Qrup: 268 Tələbə: Nigar Sultanova Fənn



Yüklə 112,88 Kb.
tarix17.12.2022
ölçüsü112,88 Kb.
#121315
ADU


Azərbaycan Dillər Universiteti




Fakultə: BMR
İxtisas: Regionşunaslıq, Yaxın Şərq və İsrail Üzrə
Qrup: 268
Tələbə: Nigar Sultanova
Fənn: İsrailin siyasi sistemi
Müəllim: Abbasova Hökümə
Mövzu: İsrail və Böyük Britaniyanın siyasi sistemlərinin müqayisəli təhlili.

Əvvəlcə danışacağımız mövzu haqqında qeyd etmək istərdim ki, söhbət iki ölkənin - İsrail və Böyük Britaniyanın siyasi sistemləri arasındakı fərqdən gedir. ilk öncə onunla başlayaqki,Siyasi sistem nedir?Siyasi sistem, cəmiyyətin siyasi həyatında rol alan siyasi qurumları və digər ictimai qurumları, bunların fəaliyyətini və qarşılıqlı münasibətləri ifadə edir. Bildiyimiz kimi hər bir ölkənin siyasi sistemi özünəməxsusdur. Burada toxunmaq istediyim bir sira məqamlar var. Onlardan bəziləri seçki sistemi, parlamentin idarə olunması, müxtəlif qanunvericiliklər, parlamentin səlahiyyətləri və s.


Ilkin olaraq Israilin siyasi sistemi haqqında sizə qısa məlumat vermək istərdim. Olkenin idareetme formasi necedi Burada Israil dovletinde -Unitar parlament respublikasidir.Lakin Boyuk Britaniyada ise Konstitusiyali monarxiyadir.1948ci ildə yaranan İsrail dövləti üç ayrı qolu olan parlament demokratiyasıdır: qanunverici, icra və məhkəmə hakimiyyətləridir. Burada hakimiyyətin bölgüsü prinsipi öz əksini tapır. İsrail kontekstində, icraedici hakimiyyət – hökümət, qanunverici hakimiyyət isə Knessetdir. Digər sözü gedən ölkə, Britaniya siyasəti çox mürəkkəb görünə bilər – çoxlu müxtəlif siyasi partiyalar, hökumət qolları və monarxiya olmasına baxmayaraq , həm də demokratik dövlətdir. İsrail ilə oxşar olaraq, Böyük Britaniyadada hökumətinin üç əsas səlahiyyət növü var: qanunverici, icraedici və məhkəmə. Burada bir sıra oxşar cəhədlər var, bunlar: hakimiyyətin bölgüsü prinsipi və çoxpartiyalılıqdır.
İsraildə 1 palatalidir, lakin Britaniyada ise Parlamentin işi iki palatada aparılır: İcmalar Palatasında və Lordlar Palatasında.Yeni qanunlar qəbul etmək və ya mövcud qanunlara dəyişiklik etmək qabiliyyəti qanunvericilik səlahiyyəti kimi tanınır. Parlamentin işi iki palatada aparılır: İcmalar Palatasında və Lordlar Palatasında. Onların işi də oxşardır: qanunlar (qanunvericilik) qəbul etmək, hökumətin işini yoxlamaq (yoxlama) və cari məsələləri müzakirə etmək. İcmalar Palatasından və Lordlar Palatasından ibarət parlament bu səlahiyyətə cavabdehdir. İcmalar Palatası həmçinin vergiləri artıran qanun layihələrini təsdiq etməklə hökumətə pul verməkdən məsuldur. Ümumiyyətlə, bir Palatada qəbul edilən qərarlar digər palata tərəfindən təsdiqlənməlidir. Şotlandiya Parlamenti, Uels Assambleyası və Şimali İrlandiya Assambleyası qanunvericilik səlahiyyətinə malik olsa da, Britaniya Parlamenti ilə müqayisə oluna bilməz. İsraildə də, Böyük Britaniyada olduğu kimi, İsrail hökumətinin qanunverici orqanı olan Knesset bütün qanunları qəbul etmək və ləğv etmək səlahiyyətinə malikdir. Knesset həmçinin öz komitələri vasitəsilə hökumətin fəaliyyətinə nəzarət edir, Baş nazirin namizədliyini irəli sürür və Nazirlər Kabinetini təsdiq edir, Dövlət Prezidentini və Dövlət Nəzarətçisini seçir. O, həmçinin Prezidenti və Dövlət Nəzarətçisini vəzifədən kənarlaşdırmaq, üzvlərinin toxunulmazlığını ləğv etmək, özünü buraxmaq və yeni seçkilər təyin etmək səlahiyyətinə malikdir.
Böyük Britaniyada icraedici hakimiyyət Tacdan və Hökumətdən, o cümlədən Baş Nazir və Nazirlər Kabinetindən ibarətdir.Kraliçanı təmsil edən Britaniya hökuməti, Şotlandiya, Uels və Şimali İrlandiya qanunları qəbul etmək və tətbiq etmək səlahiyyətini həyata keçirir. İcraedici orqan Böyük Britaniyanı idarə edən bütün rəsmi və dövlət orqanlarından, yerli hakimiyyət orqanları da daxil olmaqla, qanunvericilik təşəbbüsü və icrasından tutmuş yerli və milli xidmətlərin idarə edilməsinə qədər səlahiyətlidir. Lakin, Böyük Britaniyadan fərqli olaraq, İsraildə icraedici qüvvə yalnız Baş Nazirə aiddir. Burada, Baş Nazir Knesset nümayəndələri vasitəsi ilə prezident tərəfindən təyin olunur, həmçinin o xarici və daxili siyasət qərarlarını qəbul edir. Nazirlər Kabineti baş nazir tərəfindən təyin edilir. Nazirlər Kabinetinin tərkibi də Knesset tərəfindən təsdiqlənməlidir. Oxşar cəhət olaraq bu iki ölkənin icraedici hakimiyyətində Baş Nazir və Nazirər Kabineti yer tutur.

Bəzi tarixi səbəblərə görə Böyük Britaniyada vahid huquq sistemi mövcud deyil. Onun yerinə İngiltərə və Uels üçün bir sistem, Şotlandiya üçün başqa, Şimali İrlandiya üçün üçüncü sistem mövcuddur. Ali Məhkəmə Böyük Britaniyanın zirvəsində yerləşən hüquq sistemi, İngiltərə və Uels, Şotlandiya və Şimali İrlandiya məhkəmələrinin müraciətlərinə baxır. İngiltərə, Uels, Şimali İrlandiyada və Şotlandiyada apellyasiya məhkəməsi hər üç növ qanunvericiliyə (cinayət, mülki, ailə) baxır. Lakin, Şotlandiyada digərlərindən fərqli olaraq Ali Məhkəmə və İclas Məhkəməsi ierarxiyada ən üstün məhkəmələr sayılır. Orada Ali Məhkəmə cinayət işlərinə, İclas Məhkəməsi isə mülki və ailə məsələlərinə baxır. İngiltərə, Uels, və Şimali İrlandiyada Ali Məhkəmə Apellyasiya məhkəməsindən sonra gəlir. Şotlandiyaya olan bir digər fərqlilikdə bu ölkələrdə tac məhkəməsi və ölkə məhkəməsinin mövcudluğudur. Şotlandiyada isə bu məsələlərə bir məhkəmə - Şerif Məhkəməsi baxır. İerarxik cəhətdən baxsaq ən aşağı məhkəmə İngiltərə, Uels və Şimali İralandiyada Magistrates Məhkəməsi və Tribunallardır, lakin Şotlandiyada Magistrates Məhkəməsi yerinə Sülh Məhkəməsinin hakimi məsuliyyət daşıyır. İsraildə isə məhkəmə sistemi bir qədər daha sadədir. İsraildə etiqad edilən müxtəlif dinlər üçün dünyəvi və dini məhkəmələr də daxil olmaqla, məhkəmə şöbəsi hökumətin ayrıca qoludur. Məhkəmə sistemi ədalət mühakiməsinin üç mərhələsini əhatə edir. Bütün məhkəmələr üçün hakimlər, Hakimlərin Seçki Komitəsi tərəfindən təyin edilir. Komitə doqquz üzvdən ibarətdir: iki kabinet üzvü , iki Knesset üzvü, İsrail Vəkillər Kollegiyasının iki üzvü və üç Ali Məhkəmə üzvü. Həmçinin, komitəyə ədliyyə naziri rəhbərlik edir. İsraildə məhkəmə səlahiyyətləri Məhkəmə Hakimiyyətinə verilir. Məhkəmə Hakimiyyəti Ali Məhkəmənin rəhbərlik etdiyi İsrail məhkəmə sistemindən, habelə Əmək Məhkəmələrindən ibarətdir. Məhkəmə sistemində üç məhkəmə səviyyəsi var: Ali Məhkəmə, Rayon Məhkəmələri və Magistr Məhkəmələri. İsraildəki bütün Hüquq Məhkəmələri aşağıdakılardır: Ali Məhkəmə, Rayon Hüquq Məhkəmələri, Sülh məhkəmələri (birinci instansiya), Milli Əmək Məhkəməsi, və Regional Əmək Məhkəmələri. Bu iki ölkə arasında məhkəmə sistemlərinin oxşar cəhəti Magistrates(Sülh), Ali məhkəmələrinin mövcudluğudur. Konstitusiya ise Her iki dövlətdə yoxdur.İsrailde olmama səbəbləri:Erazi ,vetendaşlıq və din məsələsidir.Lakin İsrailde konstitusiya olmamasina baxmayarag,Esas qanunlar gəbul edilmişdir.Hansı ki,”Basic Low”adlanır.İngiltərədə də bu Hüquqlar haqqında Billdir.


Yuxarıda qeyd etdiyimiz kimi, İsraildə qanunverici hakimiyyət Knessetin əlindədir və bu Knesset üzvləri toxunulmazlığa malikdirlər hansıki qanunla müəyyən edilir. Toxunulmazlıq bəndi Knesset üzvünün öz vəzifələrini yerinə yetirərkən etdiyi hər hansı hərəkətə görə cinayət və ya mülki məsuliyyət daşımayacağına zəmanət verir. Bundan əlavə, Knesset deputatının Knesset üzvü kimi fəaliyyəti ilə bağlı olmayan axtarışlar, həbslər, cinayət dinləmələri və məhkəmə prosesləri ilə bağlı toxunulmazlıqları var və yalnız Knessetin bu sahələrdə toxunulmazlığını ləğv etmək hüququ var. Böyük Britaniya kontekstində isə qanunverici hakimiyyətə iki palata daxil idi (İcmalar Palatasında və Lordlar Palatası). Parlament imtiyazı hər iki Palata üzvlərinə öz vəzifələrini Palatadan kənar müdaxilə olmadan yerinə yetirmək imkanı vermək üçün müəyyən qanuni toxunulmazlıqlar verir. Parlament imtiyazına söz azadlığı və hər iki Palatanın öz işlərini tənzimləmək hüququ daxildir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında bir neçə ölkə veto hüququna malikdir. Bu ölkələr Birləşmiş Millətlər Təşkilatı daxilində səsvermənin keçib-keçməməsinə nəzarət edə bilərlər. Birləşmiş Millətlər Təşkilatının yeni qanunu qəbul etməsi üçün veto hüququna malik beş üzvün hamısı müsbət səs verməlidir. Buna görə də, bir ölkə təklif olunan qanun layihəsinin əleyhinə səs verərsə, onlar faktiki olaraq səsverməni ləğv edə bilərlər. Birləşmiş Millətlər Təşkilatında veto hüququ olan beş ölkəyə Çin, Rusiya, Fransa, Böyük Britaniya və ABŞ daxildir. Bu ölkələrin “əsaslı” qətnaməyə veto qoymaq imkanı var. Lakin, İsraildə veto hüququ yoxdur. Britaniya siyasi sistemi iki partiyalı sistemdir. 1920-ci illərdən etibarən iki dominant partiya Mühafizəkarlar Partiyası və İşçi Partiyası olmuşdur. Leyboristlər Partiyası Britaniya siyasətində yüksəlməzdən əvvəl Liberal Partiya Mühafizəkarlarla birlikdə digər əsas siyasi partiya idi. Israilde ise coxpartiyali sistemdir .Burada bir cox partiya möbcuddur:Avoda, Likud,Kadima,Ereb partiyalari ve s



İsrail parlamentinin rəsmi adı Knessetdir. Knesset haqqında “Basic Law” 1958-də qəbul olub. Knessetin 120 üzvü var və 15 komitə fəaliyət göstərir. Parlament seçkiləri 4 ildən bir keçirilir. Deputatlar xalq tərəfindən proporsional seçki sistemi ilə seçilir. Proporsional seçki sistemi səslərin ayrı ayrl şəxslərə deyil partiyalar verilir. Burada seçi barajı 3.25%-dir. Qey edilən 15 komitələr digərləridir: Qadınların statusu ilə bağlı komitə, Konstitusiya, qanun və ədalət komitəsi, İqtisadi, Mədəni, Maliyyə, Xarici əlaqələr və təhlükəsizlik, Daxili İşlər Komitəsi, İmmiqrasiya komitəsi, Ətraf-mühit komitəsi, Əmək komitəsi-İşçi komitə, Elm və texnoloji tədqiqat və İnkişaf komitəsi, Dövlət nəzarəti komitəsi, Narkotiklərə qarşı mübarizə komitəsi, Uşaqların statusu ilə bağlı komitə, Xarici işçilərlə bağlı komitə. Böyük Britaniyanın tərkibində 4 fərqli ölkə olduöuna görə seçki sistemlərin sayı daha çoxdur. Burada beş ses vermə sistemu var : ilk-keçmiş post, Alternativ Səs, Əlavə Səs, Tək köçürülə bilən səs, Əlavə Üzv Sistemi. Həmçinin, Böyuk Britaniyada, İcmalar Palatasının və Lordlar Palatasının işinin çox hissəsi təxminən 10-50 deputat və ya Lorddan ibarət komitələrdə baş verir. Bu komitələr hökumət siyasətindən və təklif olunan yeni qanunlardan tutmuş iqtisadiyyat kimi daha geniş mövzulara qədər məsələləri ətraflı araşdırır. Böyük Britaniya parlamentində müxtəlif növ komitələr var: Bütün palatanın komitəsi, müxtəlif məqsədlər üçün daimi komissiyalar, seçim komitəsi, müştərək komitə və özəl üzv qanun komitəsi.

Son olarag qeyd etmek isterdim ki, bu iki dövlət arasındakı əsas fərqlər; Burada idareetme formalarinin fərqliliyini göstərmək olar, həmçinin parlamentlərindəki fərqlər;İsraildə birpalatalı ,Böyük Britaniyada isə ikipalatalı olmasıdır. Eyni zamanda Böyük Britaniyada veto hüququnun olmasına baxmayaraq,İsrailde ise veto hüququnun olmamasıdır.Daha sonra ən böyük oxşarlıqları isə: Konstitusiyalarının olmaması, hər iki ölkədə də icraedici hakimiyyətin Baş Nazir və Nazirlər Kabineti olmasi,iki dövlətində komitələrinin olmasını misal göstərmək olar.
Yüklə 112,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin