Tələbə: Zenalova Fitatın təqdimatı



Yüklə 14,87 Kb.
tarix20.06.2022
ölçüsü14,87 Kb.
#117076
fitatin cixişı



Tələbə: Zenalova Fitatın
təqdimatı

Şəxsiyyət mürəkkəb struktura malik olan sistemdir. Ona görə də şəxsiyyət problemi onu bir tam, bir sistem kimi açıqlamağa imkan verən, müxtəlif elm sahələrində çalışan mütəxəssislərin səylərini fəal şəkildə birləşdirməyi zərurətə çevirən geniş kontekstdə öyrənilməlidir. Bu bir həqiqətdir ki, müxtəlif bilik sahələrinin hər biri həmin problemə öz predmetinə uyğun surətdə müraciət edir. Şəxsiyyətə bir sosial sistem kimi yanaşan sosiologiya başlıca diqqəti onun təşəkkülü və inkişafının sosial qanunauyğunluqları, həmin qanunauyğunluqların təzahür xüsusiyyətləri üzərində cəmləşdirir. Şəxsiyyət probleminin sosiologiyadakı əhəmiyyətini bundan görmək olar ki, bütöv bir sahə - şəxsiyyətin sosiologiyası təşəkkül tapmışdır. Xatırlatmaq yerinə düşər ki, vaxtilə şəxsiyyətin sosiologiyasının mövcudluğu bir çoxları tərəfindən ancaq Qərbin təsiri kimi qiymətləndirilirdi. Şəxsiyyət anlayışının özünü dəqiqləşdirməyə ehtiyac vardır. Elmi ədəbiyyatda bu barədə çox müxtəlif mülahizələr söylənilsə də, onları əsasən iki qrupda birləşdirmək olar. Birincisi, şəxsiyyət normativ kateqoriya kimi izah edilir, yəni onun mahiyyəti insanın şüuruna və fəaliyyətinə aid olan müsbət keyfiyyətlərlə əlaqələndirilir. Bu halda bəziləri yaş etibarilə yetkinliyi və psixi cəhətdən normal olmağı, bəziləri yüksək mənəviyyatı, şüurluluğu, məsuliyyəti, bəziləri fikirlərin müstəqilliyini, baxışların müəyyənliyini, hisslərin orijinallığını, iradə qüvvəsini, daxili intizamı və s. şəxsiyyət olmaq üçün vacib normalar hesab edirlər. Məsələyə bu cür [57 a 58] yanaşılması elmi cəhətdən doğru deyildir. Çünki insanların bir qismini şəxsiyyət kimi, digər qismini isə qeyri-şəxsiyyət kimi səciyyələndirmək şəxsiyyət anlayışının tarixən yaranması faktına uyğun gəlmir, ümumiyyətlə, şəxsiyyət probleminin həm nəzəri, həm də praktik səpgidə öyrənilməsi işinə lüzumsuz çətinliklər əlavə edir. Bu cür yanaşma əslində normativ əlamətlər əsasında insan və şəxsiyyət anlayışlarını nisbətən kəskin hədlərlə bir-birindən ayırır. Burada xatırlatmaq yerinə düşər ki, hüquq nəzəriyyəsi və praktikası insanların şəxsiyyət və qeyri-şəxsiyyət kimi ayrılmasını məqbul saymır. İkincisi, şəxsiyyət öz tipik və fərdi cəhətlərinin vəhdətində konkret insan kimi izah edilir. Bu nöqteyi-nəzər şəxsiyyət anlayışını daha dəqiq əks etdirir. Şəxsiyyət anlayışını fərd və fərdiyyət anlayışları ilə müqayisə etdikdə onun mahiyyətini daha aydın təsəvvür etmək olar. «Fərd» anlayışı bəşər nəslinin hər hansı ayrıca nümayəndəsini ifadə etmək üçün işlədilir. Məlum olduğu kimi, sosial fəlsəfədə bu anlayış müəyyən sosial bütövün yeganə nümayəndəsini ifadə edir. Həmin anlayışın köməyi ilə hər bir ayrıca adamın şəxsiyyət kimi formalaşdığı sosial şəraitdən mahiyyətcə asılılığı nəzərə çarpdırılır. İnsan sosial münasibətlərin məhsulu kimi mövcud olur və fəaliyyət göstərir. Cəmiyyət sadəcə olaraq fərdi əhatə edən «mühit» deyildir, həm də onun «daxilində» yaşayan fenomendir. Təsadüfi deyildir ki, insanın fərdi davranışında bu fenomenin müxtəlif amilləri (məsələn, mədəniyyətin səviyyəsi, həyat fəaliyyətinin formaları, üsulları və s.) dərin iz buraxır. Ona görə də insan məlum cəmiyyətin yaratdığı şəraiti, imkanları nəzərə almaq məcburiyyətində qalır. Lakin bu o demək deyildir ki, fərdi mövcudluq şəraiti insanın sonrakı davranışını irəlicədən birdəfəlik və həmişəlik müəyyən edir. İnsan davranışının öz sosial-qrup vəziyyətinə müncər edilə bilməməsi, bu davranışın mövcud ilkin amillərə münasibətdə nisbi müstəqil [58 - 59] olması, şəxsin öz fərdi siması üçün məsuliyyət daşıması, cəmiyyətin nəzərində müəyyən dəyər, məna kəsb etməsi - bütün bunlar fərd anlayışının deyil, şəxsiyyət və fərdiyyət anlayışlarının köməyi ilə qeydə alınır. İnsanlar özlərində sosial cəhətdən əhəmiyyətli keyfiyyətlər işləyib hazırlamışlar ki, bunları da ifadə etmək üçün şəxsiyyət və fərdiyyət anlayışlarından istifadə edilir. Bu iki anlayış məna etibarilə bir-birinə çox yaxındır və qarşılıqlı surətdə əlaqəlidir. Görünür məhz buna görə də həmin anlayışları çox zaman bir-birini əvəz edə bilən eynimənalı anlayışlar kimi işlədirlər. Lakin şəxsiyyət və fərdiyyət anlayışlarında müəyyən məna çalarını fərqləndirmək mümkündür. İnsan şəxsiyyətdir, çünki onun öz sosial siması vardır; insan həm də fərdiyyətdir, çünki onun xüsusi, spesifik, təkrarolunmaz xassələri mövcuddur. Fərdiyyət nəinki müxtəlif qabiliyyətlərin təzahürüdür, həm də onların müəyyən bütövlüyüdür. Bu halda adətən qabiliyyətlərdən biri digərləri ilə müqayisədə üstün mövqe tutur, onların əlaqələndirilməsinin orijinal üsulunu müəyyən edir. Lakin fərdiyyət anlayışı bütün insan fəallığını tam həcmdə əhatə edə bilmir. Fərdiyyətin yetkinləşməsi, dolğunlaşması, ahəngdarlaşması xeyli dərəcədə şəxsiyyət strukturundan asılıdır. Fərdiyyət anlayışı insan fəaliyyətinə özünəməxsusluq və təkrarolunmazlıq, çoxcəhətlilik və ahəngdarlıq, təbiilik və sərbəstlik ölçüsü ilə yanaşdığı halda, şəxsiyyət anlayışı bu fəaliyyətdə şüurlu-iradi başlanğıcı nəzərə çarpdırır. Şəxsiyyət anlayışı ancaq ictimai münasibətlər sistemində, fərdin öz sosial rolunu necə başa düşməsi, ona necə münasibət bəsləməsi və onu yerinə yetirməsi nəzərə alınmaqla düzgün mənalandırıla bilər. Bu baxımdan fəaliyyət, şüur və şəxsiyyət problemlərini qarşılıqlı əlaqədə nəzərdən keçirən L. N. Leontyevə haqq qazandırmaq olar.
Yüklə 14,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin