## İxtisas: Təhsildə sosial psixoloji xidmət ## Fənnin adı: Azərbaycan dili və nitq mədəniyyəti


##num= 12// level= 1// sumtest=20 // name= Mədəni nitqə verilən tələblər //



Yüklə 1,59 Mb.
səhifə12/14
tarix24.02.2020
ölçüsü1,59 Mb.
#102167
1   ...   6   7   8   9   10   11   12   13   14

##num= 12// level= 1// sumtest=20 // name= Mədəni nitqə verilən tələblər //


1. Aşağıda Aristotelin natiqin məharəti üzrə vrdiyi 5 cəhətdən biri səhv verilmişdir:

A) materialın icadı və onun hazırlanması

B) materialın işlənməsi üzrə məqsədin müəyyənləşdirilməsi

C) materialın plan üzrə müvafiq formaya salınması

D) materialın öyrənilməsi və yadda saxlanılması

E) materialın şifahi şərhinin ədəbi - üslubi cəhətdən işlənməsi

2. Bu nitq normalarından biri yalnız şifahi ədəbi dilə aiddir:

A) orfoepik

B) orfoqrafik

C) leksik - semantik

D) morfoloji

E) sintaktik

3. “Təbabət üç nəhəngin çiynində dayanır: bitki, bıçaq, söz” fikri kimə məxsusdur?

A) Əbu Əli ibn Sinaya

B) Əbdürrəşid Bakuviyə

C) Hippokrata

D) Məhəmməd Füzuliyə

E) Nəsirəddin Tusiyə

4. “Sözün qədrini bilin, həyatda ancaq söz yadigar qalır” fikrinin müəllifi kimdir?

A) Əbülqasim Firdovsi

B) Əbu Əli ibn Sina

C) Saib Təbrizi

D) Sədi Şirazi

E) Nəsirəddin Tusi

5. Xalqın ümumi ünsiyyətinə xidmət edən və möhkəm qayda - qanunlara tabe olan nitq forması:

A) dialekt

B) ədəbi dil

C) xalq dahışıq dili

D) milli dil

E) şivə

6. Verilənlərdən hansılar Roma natiqlik məktəbinin nümayəndələridir?

1 - Andokid 2 - Antoni Mark 3 - Demosfen 4 - Katon 5 - Qrakxi

A) 2, 4, 5

B) 1, 3, 5

C) 2, 4

D) 1, 2, 4, 5

E) 1, 2, 5

7. Dialoji nitq formaları hansılardır? I - dialoq II - monoloq III - çıxış IV - diskusiya V - məruzə

A) III - V

B) II - III

C) I - II

D) I - IV

E) I - V

8. Monoloji nitq formaları hansılardır?

I - dialoq II - monoloq III - çıxış IV - diskusiya V - məruzə

A) II - III - V

B) II - III

C) I - II - V

D) III - V

E) I - IV

9. Hansılar “yorulmaq” sözünün sinonimi deyil?

1 - yola getmək

2 - haldan düşmək

3 - nəfəsi kəsilmək

4 - can qoymaq

5 - əldən düşmək

6 - əldən salmaq

7 - taqəti kəsilmək

A) 1, 4, 6

B) 1, 3, 6

C) 2, 3, 7

D) 1, 5, 6

E) 4, 6, 7

10. Verilmiş müəlliflərdən ikisinin “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” adlı kitabları vardır:

1 - N. Abdullayev

2 - A. Abdullayev

3 - H. Həsənov

4 - Ə. Əfəndizadə

5 - K. Əliyev

A) 1, 2

B) 1, 3

C) 2, 4

D) 3, 5

E) 3, 4

11. Hansılar səhvdir?

Nitqin rabitəliliyi üçün aşağıdakılara əməl edilməlidir:

1 - Nitq məzmunca dolğun olmalıdır.

2 - Səslər, sözlər aydın diksiya ilə tələffüz olunmalıdır.

3 - Hər hansı məsələ barəsində danışarkən və ya yazarkən müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır.

4 - Söz və qrammatik formalar orfoepik qaydalar əsasında tələffüz olunmalıdır.

5 - Danışan və ya yazan şəxs əsas və ikinci dərəcəli məsələləri bir - birinidən ayırmağı bacarmalıdır.

6 - Natiqin öz sözü, öz cümləsi olmalı, o öz düşüncəsi, üslubu ilə danışmalıdır.

7 - Nitqdə işlənən bütün sözlər dinləyicilərin ümumi səviyyəsinə və xüsusiyyətlərinə uyğun gəlməli, hamı üçün aydın və anlaşıqlı olmalıdır.

A) 2, 4, 7

B) 1, 3, 5, 6

C) hamısı

D) 1, 4, 5, 7

E) 1, 3, 5

12. Nitqin rabitəliliyi üçün aşağıdakılardan hansılara əməl edilməlidir?

1 - Nitq məzmunca dolğun olmalıdır.

2 - Səslər, sözlər aydın diksiya ilə tələffüz olunmalıdır.

3 - Hər hansı məsələ barəsində danışarkən müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır.

4 - Söz və qrammatik formalar orfoepik qaydalar əsasında tələffüz olunmalıdır.

5 - Danışan və ya yazan şəxs əsas və ikinci dərəcəli məsələləri bir - birinidən ayırmağı bacarmalıdır.

6 - Natiqin öz sözü, öz cümləsi olmalı, o öz düşüncəsi, üslubu ilə danışmalıdır.

7 - Nitqdə işlənən bütün sözlər dinləyicilərin ümumi səviyyəsinə və xüsusiyyətlərinə uyğun gəlməli, hamı üçün aydın və anlaşıqlı olmalıdır.

A) hamısı

B) 2, 4, 7

C) 1, 3, 5, 6

D) 1, 4, 5, 7

E) 1, 3, 5

13. Çıxış edərkən vacib sayılan şərtləri ardıcıllıqla göstərin.

1 - aşağı tonda danışmaq 2 - mövzudan uzaqlaşmamaq

3 - əvvəlki fikirləri təkrar etməmək 4 - aydın danışmaq

5 - yığcamlıq

A) 2, 3, 4, 5

B) 1, 3, 5

C) 2, 3, 4

D) 1, 2, 3, 5

E) 3, 4, 5

14. Nitqin zənginliyini təmin edən amilləri ardıcıllıqla göstərin.

1 - sadəlik 2 - sinonimlik

3 - leksik rəngarənglik 4 - intonasiya

5 - təkrardan qaçmaq

A) 2, 3, 4, 5

B) 1, 3, 5

C) 2, 3, 4

D) 1, 2, 3, 5

E) 3, 4, 5

15. Nitqin təmizliyinə aid edilən cəhətləri ardıcıllıqla göstərin.

1 - danışılacaq materialı əvvəlcədən hazırlamaq

2 - məhəlli sözlərə, yerli şivələrə yol verməmək

3 - əcnəbi sözlərin lüzumsuz işlənməsinə yer verməmək

4 - tüfeyli sözləri nitqdə işlətməmək

5 - vulqar və loru sözlərə yol verməmək

A) 2, 3, 4

B) 1, 3, 5

C) 2, 3, 4, 5

D) 1, 2, 3, 5

E) 3, 4, 5

16. Dilin ünsiyyət funksiyasını düzgün yerinə yetirmək üçün tələb olunan amilləri düzgün ardıcıllıqla göstərin.

1 - fonetik, leksik, qrammatik normalara əməl etmək

2 - dinləyicinin səviyyəsini nəzərə almaq

3 - xüsusi tələblərə cavab verən nitqə əməl etmək

4 - leksik - qrammatik normalara əməl etmək

5 - ifadəli və bəlağəti nitqə sahib olmaq

A) 2, 3, 4, 5

B) 1, 3, 5

C) 2, 3, 4

D) 1, 2, 3, 5

E) 3, 4, 5

17. Uyğunluğu tapın.

I - nitqin aydınlığı II - nitqin təmizliyi III - nitqin yığcamlığı

IV - nitqin zənginliyi V - nitqin orijinallığı

1 - Nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğudur.

2 - Nitqin özünəməxsusluğu, bir şəxsin başqalarından fərqli danışması və yazmasıdır.

3 - Dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir.

4 - Müxtəsərlik, fikrin qısa və aydın şəkildə ifadə olunması ilə bağlıdır.

5 - Ədəbi dil normalarına uyğun gəlməyən dil vahidlərinin nitqdə işlədilməməsidir.

A ) I - 3; II - 5; III - 4; IV - 2; V - 1

B) I - 5; II - 3; III - 1; IV - 4; V - 2

C) I - 3; II - 5; III - 4; IV - 1; V - 2

D) I - 3; II - 4; III - 5; IV - 1; V - 2

E) I - 4; II - 1, III - 2; IV - 5; V - 3

18. Uyğunluğu müəyyən edin.

I - dil

II - nitq

1 - Ünsiyyət vasitəsidir. 2 - İctimai hadisədir. 3 - Tarixi səciyyə daşıyır.

4 - Ünsiyyət prosesidir. 5 - Fərdidir. 6 - Dəyişməzdir.

7 - Törəmədir.

A) I - 1, 2, 6 II - 3, 4, 5, 7

B) I - 1, 3, 5, 6; II - 4, 5, 7

C) I - 1, 3, 6; II - 2, 4, 5, 7

D) I - 1, 3, 4, 6; II - 2, 5, 7

E) I - 1, 2, 4; II - 3, 5, 6, 7

19. Cümlələrdə normaların pozulması üzrə uyğunluğu tapın.

I - fonetik norma

II - leksik norma

III - qrammatik norma

1 - Axşam işıxlar söndü

2 - Uşaqların hamısı gəldilər

3 - Çox adamın bunnan əhvalatı yoxdur

4 - Mağazadan beş dəftərlər aldım

A) I – 1, 3; II – 2, 3; III – 2, 4

B) I – 1, 4; II – 3; III – 2, 3

C) I – 1; II – 3, 4; III – 2

D) I – 3; II – 3; III – 1, 2, 4

E) I – 1, 3; II – 3; III – 2, 4

20. Cümlələrdə normaların pozulması üzrə uyğunluğu tapın.

I - fonetik norma

II - leksik norma

III - qrammatik norma

1 - Bütün mağazalar baxlanmışdı

2 - Adamların çoxu əliboş idilər

3 - Bir çox məsələ həll olunmamış qaldı

4 - Mən sənnən ötrü bura görmüşəm

A) I – 1; II – 1, 4; III – 2, 3

B) I – 1. 4; II – 4; III – 2. 3

C) I – 1, 2, ; II – 4; III – 1, 3

D) I – 2, 3; II – 3; III – 2, 4

E) I – 4; II – 1, 4; III - 2, 3

Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin