Soyad: Səmədova Fakültə: Beynəlxalq İqtisadiyyat Məktəbi



Yüklə 18,96 Kb.
tarix29.10.2017
ölçüsü18,96 Kb.
#21301

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



1436783853670320445_1000x669 — копия.jpg

Sərbəst iş №3

Ad:Nazpəri

Soyad:Səmədova

Fakültə:Beynəlxalq İqtisadiyyat Məktəbi

İxtisas:İqtisadiyyat

Kurs və Qrup:I kurs,Qrup 1061

Fənn:Mülki Müdafiə

Rəhbər:Məmmədov Vahid

Sərbəst işin mövzusu:Respublikamızın ərazisində baş verə biləcək təbii və texnogen xarakterli F.H.

BAKI-2015

Məlum olduğu kimi, sülh dövründə mülki müdafiənin əsas vəzifələrindən biri -əhalini və xalq təsərrüfatını təbii fəlakət və texnogen xarakterli fövqəladə halların nəticələrindən mühafizə etməkdir.

Hər cür təbii fəlakət və istehsalat qəzası nəticəsində yaranan vəziyyətə - sülh dövründəki fövqəladə hallar deyilir.Belə hallarda əhalinin normal həyat fəaliyyəti pozulur, onların nəticələri isə adamlara, ətraf mühitə və xalq təsərrüfatına ciddi zərər yetirə bilir.

Sülh dövründəki fövqəladə hallar, özlərinin mənşəyi (baş verməsinin səbəbləri), eləcə də sahə mənsubiyyəti və nəticələrinin miqyasına görə müxtəlif növlərə ayrılır.

Respublikamızın ərazisində mənşəyinə görə həm kortəbii fövqəladə hallar (FH) –cürbəcür təbii fəlakətlər; həm texnogen mənşəli FH – müxtəlif istehsalat və nəqliyyat qəzaları; həm də ekoloji FH – dəniz suyu səviyyəsinin yüksəlməsi və ya enməsi, geniş ərazilərdə torpaqların aşınması və s. mümkündür.

Fiziki–coğrafi şəraitinə görə Azərbaycan Respublikası ərazisində ən çox səciyyəvi olan təbii fəlakətlər – zəlzələ, sel, sürüşmə və uçqunlar, çöl-meşə yanğınları və bir sıra dağlıq rayonlarda marxallar (qar uçqunları) sayılır.



Zəlzələ-yerin təkində suxurların yerdəyişməsi sayəsində yer qabığının müəyyən sahələrinin titrəməsidir.Zəlzələnin dağıdıcı gücü 12 baldan ibarət olan olan beynəlxalq şkala ilə müəyyən olunur.

Respubilkamızın bütün ərazisi zəlzələ təhlükəli (seysmik) zona sayılır.Şamaxı-İsmayıllı, Şəki-Balakən, Gəncə-Göygöl və Naxçıvan Muxtar Respubilkasının rayonlarında 9 baladək zəlzələ ehtimallı zonalar sayılır.Belə zonalar ərazimizin dörddə biri qədərini təşkil edir, burada əhalinin təxminən 20 faizi yaşayır.Təsəvvür üçün qeyd edək ki, 8 bal güclü zəlzələ dağıdıcı zəlzələ adlanır; bu zaman hər cür binalar (iri və ya xırda bloklu, panel, karkaslı və s.) xeyli dərəcədə zədələnir, panellərin, karkasların birləşdirilməsi yerlərində çatlar

əmələ gəlir.Bir sıra tikililər,xüsusən zəlzələ təhlükəsi nəzərə alınmadan inşa

olunanlar qismən, yaxud tamamilə dağılır.Buna görə də 1990-cı ildən başlayaraq ölkəmizdə tikinti işlərinin layihələşdirilməsidə və inşasında bu vəziyyət hökmən nəzərə alınır; çünki, inşaatda müəyyən olunmuş seysmik davamlılıq normalarına riayət etməklə zəlzələnin dağıdıcı nəticələrini xeyli azaltmaq mümkündür.

Azərbaycan dünyanın selə ən çox məruz qalan ölkələrindən biridir; respubilka əhalisinin beş faizdən çoxu sel qorxulu ərazidə yaşayır.Böyük Qafqazın cənub yamaclarından axan çayların əksəriyyətində hər 3-5 ildən bir güclü sel olur. Bunlar respubilkanın təsərrüfatlarına milyonlarla manatlıq zərər vurur.Sellər adətən qəflətən başlayır.Güclü leysan yağışları, bəzən isə qarın sürətlə əriməsi nəticəsində dağ yamaclarından axıb tökülən su özü ilə gil, çınqıl, daş, hətta qaya parçalarını da axıdıb gətirir,qarşısına çıxan hər şeyi yıxıb dağıdır, əkin sahələrini yararsız hala salır, su qurğularını, rabitə-elektrik xətlərini, körpüləri, bir sıra hallarda isə sənaye və kənd təsərrüfatı tikililərini məhv edir, əhali üçün həmçinin çox ciddi təhlükə törədir.

Daşqın zamanı isə ərazinin xeyli hissəsini müəyyən müddətə su basır.Belə hal su qovşaqlarının, su-elektrik stansiyaları bəndlərinin zəlzələ və digər səbəblərdən yarılması nəticəsində də baş verə bilər ki, bu zaman xeyli ərazi, oradakı yaşayış məntəqələri, təsərrüfat obyektləri su altında qalar, yəni, fəlakətli daşqın zonası yaranar.Bu təhlükə daha ciddidir.Belə ki, respublikamızın nisbətən məhdud ərazisində ondan artıq su elektrik qovşağı və su anbarları tikilmişdir.

Mingəçevir su elektrik stansiyasının, Araz su qovşağının, Sərsəng su anbarının və digər su anbarlarında bəndlərin hündürlüyü onlarla metr, sututumu isə milyonlarla kub metrə qədərdir.Onların əhali və xalq təsərrüfatı üçün yaratdığı təhlükənin miqyası da olduqca böyükdür.

Buna görə də müvafiq rayonlarda MM tədbirləri planlaşdırılarkən fəlakətli daşqın təhlükəsi xüsusi olaraq nəzərə alınmalıdır.

Yanğın isə, od insanların nəzarətindən çıxdıqda, habelə səhlənkarlıq üzündən, bəzən də istehsalat qəzası və təbii fəlakət nəticəsində baş verir.Respublikanın ərazisində istehsalatla əlaqədar çox güclü yanğın və partlayış qorxusu törədən çoxlu obyektlər yerləşir.Bunlarla yanaşı, zəlzələ nəticəsində və digər səbəblərdən neft-qaz kəmərlərinin və tutumların dağılması üzündən müxtəlif miqyasda yanğın zonaları yarana bilər.

Respublikanın bəzi rayonlarında meşə yanğınları (meşələr ərazimizin 11 faizini təşkil edir) baş verir.Belə yanğınlar əsasən güclü istilər və insan ehtiyatsızlığından baş verir. Qışda baş verən təbii fəlakətlərdən biri də - güclü qar yağması və çovğun nəticəsində yaranan qar yığınlarıdır; 16-24 saatadək fasiləsiz yağan güclü qar kənd yerlərində əhalinin kənd təsərrüfatı işlərinə və şəhər təsərrüfatına xeyli mənfi təsir göstərir, nəqliyyatın, bəzən də müəssisələrin işini pozur.Marxallar-qar uçqunları isə ölkəmizin bütün yüksək dağlıq sahələrində, xüsusən Balakən, Qax, Kəlbəcər, Ordubad və bir sıra digər rayonlarda müşahidə edilir.Bəzən güclü marxallar həcmi milyonlarla kubmetrə çatan qar uçqunu şəklində geniş ərazini əhatə edib çoxlu maddi zərərə, tələfatlara səbəb olur.



Respublikamızın ərazisində ehtimal olunan texnogen mənşəli fövqəladə hallar əsasən güclü istehsalat və nəqliyyat qəzalarından ibarətdir.İstehsalat qəzası-sənaye, energetika müəssisələrində, nəqliyyatda və digər obyektlərdə istehsal prosesinin gözlənilmədən pozulması ilə əlaqədar maddi sərvətlərin məhv olmasına deyilir. İnsan tələfatı ilə nəticələnən güclü qəzalar faciə (katastrofa) adlanır.Daha çox ehtimal olunan hallara neft emalı, kimya sənayesi müəssisələrində partlayış və yanğınlarla müşayiət olunan istehsalat qəzaları aiddir.

Güclü təsirli zəhərli maddələr (GTZM) istehsal edilən, işlədilən və daşınan kimyəvi təhlükəli obyektlərdə qəzalar daha fəlakətlidir.Respublikanın iri şəhərlərində və həmçinin bir sıra rayonlarda xeyli belə obyektlər yerləşir.Bunlar ammonyak işlədilən iri soyuducu qurğulara malik ət-süd sənayesi obyektlərindən, ərzaq məhsulları bazalarından; xlordan

istifadə olunan su təchizatı və təmizləyici qurğulardan; güclü təsirli zəhərli maddə (GTZM) sisternləri təmizlənən dəmir yolu stansiyalarından; kənd təsərrüfatı üçün kimyəvi preparatlar, dezinfeksiya –deratizasiya maddələri ehtiyatları saxlanılan iri anbar və bazalardan ibarətdir. Burada 20-dən artıq cürbəcür güclü kimyəvi maddələr olur.Qəza nəticəsində onların tutumlardan axıb ətrafa yayılması havanı və adamların tənəffüs üzvlərini ağır zədələyə bilər, bir sıra hallarda isə ölümə səbəb olar. Fövqəladə hallarda adamları mühafizəsini təşkil etmək üçün bütün bunlar nəzərə alınmalıdır. İstehsalat qəzalarının səbəblərini araşdırarkən məlum olur ki, belə hallar çox vaxt işçinin istehsalat texnologiyasını pozması, itismar və təhlükəsizlik qaydalarına dəqiq riayət etməməsi, öz vəzifəsinə məsuliyyətsiz yanaşması və ya onun öhdəsindən gələ bilməməsi nəticəsində baş verir.Respublikamızda belə halların baş verməməsi üçün tam ompleks tədbirlər həyata keçirilir.
Yüklə 18,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin