Yun. διάλογος danışıq, söhbət dilçilikdə: fikir-replikaların müntəzəm



Yüklə 55,3 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix28.04.2022
ölçüsü55,3 Kb.
#115584
  1   2
Dialoq — Vikipediya



Dialoq

Dialóq (yun. διάλογος – danışıq, söhbət) – dilçilikdə: fikir-replikaların müntəzəm

mübadiləsindən ibarət nitq forması; danışanların nitqinin bilavasitə anlaşılması replikaların dil

tərkibinə qarşılıqlı təsir göstərir. Dialoq üçün məzmun əlaqəsi (sual-cavab, xəbər-aydınlaşdırma,

/əlavə/, etiraz, /razılıq/, dəyərləndirmə; nitq etiketi formulları) və onun stimullaşdırdığı

replikaların konstruktiv (leksik-qrammatik) əlaqəsi tipikdir: “Sən harada idin?” – “İşdə ləngidim”.

Bu cür əlaqələrin yoxluğu danışanın nitqə deyil, nitqin gerçəkləşdiyi vəziyyətə reaksiyası zamanı

(“Harada idin?” – “Qapıdan çəkil, soyuqlayarsan”) və ya müəyyən nitq aktı ilə heç bir əlaqəsi

olmayan şəraitdə mümkündür.

Dialoq dil ünsiyyətinin ilkin formasıdır. Genetik olaraq şifahi ifadə vasitələrinin qənaəti prinsipi ilə

səciyyələnən şifahi danışıq sahəsinə aiddir.

Bədii ədəbiyyatda dialoq şəklində nitqin ifadəsi zamanı situasiya rolunu müəllif şərhləri

(remarkalar) oynayır. Dialoqun dil və üslubi xüsusiyyətləri yazıçının fərdi üslubuna və janrın

normalarına uyğun olur. Dialoqun köməyilə təkcə danışıq nitqi üslublaşdırılmır. Dialoqun zahiri

forması (replikaların növbələşməsi), onlarda canlı Dialoq nitqinin tipoloji əlamətlərinin çox

hissəsi olmasa da, fəlsəfi-publisistik janr üçün səciyyəvidir (məs., Platonun, Q.Qalileyin dialoqları

və “dəyirmi masa” arxasında müasir müzakirələr, müsahibələr, söhbətlər və s.). Ayrı-ayrı

danışanların öz fikrini söyləməsinin növbələşməsi prinsipi poliloqda – iki deyil, bir neçə şəxsin

danışığında da saxlanılır.

[1]

Dialoq insan üçün spesifik olan şəxsiyyətlərarası qarşılıqlı fəaliyyət formasıdır; Dialoq



prosesində həmsöhbətlər fəaliyyət obyektləri və ya şərtləri kimi deyil, bir-birinin fikirlərini

nəzərə alan və onlara hörmətlə yanaşan bərabərhüquqlu ünsiyyət subyektləri kimi çıxış edirlər.

Fəlsəfə və psixologiyada



Cavabı və fərqli baxışlarla qarşılıqlı fəaliyyəti nəzərdə tutmayan monoloq Dialoqun əksidir;

hətta xeyli dərəcədə strukturlaşmış ünsiyyət fərqli fikirlər nəzərə alınmadığı, onlara hörmətlə

yanaşılmadığı təqdirdə Dialoq keyfiyyətinə malik olmaya bilər, insanın təklikdə düşüncələri isə

insan şüurunda müxtəlif baxışların toqquşması və qarşılıqlı fəaliyyəti, onların gərgin

qarşıdurması, yaxud konstruktiv qarşılıqlı zənginləşməsindən ibarətolan daxili Dialoq keyfiyyəti

qazana bilər.

Dialoqun replika mübadiləsi kimi formal anlamı hələ antik dövrdə yayılmışdı: Sokratdan

başlayaraq (Platon, Ksenofont, Siseron, Nikolay Kuzanlı, C.Berkli, F.V.Şellinq və b.) fəlsəfə və

psixologiyada istiqamətverici suallar vasitəsilə həqiqət axtarışı mənasını verən sokratsayağı

Dialoq mövcuddur. Lakin sokratsayağı Dialoqda və onun müasir psixoterapevtik

modifikasiyalarında tərəf-müqabillər bərabərhüquqlu deyillər: həqiqəti yalnız sadəlövh

həmsöhbət axtarır, Sokratın özü isə onu bilir və tədricən həmsöhbətini düzgün əqli nəticəyə

yaxınlaşdırır.

Şəxsiyyət ünsiyyəti prosesi kimi Dialoqa yeni baxış tərzi 20-ci əsrin əvvəllərində

formalaşmışdır. Fəaliyyət və idrak kimi nəzərdən keçirilməyən ünsiyyətin spesifik xarakterini

L.Feyerbax, S.Kyerkeqor, V.Diltey, S.Frank, P.A.Florenski, M.Şeler və b. vurğulayırdılar, lakin

Dialoqun unikallığını, şəxsiyyətin dialoji təbiətini M.Buber və M.M.Baxtin göstərmişlər.

Buberin fəlsəfi-antropoloji konsepsiyasında insanın mahiyyəti onun yalnız digər insana dialoji

münasibətində (Mən – Sən) açılır və bu münasibət monoloji, idraki, utilitar münasibətdən (Mən

– O) radikal surətdə fərqlənir. Dialoq şəxsiyyətlər arasında baş verir, şəxsiyyət isə yalnız

Dialoqda yaranır: yalnız Sənə münasibət vasitəsilə mən özüm oluram, özümü Mən kimi dərk

edirəm. Mən – Sən münasibəti insanın Allahla münasibətini də səciyyələndirir. Dialoq hətta

sözsüz də mümkündür, onu bir-birinə yönəlmə və qarşılıqlı ünsiyyətə açıqlıq müəyyənləşdirir.

Dialoji yaşayan insan özünə qarşı yönəlmiş hadisələrin və halların çağırışını qəbul edir və onlara

cavab verir.

M.M.Baxtinə görə, dialoji münasibətlər insan həyatının bütün sahələrinə nüfuz edir. Şəxsiyyət

varlığı həmişə digərləri ilə birlikdə olan hadisədir, lakin şəxsiyyət yalnız Dialoqda şəxsiyyət kimi

mövcuddur və yalnız Dialoqda onun adekvat anlaşılmasına nail oluna bilər: şəxsiyyətin əsl

həyatı tədqiqat obyekti ola bilməz, o, yalnız özünə dialoji nüfuzetməyə imkan verir və

cavabında özünü azad şəkildə açır. Baxtin F.M.Dostoyevskinin nəsr materialı əsasında insan

özünüdərkinin dialoji xarakterini, orada bir-biri ilə razılığa gəlməyən və Dialoq aparan bir sıra

“səslər”in (“şüurun polifonikliyi”) mövcudluğunu aşkarlayır.

Beləliklə, Dialoqun şəxsiyyətlərarası, “subyekt-subyekt” münasibəti kimi əsas atributları

partnyorların azadlığı, onların bir-birinin bərabərhüquqluluğunu qarşılıqlı tanıması, qarşılıqlı

anlaşma və empatiya (başqasının narahatlığına emosional şərikçıxma) ilə səciyyələnən



şəxsiyyət ünsiyyətinin dərinliyidir. Buradan, bir tərəfdən, Dialoqun ən mükəmməl ünsiyyət üsulu

kimi etik qiymətləndirilməsi və Dialoq prinsipini pozan digər ünsiyyət növlərinin (avtoritar,

manipulyativ, formal) etik qüsurluluğu, digər tərəfdən isə Dialoqa hazırolmanın, şəxsiyyətin

müəyyən bacarıqlarının və kommunikativ səriştəliliyinin (məs., fərqli görüşləri anlamaq və ya

kompromis tapmaq bacarığı) mövcud olması zərurəti ortaya çıxır. Şəxsiyyətə öz bütövlüyünü

qoruyub saxlamağa imkan verən daxili Dialoq həm “üfiqi” (emosional və intellektual sferalar

arasında, Mənin müxtəlif aspektləri arasında və s.), həm də “şaquli” (şüur, şüuraltı, fövqəlşüur

arasında) istiqamətdə inkişaf edir.

M.Buber və M.M.Baxtinin Dialoqun təbiətinə dair görüşləri 20-ci əsrin 2-ci yarısında bütün

humanitar fənlərə, ekzistensial psixologiyaya, həmçinin “şəxsiyyətlərin dialoqu” prinsipi üzrə

münasibətlərin qurulmasını digər insanı adekvat anlamanın və ona psixoloji yardımetmə

imkanının əsası kimi nəzərdən keçirən humanistik psixologiyaya böyük təsir göstərmişdir.

Baxtinin, C.G.Midin ideyaları və postmodernist metodologiya əsasında 21-ci əsrdə

psixologiyada və insan haqqında elmlərdə dialoji cərəyan (H.Hermans, C.Şotter və b.)

formalaşmış, təhsildə uşaqla bütöv şəxsiyyət kimi münasibətqurmanın əhəmiyyətini vurğulayan

dialoji yanaşmalar (Y.Korçak, humanistik pedaqogika, P.Freyer, V.S. Bibler və S.Y.Kurqanovun

“mədəniyyətlərin dialoqu məktəbi” və s.) inkişaf edir.

Dialoq prinsipləri dövlətlərarası, millətlərarası və konfessiyalararası münasibətlərdə getdikcə

daha böyük əhəmiyyət kəsb edir. Müasir dünya üçün aktual olan tolerantlıq problemi bir çox

cəhətləri ilə Dialoqa hazırolma, digər insanın, qrupun, mədəniyyətin, xalqın dünyasını qəbuletmə,

bərabərhüquqlu əsasda razılığa gəlmə bacarığı ilə müəyyənləşir. Əksinə, intolerantlıq, çox

zaman zorakılıq və qantökmə formasını alan ksenofobiya Dialoqa qabil olmamaqla bağlıdır.

1) əsərdə iki və ya daha artıq personajın söhbəti. Dramın əsasını təşkil edir, nəsrdə təhkiyənin

başlıca formalarından biridir. Lirik və epik-lirik janrlarda, məs., balladada, (“Meşə hökmdarı”,

İ.V.Göte, 1782) rast gəlinir;

2) ədəbi forma, fəlsəfi, əxlaqi, dini, siyasi, estetik və s. mövzularda mükalimə, yaxud mübahisə

(əsasən, nəsrdə, nadir hallarda poeziyada). Fəlsəfi Dialoqun banisi Platondur. Roma

ədəbiyyatında Dialoq formasına Siseron (“Tuskulum söhbətləri”), həmçinin Tasit (“Natiqlər

haqqında dialoq”), Seneka və b.-nda rast gəlinir. Lukian öz Dialoqlarında (“Allahların söhbəti”,

“Geteraların söhbəti”, “Ölülər səltənətində söhbətlər”) fəlsəfi disputla menipp satirasının

əlamətlərini birləşdirmişdir. Orta əsrlərdə mənzum Dialoqlar canla bədənin, ağılla imanın

“mübahisə”si geniş yayılmışdı. İntibah dövrü ədəbiyyatı Dialoqun inkişafı ilə səciyyələnir

(Siseron üslubunda yazan F.Petrarka, L.Valla, Rotterdamlı Erazm və b.). Lukian üslubu P.Aretino,

Ədəbiyyatda Dialoq





Yüklə 55,3 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin