Plan 3. Azərbaycan dilində kommunikasiyanın tərkib hissələri
Kommunikasiyanın tərkib hissələri. Formal olaraq kommunikasiya prosesində iki tərəf iştirak edir: mənbə (informasiya ötürən) və alıcı (informasiya qəbul edən). Mənbə zehnində formalaşdırdığı mesajı müəyyən simvollardan (səslər, işarələr, jes-tlər və s.) istifadə edərək kodlayır və müvafiq kanallar (tellər, efir, kağız, telefon) vasitəsilə ötürür.
Göndərilən mesajın məzmunu mənbə ilə alıcının münasibətindən asılıdır. Əgər mənbə alıcı ilə intellekt və peşəkarlıq, status cəhətdən eyni səviyyədədirsə, mesajı düşüncəsində tərtib etdiyi formada ötürür. Yox, əgər alıcının səviyyəsi fərqlidirsə, mesajın mətni adekvat qavrayış üçün redaktə edilməlidir.
Tədqiqatlar göstərir ki, müsbət, xoş məlumat asanlıqla mesaj şəklində forma-laşdırılır və alıcı tərəfindən daha tez və rahatlıqla qəbul edilir. Mənfi məzmunlu mə-lumatı ötürmək, məzmunu formalaşdırmaq daha çətindir.İstənilən kommunika-siya prosesində əsas 4 element çıxış edir: mənbə, mesaj,kanal və alıcı.Yuxarıda da qeyd eydiyimiz kimi, kommunikativ və yaxud rabitə prosesinin baş tutması üçün ən azı iki tərəf olmalıdır: tələb olunan iki tərəfdən biri göndərən, yəni informasiya mən-bəyidir, digər tərəf isə qəbuledicidir. Göndərən əvvəlcə fikrində göndərmək istədiyi mesajı yaradır və sonra bu fikri kodlaşdırır; yəni onu sözlərə, rəqəmlərə, və ya bə-dən dilinə çevirir. Ünsiyyətdə buna "simvollar yaratmaq" deyilir. Rəmzlər müəyyən kodlara çevrilir və rabitə kanalı vasitəsilə qəbulediciyə göndərilir.
Mənbə - Göndərən, mesajın mənbəyi, kommunikasiyanın təşəbbüskarıdır. Göndə-rən rabitə təşəbbüsü edən və ya mesaj göndərən şəxsdir. Mənbə olmadan rabitə mümkün deyil. Ünsiyyətdə ən vacib məsuliyyət göndərənə aiddir. Kommunikasiya əvvəlcə göndərənin zehnindəki düşüncələrlə baş verir. Mənbə, təcrübəsinə və bili-yinə əsaslanaraq mesaj olaraq çatdırmaq üçün bir fikir yaradır. Yəni mesajı ötürməz-dən əvvəl "kodlaşdırır". Bir düşüncəni formalaşdırır və mesaj kanalından istifadə edərək alıcıya göndərir. Müvəffəqiyyətli ünsiyyətin əsas şərtlərindən biri göndəri-cinin mövcud olmasıdır. Göndərən mesajı alıcının zehni qavrayış qabiliyyətinə gö-rə kodlaşdırmalıdır. Alıcının anlamadığı bir mesaj heç bir işə yaramaz.
Kommunikasiya mənbə mesajı göndərməyə başlayanda yaranır. Keyfiyyətli ün-siyyət üçün informasiya mənbəyi və yaxud qaynağı aşağıdakı xüsusiyyətləri özün-də birləşdirməlidir:
Mənbə ətraflı məlumata malik olmalıdır;
Mənbə kodlaşdırma qabiliyyətinə malik olmalıdır;
Mənbə daşıdığı statusa uyğun davranmalıdır;
Mənbə gizli olmamalıdır.
Nitqin dəqiqliyi. Dəqiqlik nitqin ilk və əsas şərtidir. Fikrin aydın izahı dəqiq dü-şüncənin nəticəsidir. Dəqiqlik və yığcamlıq nitqin əsas məziyyətləri kimi zəngin söz ehtiyatı hesabına başa gəlir. Söz ehtiyatı zəngin olan adamın nitqi dəqiq ola bilər. Dəqiq nitq deyildikdə sözlərin ifadə olunan fikrə uyğun seçilməsidir ki, bunlar nit-qin mənasına, məzmununa münasib olmaqla fikrin gerçəkliyi əks etdirməsinə şərt sayılır. Dəqiq söz işlətmə dilin leksik sistemində olan sözlərin semantik mənasını, sinonimliyi, çoxmənalığı, terminləri, müxtəlif funksional üslubları və qrammatik formaları yaxşı bilməyi tələb edir. Dilin sinonimlik imkanlarından istifadə edərək lazım olan sözün seçilib işlədilməsi nitq üçün çox vacibdir.
Dostları ilə paylaş: |