Tarix:
Sinif: IX
Mövzu: Elektromaqnit induksiya hadisəsi
Məqsəd: Elektromaqnit induksiya hadisəsini, induksiya cərəyanının yaranma səbəbini, istiqamətini təcrübi yolla, istiqmətləndirilmiş mühazirə, qruplarla iş usulu ilə öyrədilməsi.
Dərsin xarakteri: Öyrədici
Dərsin növü: Induktiv
İşin forması: Qruplarla iş
Üsul: Mühazirə, BİBÖ
Resurslar: Qalvonometr,sarğac, Lens təcrübəsi, lampa, açar, naqil, kompas əqrəbi, vəkil tablosu, sabit düz maqnit.
Ədəbiyyat: Dərslik IX-cu sinif, TQDK-nın fizika dərsliyi
1) Dərsin gedişi:
Sinifdəki şagirdlər 3 qrupa bölünür
Liderlər seçilir
I qrup – Maqnit
II qrup – Ersted
III qrup – Amper
2) Motivasyanın qoyulması
Əlimdə sabit maqniti tutub, şagirdlərdən soruşuram. Bu nədir? Şagirdlər hamısı birlikdə sabit maqnitdir deyirlər. Sonra bütün qrup şagirdlərinə belə bir sualla müraciət edirəm.
Sual 1 : Onda deyin görüm sabit maqnit nədir?
Sual 2: Sabit maqnit hansı xassələrə malikdir?
Sual 3: Kainatda mövcudluğu haqqında hansı fikirləri söyləyə bilərsiniz?
Sonra komputer vasitəsiylə şagirdlərə mövzu ilə bağlı görüntülər göstərilir. Hər bir görüntü şagirdlərə tam aydınlığı ilə çatdırılır. Görüntülərdən sonra şagirdlərə belə bir sualla müraciət edirəm.
Sual 4: Maqnit sahəsi necədir və öz varlığını necə göstərir?
Komputerdə göstərilən H.Ersted təcrübəsini şagirdlərdən biri göstərməklə belə bir nəticə söylənildi ki, cərəyan keçən naqilin ətrafında maqnit əqrəbinin dönməsinə səbəb, naqilin ətrafında maqnit sahəsinin olmasıdır. Qrup şagirdləri belə bir sual cavab axtarmaq üçün düşünürlər.
Görəsən maqnit sahəsi də cərəyan yarada bilərmi?
Təcrübə 1: Bunun üçün cərəyanın çox cuzi dəyişməsini göstərən qalvonometrə maqnitin N qütbünü daxil edək. Bu zaman nə hiss etdiniz? Maqniti sayğaca daxil edəndə qalvonometrin əqrəbi çox cuzi olaraq sağa meyllənir. Deməli onda söyləyə bilərik ki, maqnitin sahəsi də öz növbəsində elektrik cərəyanı yarada bilər.
Təcrübə 2: Əgər sarğaca daxil edilən sabit maqniti sükunətdə saxlasaq vəya yerindəcə fırlatsaq bu zaman əqrəq sıfır bölgüsünü göstərir. Deməli sarğacda cərəyanın kəsildiyi göstərilir.
Təcrübə 3: İndi isə sabit maqniti sarğacdan çıxaraq bu zaman yenədə sarğacda elektrik cərəyanı yaranır. Ancaq qalvonometrə bu cərəyan əks istiqmətdə olduğunu göstərir. Deməli təcrübələrdən məlum oldu ki, sabit maqnitin sarğac daxilində yer dəyişməsi zamanı dolaqlarda cərəyan yaranır.
Sonra şagirdləri şagirdlər tərəfindən aparılan təcrübələrdən ümumi nəticə haqqında düşünürlər.
Ö.M.Taradey həm tərcümeyi halı , həmdə elm sahəsi haqqında ixtiralarını söyləmək.
Sonra qrup şagirdləri ayrılıqda bir-bir fikirlərini bildirirlər.
Nəticə: Sarğaca elektromaqnit daxil edib çıxarmaqla elektrik cərəyanı almaq mümkündür.
Nəticə: Sabit maqnitin sarğac dolaqlarını kəsib keçən, maqnit selinin ixtiyari dəyişməsi bu sarğacda elekrik cərəyanı yaradır. Bu hadisə elektromaqnit induksiya hadisəsi, təsirlə yaranan cərəyan isə induksiya cərəyanı adlandırılır.
Nəticə: Qapalı naqil konturla hüdudlanmış səthdən keçən maqnit seli dəyişən zaman bu naqildə elektrik cərəyanının yaranması elektromaqnit induksiyası adlanır
Sual 5: İnduksiya cərəyanı yaradan elektrik sahəsi haradan yaranır?
Sual 6: İnduksiya cərəyanının istiqaməti nədən asılıdır?
Təcrübə: Dayaq nöqtəsində asanlıqla fırlana bilən bütöv kəsik Al halqalara sabit maqniti yaxınlaşdıraq. Bütöv halqada induksiya cərəyanı yarandığından o maqnitdən itələnir. Maqniti uzaqlaşdırdıqda isə cəzb olunur.
Qrup şagirdlərindən biri Emili Lens təcrübəsini şagirdlərə nümayiş etdirdikdən sonra Ö.Emili Lensin elm sahəsində ixitirası haqda fikirləri söyləmək.
Nəticə: Bundan belə bir nəticə çıxarmaq olar ki, maqniti yaxınlaşdırdıqda halqanın konturundan keçən maqnit seli artır ф 0 olur. Bu zaman induksiya cərəyanı elə istiqamətdə onun yaratdığı maqnit sahəsi halqanın konturundan keçən maqnit selinin artmasına mane olur. Maqniti uzaqlaşdırdıqda isə halqanın konturundan keçən maqnit seli azalır ф 0 olur.
Nəticə: Bu halda induksiya cərəyanı elə maqnit seli yaradır ki , o da halqadan keçən maqnit selini artırır. Kəsik halqada isə heç bir effekt müşahidə edilmir. Çünki, cərəyanın yaranması üçün kontur qapalı olmalıdır.
Sonra şagirdlərə Lens təcrübəsini sağ əl qaydası ilə göstərilməsini və tabloda izahını göstərirəm.
Sual 7: Elektromaqnitlərdən, elektromaqnit induksiya hadisəsindən həyatda, nəqliyyatda, kənd təsərrüfatında və texnika da hansı məqsədlər üçün istifadə olunur? Hər bir tətbiq sahəsini şagirdlərdən maraqla dinləmək.
Mövzunu tam mənimsətmək məqsədi üçün qrup şagirdlərinə yazılı şəkildə sual verməklə cavablarını dinləmək.
I qrup: MAQNİT : Paralel məftillərdə qarşılıqlı təsir.
qüvvələri şəkildə göstərildiyi kimi olarsa, cərəyanın istiqaməti necə olacaqdır?
1) 2)
+ ф
II qrup: ERSTED: İstiqməti şəkillərdə göstərildiyi olan paralel cərəyanlar necə qarşılıqlı təsir edir?
-
+
+
-
-
-
c)
III qrup: AMPER : Troleybus xəttinin 2 hava məftili necə qarşılıqlı təsir edir.
Bir- birini cəzb edir, yoxsa itələyir?
Dərsin üsulu: BİBO metodundan istifadə etməli
Bildiklərimiz
|
Bilmək istərdik
|
Öyrəndik
|
ф = BS Cosx
FA = JBl Sinx
F4 = qVB Sinx
|
Maqnit sahəsi elektrik cərəyanları yarada bilərmi?
|
Elektromaqnit induksiya hadisəsi,həyatda, texnikada tətbiq sahələrinin əhəmiyyətini
|
Qiymətləndirmə:
Bir neçə variantda qiymətləndirmə olar. a) motivasiya fəallığına görə fərdi qiymətləndirmə b) Təcrübə göstərən fəal şagirdlər c) Qrup liderləri və qrupun ayrı-ayrı şagirdlərini qiymətləndirmə
Meyarlar
Qrup
|
Əməkdaşlığa görə
|
Fikir çatdırılmasına görə
|
Təcrübələrin aparılmasına görə
|
Nəticə
|
I Qrup
II Qrup
III Qrup
|
|
|
|
|
C.CABBARLI ADINA 6 SAYLI ORTA MƏKTƏBİN
FİZİKA MÜƏLLİMİ HÜSEYNOVA MAHİRƏ
ƏHMƏD QIZININ FƏAL TƏLİM METODU İLƏ
KEÇƏCƏYİ AÇIQ DƏRSİN İCMALI.
Dostları ilə paylaş: |