Request for proposals



Yüklə 26,47 Kb.
tarix14.07.2018
ölçüsü26,47 Kb.
#56524

description: description: usaid: from the american people






Socio-Economic Development Activity (SEDA)


QOŞMA A


QİYMƏT TƏKLİFİ VERƏN TENDER İŞTİRAKÇILARI ÜÇÜN TƏLİMAT

İcmadaxili Yolun Asfaltlanması


  1. Tenderin keçirildiyi dil: Təklif Təftiş Komitəsi tərəfindən təyin edildiyi kimi, tenderdə iş dili Azərbaycan dilidir




  1. Uyğunluq tələbləri: Maraqlı şirkətlər qiymət təklifi ilə birlikdə tələblərə uyğun olan aşağıdakı sənədləri təqdim etməlidir:




  • Qeydiyyat sənədləri;

  • Qiymət təklifi verənin (İddiaçı) tam adı, hüquqi statusu nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə;

  • Bank rekvizitləri;

  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (arayış təqdim edilmədiyi təqdirdə, təşkilat tenderdən kənarlaşdırılacaqdır);

  • Vergi dərəcəsi (2%, 4% və ya 18%) haqqında arayış;

  • SEDA Layihəsinə qiymət təklifi verən təşkilatların layihənin icrası üçün tələb olunan bütün lisenziya və icazə sənədləri olmalıdır;

  • Təqdim olunan qiymət təkliflərinin etibarlılıq müddəti minimum 60(altmış) gün olmalıdır. Zəhmət olmasa Qoşma C-nin müvafiq bölməsində aydın qeyd edəsiniz;

  • İddiaçının son (12 ay) bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

  • İddiaçının son 3 illik təcrübəsində icra etdiyi fəaliyyətin siyahısı - göstərilmiş dəyərdə oxşar layihə yerinə yetirməsi haqda sənədi;

  •  Əvvəlki layihələrin mənfəətçilərindən (imzalanmış, möhürlənmiş, əhəmiyyətli və müsbət) rəy/arayış (3 arayışın təqdim edilməsi vacibdir) ;

  • İddiaçı şirkətin tender təklifi üçün müvafiq əmlak və işçi heyətinin siyahısı;

  • Bu ancaq avans tələb edən şirkətlərə şamil olunur: Tələb olunan avans ödənişinə dəyərcə bərabər olan avans ödənişi üzrə bank zəmanəti müqavilənin icrasına başlandıqdan sonrakı 5 iş günü ərzində tələb edilməlidir.

Aşağıdakı şirkətlərin tenderə təklif verməsi məqsədəuyğun hesab edilmir:

  • Qeydiyyatdan keçməyən

  • 3 ildən az müddətdə fəaliyyət göstərən

  • Hazırda ABŞ hökuməti müəssisəsi/təşkilatı ilə iş birliyindən çıxarılmış yaxud kənarlaşdırılmış olan

  • İşin icrası ilə bağlı günahkar hesab edilmiş və yaxud qanun pozuntusuna yol vermiş,

dələduzluq, bədxərclik, oğurluq, saxtakarlıq, rüşvətxorluq yaxud yalan kimi hüquq pozuntusuna yol verərək məsuliyyətə cəlb olunmaq və ya günahkar hesab edilməklə biznesdə toxunulmazlıq və düzgünlüyün olmamasına dəlalət edən cəhətlərin olması

  • ABŞ tərəfindən maliyyələşdirilmiş bir və daha artıq müqavilənin cavabdehliyi yerinə yetirə bilməməsi səbəbindən ləğv edilməsi. İflasa uğrayan və yaxud iflas həddinə çatma

  • Azərbaycan Hökumətinin nizamnaməsinə uyğun olaraq dövlət sosial təminat və vergi ödənişlərini ödəməyən

  • Təqdim olunan Qiymət təklifi sənədində EWMI-SEDA faktlarını qəsdən təhrif edən




  1. İşin Həcmi: Materialların alınması, daşınması və quraşdırılması kimi tələb olunan işi yerinə yetirmək məqsədi ilə aşağıda göstərilmiş işlər icra olunmalıdır:




  • Tələb olunan təchizat və materialların sahəyə gətirilməsi və quraşdırılması

  • Tikinti sahəsinin lazımi hissələrinin təmizlənməsi və dağılmasının qarşısını almaq

  • Sahədən tullantıların təmizlənməsi və zərərsizləşdirilməsi

  • İş sona çatdıqdan sonra sahənin təmizlənməsi




  1. Qiymət Təklifi Sənədləri: İddiaçı (qiymət təklifi verən) şirkətlər elan olunmuş layihə üzrə büdcə və Tender Müraciətində qeyd olunan bütün tələb olunan sənədləri yazıb hazırlamalıdır.


Təklif üzrə büdcə
Qiymət təklifi verən şirkətlərdən ayrıca büdcə təqdim etmək tələb olunmur, material və əmək dəyərləndirilməli və miqdarı ilə birlikdə Qiymətləndirilmiş Kəmiyyət sənədində yazılmalıdır (vahidin qiyməti və cəm qiymət sütunda göstərilməlidir). Qeyd etmək lazımdır ki, bütün vergilər, icbari ödənişlər; rüsumlar və s. son qiymətə daxil edilməlidir. Bütün qiymətlər AZN ilə göstərilməlidir.


  1. Təklifin qiymətləndirilməsi: Bütün təkliflər Təklif Təftiş Komitəsi (TTK) tərəfindən müəyyən edilmiş tarixdə və ünvanda yoxlanacaqdır. Ərizəçilər prosesdə iştirak edə bilər.

Sənədlərin tamamlandığını və dəqiq olmasını təqdiq etmək üçün Təklif Təftiş Komitəsi sənədləri nəzərdən keçirəcək. Təkliflərin yoxlanılması, qiymətləndirilməsi, müqayisə edilməsi, aydınlaşdırılması məqsədi ilə TTK təklifə belə ki, vahidin qiyməti, iddiaçı tərəfindən irəli sürülən qiymətin təhlili üzrə şərhini bildirə bilər. Bu şərhlər müqavilə imzalamaq qərarından öncə istənilən mərhələdə verilə bilər. Şərhlər üçün sifariş yazılı formada gəlməlidir.


Qiymət təklifləri aşağıdakı kriteriyalara müvafiq olaraq qiymətləndirilir:


  • Qiymət

  • Təklif olunan çatdırılma vaxtı

  • Arayışlar

  • Lisenziya

  • Oxşar iş təcrübəsinin təsdiqi

  • Şirkətin yerləşdiyi yer - Layihənin icra edildiyi yerdə yerləşən, qeydiyyatdan keçmiş şirkətlərə üstünlük veriləcəkdir




  1. Seçim: EWMI Təklif Təftiş Komitəsi üzvlərinin tövsiyyələrini nəzərə alaraq son qərarını verəcəkdir. Tenderin qalibi məktub vasitəsilə bildiriləcəkdir.




  1. Ərizəçilər üçün qeydlər:

  • Lazım gələrsə sənədlərin əlavə surətlərə sənəd paketinə əlavə edilir

  • Hər bir səhifənin sıra nömrəsi yazılmalıdır

  • Təklifin bir surətinin ərizəçidə qalması tövsiyyə olunur

  • Təqdimat üçün son tarixdən gec təqdim olunan sənədlər qəbul edilməyəcəkdir

  • Tender paketinə daxil olan bütün formalar doldurulmalı və təsdiq edilməlidir

  • Bütün ərizəçilər eyni sənədlər alacaqdır. Orijinal sənədlərdəki maddə və şərtlərdə düzəlişlər yaxud dəyişiklik etmək qadağandır

  • Ərizəçilər elan edilmiş bir və ya daha artıq layihə üçün qiymət təklifi təqdim edə bilər




Yüklə 26,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin