## İxtisas: Təhsildə sosial psixoloji xidmət ## Fənnin adı: Azərbaycan dili və nitq mədəniyyəti


##num= 4// level= 1// sumtest=20 // name= Azərbaycan dilinin semasiologiyası və frazeologiyası //



Yüklə 1,59 Mb.
səhifə4/14
tarix24.02.2020
ölçüsü1,59 Mb.
#102167
1   2   3   4   5   6   7   8   9   ...   14

##num= 4// level= 1// sumtest=20 // name= Azərbaycan dilinin semasiologiyası və frazeologiyası //


1. Birində frazeoloji sinonimlik pozulmuşdur:

A) cin atına minmək - hirsi başına vurmaq

B) söz salmaq - söhbət açmaq

C) sözünün üstündə durmaq - sözünün sahibi olmaq

D) acığı cəlmək - zəhləsi getmək

E) ürəyi yanmaq - xoşu gəlmək

2. Verilmiş şeir parçasında neçə söz məcazi mənada işlənmişdir?

Cığırlardan mahnı, gülüş

Əskilməyir nə zamandır.

Meşə qızıl, göylər gümüş,

Sanki çay da büllurdandır.

A) yoxdur

B) bir

C) iki

D) üç

E) dörd

3. «Bir azdan bayaqdan əsən külək yatdı, iri dalğalar yumşaldı» cümləsindəki məcazi mənalı sözləri göstərin.

A) yatdı, iri

B) yatdı, yumşaldı

C) yatdı, dalğalar

D) iri, yumşaldı

E) yatdı, iri, yumşaldı

4. Verilmiş şer parçalarından hansında antonim sözlər yoxdur?

A) Bizim əhdimizin, ilqarımızın

Ulduzlu gecələr oldu şahidi



B) Yenə canlandı əski xatirələr

Yeni olaylardan ayırdı bizi.



C) Ölümdür sizlərin nəsibi ancaq,

Sizə biganədir bizim bu həyat.



D) Yaddır mənə qüssə, kədər,

Sevincdənsə üzüm gülər.



E) Yerdə məhbus kimi yaşamaqdansa,

Göydə azad qanad çalmaq gözəldir.



5. Verilmiş fikirlərdən hansı səhvdir?

A) Cəmiyyət və kainata aid əşya, hadisə, əlamət və s. anlayışların adını bildirib dildə çox işlənən sözlərə ümumişlək sözlər deyilir.

B) Ümumişlək sözlər yalnız məişət üslubunda, qismən də bədii üslubda işlənir.

C) Ümumişlək sözlər dilin leksik tərkibinin əsasını təşkil edir və ən zəruri həyati anlayışları əks etdirir.

D) Ümumişlək sözlər nitqdə fikrin bütün dərinliyi ilə sadə və təbii ifadə olunmasına imkan verir.

E) Ümumişlək sözlər maddi varlığa və eləcə də insan fəaliyyətinin bütün sahələrinə aid olur.

6. Sözlərdən ikisinin leksik mənası düz verilmişdir:

1 - eyham - işarə

2 - məkr - qisas

3 - şərh - başlanğıc

4 - xəfif - soyuq

5 - pünhan - gizli

A) 1, 5

B) 2, 4

C) 1, 2

D) 3, 4

E) 2, 5

7. Omonimlərə aid verilmiş xüsusiyyətlərdən hansılar səhvdir?

1 - Dildə yazılış və deyilişcə tam eyni, mənaca müxtəlif sözlər leksik omonimlər, yazılış və deyilişi az - çox fərqlənən, mənaca müxtəlif sözlər isə leksik - semantik omonimlər hesab olunur.

2 - Omonimlər bədii yaradıcılıqda geniş istifadə edilən bədii ifadə vasitələrindən biridir.

3 - Omonimləri çoxmənalı sözlərdən fərqləndirmək üçün dəqiq meyar müəyyən etmək olduqca çətindir.

4 - Dildə omonimlərin bir qismi çoxmənalı sözlərin ifadə etdyi mənalardan birinin əsas mənadan uzaqlaşması nəticəsində yaranır.

5 - Omonimlər həmişə eyni nitq hissəsinə aid olur.

A) 3, 4, 5

B) 2, 3, 4

C) 2, 4

D) 1, 5

E) 1, 2, 5

8. Hansı cərgədəki sözlərin hamısı omonimdir?

1 - yel, çal, qurd, qız, yal, yarı

2 - yol, diş, qat, göy, bez, qırx

3 - bel, bağ, çay, qarı, saz, qaz

4 - yar, dolu, lay, tək, aşıq, yaz

5 - dil, əqrəb, yarı, bar, inci, at

6 - sağ, şal, yara, boz, dam, pul

A) 1, 3, 5

B) 2, 3, 4

C) 2, 4, 6

D) 3, 4, 5

E) 1, 2, 6

9. Hansı sinonimik cərgə səhvdir?

1 - bərə - sal - körpü

2 - bərə - dağarası - dərə

3 - bərə - ov - şikar

4 - bərə - pusqu - marıq

5 - bərə - meşə - orman

A) 2, 3, 4

B) 1, 3, 5

C) 2, 4, 5

D) 3, 4, 5

E) 1, 2, 5

10. Sözlərdən hansılar omonim olaraq həm feil, həm də isim kimi işlənə bilir?

1 - qatar 2 - qarış 3 - əsir

4 - yaz 5 - al 6 - bit

A) 2, 4, 6

B) 1, 2, 5

C) 1, 3, 5

D) 4, 5, 6

E) 1, 2, 4

11. Omonim olaraq həm feil, həm də isim kimi işlənə bilən sözləri göstərin.

1 - qatar 2 - qırış

3 - əsir 4 - yanacaq

5 - dan

A) 2, 5

B) 2, 3, 5

C) 1, 3, 5

D) 4, 5

E) 1, 2, 5

12. Omonim sıraları göstərin.

1 - bağ sahəsi - ayaqqabı bağı

2 - uzunboğaz çəkmə - ipi çəkmə

3 - şirin çay - axar çay

4 - çətin sənət - sənəd qovluğu

5 - hava durumu - rəqs havası

A) 2, 3

B) 1, 2, 5

C) 2, 3, 4, 5

D) 1, 3, 5

E) 3, 4, 5

13. Omonim olaraq həm feil, həm də isim kimi işlənə bilən sözləri ardıcıllıqla göstərin.

1 - qatar 2 - şiş

3 - əsir 4 - yanacaq

5 - dan 6 - köç

A) 1, 2, 5, 7

B) 1, 2, 4, 5

C) 1, 3, 5, 7

D) 2, 4, 5

E) 2, 5, 6

14. Omonim olub, həm ümumişlək söz kimi, həm də dialekt sözü kimi işlənən sözləri ardıcıllıqla göstərin.

1 - avara

2 - ağı

3 - balaq

4 - qala

5 - aşıq

A) 1, 3

B) 2, 4

C) 3, 5

D) 1, 4

E) 2, 3

15. Sinonimliyin pozulduğu cərgələri ardıcıllıqla göstərin.

1 - duyğu - təsəvvür

2 - sütül - yetişmiş

3 - zindan - qazamat

4 - sakit - əmin - amanlıq

5 - sakit - dinc

A) 3, 4, 5

B) 2, 4

C) 1, 2, 4

D) 1, 4

E) 2, 3, 4

16. Səhv fikirləri ardıcıllıqla göstərin.

1 - Dildə çoxmənalılıq ən çox xüsusi sözlərdə olur.

2 - Dildə bütün sözlərin çoxmənalılığı eyni dərəcədə olmur.

3 - İki və daha artıq əşyanın yaxınlığı, əlaqəsi əsasında yaranan məcazlara bədii təzad deyilir.

4 - Əşya və hadisələrin oxşarlığı əsasında yaranan məcazlara metafora deyilir.

5 - Məcazların digər növlərinə nisbətən dildə simvollara daha çox təsadüf edilir.

A) 1, 3, 5

B) 1, 2, 5

C) 2, 3, 4, 5

D) 2, 3

E) 3, 4, 5

17. Uyğunluğu tapın:

1 - omonim frazeoloji vahidlər 2 - sinonim frazeoloji vahidlər 3 - antonim frazeoloji vahidlər

A - əl qaldırmaq, söz vermək

B - ürəyi yanmaq, səs vermək

C - əldən düşmək, taqəti kəsilmək

D - cana doymaq, canı boğazına yığılmaq

E - gözdən salmaq, hörmətə mindirmək

A) 1 - A, C; 2 - B, D; 3 - E

B) 1 - A, B; 2 - C, D; 3 - E

C) 1 - B, C; 2 - A, D; 3 - E

D) 1 - A, E; 2 - C, D; 3 - B

E) 1 - C, D; 2 - A, E; 3 - B

18. Uyğunluğu tapın:

1 - omonim frazeoloji vahidlər 2 - sinonim frazeoloji vahidlər 3 - antonim frazeoloji vahidlər

A - əl qaldırmaq, söz vermək

B - ürəyi yanmaq, səs vermək

C - əldən düşmək, taqəti kəsilmək

D - cana doymaq, canı boğazına yığılmaq

E - can vermək, cana gəlmək

A) 1 - A, B, E; 2 - C, D; 3 - E

B) 1 - A, C; 2 - B, D; 3 - E

C) 1 - B, C; 2 - A, D; 3 - E

D) 1 - A, E; 2 - C, D; 3 - B

E) 1 - C, D; 2 - A, E; 3 - B

19. Uyğunluğu tapın.

I - Fikirlərdən hansılar doğrudur? II - Fikirlərdən hansılar yanlışdır?

1 - Sifət, say və əvəzliklərdə qohum sözlər daha çox müşahidə olunur.

2 - Dildə yaxın zamanlarda təşəkkül tapmış sözlər müasir sözlər adlanır.

3 - Lüğət tərkibi dil üçün ikinci dərəcəli materialdır.

4 - Dilin leksik tərkibində törəmə - düzəltmə sözlər ilkin sözlərə nisbətən daha çoxdur.

5 - Dilimizin lüğət tərkibi formalaşmağa başladığı dövrdən zəngin olmuşdur.

A) I – 2, 4; II – 1, 3, 5

B) I – 1, 3, 5; II – 2, 4

C) I – 1, 4; II – 2, 3, 5

D) I – 2, 3, 5; II – 1, 4

E) I – 3, 5; II – 1, 2, 4

20. Uyğunluğu tapın. Q samitinin kar qarşılığına hansı sözdə:

I - təsadüf edilir

II - təsadüf edilmir

A – sükan B – reaksiya C – təvəqqe D – plastik E - qaymaq

A) I – A, D; II – B, C, E

B) I – A, B, C; II – D, E

C) I – A, E; II – B, C, D

D) I – B, C, D; II – A, E

E) I – A, C, E; II – B, D

Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin