Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən



Yüklə 117,72 Kb.
Pdf görüntüsü
tarix15.04.2022
ölçüsü117,72 Kb.
#115310
növüYazı
Adab




Ədəb ya Hu!

BismiHu.


Xulasə edək sözü, incitməsin bizi, sizi. “Şübhəsiz ki, sən böyük bir əxlaq

üzərindəsən”. Ədəb üzərinə geydirilmış ədəbsizlik pərdəsi, nə yazıq ki, insanları

amansız bir şəkildə kor etmişdir. Şeytan insana “inkar et” deyər. O da inkar

edincə: “Mən, həqiqətən, səndən uzağam, çünki mən Aləmlərin Rəbbi olan

Allahdan qorxuram!” deyər. Allahdan qorxmayan kimsə şeytandan daha şiddətli

deyilmi?! Həm zülm edənləri, həm də məzlumları ədəb və əxlaqın bütövlüyünə

varis olmaqla xilas etmək mümkündür. Bu ədəbdən vaz keçiləcəyi təqdirdə

Allah ilə aramızda getdikcə böyüyən bir qəflət məsafəsi yaranacaq. Nə qədər acı

da olsa, görünən odur ki, bu qəflət məsafəsini doldurmuş olan ədəbsizlik

pərdələri yer üzərində haqq və ədaləti bərqərar etmə ümidi ilə vurnuxan bəşər

övladlarını iflic vəziyyətinə salmışdır. Əgər insan ilahi yolda zirvələrə

yüksəlmək istəyirsə, öncə nəfsini ayaqlar altına alaraq, əvvəlcə ədəb pilləsinə

qədəm basmalıdır. Şagirdin ustaya qarşı ədəbsizliyi onu peşəyə yiyələnməkdən

məhrum etdiyi kimi, Allaha qarşı sərgilənən ədəbsiz davranışlar da insanı

mənəvi hallardan məhrum edər. Deməli, bu yolda mətin addımlarla irəliləmək

istəyənlər ədəbə diqqət etmək məcburiyyətindədirlər! Insan ədəbi qədər

nəsiblənər. “Qəlbim ağlımdan soruşdu: “Din nədir?” Ağlımsa qəlbimin qulağına

pıçıldadı: “Din, ədəbdən ibarətdir”. İnsan kimə və nəyə qarşı ədəbli olmalıdır?

Əlbəttə ki, öncə Allaha qarşı. Yaradana qarşı ədəbli olmaq Onun kəlamına, əmr

və yasaqlarına, sevdiklərinə qarşı əxlaqi həssaslıqla yanaşmaqdır. Günah

işləyərkən onun böyüklüyünə və ya kiçikliyinə deyil, kimə qarşı işlədiyinə bax!

“Əlindən və dilindən başqalarının əmin olduğu kəs müsəlmandır”. “Ədəbi

olmayanın imanı da yoxdur”. Ədəb nədir?

Evdən çıxandan sonra qarşılaşacağın hər bir insanı özündən üstün biləsən. Ədəb

yəni tərbiyə, əxlaq, nəzakət qaydaları.Ədəb olmadan mənəvi olaraq hər hansı bir

səviyyəyə yüksələbilmək mümkün deyil. Əks halda ibadət və əxlaqdan geriyə,

quru bir iddia və faydasız bir yorğunluq qalar. Nə imanın, nə ibadətlərin, nə də

xidmətlərin dadından həzz feyz alına bilməz. Ədəb: 1.Danışdığın zaman dilini

qorumaq, 2.Yalnız qaldığın zaman qəlbini qorumaq, 3.Çölə çıxdığın zaman

gözünü qorumaq, 4.Yediyin zaman boğazını qorumaq, 5.Yürüdüğün zaman

ayağını qorumaq, 6.Bütün işlərində vaxtını qorumaq. Kim əzalarını qorumaz və

vaxtını zay edərsə, onun əzaları ədəbsizliyə gedər. Kim vaxtını qiymətləndirsə,

Allah onun vaxtını və əzalarını qoruyar. Ədəbin hər nə qədər artsa qədir-



qiymətin də bir o qədər artar. Hər şey ağla möhtacdır, ağıl isə ədəbə. Özünüzü

ədəbləndirməyi öhdənizə götürün və onu adətlərin ona hakim olmasından



saxlayın. Allah buyurur:«Öz qəlbini Məndən olan qorxu ilə ədəbləndir.»

Yüklə 117,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin