0
AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
SƏRBƏST İŞ
Tələbə: Mədinə Cavadzadə
Müəllim: Akif Hacıyev
Fakültə:
Təhsil 1
İxtisas: Xarici dili müəllimliyi (ingilis dili üzrə)
Qrup: 103b
Fənn: Təhsildə İKT
Mövzu: Antivirus proqramları (təsnifatı)
BAKI-2023
1
Antivirus proqramları (təsnifatı)
Kompüterinizin virusa yoluxub-yoluxmadığını təyin edən “anti-virus”
proqramları da var. Bu proqramlar, kompüterinizin virus ola biləcək hər tərəfini
(yaddaş, boot sector, işlədilə bilər proqramlar, sənədlər və s.) darayırlar. Bu
proqramların virus təyin etmə üsulları müxtəlifdir:Bunlar aşağıdakılardır. Öz
verilənlər
bazalarındakı virusların imzalarını kompüterinizdə axtararlar.
Proqramlarınızı virus ola biləcək zərərli kodlara qarşı analiz edirlər. Günümüzdəki
məşhur anti-virus proqramlarının verilənlər bazalarında minlərcə virus imzası və
bunların variantları vardır. Bir proqramın viruslu olduğundan şübhələnirsinizsə,
bu vəziyyətdə, əvvəlcə sakit olun. Edəcəyiniz ilk iş, o an istifadə etdiyiniz bütün
tətbiqləri bağlamaq, etdiyiniz işləri saxlamaq olsun. Ardından, bir antivirus
proqramı ilə kompüterinizi darayın. Hər vaxt üçün, istifadə etdiyiniz antivirus
proqramının yeni bir distributivini əldə etməyə çalışın. Əgər kompüterinizin sistem
sahələri də təsirlənmişsə, bu vəziyyətdə kompüterinizi bağlayın.
İnformasiyanın qorunması üçün istifadə edilən əsas vasitə qiymətli
məlumatların ehtiyat köçürülməsidir (surətinin alınmasıdır). Kompüterin bərpa
edilməsi ehtiyat daşıyıcıda saxlanan verilənlərin köçürülməsi ilə başa çatır.
İnformasiyanın qorunmasının proqram metodu deyəndə antivirus proqramlarından
2
istifadə edilməsi nəzərdə tutulur. 1974-cü ildə ARPANET şəbəkəsinin kommersiya
variantı olan Telnet şəbəkəsi yaradılır.
Proqram yerini serverlər arasında müstəqil dəyişə bilirdi. Kompüterə daxil
olandan sonra ekrana “I’M THE CREEPER… CATCH ME IF YOU CAN” (“Mən
Kriperəm…bacarsan məni tut”) məlumatı çap edilirdi. Mahiyyət etibarilə bu
proqram virus deyildi. Ona görə ki, nə destruktiv, nə də casus xarakterli
əməliyyatlar yerinə yetirilmirdi.
1975-ci ili antivirus proqramlarının yaradılması tarixi kimi də xarakterizə
etmək olar. Belə ki, həmin ildə BBN kompaniyasının digər əməkdaşı Rem
Tomlinson The Creeper virusunun təsirini aradan qaldırmaq üçün nəzərdə tutulan
The Reepet adlanan xüsusi antivirus proqramı yazır. Proqram virusu tapan kimi
onun fəaliyyətini dayandırırdı.
Həmin vaxtdan etibarən kompüter virusları və antivirus vasitələri arasında
belə demək caizsə, silahlı qarşıdurma və ya yarış davam edir. 1980-cı ilin
fevralında Dortmund universitetinin tələbəsi Yurgen Kraus “Özüçoxalan
proqramlar” mövzusunda diplom işi yazır. Bu diplom işində nəzəri mülahizələrlə
bahəm ciddi özüçoxalan proqramların mətni də verilmışdi. Əslində bu proqramlar
Siemens kompüterlər üçün virus proqramlar deyildi. Belə yazılarda adətən Animal,
Creeper, Cookie Monstr və Xerox worm kimi proqramlar virus proqramları kimi
təqdim edilir. Fərdi kompüterlər üçün ilk məşhur viruslar Virus 1,2,3 və Elk
Cloner proqramları hesab edilir. Bu virusların hər ikisi funksionallığına görə çox
oxşar idi və bir-birindən aslı olmadan kiçik vaxt fərqi ilə 1981-ci ildə yaradılmışdı.
1977-ci ildə ilk Apple Fərdi Elektron Hesablama Maşınının və şəbəkə
strukturunun yaradılması ilə kompüter virusları tarixinin yeni dövrü başlanır. Bu
dövrdə troya vandal proqramları da yaradılır. Belə proqramlar öz destruktiv
fəaliyyətini müəyyən qədər vaxt keçəndən sonra və ya müəyyən şərtlər ödənəndə
yerinə yetirirdi. 1987-ci ildə amerikalı proqramçı Ralf Berger viruslarla mübarizə
metodları haqqında kitab yazır. Bu kompüter virusları tarixində mühüm mərhələ
oldu. 1990-cı illərin ortalarından başlayaraq kompüter virusları əleyhinə mübarizə
getdikcə güclənir. ABŞ və İngiltərə kimi ölkələrdə kompüter virusları yazan və
3
onları yayanlara qarşı bir sıra səs-küylü məhkəmə prosesləri aparılır.
Təqsirləndirilənlər cərimələnir və cərimələrin məbləği getdikcə artırılır. Antivirus
proqram təminatı daim təkmilləşdirilir, virusların yayılmasının və dağıdıcı
fəaliyyətinin qarşısının alımasında onların rolu xeyli gücləndirilmiş olur.
Antivirusdan söhbət gedirsə bu sahədə ən görkəmli simalardan birinin Yevgeniy
Kasperski olduğu şübhəsizdir.
1989-cu ildə məxfi dövlət Elmi Tədqiqat İnstitutunun əməkdaşı olan
Y.Kasperskinin kompüterinə Cascade virusu düşür. Kasperski virusu aradan
qaldırmaq üçün həyatında birinci dəfə antivirus proqramı yazır. Bu iş ona çox
maraqlı gəlir və o bu problemlə ciddi məşğul olmağa başlayır. O bir sıra iri
kontraktlardan xeyli vəsait qazanır və gəlirinin çox hissəsini biznesin inkişafına
xərcləyir. Y.Kasperskinin kompaniyası 1997-ci ilin iyun ayından fəaliyyət göstərir.
Antivirus sahəsində Y.Kasperski dünyanın aparıcı ekspertlərindən biridir. Onun
yaratmış olduğu “Kasperskinin Laboratoriyası” mərkəzi ofisi Moskvada yerləşən
beynəlxalq kompaniyalar qrupudur. Kompaniyanın İngiltərə, Çin, Fransa, ABŞ,
Almaniya, Rumıniya, Yaponiya, Cənubi Koreya, Niderland, Polşa, Birləşmiş Ərəb
Əmirlikləri və Kanadada nümayəndəlikləri var. Kampaniya özünün partnyorlar
(tərəfdaşlar) şəbəkəsində dünyanın 60-dan çox ölkəsində yerləşən 500-dən çox
kompaniyanı birləşdirir.
“Kasperskinin Laboratoriyası” kompüter viruslarından, spamlardan və xaker
hücumlarından müdafiə sistemlərinin yaradılması üzrə ixtisaslaşmışdır. Bu
kompaniya İnternetlə yayılan təhlükələrdən informasiyanın müdafiə edilməsi üçün
tətbiq edilən proqram təminatının satışından əldə edilən gəlirin həcminə görə
dünya üzrə beş aparıcı kompaniyadan biridir. Kompaniya genişlənir və inkişaf
edir. Bu laboratoriyanın təkcə Moskva ofisində çalışan əməkdaşlarının sayı 1500-
dən, əməkdaşlarının ümumi sayı isə 2500-dən çoxdur.
Kasperskinin laboratoriyası həm adi, həm də ixtiyari miqyasa malik olan
korporativ şəbəkələrdə informasiyanın təhlükəsizliyini təmin edən proqram
təminatı hazırlayır. Kompaniyanın məhsullarından Windows, Linux, Mac və s.
kimi populyar əməliyyat sistemlərində də istifadə edilir. Kasperskinin antivirus
4
proqramının nüvəsindən Microsoft (ABŞ), Cheek Point Softwre Texnologies
(İsrail, ABŞ), Juniper (ABŞ), Nokia İCG (ABŞ), F-Secure (Finlandiya), Aladdin
(İsrail), Subari (ABŞ), Deerfield (ABŞ), Alt-N (ABŞ), Microworld (Hindistan),
BorderWare (Kanada) və s. kompaniyalar öz məhsullarının hazırlanmasında
istifadə edirlər. “Kasperskinin Laboratoriyası” kompaniyasının məhsulları
Microsoft, IBM, Intel, Cisco Systems, Red Hat, Citrix Systems, Novell və s. kimi
dünyanın aparıcı aparat və proqram təminatı istehsalçılarının sertifikatlarını
almışdır.
1990-ci illərin əvvəllərinə kimi antivirus proqramları virus kodunun
nümunələrindən (onlarla siqnaturadan) ibarət olurdu. 1992-ci ildə polimorf kod
generatoru MtE meydana gələndən sonra istənilən proqramçı daim dəyişən kodla
polimorf virus yarada bilirdi. Belə vəziyyətdə kod emulyatorundan istifadə etmək
zərurəti yaranmışdı. Sistem polimorf virusun şifrələnən hissəsini açıb virusun
daimi hissəsini müəyyən etməli idi. Emulyatora malik ilk antivirus proqramını da
(AVP) Yevgeniy Kasperskiy yaradır. Həmin dövrdə kod emulyatorlarından başqa
kriptotəhlil, statistik təhlil, evristik təhlil və davranış blokiratorları kimi virusdan
müdafiə sistemləri yaradılır.
1998-ci ildə iki amerikalı yeniyetmənin yaratdıqları virus ABŞ müdafiə
nazirliyinin 500-dən çox kompüterinə yoluxandan və nəticədə nazirliyin işi praktik
olaraq iflic vəziyyətinə düşəndən sonra dövlət də, cəmiyyət də başa düşməyə
başladı ki, kompüter viruslarının törədə biləcəyi təhlükə kütləvi qırğın silahlarının
törətdiyi təhlükədən az olmaya bilər. Bundan sonra əvvəlcə Pentaqon, onun
ardınca isə bütün iri korporasiyalar keyfiyyətli və etibarlı antivirus proqram
təminatına sifarişləri artırırlar. Bu da daha keyfiyyətli antivirus proqram təminatı
vasitələrinin yaradılmasını stimullaşdırırdı. Bu cür vəziyyət dolayı yolla müxtəlif
sahələrdə, o cümlədən şəbəkələrdə informasiya təhlükəsizliyi sisteminin
inkişafında müsbət rol oynadı. Yəni insanlar anlamağa başladılar ki, təhlükə təkcə
viruslardan yaranmır.
Windows əməliyyat sistemi yaranandan və İnternetdən istifadə genişlənəndən
sonra kompüter virusları ilə mübarizə daha da kəskin şəkil alır. Hazırda dünyada
5
antivirus proqram təminatının işlənib hazırlanması ilə 60-a qədər kompaniya
məşğul olur.
Microsoft Securiti Essentials pulsuz antivirusdur. Bu antivirus öz imkanlarına
görə pullu antiviruslardan geri qalmır. Hal-hazırda demək olar ki, kompüter
istifadəçilərinin hamısı daim virus bazaları ilə yenilənən antivirus vasitələrindən
istifadə etmək məcburiyyətindədir.
Dr.Web antiviruslar ailəsi poçt və şəbəkə soxulcanlarından, putkitlərdən
(aşkar və ləğv edilməsi daha mürəkkəb olan viruslardan), fayl viruslarından, troya
proqramlarından, stels-viruslardan, polimorf viruslardan, cansız (cisimsiz)
viruslardan, makroviruslardan, MS Office sənədləri yoluxduran viruslardan, casus
proqram təminatından, parol oğurlayan proqramlardan, klaviatura casuslarından,
pullu zəng proqramlarından, reklam proqram təminatından, potensial təhlükəli
proqram təminatından, xaker utilitlərindən və s. mudafiə üçün nəzərdə
tutulmuşdur.
Antivirus ESET NOD32. 1988-ci ildə Çexoslovakiya televiziyası ilə “Şəhər
kənarında xəstəxana” adlı maraqlı serial göstərirdilər. İlk kompüter virusları da
diskin kənarinda yerləşən boot-sektora hücum edirdilər.
Antivirusun adındakı NOD abbreviaturası da bundan götürülmüşdür. NOD
(Nemocnica na Okraji Disku və ya Disk kənarında xəstəxana). Antivirus NOD32
32 və 64 mərtəbəli Windows əməliyyat sistemlərini himayə edir. Bu antivirus
sistemi asinxron yoxlaya bilir. Antivirus makrovirusu tapmaq üçün MS Word və
Excel faylların daxili quruluşunu təhlil edir. NTFS fayl sistemini himayə edir.
1989-cu ildə Con MakAfi ABŞ-da öz antivirus kompaniyasını yaradır. Bir
neçə aylıq gərgin işdən sonra McAfee VirusScan antivirus proqramı yaradılır.
Kompaniya antivirusu istifadəçilərə pulsuz verirdi. Ona görə də bu
kompaniya əvvəlcə Kaliforniya ştatında, sonra da bütün ölkədə istifadəçilərin çox
böyük məhəbbətini qazandı.
Panda Security antivirus proqramı minimal resurslardan istifadə etməklə
virusdan səmərəli mudafiənin həyata keçirilməsini təmin edə bilir. Panda
firmasının məhsulları məişət və korporativ kompüter istifadəçilərin informasiya
6
təhlükəsizliyini təmin edir. Bu kompaniyanın dünyanın 200-dən çox olkəsində
müştəriləri, 50-dən çox olkəsində isə ofisləri var.
Antivirus Panda faktiki iki moduldan ibarətdir – Panda Ultrafast və Panda
SmartClean2. Birinci modul — süni intellektin bəzi texnologiyalarından və
mexanizmlərindən istifadə etməklə virusları tapır və zərərsizləşdirir. İkinci modul
isə virusun törətdiyi nəticələri aradan qaldırır.
AVAST kompaniyasının əsası 1991-ci ildə Çexoslovakiyada qoyulmuşdur.
Kompaniyanın baş ofisi Praqada yerləşir.
Avast! antivirus proqramı Windows, Lınux, Mac OS əməliyyat sistemləri,
həmçinin Palm, Android və Windows CE platformalı kompüterlərdə (cibdə
gəzdirilən fərdi kompüterlərdə) isifadə edilə bilir. Evdə — yəni məişətdə istifadə
etmək üçün antivirusun Free-pulsuz; Pro, Internet Security və Premier kimi pullu,
həmçinin qeyri-kommersiya məqsədi ilə istifadə edilən variantları buraxılır.
Anivirusun orta və böyük biznes üçün Endpoint Protection, Endpoint Protection
Plus, Endpoint Protection Suite və Endpoint Protection Suite Plus kimi versiyaları
mövcuddur. Antivirusun serverlər üçün File Server Security və Email Server
Security kimi versiyaları vardır. Avast antivirus proqramı ICSA Labs
(təhlükəsizlik məhsullarının o cümlədən antivirusların tədqiqi, sınaqdan
keçirilməsi və sertifikatlaşdırılması ilə məşğul olan) beynəlxalq assosiasiyanın
sertifikatını almışdır.
Proqramın adı “avast” ingiliscə “anti-virus advansed set” – “qabağa çəkilmiş
antivirus yığımı” mənasını verən ifadənin qısaldılmış formasıdır. Nədənsə ingilis
dilində dayan! mənasını verən avast sözünün də olmasına uzun muddət fikir verən
olmayıb.
Avast! Free ən populyar pulsuz antivirus hesab edilir. Dünya üzrə avast!
antivirus istifadəçilərinin sayı təxminən 200 milyona çatır. 1995-ci ildən
başlayaraq Avast firması təkcə antivirus məhsulları yaratmaqla məşğuldur. 2010-
cu ilə kimi bu firma ALWIL Software adlanırdı. 2010-cu ildə bu firmanın adını
dəyişdirib AVAST Software qoydular. Bu firma 1988-ci ildə işə yeni başlayanda
7
onun əməkdaşlarının sayı 5-6 nəfərdən ibarət olub. İndi bu firmada yüzlərlə
mütəxəssis çalışır.
Beləlikə, son olaraq qeyd etmək lazımdır ki, hər bir kompüter istifadəçisi
viruslardan daim müdafiə olunmalı və bu məqsəd uğrunda daim mübarizə aparmaq
üçün mütləq istifadə etdiyi fərdi kompüterinə tanıdığı antivirus proqramını
yükləməlidir. Yerinə yetirilən bu əməliyyat həm onun kompüterdən istifadəsini
sadələşdirər, həm də ki, ona məxsus olan kompüterdən uzun müddət səmərəli
istifadə etməsinə imkan verər.
8
ƏDƏBİYYAT SİYAHISI
1.
Xəlilov M.S., Həsənova N.Ə. İnformatika. Bakı: BDU, 2015
2.
Kərimov S.Q., Həbibullayev S.B., İbrahimzadə T.İ. İnformatika. Ali
məktəblər üçün dərslik. Bakı: ADNA, 2011.
3.
Quliyev N.Ə., Şamilov Z.Ə. İnformatika. Bakı: Vətən, 2013
4.
İbiyev F., Məmmədov F., Seyidzadə E. Kompüterin əsasları. Əməliyyat
sistemi. Təlim vəsaiti. Tempus Proqramı. Qafqaz Universiteti. Bakı: Şərq-Qərb,
2014.
Dostları ilə paylaş: |