığı. Yaşıl xətt standart normal paylanmanı göstərir.
Riyazi və statatistik qiymətləndirmələr zamanı qiymətləndirilən funksiya əmsallarının meyilli
olub olmamasının təyin edilməsi üçün normal paylanmadan istifadə edilir.
Ehtimal paylanma sıxlığı
olan bir kəsilməz təsadüfi dəyişən üçün:
o vaxt - -normal paylanır ki,
və ya
-da normal paylansın, burada
riyazi gözləməni (orta kəmiyyət) və təsadüfi kəmiyyətin variyansıdır.
Normal paylanmanın sıxlıq funksiyası
.
ilə təsvir olunur.
sürüşmə parametri və dispersiyasına malik təsadüfi dəyişənli normal paylanmanın ehtimal
sıxlığı belə hesablanır:
Belə dəyişənlərin paylanma funksiyası elementar funksiya ilə təyin olunmur və
kimi Riman inteqralının köməyi ilə təsvir olunur.
Standart normal dəyişən üçün paylanma funksiyası bərabərdir:
Təyinati
Xassələri
Ümumi normal dəyişən üçün normal paylanma
vasitəsilə belə təsvir olunur:
Standart təsadüfi dəyişənin nəzərən simmetrik sıxlığı:
Buradan alınır ki, standart normal dəyişənin
intervalına düşmə ehtimalı bərabərdir:
burada
- Laplas funsiyasıdır
və parametrlərinə malik standart normal dəyişənin
intervalına düşmə ehtimalı:
Normal paylanmanın xarakteristik funksiyası belədir:
burada
— təsadüfi dəyişəninin parametrləri və olan normal paylanmadır.
İstinadlar
Sonuncu redaktə 5 gün əvvəl
ToprakBot
tərəfindən edilib
Mənbə — "
https://az.wikipedia.org/w/index.php?
title=Normal_paylanma&oldid=6404785
"