## İxtisas: Təhsildə sosial psixoloji xidmət ## Fənnin adı: Azərbaycan dili və nitq mədəniyyəti


##num= 14// level= 1// sumtest=20 // name= Nitqin növləri və formaları //



Yüklə 1,59 Mb.
səhifə14/14
tarix24.02.2020
ölçüsü1,59 Mb.
#102167
1   ...   6   7   8   9   10   11   12   13   14

##num= 14// level= 1// sumtest=20 // name= Nitqin növləri və formaları //


1. “Əruz vəzni klassik şeir vəznidir. Burada misralarda uzun və qısa hecaların bir - birini izləməsi əsas götürülür”.

Mətn nitqin hansı üslubundadır?

A) publisistik

B) elmi

C) məişət

D) rəsmi - işgüzar

E) bədii

2. Rəsmi sənədlər dili üçün nə əsas şərt sayılmır?

A) dil yığcamlığı

B) sözün təkmənalılığı

C) fərdi nitq ünsürləri

D) rəami şəxsin imzası

E) hüquqi məzmuna malik olmaı

3. Bunlardan biri nitqin bədii üslubuna aid əlamət deyil:

A) termin sıxlığı

B) obrazlılıq

C) məcazilik

D) bədii təsvir və ifadə vasitələrindən istifadə

E) bəzən dialektizm və loru - vulqar sözlərdən istifadə

4. Bu üslublardan birinin əvəzinə «mətbuat dili» ifadəsi də işlətmək mümkündür:

A) bədii

B) publisistik

C) məişət

D) elmi

E) rəsmi - işgüzar

5. Fərdi nitqin ən qabarıq ifadəsi hansı üslubdadır?

A) rəsmi - işgüzar

B) elmi

C) publisistik

D) bədii

E) məişət

6. Nitqin bədii üslubu hansı üslublarda az istifadə olunur?

1 - məişət 2 - bədii

3 - rəsmi - işgüzar 4 - publisistik

5 - elmi

A) 1, 3, 5

B) 3, 5

C) 2, 4

D) 1, 3

E) 1, 3, 4, 5

7. Hansı nümunədə orfoepik normaya riayət edilməmişdir?

1 - [kəndli] 2 - [polat]

3 - [kişnəyir] 4 - [nöqsan]

5 - [torpax] 6 - [matros]

7 - [mator]

A) 1, 3, 4, 7

B) 2, 5, 6

C) 1, 3, 4

D) 1, 3, 5, 7

E) 3, 5, 7

8. Qrammatik normanın pozulmadığı cümlələr hansılardır?

1 - Atlar çəməndə otlayırlar 6 - Yüzlərlə adam onu qarşılamaq üçün gəlmişdi

2 - Uşaqların hamısı gəldilər 7 - Axşam işıqlar söndü

3 - Kəndlilərin çoxu silahsız idilər 8 - Bir sıra iş bizi gözləyir

4 - Mağazadan beş dəftər aldım 9 - Çox adamın bundan xəbəri yoxdur

5 - Bir çox məsələ həll olunmamış qaldı

A) 1, 4, 6, 7, 9

B) 2, 3, 5, 8

C) 1, 4, 6, 9

D) 2, 3, 5, 8, 9

E) 1, 3, 5, 7

9. Dilçilik elminə aid terminlər hansılardır?

1 - ktematonimika 2 - topologiya 3 - morfem 4 - antropologiya

5 - zoonimika 6 - alqoritm 7 - sintaqm 8 - epitet

9 - orfoepiya

A) 1, 2, 3, 4, 7, 9

B) 2, 4, 6, 8

C) 1, 3, 5, 7, 9

D) 2, 3, 4, 7, 9

E) 3, 4, 7, 9

10. Qrammatik norma harada pozulmuşdur?

1 - yarpaqlar töküldülər 2 - sözün qüdrəti 3 - beş dəftərlər

4 - qapının cəftəsi 5 - bir sıra iş

A) 1, 3, 5

B) 2, 4

C) 1, 3

D) 1, 3, 4, 5

E) 1, 2, 3

11. Publisistik üsluba aid olmayan əlamətlər hansılardır?

1 - aydınlıq

2 - emosionallıq

3 - anlaşıqlıq

4 - şablon ifadələrdən istifadə

5 - təsirlilik

6 - terminlərdən istifadə

7 - xalq dilinə yaxınlıq

8 - fikrin müəyyən standart formalarda ifadəsi

9 - konkretlik

A) 2, 4, 6, 8, 9

B) 1, 3, 5, 7

C) 1, 3, 5, 7, 9

D) 1, 2, 3, 5, 7, 9

E) 2, 3, 4, 7, 8

12. Hansı sözlərdə iltisaqilik prinsipi pozulmuşdur?

1 - kimyəvi 6 - azadlıq

2 - alimlik 7 - dünyəvi

3 - narahat 8 - dairəvi

4 - elmi 9 - baməzə

5 - evimizdəki

A) 1, 3, 5, 7, 8, 9

B) 2, 4, 6, 8

C) 1, 3, 4, 5, 7, 8

D) 1, 3, 7, 8

E) 1, 3, 5, 7, 9

13. Qrammatik normanın pozulduğu cümlələri ardıcıllıqla göstərin.

1 - yarpaqlar töküldülər

2 - sözün qüdrəti

3 - beş dəftərlər

4 - qapının cəftəsi

5 - bir sıra iş

6 - işıqlar yandı

7 - qoyunlar otlayır

A) 3, 5, 6

B) 2, 4, 6, 7

C) 1, 3, 5

D) 3, 4, 5, 7

E) 1, 2, 3, 6

14. Publisistik üsluba aid olmayan əlamətləri ardıcıllıqla göstərin.

1 - aydınlıq

2 - emosionallıq

3 - anlaşıqlıq

4 - şablon ifadələrdən istifadə

5 - təsirlilik

6 - terminlərdən istifadə

7 - xalq dilinə yaxınlıq

A) 1, 2, 6

B) 1, 3, 5, 7

C) 1, 2, 4, 7

D) 2, 4, 6

E) 2, 3, 4, 7

15. İltisaqilik prinsipinin pozulduğu sözləri ardıcıllıqla göstərin.

1 - mənəvi

2 - müəllimlik

3 - narazı

4 - tibbi

5 - ailəmizdəki

6 - azadlıq

7 - dünyəvi

8 - kütləvi

9 - basəfa

A) 2, 4, 6, 8

B) 1, 3, 5, 7, 9

C) 1, 3, 4, 5, 7, 8

D) 1, 3, 7, 8

E) 1, 3, 5, 7, 8, 9

16. Nida cümləsinə aid olmayan xüsusiyyətləri ardıcıllıqla göstərin.

1 - Xəbəri yalnız felin əmr şəkli ilə ifadə olunur.

2 - Xüsusi forması yoxdur.

3 - Başqa cümlə növlərinə nisbətən çox işlənir.

4 - Yüksək hiss - həyəcanla tələffüz edilən cümlələrə deyilir.

5 - Xəbəri yalnız felin xəbər şəkli ilə ifadə olunur.

6 - Nəqli, sual və əmr cümlələri həyəcanlı intonasiya ilə deyiləndə nida cümləsinə çevrilir.

7 - Sonunda daha çox nida işarəsindən istifadə edilir.

8 - Hər hansı məlumatı bildirir.

A) 1, 3, 5, 8

B) 2, 3, 6, 7, 8

C) 2, 4, 6, 7

D) 2, 3, 4, 6, 7

E) 2, 4, 7, 8

17. Normalara riayət olunmuş cümlələr üzrə uyğunluğu tapın.

I - fonetik norma

II - leksik norma

III - qrammatik norma

1 - Axşam işıxlar söndü

2 - Uşaqların hamısı gəldilər

3 - Çox adamın bundan əhvalatı yoxdur

4 - Mağazadan beş dəftər aldım

A) I - 2, 3, 4; II - 1, 2, 4; III - 1, 3, 4

B) I - 2, 4; II - 1, 2, 3, 4; III - 1, 3, 4

C) I - 1, 2, 3, 4; II - 1, 2, 4; III - 3, 4

D) I - 2, 3; II - 1, 2, 4; III - 1, 3, 4

E) I - 2, 3, 4; II - 1, 2, 3, 4; III - 1, 3, 4

18. Normalara riayət olunmamış cümlələr üzrə uyğunluğu tapın.

I - fonetik norma II - leksik norma III - qrammatik norma

1 - Axşam işıxlar söndü

2 - Uşaqların hamısı gəldilər

3 - Çox adamın bundan əhvalatı yoxdur

4 - Mağazadan beş dəftər aldım

A) I - 2; II - 3; III - 1

B) I - 4; II - 3; III - 2

C) I - 1, 4; II - 3; III - 2

D) I - 1; II - 3; III - 2

E) I - 1; II - 3; III - 2, 4

19. Uyğunluğu müəyyən edin.

I - mühazirə II - məruzə III - çıxış

1 - Dialoqa yer verilmir.

2 - Müəyyən məruzə ətrafında dinləyicilərin öz fikrini, münasibətini bildirməsidir.

3 - Ən çox ali məktəblərdə istifadə olunur.

4 - Mövzudan asılı olaraq qısa və geniş ola bilər.

5 - Şərhin gedişində dinləyicilər natiqə sualla müraciət edə bilərlər.

A) I - 3, 5; II - 1, 4; III - 2

B) I - 3, 5; II - 1, 4; III - 2

C) I - 3, 4, 5; II - 1; III - 2

D) I - 3, 5; II - 1; III - 2, 4

E) I - 3; II - 1, 4; III - 2, 5

20. Uyğunluğu tapın.

I - nəqli cümlə

II - sual cümləsi

III - nida cümləsi

1 - Xüsusi forması yoxdur.

2 - Başqa cümlə növlərinə nisbətən çox işlənir.

3 - Yüksək hiss - həyəcanla tələffüz edilən cümlələrə deyilir.

4 - Sorğu məqsədilə işlədilir.

5 - Hər hansı məlumatı bildirir.

6 - Sonunda daha çox nida işarəsindən istifadə edilir.

A) I - 5; II - 2, 4; III - 1, 3, 6

B) I - 2, 5; II - 3, 4; III - 1, 6

C) I - 2, 3; II - 4, 6; III - 1, 5

D) I - 2, 5; II - 4; III - 1, 3, 6

E) I - 5, 6; II - 2, 3; III - 1, 4

##num= 15// level= 1// sumtest=20 // name= Nitqin etik məsələləri //


1. Diksiya termini necə başa düşülür?

A) orfoqrafiya qaydalarına əməl etmək

B) orfoqrafik qaydada tələffüz

C) səslərin öz məxrəcinə uyğun şəkildə tələffüzü

D) düzgün yazı qaydası

E) düzgün danışıq qaydası

2. Nitqin zənginliyinin başlıca meyarı nədir?

A) düzgün danışıq qaydasına əməl etmək

B) səslərin öz məxrəcinə uyğun şəkildə tələffüzü

C) orfoqrafiya qaydalarına əməl etmək

D) orfoepiya qaydalarına əməl etmək

E) geniş söz ehtiyatına malik olmaq

3. Nitqin zənginliyini və emosionallığını təmin edən başlıca amil hansıdır?

A) orfoepik qaydaya əməl etmək

B) intonasiya

C) orfoqrafiya qaydasına əməl etmək

D) diksiyaya əməl etmək

E) ədəbi dildə danışmaq

4. Nitqin orijinallığı necə başa düşülməlidir?

A) Nitqin özünəməxsusluğu

B) Nitqin orijinallığı

C) Nitqin fərdiliyi

D) Nitqin sadəliyi

E) Nitqin elmiliyi

5. Söz vurğusu nitqdə hansı vəzifəni yerinə yetirir?

A) sözlərdə forma gözəlliyi yaradır

B) sözlərdə mənanı qüvvətləndirir

C) sözlərdə hiss - həyacan yaradır

D) sözləri bir - birindən fərqləndiri

E) sözlərdə emosionallıq yaradır

6. Hansı adlar təklikdə müraciət forması kimi işlədilir?

1 - direktor

2 - həkim

3 - müəllim

4 - dekan

5 - satıcı

6 - rektor

A)1, 4, 6

B) 2. 3, 5

C) 1, 3, 6

D) 3, 5, 6

E) 1, 3, 5

7. Hansı adlar təklikdə müraciət forması kimi işlədilmir?

1 - direktor 2 - həkim

3 - müəllim 4 - dekan

5 - satıcı 6 - rektor

A) 1, 4, 6

B) 2, 4, 5

C) 1, 3, 6

D) 3, 5, 6

E) 1, 3, 5

8. Kommunikasiya məqsədinə görə nitqin növləri hansılardır?

1 - danışıq nitqi 2 - obrazların nitqi

3 - qeyri - real nitq 4 - kütləvi nitq

5 - heyvan nitqi 6 - təkbaşına nitq

A) 1, 4

B) 2, 5

C) 1, 4, 6

D) 3, 6

E) 1, 3, 5

9. Hansı adlar təklikdə müraciət forması kimi işlədilmir?

1 - mühəndis

2 - həkim

3 - sürücü

4 - fermer

5 - satıcı

6 - biznesmen

A) 1, 3, 5

B) 2, 5

C) 1, 3, 6

D) 3, 6

E) 1, 4, 6

10. Qadınlara və kişilərə hörmət əlaməti olaraq necə müraciət etmək olar?

1 - bəy 2 - cənab 3 - anacan 4 - xanım 5 - qadın 6 - kişi 7 - qardaş 8 - arvad 9 - ağa

A) 4, 9

B) 2, 5

C) 3, 6

D) 6, 8

E) 1, 4

11. Verilmiş xüsusiyyətlərdən hansılar nəqli cümlələrə aiddir?

1 - Xəbəri felin bütün şəkilləri ilə ifadə olunur.

2 - Hər hansı məlumatı bildirir.

3 - Xəbəri felin əmr və şərt şəkilləri ilə ifadə olunur.

4 - Başqa cümlə növlərinə nisbətən çox işlənir.

5 - Belə cümlələrlə müəyyən bir işə təhrik edilir.

6 - Sonunda, əsasən, nöqtə işarəsi qoyulur.

7 - Məqsəd və intonasiyaya görə cümlə növüdür.

A) 2, 4, 6, 7

B) 2, 3, 6, 7

C) 1, 3, 5

D) 2, 3, 4, 6, 7

E) 2, 4, 6

12. Əmr cümləsinə aid verilmiş xüsusiyyətlərdən hansılar doğrudur?

1 - Xəbəri felin əmr və şərt şəkilləri ilə ifadə olunur.

2 - Məqsəd və intonasiyaya görə cümlə növlərindən biridir.

3 - Başqa cümlə növlərinə nisbətən çox işlənir.

4 - Əmr, istək, arzu, xahiş, öyüd, məsləhət və s. bildirir.

5 - Yüksək hiss - həyəcanla tələffüz edilən cümlələrə deyilir.

6 - Belə cümlələrlə müəyyən bir işə təhrik edilir.

7 - Bədii ədəbiyyatda üslubi rəngarənglik yaratmaq üçün işlənir.

A) 2, 3, 6, 7

B) 2, 4, 6, 7

C) 1, 3, 5

D) 2, 3, 4, 6, 7

E) 2, 4

13. Danışıq etikasına daxil olan cəhətləri ardıcıllıqla göstərin.

1 - müraciət qaydaları

2 - emosional çıxış etmək

3 - natiqi dinləmə mədəniyyəti

4 - etik davranış göstərmək

5 - dinləyicinin düşünməyə sövq etmək

6 - obrazlı danışmaq

A) 2, 5

B) 1, 3

C) 1, 4, 6

D) 3, 6

E) 1, 3, 5

14. Danışıq etikasına daxil olan cəhətləri ardıcıllıqla göstərin.

1 - söhbətə qoşulma 2 - emosional çıxış etmək 3 - danışıqda təvazökarlıq 4 - etik davranış göstərmək

5 - dinləyicinin düşünməyə sövq etmək 6 - obrazlı danışmaq

A) 1, 3

B) 2, 5

C) 1, 4, 6

D) 3, 6

E) 1, 3, 5

15. Natiq sözünün sonunda dinləyicilərə razılıq əlaməti olaraq hansı ifadədən istifadə edə bilər? Ardıcıllıqla göstərin.

1 - sizi yordum

2 - zəhmət olmasa, nümunə göstərin

3 - vaxtınızı aldım

4 - xahiş edirəm bir də təkrar edin

5 - fikriniz aydın olmadı

6 - zəhmət olmasa həmin məsələni bir də deyin

A) 1, 3

B) 2, 5

C) 1, 4, 6

D) 3, 6

E) 1, 3, 5

16. Qrammatık normanın pozulduğu cümlələri ardıcıllıqla göstərin.

1 - Şirin bir xatirə tək qalacaqdır dünyada

2 - Gənc qız işə böyük həvəslə başladı

3 - Bir azdan nənəsi həyətə endi əlində zənbil

4 - Sənubər kəndə, babasigilə qonaq gəlmişdir

5 - Uşaqlar Səlim babadan çox şey öyrəndilər

6 - Sizə zəhmət vermək istəmirəm

A) 2, 5

B) 1, 3

C) 1, 4, 6

D) 3, 6

E) 1, 3, 5

17. Nitq etiketləri üzrə uyğunluğu müəyyən edin.

I - görüşmə II - təbrik III - ayrılma

1 - Salamat qalın! 2 - Xoşbəxt olun! 3 - Xoş gördük!

4 - Gecəniz xeyrə qalsın! 5 - Sabahınız xeyir! 6 - Gözünüz aydın olsun!

A) I - 3, 4; II - 2, 6; III - 1, 5

B) I - 3, 5; II - 2, 6; III - 1, 4

C) I - 2, 5; II - 3, 6; III - 1, 4

D) I - 3, 5; II - 2, 4; III - 1, 6

E) I - 3, 4, 5; II - 2, 6; III - 1

18. Nitq etiketləri üzrə uyğunluğu müəyyən edin.

I - görüşmə II - təbrik III - ayrılma

1 - Allah amanında!

2 - Bayramınız mübarək!

3 - Salam!

4 - Yaxşı yol!

5 - Gün aydın!

6 - Ad gününüz mübarək!

A) I - 3, 5; II - 2, 6; III - 1, 4

B) I - 3, 4; II - 2, 6; III - 1, 5

C) I - 2, 5; II - 3, 6; III - 1, 4

D) I - 3, 5; II - 2, 4; III - 1, 6

E) I - 3, 4, 5; II - 2, 6; III - 1

19. Nitq etiketləri üzrə uyğunluğu müəyyən edin.

I - müraciət II - təbrik III - ayrılma

1 - Əlvida! 2 - Təbrik edirəm! 3 - A bala!

4 - Salamat qalın! 5 - Dərdin alım! 6 - Mübarəkdir!

A) I - 3, 5; II - 2, 4; III - 1, 6

B) I - 3, 4; II - 2, 6; III - 1, 5

C) I - 2, 5; II - 3, 6; III - 1, 4

D) I - 3, 5; II - 2, 6; III - 1, 4

E) I - 3, 4, 5; II - 2, 6; III - 1

20. Nitq etiketləri üzrə uyğunluğu müəyyən edin.

I - müraciət II - təbrik III - ayrılma

1 - Sağ olun!

2 - Bayramınız mübarək!

3 - Qadası!

4 - Xudahafiz!

5 - Müəllim!

6 - Xoşbəxt olun!

A) I - 3, 5; II - 2, 4; III - 1, 6

B) I - 3, 4; II - 2, 6; III - 1, 5

C) I - 2, 5; II - 3, 6; III - 1, 4

D) I - 3, 5; II - 2, 6; III - 1, 4

E) I - 3, 4, 5; II - 2, 6; III - 1



Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin