” – fənnindən Təqdimat “Azərbaycan dilində kommunikasiyanın tərkib hissələri”


Plan 2. İşgüzar kommunikasiyanın funksiyaları və mərhələləri



Yüklə 34,41 Kb.
səhifə3/5
tarix01.04.2023
ölçüsü34,41 Kb.
#124654
1   2   3   4   5
Nağıyev Əkbər Azərbaycan dili

Plan 2. İşgüzar kommunikasiyanın funksiyaları və mərhələləri
İşgüzar kommunikasiyanın əsas funksiyaları informasiyavericilik (həqiqi, yaxud yalan məlumatların verilməsi), interaktivlik (insanlar arasında qarşılıqlı fəaliyyətin təşkili), perspektivlik (ünsiyyət tərəfdaşlarının bir-birini “həzm etməsi” və bu əsasda qarşılıqlı anlaşmanın yaradılması).Bu sahədə kommunikativ maneələr çoxdur: inamsızlıq; fikrini izah edə bilməmək; nitqin qüsurluluğu; dinləməyi bacarmamaq və s. İşgüzar kommunikasiya - işgüzar münasibətlərin qarşılıqlı təzahürüdür, infor-masiyanın müxtəlif forma və məzmununda insanları və xidmətləri əlaqələndirən nitq sözünün sinonimi və texnologiyasının komponentidir.Lakin kommunikasiya bir informasiya ötürücüsündən məlumatın qəbul edən tərəfdən alınmadırsa, işgüzar kommunikasiya insanlar arasında nitq mübadiləsidir.Semiotik münasibətdə onların arasında oxşar və fərqli cəhətlər vardır: əgər ünsiyyətin tərəfdaşları arasında qarşı-lıqlı əlaqə yaranıbsa, həmin terminləri tam mənasında sinonim kimi qəbul edə bilə-rik; bu münasibətlər prosesin müəyyən keyfiyyətlərini ehtiva edir, o zaman bu ter-minlər arasında fərq yaranır:
1.Kommunikasiya informasiya prosesidir, o təkcə insanlarla yox, texniki vasitələr, hətta süni dillərlə də həyata keçirilə bilər, işgüzar kommunikasiya isə insanlar ara-sında olur, həm praktik, həm də mənəvi informasiya xarakteri daşıyır
2.Kommunikasiya subyektin bu və ya digər obyektlə əlaqəsidir, bu zaman təkcə insan yox, hər canlı (heyvan) və ya maşın (texniki vəsait) obyekt rolunda eynilə insan kimi çıxış edə bilər. İşgüzar kommunikasiya isə yalnız fərdi subyektlər – insanlar arasında baş verir;
3.Kommunikasiya informasiya ötürmə prosesidir, bu funksiyada o, birtərəflidirmo-noloqludur, işgüzar kommunikasiya qarşılıqlı əlaqə, münasibətlər prosesidir, iki-tə-rəflidir dialoqludur.
Kommunikasiya şərti olaraq aşağıdakı mərhələlərə bölünür:

  • İnformasiya mübadiləsinin başlanğıcı;

  • İdeyaların söz, simvol, məlumatlarla təcəssümü;

  • İnformasiyanın seçilmiş rabitə vasitəsilə ötürülməsi;

  • İnformasiyanın verbal və qeyri-verbal formada qəbul edilməsi;

  • Əks-əlaqə mərhələsi kimi informasiyanı qəbul edənin ona cavabı.

Kommunikasiya və işgüzar kommunikasiya iştirakçıların aktivlik dərəcəsinə görə də fərqlənir. Kommunikasiyada həmişə bir nəfər aktiv olur, digəri və ya digərləri in-formasiya almaqda passivdirlər; rollar dəyişə bilər-qanunauyğunluq dəyişmir. İş-güzar kommunikasiyada eyni zamanda bütün tərəf-müqabilləri az və ya çox dərəcə-də aktiv ola bilir, danışan (və ya yazan) nitqini, sadəcə, dinləməklə (və ya yazmaqla) ifadə etmir və bu təkcə informasiya qəbul etməyə (və ya ötürməyə) yönəlmir, həm də növbəli şəkildə şərhinə qarşılıqlı, aktiv reaksiya verir.Aktivlik şəxsi düşüncənin və sərbəstliyin nəticəsidir; ünsiyyət, bir proses kimi, şəxsiyyətdən ideya zənginliyi, fərdiliyini dərk və ifadə etməyi tələb edir, bu, nitq fəaliyyətinin vacib şərtidir.
Kommunikasiya şəbəkə funksiyasındadır-informasiya eyni zamanda işarələnmiş ünvan sahiblərinə göndərilir, bu halda informasiya alanların sayı kommunikasiyanın xarakterinə təsir göstərmir, böyük kollektiv olsalar da, onlar bu məlumatı fərdi, tək-tək qəbul edirlər. İşgüzar kommunikasiyada isə informasiya tərəf-müqabilləri ara-sında qarşılıqlı dəqiq ünvanlanma tələb edir.



Yüklə 34,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin