Ətraf müHİTDƏN İSTİfadəNİn elmi-NƏZƏRİ MƏSƏLƏLƏRİ VƏ İNKİŞafinin əsas məRHƏLƏLƏRİ



Yüklə 12,5 Kb.
tarix01.11.2017
ölçüsü12,5 Kb.
#25788

ƏTRAF MÜHİTDƏN İSTİFADƏNİN ELMİ-NƏZƏRİ MƏSƏLƏLƏRİ VƏ İNKİŞAFININ ƏSAS MƏRHƏLƏLƏRİ

İnsan cəmiyyəti yarandığı gündən təbiətdən istifadənin səmərəli yollarını daim axtarmış, təsərrüfatının ərazi təşkilində təbiətin rolunu müəyyənləşdirməyə səy göstərmişdir. Hər bir ictimai – iqtisadi formasiyada təbiətdən istifadənin özünəməxsus forma və metodları formalaşmış, inkişaf edərək müasir səviyyəyə çatmışdır. Buna görə də indiki şəraitdə təbiətdən istifadə edilməsi barədə mövcud olan elmi-nəzəri məsələləri təhlil etmək, təbiətdən maksimum istifadə etməklə ekoloji tarazlığın qoyunması, cəmiyyətin təbiətə etdiyi texnogen təsirin gələcəkdə mənfi nəticələr verəcəyini minimuma endirməyin proqnozlarını hazırlamaq olduqca aktual səslənir. Sözün geniş mənasında təbiət dedikdə kainatın bütün maddi varlığını nəzərdə tuturuq. Təbiət insan zəkasından asılı olmayaraq öz-özünü tənzimləyən obyektiv varlıqdır. Təbiətə hərəkətsiz obyekt kimi baxmamalıyıq. Çünki o daima inkişafda olmaqla bütün təbii amillərə təsir edir. O, təbii proseslər və qanunauyğunluqlar əsasında yaranmış uzun sürən təkamül prosesində inkişaf etmişdir. “İnsan və təbiət” problemi həmişə elm xadimlərinin diqqətini cəlb edib. Epikür yazmışdır ki, insanlar, siz təbiətdən istifadə edərkən ona qarşı qəddar olmamağa çalışın. Ancaq biz insanlar sanki qarşımıza məqsəd qoymuşuq ki, əvvəlcə təbiəti sonra isə özümüzü məhv edəcəyik. İnsan təbiətin bir hissəsi, onun ən ali üzvüdür. Biz kainatın ayrılmaz tərkib hissəsi olmaqla təbiət amilləri ilə qarşılıqlı təsirdə artır, yaşayır və inkişaf edirik. Biz özümüz üçün nə lazımsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və s.-ni təbiətdən alırıq. Bu sərvətlərdən yüz illərdən bəri kor - təbii istifadə etməyimiz nəticəsində ətraf mühiti dünya miqyasında dəyişilməyə məruz qoymuşuq. Bu vəziyyət müasir elmi-texniki tərəqqi dövründə daha da kəskinləşib və XX əsr insanın təbiətə və onun sərvətlərinə qəddar münasibət bəslədiyi dövr kimi bəşər tarixinə həkk olunub. Belə ki, dünya əhalisinin sürətli artımı şəraitində maddi nemətlərin istehsalı və bölüşdürülməsi tələbatdan xeyli geri qalır. Buna görə də, yer sərvətlərinin istifadəsinin durmadan çoxalması, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat - 9 - sahələrində yeni texnologiyanın tətbiqi və istehsalının genişlənməsi, dünya landşaftlarının antropogen dəyişməsi, beynəlxalq təsərrüfat əlaqələrinin mürəkkəbləşməsi və genişlənməsi bu və ya digər amillər mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsinin güclənməsinə və insanı əhatə edən mühitə antropogen yükün artmasına səbəb olur. Bu problemə D.Rikardo və T.Maltus böyük diqqət yetirmişdilər. Onlar iqtisadi inkişafın perspektivlərinə pessimist yanaşırdılar. Son onilliklərdə istehsalın sürətlə inkişafı ilə əlaqədar dünya ölkələrində təbii ehtiyatların istifadəsi xeyli artmışdır. Bu da öz növbəsində təbiətə təsirin güclənməsinə və eyni zamanda təbiətdən istifadə problemlərinin kəskinləşməsinə gətirib çıxarmışdır. Dünya üzrə ümumi istehlakın artmasını “demoqrafik sıçrayış” adlanan əhalinin sayının xeyli yüksəlməsi ilə izah etmək mümkündür. Dünya əhalisinin dinamidir. Cədvəldən göründüyü kimi əhalinin artım sürəti ilbəil sürətlənir. Əhalinin artımı təbii sərvətlərə olan əlavə təsiri gücləndirir və ətraf mühitin çirklənmə dərəcəsini artırır. Burada əsas problem əhalinin maksimal miqdarında deyil, bu miqdarın mövcud sərvətlərə necə münasibətdə olmasından ibarətdir. Dünya əhalisinin sürətlə artması nəticəsində əmələ gələn ehtiyatcların ödənilməsi üçün yeni-yeni təbii ehtiyatlar cəmiyyətin istifadəsinə verilir, kənd təsərrüfatı sənayeləşir və - 10 - intensivləşdirilir. Elmi texniki tərəqqi bir tərəfdən insanın təbiətdən asılılığını minimuma endirir, digər tərəfdən isə ekoloji sistemdə mənfi iz buraxır. Ümumiyyətlə, insan dünyada bu günə kimi mövcud olan yeganə varlıqdır ki, daima təbiətlə münaqişə aparmış və aparır. Bəli, biz insanlar təbiətin tərkib hissəsiyik ancaq təbiətin bir çox qanunlarına qarşı çıxırıq. Belə ki, təbiətdə milyon illər davam edən tullantısız mübadilə proseslərindən və ziyansız maddələr mübadiləsi dövranı qanunlarından kənara çıxmışıq. Bundan başqa, təbiətə xas olan təbii sərvətlərdən “qənaətlə” istifadə prinsipləri müasir insanlar tərəfindən qorunmamışdır. Məsələn, son bir milyard ildə yaranan təbii sərvətlər son 90-120 ildə insanlar tərəfindən istifadə olunmuşdur. İnsanın ekoloji böhranla üzləşməsi təbii sərvətlərdən kortəbii istifadə olunması sayəsində yaranmışdır. Akademik S.S.Şvars göstərir ki, biosfer həyat üçün zəruri olan elementlərin optimal nisbətini milyon illərlə sabit saxlamış, lakin bir neçə onillik ərzində insan bu tarazlığı poza bilmişdir. Bu isə ekoloji problemlərin yaranmasına səbəb olub. Ekoloji problemlər hazırda bəşəriyyətin ən böyük qlobal problemidir. Bu gün bu ekoloji problemlərin həllində hamı iştirak etməlidir. Heç kimin bu işdən kənarda qalmağa mənəvi haqqı yoxdur. Ekoloji problemlər təbiətdən düzgün istifadə edilməmənin nəticəsidir. Biz biosfer təliminin banisi V.İ.Vernadskinin insan 1 dəqiqə də olsun belə biosfersiz yaşaya bilməz sözlərini unutmamalıyıq. Təbiətdən istifadə dedikdə təbii-resurs potensialının istismar edilməsinin və onun qorunub saxlanmasının bütün növlərinin məcmuu nəzərdə tutulur. Demək təbiətdən istifadə dedikdə aşağıdakı anlayışları nəzərdə tutmalıyıq. 1. Təbii şəraitin istifadəsi və mühafizəsi; 2. Təbii resursların çıxarılması, emalı, onların bərpası və təkrar istehsalı; 3. Təbii sistemlərin ekoloji balansının saxlanması, təkrar istehsalı və səmərəli dəyişdirilməsinin təmin edilməsi. E.F.Yusifov ətraf təbii mühitin faydalı xüsusiyyətlərinin insan tərəfindən istifadə imkanlarını təbiətdən istifadə kimi izah etmişdir. Əgər bu xüsusiyyətləri iqtisadi, sağlamlıq və mədəni xüsusiyyətlər olaraq 3 qrupa ayırsaq, - 11 - onda təbiətdən istifadə iqtisadi, mədəni və ekoloji sağlamlıq kimi 3 formada özünü büruzə verir. Təbiətdən istifadəni torpaqdan istifadə, yerin təkindən istifadə, heyvanat aləmindən istifadə, atmosfer havasından istifadə kimi müxtəlif qruplara ayıra bilərik. Təbii vasitələr isə öz növbəsində bir neçə məqsəd üçün istifadə oluna bilər. Məsələn, su içmək üçün, həmçinin hidroenerji mənbəyi kimi və nəqliyyat vasitəsi kimi məişətdə istifadə edilir. Meşədən oduncaq mənbəyi, istirahət yeri, otlaq, giləmeyvə, dərman bitkiləri toplamaq və başqa məqsədlər üçün istifadə edilir
Yüklə 12,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin