Xaricdə rəsmin təlimi metodları
Rəsm etməyi bacarmaq insanlar üçün həmişə böyük əhəmiyyət kəsb etmiş və rəsmdən istifadə onlar arasında ünsiyyətə xidmət etmişdir.
İnsanlar rəsmetmə qabiliyyətlərini inkişaf etdirməyə çox qədim zamanlardan başlamışlar. Arxeoloji qazıntılar zamanı tapılmış rəsmlər belə bir
qənaətə gəlməyə əsas verir ki, insanlar bu sahədə böyük nailiyyətlər əldə etmişlər. Belə rəsmlər içərisində, biz şimal maralının, çöl atının, öz balasını bəbirin hücumundan qoruyan filin və s təsvirində həyatı obrazların şahidi oluruq.
İbtidai insanlar rəsmləri kömür və itilənmiş daşlarla işləmişlər. Kombarels, Les-Eyzi, Altamir və Saxaranın dağlıq rayonlarının mağaralarının divar və tavanlarında qalmış rəsmlər göstərir ki, insanlar əvvəl rəsmi kömürlə çəkmiş sonra isə daşı cızaraq oxra ilə rəngləmişlər.
Neolit dövrünun əkinçilik və sənətkarlıq xarakteri insanların incəsənətə olan münasibətini dəyişdi.
İnsanlar rəsmetmədən dulusçuluq və kustar sənətkarlıqda bəzək məqsədi ilə istifadə etməyə başladılar. Bununla əlaqədar olaraq təlim metodları əmələ gəlməyə başladı. Rəssam-sənətkar artıq öz şagirdinin nailiyyətlənnə biganə qalmırdı. O çalışurdı ki, şagird onun incəsənətini mənimsəyərək kömək etsinə və işinin davamçısına çevrilsin. Bunun üçün sənətkara şagirdinə bu və ya digər təsvirin necə işlənməsini bir neçə dəfə göstərmək lazım gəlirdi.
Beləliklə, təlimin forma və metodları əmələ gəlməyə başladı. Lakin dəqiq hazırlanmıs təlim metodları hələ yox idi. İncəsənətin həqiqi təlimi məktəblərin təşkili ilə ancaq sivilizasiya dövründə meydana gəldi. Bu dövrdə rəsmin təlim metodlarından danışarkən hər şeydən əvvəl nisbətən erkən və yüksək inkişaf etmiş qədim Misir mədəniyyətinə nəzər salmaq lazımdır.
Tarixi sənədlər göstərir ki, qədim Misirdə rəsmi məktəblərdə rəsmxətlə birgə öyrədirdilər, Məktəbi qurtarmış gənc meydanın sahəsini ölçməyi, planını çəkməyi, kanalların sxemini çəkməyi və rəsm etməyi bacarmalı idi.
Beləliklə, rəsmə bır ümumtəhsil fənni kimi biz qədim Misirdə rast gəlirik.
Təlim və tərbiyə sistemi həddindən artıq ciddi və hətta qəddar idi.
Qoyulmuş qaydalardan cuzi yayınma, tapşırığın düzgün yerinə yetirilməməsi kötəklə döyməyə qədər gedib çıxırdı. Hətta şagird uzun müddət qaranlıq məbəddə sarınmış vəziyyətdə saxlanırdı.
Həmçinin, qeyd etmək lazımdır ki, rəsm təcrübəsinin nəzəri əsaslarını da misirlilər qoymuşlar.
Qədim Misirdə rəsmin təlimi ətrafaləmin dərk edilməsi əsasında deyil, kanon kilsənin müqəddəs saydığı kitab və sxemlərin əzbərlənməsi və nümunələrdən köçürmə əsasında qurulurdu. Rəsmi öyrədən rəssam-müəllim şagirdləri təbiəti maşahidə etməyə və öyrənməyə deyil, şablon əsasında əşyaların formasının təsviredilməsini öyrənməyə məcbur edırdi.
Qədun Yunan rəssamları təlim və tərbiyə işinə başqa cürə yanaşaraq, təlim işini əhəmiyyətli dərəcədə zənginləşdirdilər. Onlar gənc rəssamları real gərçəkliyi diqqətlə öyrənməyə, ondakı gözəlliyi dərk etməyə çağırır və təsdiq edirdilər ki, həyatda ən gözəl varlıq insandır. Öz nəzəri məlumatlarında yunan rəssamları Parrasi, Evpomp, Pamfil, Apelles və b. göstərirdilər ki, həyatda ciddi
qanunauyğunluq hökm sürür, gözəiliyin mahiyyəti simmetriyada, tam və hissənin harmoniyasında, düzgün riyazi münasibətlərdədir.
B.e. əvvəl IV əsrdə Yunanıstanda bir neçə məşhur rəsm məktəbləri var idi: Sikion, Efes və Fivan. Bunlardan ən məşhuru Sikion məktəbi idi. Bu məktəb nəinki təlim metoduna, həm də bütövlükdə təsviri incəsənətin sonrakı inkişafına böyük təsir göstərmişdir. Məktəb təlimin elmi metodlarına əsaslanır, şagirdi təbiətə vaxınlaşdırır, onun qanunauyğunluqlarını açır, təbiətin gözəlliyini öyrənməyə maraq hissi aşılayırdı.
Sikion məktəbinin rəhbəri - Evpompun şagirdi və davamçısı Pamfıl idi. O,
öz dövrünün ən təhsilli adamlarından biri idi. Plini onun haqqında yazırdı: “Pamfil özü mənşəcə makedoniyalı idi, o, hərtərəfli təhsilli olub, xüsusilə riyaziyyatı və həndəsəni gözəl bilən ilk rəngkar kimi meydana çıxdı. Onun fikrincə, bu biliklər olmasa, incəsənət sahəsində heç bir zirvə fəth etmək olmazdı”.
Naturadan şəkil çəkən zaman insanın nəinki əşyanı müşahidə etməsi, həm də onun quruluşunu öyrənməsi həqiqətini gözəl başa düşən Pamfıl, rəsmə ümumtəhsil fənni kimi yüksək qiymət verir və bu fənnin bütün yunan məktəblərində tədris olunmasına çalışırdı.
İlk dəfə olaraq Pamfil təsviri incəsənətin elmi əsaslarla öyrədilməsinə diqqət yetirdi. O, çalışırdı ki. incəsənətə elmi prinsipləri lətbiq etsin, “rəsmin ən yüksək dəqiqliyinə” nail olsun. Pamfıl həndəsi problemlər üzərində çox işləmişdi, belə bu elm təfəkkürün inkişafına kömək edir və təsvirin müstəvi üzərində qurulmasını asanlaşdırır. Plini göstərir ki, Sikion məktəbinin qarşısında belə yazılmışdı: "Buraya həndəsəni bilməyən adamlar buraxılmır."
Gördüyümüz kimi, rəsmin öyrədilməsində Pamfılin öz metodlan var idi. Bu metod ciddi elm əsaslara malik ıdi. Lakin bu sistemi öyrənmək üçün çox vaxt tələb olunurdu: Pamfılin təlinı kursu 12 il davam edirdi. Bu kursu öyrənmək üçün o, böyük məbləğdə pul alırdı - bir talant qədim Yunanıstanda çəki və pul vahidi - 26.196 kq qızıl/. Plini yazırdı:
"O heç kəsi bircə talant da ucuz öyrətmirdi və Apelles də, Melanti də ona bu qədər haqq vermişdilər."
Belələliklə
biz görürük ki, Sikion məktəbində incəsənətin elmi cəhətdən qavranılması metodu və bununla bircə təlimin elmi metodunun əsası qoyulmuşdur.
Metodika məsələlərində yunan rəssam-pedaqoqiarı göstərirdilər ki, rəssam, yaradıcılıq işinə idrak və bütün biliyini sərf etməlidir. Bu cəhətdən Platonun mülahizələri diqqətəlayiqdir. O özünün “qanunlar”ında yazırdı ki, rəssam daim müdriklik ilahəsini izləməlidir.
Bir neçə kəlmə də qədim Yunanıstanda rəsmin texnikası haqqında. Əsasən fısdıq İövhələr üzərində çəkirdilər. Fısdıq lövhələr iki üsulla hazırlanırdı:
Stilus /iti metal və ya sümük çubuq/ ilə çəkmək üçiin.
Rəngİə və fırça ilə çəkmək üvün.
Stilus ilə çəkmək üçün lövhələri mum təbəqəsi ilə örtürdülər. Bəzən mumu müəyyən bir rənglə rəngləyirdilər.
Rəng və fırça ilə çəkmək üçün lövhəni ağ rəngli levkas /yapışqanla qarışdırılmış alebasr və təbaşir/ ilə astarlayırdılar. Bu cür lövhələr əsasən, şagirdlərin işləri üçün, nabroska və eskizlər üçün istifadə olunurdu.
Deməli, qədim Yunanıstanda incəsənətin elmi cəhətdən qavranılmasının əsası qoyuldu. Yunan rəssam-pedaqoqları öz şagirdlərini təbiəti öyrənməyə, onun gözəlliyini duymağa çağınr, bu gözəlliyin nəyə əsaslandığını göstərirdilər.
Yunan rəssam-pedaqoqlan ilk dəfə olaraq rəsm təliminin elə bir metodunu hazırladılar ki, onun əsasında naturadan rəsmetmə dururdu.
Qədim Yunanıstanda rəsmə ümumtəhsil fənni kimi baxmağa başladılar. Pamfılin səyi nəticəsində rəsm bütün ümumtəhsil məktəblərində tədris olunmağa başladı. Pamfılin xidməti onda idi ki, ilk dəfə olaraq o, başa düşmüşdü ki. rəsmin tədrisinin vəzifəsi yalnıy real əşyaların təsviri deyil, həm də onların qanunauyğunluq və quruluşunun dərk etdirilməsidir, öyrədilməsidir. Bu "Yunanıstanın qabaqcıl vətəndaşlarını tərbiyə prosesində incəsənətin vacibliyini dərk etməyə yönəltdi.
Qədim Roma dövrü yunan rəssam-pedaqoqlarının əldə etdikləri nailiyyətləri, inkişaf etdirməli idi. Romalılar gözəl incəsənət əsərlərinə hörmətlə yanaşırdılar. Onlar yunan rəssamlarının əsərlərini yüksək qiymətləndirirdilər. Varlı adamlar şəkil kolleksiyaları toplayırdılar.
Adama elə gəlirdi ki, təsviri incəsənətin öyrənilməsi və inkişafı üçun hər şey edilmişdi. Lakin, əslində isə romalılar tədris sistemi və metodikasına heç bir yenilik gətirmədilər. Onlar yunan rəssamlarının nailiyyətlərindən yalnız istiladə etdilər. Ustəlik, onlar, rəsmin tədrisinin bir sıra qiymətli üsullarını qoruyub saxlaya bilmədilər.
Əgər yunan rəssam-pedaqoqları incəsənətin ən çətin problemlərini həll etməyə çalışırdılarsa, roma imperiyasında rəssam-pedaqoqu hər şeydən əvvəl işin texniki tərəfi maraqlandirırdı. Elə buna görə də onlar yunan rəssam-pedaqoqlarının işləyib hazırladıqları rəsm təlimi metodlarından tədricən uzaqlaşdılar.
Orta əsıiər dövründə incəsənətin realist əsasları rədd edilməyə başladı. Kilsə xadimləri məşhur yunan rəssamlarının əsəriərini vəhşicəsinə məhf etdilər. İntibah dövrünün görkəmli rəssamlanndan biri olan Giberti bu haqda yazırdı: "heykəllər və şəkillərdə bərabər bu yüksək incəsənəti bərpa etməyə imkan verəcək çertyoj və qaydalar, məlumat və qeydlər də məhv oldu."
Türk işğalçıları da antik mədəniyyətin ləğv edilməsində müəyyən rol oynadılar. Onlar bu mədəniyyətin son ocaqlarını söndürdülər. (II Məhəmməd Bizans imperiyasını tutduqdan sonra Yunanıstan Türkiyənin tərkibinə daxil oldu).
İntibah dövrü rəsmin təlimi və təsviri incəsənətin inkişafında yeni bir dövr açdı.
Doğrudur, rəsm ümumtəhsil fənni kimi məktəblərdə tədris olunmurdu, lakin, intibah dövrü rəsmin tədrisi metodikası nəzəriyyəsinə böyük tövhə verdi.
Rəsm problemləri üzərində ən yaxşı incəsənət ustaları işləməyə başladılar. Çennini Çennino, Alberti, Leonardo Da Vinçi, Djurer və b. Onlar fəal sürətdə elmi axtarışlar yoluna qədəm qoydular, təbiətin qanunauyğunluqlarını başa düşməyə, elmlə incəsənət arasında əlaqə yaratmağa çalışdılar. Bu işdə onlara arxeoloji tapıntılar və qədim yunan incəsənəti haqqında tarixçilərin məlumatları böyük kömək göstərdi.
F.Engels intibah dövrünü xarakterizə edərək yazırdı: "Bizansın süqutu zamanı xilas edilmis əl yazmalarında, Roma xərabəliklərindən tapılmış antik heykəllərdə heyrətə gəlmiş Qərbin qarşısında yeni bir dünya açıldı-yunan qədimliyi: onun parlaq obrazları qarşısında orta əsrlərin əlamətləri yox oldu: İtaliyada incəsənətin görünməmiş yüksəlişi başlandı, hansı ki, daha heç vaxt ona çatmaq mümkün olmadı."
İntibah dövrü rəssamiarı antik mədəniyyəti dirçəltməyə çalışırdılar. Onlar anlik incəsənət abidələrini toplayırdılar ki, onların necə yarandıqlarını öyrənsinlər.
Bu dövrün incəsənət nəzəriyyəçiləri və praktiklərinin diqqət mərkəzində nisbətlər haqqında təlim, perspektiva və anatomiya dururdu.
İntibah dövrü rəssamları rəsmin öyrədilməsi metodu sahəsində də qiymətli fikirlər irəli sürmüşlər. Onlar göstərmişlər ki, təümin əsasında naturadan çəkmək durmalıdır.
Cennini Cennino müəilim tərəfmdən metodiki rəhbərliyə böyük əhəmiyyət verirdi. O, göstərirdi ki, bunsuz arzu olunan nəticəni almaq mümkün deyildir.
Leon Batista Alberti özünün "Rəngkarlıq haqqında üç kitab" əsərində qiymətli metodiki təkliflər irəli sürmüşdür. Traktatda boya və rənglərdən daha çox rəsm və təsvirin müstəvidə düzgün qurulmasmdan bəhs edilir. Alberti göstərir ki, riyaziyyatda olduğu kimi, rəsmdə də ciddi qayda və qanunlar gözlənilməlidir. O yazır ki, incəsənətin öyrədilməsinin müvəffəqiyyəti hər şeydən əvvəl, elmi məlumatlardan asılıdır.
Təlim metodunun elmi cəhətdən əsasını verən Alberti eyni zamanda rəsmə mexaniki tapşırıq kimi yox, əqli iş kimi baxırdı.
Bu müdrik ideya sonralar Mikelançelonun belə deməsinə əsas vermişdi: "Əllə yox, başla çəkirlər".
Albertinin təlim materialındakı metodiki ardıcıllığa diqqət edək.
Birinci kitabda o, təlimin ciddi sistemini verir. Tanışlıq nöqtə və düz xətdən başlanır, sonra müxtəlif bucaqlar, daha sonra yastı və nəhayət həcmli formalar öyrənilirdi. Ardıcıl olaraq Alberti şagirdləri xətti perspektivamn əsasları ilə tanış edir və fəza perspektivası məsələlərinə toxunur.
Alberti müəllimin şəxsi nümunəsina böyük əhəmiyyət verir.
Bütiin bunlarla bərabər Albertinin baxıslannda şəraitdən irəli gələn bir sıra nöqsanlar da vardır.
Rəsmin öyrədilməsi metodunun sonrakı inkişafına böyük təsir göstərən sonrakı əsər Leonardo da Vinçinin "Rəngkarlıq haqqında kitabıdır. Bu əsərdə müəllif Alhertidən irəli gedərək düzgün olaraq göstərir ki, təsəvvürdən çəkilən rəsmə böyük diqqət verilməlidir.
Rəsmin elmi cəhətdən əsaslandırılmasına Leonardo da Vinçi xeyli əmək sərf etmişdi. O, insan bədəninin nisbətlər qanununu yaratmaq üçün anatomik axtarışlar aparmışdır,
İntibah dövrünün görkəmli alman rəssamı Albrext Dyurer həm təlim metodikası həm də incəsənət probiemlərinin qoyuluşu sahəsində qiymətli nəzəriyyələr irəli sürmüşdür. Yaradıcrlıq məsələiərini aydınlaşdırarkən Dyurer gostərirdi ki, yalnız gönnə və hissetməyə deyil, eimi bilikiərə əsaslanmaq lazımdır. Bu, rəssama təsadüfı müvəffəqiyyət və enmə əvəzinə möhkəm və inamli qələbə gətırir.
Dyurer təlimdə əsas diqqəti şəxsi nümunəyə verirdi.
İntibah dövrü rəssamlarının fəaliyyətinə yekun vurarkən aşağıdakıları birinci növbədə qeyd etmək lazımdır.
Onların perspektiva haqqında əsərləri rəssamlara müstəvi üzərində üç ölçülü əşyaların təsvirində kömək etdi.
Bu dövrün rəssamları öz müşahidələri əsasında gözəl təsviri sənət nümunələri yaratdılar. Hətta indi də onların əsərləri dərin anatomik biliyi, perspektivasi, işıq-kölgə qanunları ilə bizi heyran edir.
Elmin köməyi ilə İntibah dövrü incəsənəti ən yüksək zirvəyə qalxdı. Onlar bizim üçün olduqca qiymətlidir. İntibah dövrü incəsənətini bilən və sevən hər bir kəs ona müdriklik, bilik və yüksək ustalıq mənbəyi kimi müraciət edir. İntibah dövrü rəssamları metödika salıəsində sonrakı nəsillərə doğru yol göstərdilər.
Qeyd etmək lazımdır kı, İntibah dövrü ustaları didaktika məsələlərinə az toxunmuş, didaktik problemlari təsviri incəsənət məsələləri ilə az əlaqələndirmişlər.
Onlar qarşılarında təlim tərbiyə sisteminin yenidən işlənməsi məsələsini qoymuşlar.
Bu vacib rolu XVI əsrin sonlarında açılan rəssamlıq akademiyaları həyata keçirdilər. Bu dövrdən etibarən rəssamlıq xüsusi təhsil ocaqlarında öyrədilməyə başlandı:
XVII əsr rəsmin öyrədilməsi metodu tarixində yeni pedaqoji sistem -akademiya sistemi dövrü oldu. Yeni sistem nəinki şagirdlər, həm də müəllimlər qarşısında dəqiq tələblər qoyurdu. Bu dövrün əsas xarakter xüsusiyyəti ondan ibarət idi ki, xüsusi təhsil ocaqları - rəssamlıq akademiyaları və bədii məktəblər yaranırdı.
Akademiyalar rəngkarlıq, kompozisiya və xüsusilə rəsmin öyrədilməsi sahəsində böyük iş gördülər. Akademiyaların müəllimləri göstərirdilər ki, təlim metodikası və tərbiyə elmi əsaslar üzərində qurulmalıdır: incəsənət və rəssamın müvəffəqiyyəti
- allah vergisi deyil, gərgin əməyin və elmi biliyin nəticəsidir.
Rəsmin metodikasını tarixini izləyərkən, biz görürük ki, akademiyalarda təlimin daha dəqiq və ciddi sistemi mövcuddur.
Ciddi elmi biliklər olmadan rəsm etməyi öyrənmək mümkün deyildir. Buradan beiə bir nəticə çıxır: rəsm etməyi öyrənmək hamı üçün faydalıdır.
Ümumtəhsil fənni kimi rəsmin əhəmiyyəti böyük çex pedaqoqu Yan Amos Kamenski tərəfindən də qeyd edilmişdir. Doğrudur, Kamenski hələ qəti olaraq rəsm kursunu məktəb proqramına daxil etmirdi. Lakin rəsm haqqında onun fıkirlərinin əhəmiyyəti bunda idi ki, bu fikirlər pedaqogika məsələləri ilə sıx bağlı idi. Özünün "Böyük didaktika" əsərinin XXI fəslində Kamenski göstərir ki, incəsənəti öyrətmək üçün üç əsas tələb gözlənilməlidir:
Düzgün istifadə
Məqsədyönlü istiqamət
Vaxtaşırı çalışmalar
Bizim üçün Kamenskinin tədrisin metodunun öyrədüməsi zəruriliyi haqqındakı fıkirlərinin xüsusilə böyük əhəmiyyəti vardır.
Komenski ilə eyni vaxtda rəsmin ümumtəhsil əhəmiyyətini ingilis pedaqoqu və fllosofu Con Lokk da iddia edirdi.
Fransız fılosofu Jan Jak Russo da "Emil” kitabında yazırdı ki, ətraf aləmin dərk olunmasında hiss orqanları böyük rol oynayır. Naturadan rəsmi öyrətməklə uşaqlarda bu orqanları inkişaf etdirmək olar. Russo doğru olaraq göstərirdi ki, rəsm məşğələlərini təbiətin qoynunda aparmaq lazımdır, çünki, şagird təbiətdə perspektiva və onun qanunlarını daha aydın başa düşər. Bundan başqa şagird təbiəti müşahidə edərkən öz zövqünü inkişaf etdirir, təbiəti sevməyi öyrənir, onun gözəlliyini duymağa başlayır. Russo belə hesab edirdi ki, uşağın təbiətin özündən başqa müəllimi olmamalıdır. Uşaq ağac rəsmini canlı ağacdan, öz rəsmini öndən çəkməlıdir, onların kağiz vərəq üzərində təsvirindən yox.
İohan Volfqanq Föte də rəsmin təlimi metodları haqqında qiymətli nəzəriyyələr irəli sürmüsdür.
Komenski. Lokk, Russo və Hötemin pedaqoji ideyaları rəsmin tədrisi metodikası və nəzəriyyəsinin zənginləşdirdi və sonrakı inkişafi üçün təkan verdi. Bu gün onların ideya və nəzəriyyələri incəsənət nəzəriyyəsini
pedaqoqika ilə birləşdirməkdə, incəsənət prinsiplərini didaktika prinsipləri ilə əlaqələndirməkdə bizə yaxından kömək edir.
Bununla belə, ümumtəhsil fənni kimi rəsmin əhəmiyyəti başa düşülsə də, nə XVII, nə də XVIII əsrlərdə bu fənn məktəb kurslarına daxil edilmədi. Bu iş yalnız XIX əsrin əvvəlində həyata keçirildi.
Bu isdə ilk təşəbbüs İsveçrə pedaqoqu İohan Henrix Pestalotsiyə məxsusdur. Təsadüfi deyildir ki, rəsm müəllimləri onu məktəb metodikasının atası adlandırmışlar.
Pestalotsiyə görə, rəsmi ibtidai siniflərdən başlamaq daha məqsədəuyğundur. O, oğlunun tərbiyəsi haqqında yazdığı gündəliyində rəsmə başlıca, ən əsas yer verirdi. Hər gün məşgələni rəsmlə başlayırdı.
Pestaloisi ibtidai təlim mərhələsi üçün verdiyi məsləhətlərdə yazırdı: Bütün insan bilikləri içərisindən uşaq üçün ən çox maraqlı olanını və sadəsini seç ki, uşağa işləməyi öyrədə biləsən. Sənin evində peç vardir onun şəklini çəkdir. Əgər uşağın bir il müddətinə düzbucaqlı belə çəkə bilməsə, yenə eybi yoxdur. Əvəzində o, iş üzərində oturmağı öyrənəcəkdir.
Pestaiotsi deyirdi ki, rəsm təliminin müvəffəqiyyəti düzgün metodiki qoyuluşdan çox asılıcur. Rəssamlar tədris metodikası üzərində çox az düşünürlər, ona görə də onların incəsənəli yalnız ən istedadlı adamlara müyəssər olur.
Pestakusi rəşm təlimi metodları haqqında öz fikirlərini "Kertruda öz uşaqlarını necə öyrədir" kitabında geniş şərh etmişdir.
Pestalotsi rəssam olmadığı üçün rəsm təlimi haqqında bir peşəkar kimi metodiki qaydalar verməmişdir, Lakin bütövlükdə bu barədə onun qeydləri əhəmiyyətlidir.
Pestalotsinin xidməti ondan ibarət idi ki, ilk dəfə olaraq o, məktəbdə tədris olunan fənləri incəsənətlə əlaqələndirdi, hər bir rəsmin vəziyyəti üçün metodiki göstərişlərin zəruriliyi məsələsini ortaya atdı.
O belə hesab edirdi ki, gözəyarı ölçmək qabiliyyətini inkişaf etdirmək üçün bir metodika olmalıdır, formaları qavramaq üçün - bir başqası, texnika üçün - üçüncüsü. Onun şagirdləri və davamçıları məhz bu işi həyata keçirirdilər.
Pestalotsinin şagirdi İosif Şmidt, Pyotr Şmidt, Soldan, Dyupyui qardaşları, Qalyar və b.-nın əsərləri daha məşhur idi.
XIX əsrin II yarısından etibarən məktəb metodikası daha ciddi və dərindən işlənib hazırlandı. Doğrudur bu dövrdə metodistlər arasmda bu və ya digər üsulların üstün olması barədə çox mübahisələr olurdu. Lakin bu onu sübut edirdi ki, təhsilin metodikası iiə daha çox maraqlanırdılar. Bu işə yalnız rəssamlar deyil, sənətşünaslar, psixoloqlar və həkimiər də qoşulmuşdular.
XIX əsrin sonlarında məktəbdə rəsmin tədrisi ilə məşğul olan mütəxəsislər iki qrupa bölünmüşdülər. Birinci qrupda həndəsi metod tərəfdarları, ikinci qrupda naturadan çəkmək metodu tərəfdarları birləşmişdilər.
Həndəsi metodla rəşmin təlimi zamanı həndəsə əsas götürülürdü. Bu metod tərəfdarlarının fıkrincə, həndəsə, rəsmin düzgün və dəqiqliyini təmin edir, habelə, təsvirin ölçülərinin düzgünlüyünü yöxlamağa imkan verir. Bu metoda əsasən, ətrafdakı bütün əşyalara həndəsi nöqteyi nəzərdən yanaşılırdı. Məsələn, şagird alma şəkli çəkərkən, əvvəlcə dairə şəkli çəkir, sonra ona lazımı forma verirdi. Əgər vedrə çəkirdisə, əvvəlcə kəsik konus çəkilir, sonra ona forma verilirdi.
1888-ci ildən etibarən həndəsi metod bütün ümumtəhsil məktəblərində əsas götürülürdü. Şagirdlər rəsmə daha şüurlu münasibət bəsləyirdilər. Onlar əşyanı, onun formasını yalmz müşahidə etmir, həm də əşyanı təhlil edirdilər.
Lakin tezlikiə müəllimlər bu metoda həddindən artıq uyaraq, şagirdlərdən rəsmin
olduqca dəqiq çəkilməsini, həndəsi fıqurların eynilə dəqiq verilməsini tələb etməyə başladılar. Bir çoxları isə təlim prosesini düzgün başa düşməyərək işə formal, quru yanaşırdılar. Həndəsi fiqurlar real əşyalarla hec bir əlaqəsi olmadan, hədsiz alüdəçiliklə öyrənilirdi.
Naturadan çəkmək metodunun mahiyyəti ondan ibarət idi ki, şagird əşyanı necə görürdüsə eləcə də, çəkməli idi. Bu metod tərəfdarları idiia edirdilər ki, həndəsi metodlardau fərqli olaraq bu, şagirdləri təbiətə, canlı aləmə yaxınlaşdırır. Onlar göstərirdilər ki, həndəsi metod yalnız pesakar təlim zamanı faydalıdır, məktəb kursları üçünsə yaramır: çünki bu metod şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almır.
Lakin həndəsi metodu bu cür təmamilə rədd edənlər bu metodun üstün və qiymətli cəhətlərini görmürdülər. Qeyd etmək lazımdır ki, natural metod tərəfdarlarının öz aralarında da ümumi bir fikir yox idi.
XIX əsrin 30-cu illərində uşaqların bədii tərbiyəsi məsələləri ilə məşğul olan ən məşhur nəzəriyyəçilər bunlar idi: Almaniyada Gesrq Kerşenşteyner, Amerikada Con Dyui, Rusiyada A.V.Bakuşinski, həll olunan problemə müxtəlif cür yanaşsalarda onlar hamısı "azad tərbiyə" üsulunun tərəfdarları idilər. Bu cür tərbiyə metodunda uşağın maraq və hislərinə sərbəstlik verilir və onlara müəllim rəhbərliyi rədd edilirdi.
Bu cür nöqteyi-nəzər kapitalist ölkələrində bu günə qədər də davam edir.
Gəlin uşaq rəsmlərini psixoloji-pedaqoji nöqteyi-nəzərdən təhlil edək. Birinci sinif şagirdi beşinci sinif şagirdindən həm fıziki, həm həm əqli inkişaf cəhətdən ciddi sürətdə fərqlənir. Lakin onların təsviri sənət nümunələrində bu yaş fərqini əsla hiss etmirik. Onlar hamısı incəsənətdə eyni dərəcədə sadəlövh və köməksizdirlər. Onların işini də ümumi bir ifadə ilə adlandırırıq - "uşaq rəsmləri'. Başqa sözlə desək, məktəbəqədər yaşı olan uşaqlar incəsənətdə pəltək kimidirlər. Məktəbə gəldikdən sonra da o pəltək olmaqda davam edir və böyüklərdən heç kəs ona kömək etmir. Bu cür metodika ilə heç cür razılaşmaq olmaz.
Müasir kapitalist ölkələrində təsviri incəsənətin tədrisi vəziyyətini xarakterizə edərkən qeyd etmək lazımdır ki, onlarda işin təşkilatı cəhəti olduqca yüksək səviyyədə qurulmuşdur. Bu, kabinetlərin təchizatına, tələbələrin yüksək keyfıyyətli karandaş, kağız, fırça, boya və s. ilə təmin edilməsinə aiddir.
Bu cəhətdən Yaponiya, ABŞ, Fransa, İngiltərə və İtaliyada vəziyyət daha yaxşıdır. Lakin qeyd etmək lazımdır ki, problemin bu cür həlli ümumölkə miqyasında deyil, ayrı-ayrı məktəblər çərçivəsində həyata keçirilir.
Estetık tərbiyə məsələlərinə həsr olunmuş bütün beynəlxalq simpoziumların əsas mövzusu insanın hərtərəfli inkişaf etməsidir. Lunda (İsveç, 1955). Bazei /İsveçrə, 1958/, Manila /Filippin. 1960/, Afına /1960/, və Praqada 1966/ keçirilən konqreslər də məhz buna həsr olunmuşdur. Bu konqreslərin iştirakçıları belə bir problemi həll etməyə çalışmışlar: Bəşəriyyəti şəxsiyyətin müstəqilliyini şikəst edən elmi-texniki tərəqqinin neqativ tərəflərindən necə qorumalı?
Beynolxalq konqres iştirakçıları çıxış yolunu estetik tərbiyənin inkişafında görmüşlər.
Estelik tərbiyənin inkişafında təsviri incəsənətin rolu böyükdür.
Lakin sovet pedaqoqika elmi estetik tərbiyəyə yalnız incəsənətlə əlaqədar yox, daha geniş planda nəzər yetirir. Aləmin elmi şəkildə qavranılması da, ətraf mühit də, məişət də estetik tərbiyə vasitəsidir.
Sosialist Ölkələrinin - ADR, PXR. ÇSR və s. - ümumtəhsil məktəblərində təsviri incəsənətin tədrisi əsaslı olaraq yenidən qurulur, xalq maarifınin yeni vəzifələri ilə əlaqələndirilir.