## İxtisas: Təhsildə sosial psixoloji xidmət ## Fənnin adı: Azərbaycan dili və nitq mədəniyyəti


##num= 10// level= 1// sumtest=20 // name= Cümlə üzvləri və onların həmcinsliyi //



Yüklə 1,59 Mb.
səhifə10/14
tarix24.02.2020
ölçüsü1,59 Mb.
#102167
1   ...   6   7   8   9   10   11   12   13   14

##num= 10// level= 1// sumtest=20 // name= Cümlə üzvləri və onların həmcinsliyi //


1. «Dəsgah yerdir bura» cümləsində mübtədanın ifadə vasitəsi nədir?

A) fel

B) əvəzlik

C) sifət

D) isim

E) zərf

2. «Mərdan tünlükdən qorxub cəld ötmək istədi» cümləsində mürəkkəb cümlə üzvü hansıdır?

A) zərflik

B) xəbər

C) təyin

D) mübtəda

E) tamamlıq

3. «Tilovların biri Abuzərin əlində idi» cümləsində mübtədanın ifadə vasitəsini göstərin.

A) say

B) II növ təyini söz birləşməsi

C) III növ təyini söz birləşməsi

D) isim

E) əvəzlik

4. «Məktəbi yoxlamağa gələnlər direktoru yerində tapa bilmədilər» cümləsində mürəkkəb cümlə üzvü hansıdır?

A) zərflik

B) təyin

C) mübtəda

D) xəbər

E) tamamlıq

5. Verilənlərdən biri xəbərin sintaktik üsulla ifadəsinə aiddir.

A) feilin əmr şəklinin ikinci şəxsinin təki

B) feilin vacib şəklinin hər üç şəxsi

C) feilin əmr şəklinin I şəxsinin tək və cəmi

D) feilin lazım şəklinin hər üç şəxsi

E) feilin xəbər şəklinin hər üç şəxsi

6. «Mən zavoda girəndə orada kimsə yox idi» cümlə - sinin sintaktik təhlil sxemi hansıdır?

1 - mübtəda 2 - xəbər 3 - tamamlıq 4 - təyin 5 - zərflik

A) 1 - 5 - 3 - 2

B) 5 - 3 - 1 - 2

C) 5 - 3 - 5 - 1 - 2

D) 5 - 5 - 2

E) 5 - 5 - 1 - 2

7. “Ürək böyük, arzular çox, yollar uzun, səbrimsə az. . . ”

Nümunə haqqında verilmiş hansı mühakimələr yanlışdır?

1 - Adlıq cümlədir.

2 - Cüttərkibli müxtəsər cümlədir.

3 - Xəbərlik şəkilçiləri ixtisar edilmişdir.

4 - Zahiri qrammatik formalaşma yoxdur.

5 - Tabeli mürəkkəb cümlədir.

6 - İntonasiyanın sayəsində yanaşı duran iki söz cümlə kimi çıxış edir.

A) 1, 5

B) 2, 5

C) 1, 6

D) 2, 3

E) 1, 4

8. «Mal - qara örüşdən qayıdanda kənddə kimsə yox idi» cümləsinin sintaktik təhlil sxemi hansıdır?

1 - mübtəda 2 - xəbər 3 - tamamlıq 4 - təyin 5 - zərflik

A) 5 - 3 - 5 - 1 - 2

B) 5 - 3 - 1 - 2

C) 5 - 5 - 1 - 2

D) 5 - 5 - 2

E) 1 - 5 - 3 - 2

9. Aşağıdakı mühakimələrdən neçəsi düzdür? Düzgün bəndi müəyyənləşdirin.

1 - Adlıq halda olan isim cümlənin təyini ola bilər.

2 - Yiyəlik halda olan söz ayrılıqda cümlənin xəbəri ola bilər.

3 - İsim cümlənin təyini kimi işlənə bilməz.

4 - Şəxssiz cümlənin xəbəri bir qayda olaraq 3 - cü şəxsin cəmində olur.

5 - Cümlənin qurulması üçün predikativlik və bitmə intonasiyası vacibdir.

A) 1, 2, 5

B) 2, 3, 4, 5

C) 3, 4, 5

D) 1, 2, 4, 5

E) Hamısı düzdür

10. Xəbəri frazeoloji birləşmə ilə ifadə olunan cümlələr hansı bənddədir?

1 - Bahar yağışına tamaşa edən Salatını fikir götürdü.

2 - Dava - dalaşın səhəri günü Zərnigar xanımın yanına getmişdi.

3 - Kəndin üst tərəfindəki təpələri qara buludlar bürümüşdü.

4 - Salatın qızın dalınca baxıb köksünü ötürdü.

5 - Bir də görürsən, açılan solur.

A) 3, 4

B) 1, 3, 5

C) 1, 4

D) 1, 2, 4

E) 2, 3, 5

11. Verilmiş cümlələrin ikisində xəbər sintaktik üsulla ifadə olunub.

1 - Oğul paşa, qız tamaşa. 2 - Oğul baş ucalığı, qız üz ağlığıdır. 3 - Ağıllı özünü, ağılsız özgəni qınayar. 4 - Aşıq harda, məclis də orda.

A) 1, 4

B) 1, 3, 4

C) 3, 4

D) 1, 2, 3

E) 2, 3

12. “Anlamayana nəsihət vermək, başa düşməyənə yaxşılıq etmək, boşboğaza sirr vermək ən böyük səhvdir” cümləsinin sintaktik təhlil sxemi hansıdır?

1 - tamamlıq 2 - mübtəda 3 - xəbər 4 - təyin 5 - zərflik

A) 2 - 2 - 2 - 4 - 3

B) 1 - 2 - 1 - 2 - 1 - 2 - 4 - 3

C) 1 - 2 - 3

D) 1 - 2 - 3 - 4

E) 2 - 2 - 2 - 5 - 3

13. Verilmiş cümlədə işlənmiş cümlə üzvlərinin düzgün ardıcıllığı hansı bənddədir?

Onun həsrət qarışıq böyük bir sevinclə qoxulayaraq bağrına basdığı bu güllər Vətən torpağından idi“.



A) təyin, təyin, mübtəda, xəbər

B) tamamlıq, təyin, mübtəda, xəbər

C) tamamlıq, təyin, tərzi - hərəkət zərfliyi, mübtəda, xəbər

D) zaman zərfliyi, tərzi - hərəkət zərfliyi, təyin, xəbər

E) təyin, mübtəda, xəbər

14. «Bu dəfə təpənin üstündə yerləşən evdən uşaqlara Novruz payı verildi» cümləsinin sintaktik təhlil sxemini ardıcıllıqla göstərin.

1 - mübtəda 2 - xəbər 3 - tamamlıq 4 - təyin 5 - zərflik

A) 5 - 4 - 5 - 3 - 1 - 2

B) 5 - 3 - 5 - 1 - 2

C) 5 - 4 - 5 - 3 - 3 - 2

D) 5 - 5 - 3 - 1 - 2

E) 5 - 4 - 3 - 3 - 1 - 2

15. «Ağacın lap zirvəsindəki budağa iki sərçə qonmuşdu» cümləsinin sintaktik təhlil sxemini ardıcıllıqla göstərin. 1 - mübtəda 2 - xəbər 3 - tamamlıq 4 - təyin 5 - zərflik

A) 4 - 3 - 1 - 2

B) 4 - 5 - 4 - 1 - 2

C) 5 - 4 - 1 - 2

D) 4 - 3 - 4 - 1 - 2

E) 3 - 4 - 1 - 2

16. «Çay daşdığına görə yamacdakı evləri sel aparmışdı» cümləsinin sintaktik təhlil sxemini ardıcıllıqla göstərin. 1 - mübtəda 2 - xəbər 3 - tamamlıq 4 - təyin 5 - zərflik

A) 5 - 4 - 1 - 2

B) 4 - 5 - 4 - 1 - 2

C) 5 - 4 - 3 - 1 - 2

D) 4 - 3 - 4 - 1 - 2

E) 3 - 4 - 1 - 2

17. Uyğunluğu müəyyən edin.

I Nəticə obyekti bildirən vasitəsiz tamamlıq

II Vasitəli tamamlıq

III Tam dəyişikliyə uğrayan vasitəsiz tamamlıqlar

1 - Dərdə bax, millətə bax, niyyətə bax, Ölülərdən ölülər feyz alacaq.

2 - Sahibkarlar şəhərin mərkəzində bir - birindən hündür binalar tikir.

3 - Xanın fərraşları qoca qarının komasını yerlə yeksan etdilər.

4 - Rasim Kamil məllimin yasəmən agacında qaranquş balası üçün tikdiyi yuvanı uçurdu.

5 - Firudun qəzetləri gözdən keçirə - keçirə dostuna qulaq asırdı.

A) I 2; II 1, 5; III 3, 4

B) I 2, 3; II 1, 4; III 5

C) I 2, 4; II 3, 5; III 1

D) I 4; II 1, 2; III 3, 5

E) I 5; II 1, 3; III 2, 4

18. Uyğunluğu müəyyən edin.

I Tamamlığın əlavəsi

II Mübtədanın əlavəsi

III Zərfliyin əlavəsi

1 - Külək çöllərdən qalxan dumanı cənuba – Salyan və Lənkəran tərəfə qovub aparır, hay - küy səsindən qulaq tutulurdu.

2 - Cəbhəçi əsgərin oğlu ilə görüşü hamıdan çox ananı – Asyanı sevindirirdi, ona az - çox ümid verirdi. .

3 - Deyəsən, məni bunlar – qalın kitabların mənası ilə silahlanmış həkimlər həyata qaytarırlar.

4 - Mən Rəxşəndəni – yeni qadın nəslinin bu gözəl nümayəndəsini yalnız indi olduğu kimi görməyə başladım.

5 - Buradan da Bərgüşad çayı aşağı – Araza doğru sallanır, o taydan basıb gələn dumanlar bu aranın gündüzünü gecəyə döndərir.

6 - Var olsun yaman günün yarağı – qaşlı xəncər!

A) I 4, 6; II 2, 5; III 1, 3

B) I 2, 3; II 1, 6; III 4, 5

C) I 2, 5; II 1, 3; III 4, 6

D) I 2, 4; II 3, 6; III 1, 5

E) I 4, 5; II 1, 2; III 3, 6

19. Uyğunluğu müəyyən edin.

I Həmcins üzvlər

II Əlavə

III Təyin

1 - İzah etdiyi üzvün formasını qəbul edir.

2 - Aralarında tabesizlik əlaqəsi mövcuddur.

3 - İzah etdiyi üzvün qrammatik formasını qəbul etmir.

4 - Eyni suala cavab verir.

5 - İzah etdiyi üzvdən sonra gəlir.

6 - Bir qayda olaraq, izah etdiyi üzvdən qabaq gəlir.

A) I 2, 4; II 1, 5; III 3, 6

B) I 2, 6; II 4, 5; III 1, 3

C) I 4, 5; II 1, 3; III 2, 6

D) I 2, 3; II 5, 6; III 1, 4

E) I 3, 4; II 1, 6; III 2, 5

20. Uyğunluğu müəyyən edin.

I Mübtəda

II Xitab

III Əlavə

1 - Həmişə asılı olduğu cümlə üzvündən sonra gəlir.

2 - Yalnız xəbərlə sintaktik əlaqədə olur.

3 - İzah etdiyi üzvün qrammatik əlamətlərini daşıyır.

4 - Cümlənin istənilən yerində gələ bilər.

5 - Ən çox cümlənin əvvəlində işlənir.

6 - Cümlə üzvləri ilə məna cəhətdən bağlı olsa da, qrammatik cəhətdən əlaqəyə girmir.

A) I 1, 2; II 3, 4; III 5, 6

B) I 2, 5; II 4, 6; III 1, 3

C) I 2, 3; II 1, 6; III 4, 5

D) I 2, 6; II 1, 4; III 3, 5

E) I 2, 4; II 3, 6; III 1, 5

Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin