TOXUMA MAYESİ POZĞUNLUQLARI
Toxuma mayesi pozğunluqları toxumalarda qan dövranının və limfa dövranının vəziyyətindən, o cümlədən də qanın və limfanın özünün vəziyyət lərindən, mikrosirkulyator səviyyədə qan damarlan ilə toxuma arasındakı mübadilə prosesinin səviyyəsindən, qanın hidrostatik təzyiqindən, qan plazma sinin kolloid-osmotik təzyiqindən, kapilyarlanın keçiricilik xüsusiyyətlərindən va s. asılı olaraq meydana çıxır. Toxuma mayesi pozğunluqlannin inkişafında orqanizmdə bu prosesi tenzimləyən aldosteronun va hipofizin antidiuretik hormonunun da böyük rolu vardır. Qanda aldosteronun miqdarının yüksəlməsi (aldosteronemiya) toxumalarda natrium ionlarının, bu isə öz növbəsində suyun ləngiməsinə səbəb olur.Toxuma mayesi pozğunluqları ilk növbədə bu mayenin miqdarının artması və ya azalması şəklində özünü gösterir.Toxuma mayesinin miqdarının artmasına ödem deyilir. Bu zaman toxu malarda və bədən boşluqlarında ödem mayesi ve transsudat toplanır. Trans sudat tərkibində zülali maddələrin miqdan 2%- qədər olan patoloji maye olub, qanın plazmasının bəzi bədən boşluqlarına süzülməsi nəticəsində əmələ gelir.Bazi ayrı-ayrı üzv va toxumalara, elece de bedan boşluqlarına ödem mayesinin toplanması prosesi özünəməxsus tibbi terminlerle adlandırılır. Məsələn, ödem mayesinin derialtı toxumalarda toplanmasına anasarka, pley raya toplanmasına - hidrotoraks, ürək kisəsinə toplanmasina - hidroperikard, qanın boşluğuna toplanmasına assit (yunanca: ascos "kisa"), xayalığa toplanmasına - hidroselye deyilir.
Etio-patogenetik xüsusiyyətlərindən asılı olaraq ödemlərin aşağıdakı növleri ayırd edilir.
1. Durğunluq ödemləri. Orqanizmin hansısa bir nahiyəsində yerli xarakter daşıyır an çox aşağı ətraflarda inkişaf edir. Limfa damarlarında və yaxud da venoz damarda meydana çıxmış patoloji proses (limfotromboz, flebotromboz, tromboflebit və s.) və yaxud da maneə ilə əlaqədar baş verir. Bu zaman venoz qan yaxşı axıb gedə bilmədiyi üçün həmin nahiyədə venoz durğunluq baş verir. Bu isə kapilyarlardan plazmanın sürətlə toxumalara süzülmasina sabab olur:
2. Kardiogen ödemlər Kəskin və ya xroniki ürək çatışmazlıqları zamanı, xüsusilə də ürək çatışmazlıqlarının dekompensasiya fazalarında meydana çıxır. Bu zaman ümumi venoz hiperemiya və durğunluq faktorundan başqa. ham de qaraciyərdə durğunluqla elaqedar hepatositlər tərəfindən aldosteronun məhv edilməsi prosesi da pozulur va aldosteronemiya nəticəsində toxumalarda suyun langimasi daha da yükselmiş olur.
3. Nefrogen ödemlar. Müxtəlif etiologiyalı ve ayn-ayn patogenetik xüsu siyyatlara malik böyrək xəstəlikləri zamanı inkişaf edir. Bununla da əlaqədar toxumalarda ödemin meydana çıxması müxtelif mexanizmlərlə baş verir.Masalan, bazi böyrək xastaliklari (nefrotik sindrom, bazi glomerulonefritlar va 5.) zamanı çoxlu miqdarda plazma zülallarının sidiye keçməsi proteinuriya ila əlaqədar qanda zülalların miqdan kəskin şəkildə azalır hipoproteinemiya inkişaf edir. Bu zaman albuminler azaldığı üçün qanda su molekullan serbest. ləşir, qan suyu özünde saxlaya bilmir ve su damarlardan foxumalara keçir Digər tərəfdən hipoproteinemiya ilə alaqədar qanda onkotik təzyiq də aşağ düşür ki, bu da suyun toxumalara keçməsini daha da sürətləndirir. Digar bazi bayrak xastaliklarində ödemin meydana çıxmasının əsas səbəbini natriumun böyrəklər vasitəsilə süzülmemesi ve ya onun reabsorbsiyasının yüksəlməsi təşkil edir. Xroniki böyrək çatışmazlıqları ile müşaiyət olunan böyrək xəstəlik lərində isə su böyrəklər vasitəsilə süzülmür və qanda toplanıb qalaraq toxumalara keçir Nefrogen ödemlar ilk növbədə alt göz qapağı nahiyasinda ve yanaqlarda meydana çıxır, sonra isə digər üzvlərdə, xüsusilə də al və ayaq barmaqlarında görünür.
4. Distrofik ödemler Zülal çatışmazlıqları ilə müşaiyət olunan alimentar pozğunluqlar nəticəsində hipoproteinemiya meydana çıxır, bu isə üzv və toxu malarda ödemin inkişafına səbəb olur.Distrofik ödemlere hem da marantik (kaxektik) ödemlər aiddirlər.
5. Iltihabi ödemler. Bütün iltihablar zamanı bir qayda olaraq hamin nahi. yede iltihab ocağının ətrafında (peritokal) emele gelir. Məhz buna görə de iltihab nahiyasi həmişə şişkinləşmiş olur. Iltihablar zamanı ödemin meydana çıxması orqanizmin müdafiə xarakterli reaksiyası olub, bu nahiyədəki toksiki maddelerin dozasını aşağı salmaq məqsədilə hayata keçirilir.
6. Allergik ödemler 7. Toksiki ödemler.8. Nevrotik ödemler. 9. Travmatik ödemler
Allergik, toksiki, nevrotik və travmatik ödemlər də iltihabi ödemlər kimi orqanizmin müdafia reaksiyası olub, həmin nahiyədə kapilyarların doluqanlılığı va keçiriciliklərinin yüksəlməsi mexanizmi ilə həyata keçirilir. Ödemlər zamanı ayrı-ayrı üzv va toxumalarda aşağıdakı dəyişikliklər başverir.
Darida ödem mayesi adətən dərialtı kövşək birləşdirici toxumaya toplanır. İlk növbədə ödem göz qapağı nahiyəsində və yanaqda, daha sonra əl və ayaqlarda, sonra isa gövdədə meydana çıxır. Dəri avazımış və şişkinləşmiş olur, büküş və qınşları hamarlaşır. Barmaqla basdıqda gec berpa olunan çökəklik yaranır ("xamirvari konsistensiya").
Ağciyərdə ödem mayesi avvalca alveollararası arakəsmələrdə meydana çıxır, sonra isa alveolların mənfəzində toplanır. Ağciyərləri kasdikdə va kasik sathini sıxdıqda çoxlu miqdarda köpüklü-qanlı maye axır. Ağciyərlər xamirvari konsistensiyalı olur, sathine barmaqla basdıqda gec bərpa olunan çökəklik yaranır. Mikroskopik müayinə zamanı alveollarin menfezinde çahrayı homogen maye görünür, alveollararası arakəsmələr şişkinləşmiş olurlar.
Baş beynin ödemi zamanı beyin həcmcə böyüyür, qinslan nisbətən hamarlaşmış olur, madəciklər basılaraq kiçilir. Baş beyin toxumasını kəsdikdə kasik səthi parlaq görünür, toxumanın ödemi ilə əlaqədar kapilyarlar sıxılır və onlann menfezinden kasik sathine qan çıxır ki, bu da kesik səthində nöqtəvari qansızmalar şəklində görünür. Mikroskopik müayinə zamanı xırda kalibrli damarların ətrafında va hüceyrələrin ətrafında nazik həlqəvari zolaq şəklində şeffaf boşluqlar görünür (perivaskulyar və perisellülyar ödem). Baş beynin ödemi demək olar ki, çox əksər xəstəliklər va travmalar zamanı baş verir, beyin toxuması genişlənir, uzunsov beyin (beyin kötüyü) böyük ənsə dəliyinin kənarına basılır və həyati vacib mərkəzlər sıxılaraq ölümün bilavasite sebebi olurlar.
Toxuma mayesinin miqdarının azalmasına susuzlaşma, va ya dehidra tasiya, yaxud da eksikoz deyilir. Bu zaman qan da qatılaşır, dövran adan qanın ümumi həcmi azalır, periferik nahiyalara qan az geldiyi üçün dəridə soyuqluq hiss edilir. Üzv va toxumalar su itirdikləri üçün həcmcə kiçilirler. Eksikoza qisa müddətdə çoxlu maye itkisi ile müşaiyət olunan patologiyalar zamani (məsələn, veba xəstəliyi, uzun müddətli diareyalar, dispepsiyalar və s.) rast gelinir.