NƏTİCƏLƏR ƏSASINDA İDARƏETMƏ VƏ SƏMƏRƏLİ İCRA GÖSTƏRİCİLƏRİ MÖVZUSUNDA TƏLİM KURSU
TAPŞIRIĞIN KEÇİRİLƏCƏYİ TƏYİNAT MƏNTƏQƏSİ:
Bakı şəhəri, Azərbaycan
Naxçıvan şəhəri, Azərbaycan
TAPŞIRIĞIN YERİNƏ YETİRİLMƏ MÜDDƏTİ:
İyun-dekabr, 2013-cü il.
ÜMUMİ MƏLUMAT:
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdiyi dövrdən, xüsusilə 2000-ci ildən başlayaraq Azərbaycanda infrastruktur sahəsində əhəmiyyətli dərəcədə dəyişikliklər baş vermişdir. İnfrastrukturda infrastruktura iri həcmli investisiyaların qoyulması və dövlət idarələri və digər maraqlı şəxslər arasında potensialın artırılmasının tələb olunması arasında boşluqların olduğu güman olunur. Buna görə də, Azərbaycan Respublikasının Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının artırılması Layihəsinin (DİKPGL) icra olunması ilə əlaqədar Beynəlxalq İnkişaf Assosiasiyasından kredit almışdır. DİKPGL layihəsinin əsas məqsədi əsas prioritet sahələr, xüsusilə infrastruktur sahəsində investisiya layihələrinin hazırlanması və həyata keçirilməsi zamanı keyfiyyətin və səmərəliliyinin artırılmasıdır. DİKPGL aşağıda göstərilən dörd komponentdən ibarətdir:
Komponent1: Ümumi mövzular üzrə potensialın gücləndirilməsi
Komponent 2: Konkret sektorlar üzrə potensialın gücləndirilməsi
DİKPGL layihəsinin komponentlərindən biri olan konkret sektorlar üzrə Potensialın Gücləndirilməsi Komponenti dövlət nazirlikləri və orqanları tərəfindən layihələrin hazırlanması və icra olunması üzrə potensialın artırılması məqsədi daşıyır bura Layihə müddətində təklif olunacaq ümumi idarəetmə modulu üzrə təlimlərin keçirilməsi daxildir. Bu komponent üzrə müxtəlif təlim proqramlarının həyata keçirilməsi nəzərdə tutulur, xüsusilə də “Nəticələr əsasında idarəetmə və səmərəli icra göstəriciləri” mövzusunda təlim prioritet təşkil edən məsələlərdəndir. Buna görə də “Nəticələr əsasında idarəetmə və səmərəli icra göstəriciləri” mövzusunda təlim kursu DİKPGL tərəfindən təşkil ediləcək və maliyyələşdiriləcəkdir.
TAPŞIRIĞIN MƏQSƏDİ:
Bu tapşırığın məqsədi dövlət və yaxud donor təşkilatlar tərəfindən maliyyələşdirilən layihə və proqramların daha səmərəli şəkildə planlaşdırılması, idarə olunnması və monitorinqinin həyata keçirilməsinə nail olunması məqsədilə təlim iştirakçıları tərəfindən Nəticələr əsasındaiİdarəetmə (NƏİ)-ə dair əsas anlayışlar və NƏİ-ə dair idarəetmə vasitələrinin dərindən başa düşülməsini təmin etmək, həmçinin nəticə və təsirlərə dair monitorinqin aparılması və qiymətləndirilməsi üçün müxtəlif kateqoriyalı göstəricilərdənin istifadənin başa düşülməsində köməklik göstərməkdir.
Təlimə aşağıdakı mövzular daxildir, lakin siyahı bununla bitmir:
Nəticələr- Əsasında İdarəetmə (NƏİ) ilə tanışlıq
Nəticələr- Əsasında İdarəetmə (NƏİ) və NƏİ komponentləri
Cavabdehlik və müvəfəqiyyətlə bağlı planlaşdırma və monitorinq fəaliyyətlərinin əlaqələndirilməsi
Nəticələrin Bölüşdürülməsi və Dəyişikliklərə dair Nəzəriyyə kimi NƏİ və əlaqədar yanaşma üsulları
Nəticələrə dair zəncirvari sistem: giriş və çıxış məlumatları, nəticələr və təsirlər
Yanaşma üsulları və vasitələrin Məntiqi Strukturu
Layihənin Məntiqi Strukturu və onun vasitələri ilə tanışlıq
Məntiqi Struktur Cədvəli və sxematik aydın format
Məqsədlərin iearxiyası və nəticələrə dair zəncirvari sistem
Yoxlama vasitələri
Ehtimallar və risklər
Göstəricilərin hazırlanması
Göstəricilərin tərtib olunması: göstəricilərin seçilməsi və obyektivlik,
İcra göstəricilərin xarakteri
Keyfiyyət və kəmiyyətlə bağlı tədbirlər
Birbaşa və dolayı göstəricilərə dair formalar
Məlumatların toplanılmasına dair metodlar, məlumatların təhlili və şərh olunnması
İcra Göstəricilərinin Qiymətləndirilməsinə dair Qaydalar (İGQQ)
İGQQ ilə tanışlıq
Hər bir nəticə pilləsi üzrə İGQQ-nin yaradılması
NƏİ-nin monitorinq və qiymətləndirmə sisteminin hazırlanması
Monitorinq və qiymətləndirməyə dair planın tərtib olunması və icrası
Monitorinq və qiymətləndirmə sisteminin tədris məqsədləri üçün və cavabdehliklə bağlı istifadə olunması
NƏİ-ə dair geniş sistemin başa düşülməsi və buna köməklik göstərilməsi
TƏLİM İŞTİRAKÇILARI:
Təlim kursu öz təşkilatlarında qərar qəbul edən və yaxud proseslərin idarə edilməsində iştirak edən şəxslər üçün nəzərdə tutulmuşdur.
Təlimin hədəf qrupu aşağıdakı şəxslər qoşula bilərlər, lakin siyahı təşkilat rəhbərləri, direktorlar, menecerlər, supervayzerlər, baş məsləhətçilər, müvafiq təhsil müəssisələrinin fakültə üzvləri ilə bitmir:
Təlim Təchizatçısı təlim proqramını 15 nəfər təlim iştirakçısından ibarət 1 qrup üçün Bakı şəhərində və 15 nəfər təlim iştirakçısından ibarət digər bir qrup üçün Naxçıvan şəhərində keçirilməsini təklif edə bilər.
Buna baxmayaraq, Təlim Təchizatçısına şəxsi təşəbbüs əsasında əlavə təlim iştirakçılarını dəvət etmək üçün icazə verilir və hazırkı TVD (Təkliflərin Verilməsi üçün Dəvət) çərçivəsində bu iştirakçıların təlim kursunda iştirakı xərc tələb etmir. Bununla yanaşı təlim kursunda iştirak edən şəxslərin sayı 25 nəfərdən artıq olmamalıdır.
MƏSLƏHƏTÇİ TƏŞKILATIN YERİNƏ YETİRƏCƏYİ ƏSAS TAPŞIRIQLAR VƏ ÖHDƏLİKLƏR:
Məsləhətçi təşkilat Sifarişçi ilə sıx əməkdaşlıq edərək aşağıda qeyd edilən tapşırıqları yerinə yetirəcəkdir:
Bilik, bacarıq və baxışların ilkin səviyyəsinin müəyyən olunması məqsədilə Azərbaycan dilində tərtib olunmuş müvafiq qısa testlərdən (ilkin qiymətləndirmə) istifadə etməklə təlim iştirakçılarının ilkin qiymətləndirilməsini həyata keçirmək;
Təlim iştirakçılarının təlimdə iştirakına dair qeydləri razılaşdırılmış formada aparmaq;
Təlim kursunun bütün mərhələlərində, təlim təchizatçısından təlim iştirakçılarının təlim kursunda vaxtaşırı iştirak etmədiyi və yaxud təlimin keyfiyyəti və qavranılmasına təsir edə biləcək bu və ya digər hallar barədə dərhal birbaşa olaraq Sifarişçini məlumatlandırmaq;
Təlim zamanı bütün qarşılıqlı fəaliyyətləri yüksək peşəkar və pedaqoji yanaşma üsullarından istifadə etməklə Azərbaycan dilində hər bir proqrama uyğun olaraq vaxtı-vaxtında həyata keçirmək ;
Razılaşdırılmış təlim materiallarını təlim iştirakçılarına Azərbaycan dilində gündəlik olaraq təqdim etmək;
Bütün təlim iştirakçılarının öyrəndiklərini və qavradıqlarını dəqiqləşdirmək məqsədilə hər günün sonunda Sual və Cavab sesiyyalarını həyata keçirmək;
Təlim iştirakçılarına yerinə yetirmək məqsədilə verilən bu və ya digər tapşırıqların nəticələrini yoxlamaq;
Hər bir təlim kursu müddətində və onun sonunda( yekun qiymətləndirmə Sifarışçi ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəkdir) təlim iştirakçılarını onların təlim müddətində göstərdikləri fəallıq və diqqətlilik dərəcəsi ,həmçinin qavrama və başa düşmə bacarıqlarına əsasən yoxlamaq.
Təlim iştirakçılarına yekun qiymətləndirmənin nəticələrindən asılı olaraq iki növ sertifikat verilməlidir:
1) İştirak haqqında sertifikat;
2) Təlim kursunun müvəffəqiyyətlə bitirilməsi barədə sertifikat.
Buna baxmayaraq, əgər Təlim Təchizatçısı sertifikatların verilməsi (sinif/kateqoriya/ səviyyə və.s)məqsədilə özü tərəfindən hazırlanmış qiymətləndirmə mexanizmi istifadə etdiyi halda, oxşar üsul həmçinin təlim iştirakçılarına sertifikatların verilməsi zamanı tətbiq olunmalıdır;
Hər bir təlim tapşırığının sonunda təlim materialları və təlimçilərin keyfiyyəti və müvafiqliyini müəyyənləşdirmək, həmçinin satınalmaların idarə olunmasına dair proseduralarla əlaqədar potensialın gücləndirilməsi üçün gələcək tələbatlar və digər inkişaf tədbirləri ( təlim, Texniki Yardım və s) barədə təlim iştirakçılarının fikirlərini öyrənmək məqsədilə təlim iştirakçılarına sorğu anketləri (cavablandırma formaları) təqdim etmək ;
İnzibati məsələlərlə bağlı bütün işləri təşkil və təmin etmək, lakin görüləcək fəaliyyətlər aşağıda göstərilənlərlə məhdudlaşmır:
Təlimin keçirilməsi üçün təlim mərkəzinin lazım olan bütün növ avadanlıqlar və mebel avadanlığı ilə təchiz olunması;
Təlimin keçirilməsi üçün lazım olan bütün növ dəftərxana ləvazimatlarının alınması və təlim materialların çap olunması;
Təlim müddətində çəkilmiş şəkil və video kliplər ( hər biri 10 dəqiqə müddətində olmaqla 5 -10 klip)
TƏŞKİLATİ TƏDBİRLƏR:
Müqavilənin əlaqələndirilməsi
Sifarişçi tərəfindən DİKPGL layihəsinin Layihə Əlaqələndirmə Qrupunun (LƏQ) direktoru cənab Elvin Rüstəmov Təhsil Nazirliyi (TN) və Məsləhətçi təşkilat arasında rəsmi əlaqələndirici olacaqdır. Bu TT çərçivəsində görülən işlərdən irəli gələn bütün hesabatlar, nəticələr və əsas sənədlər ona təqdim edilməlidir;
Məsləhətçi təşkilat koordinasiya fəaliyyətlərini təlim koordinatoru (ları) ilə birgə həyata keçirəcəkdir.
Sifarişçi həmçinin təlim iştirakçılarının təlimlərdə iştirakını təmin etmək məqsədilə Məsləhətçi təşkilatla birgə əməkdaşlıq edəcəkdir.
MƏSLƏHƏTÇİ TƏŞKILATIN
İXTİSAS TƏLƏBLƏRİ:
İdarəçiliklə bağlı təlimlər, həmçinin nəticələr əsasında idarəetmə və səmərəli icra göstəriciləri mövzusunda təlimlərin keçirilməsi üzrə geniş təcrübə və biliyə malik olan nüfuzlu təşkilat olmalıdır;
Məsləhətçi təşkilatın təlimçiləri müvafiq sahə üzrə təhsilə və nəticələr əsasında idarəetmə və səmərəli icra göstəriciləri bağlı təlimlərin keçirilməsində ən azı 5 illik təcrübəyə malik olmalıdırlar;
Azərbaycanda təcrübəsi olan məsləhətçilərə üstünlük veriləcəkdir.