##book_id=064//book_name= Azərbaycan dili və nitq mədəniyyəti //
##fk=126// ks=02 //fn= 064// sumalltest= 296 //
## Fakültə: Məktəbəqədər təhsil, korreksiyaedici təlim və psixoloji xidmət
## İxtisas: Təhsildə sosial - psixoloji xidmət
## Fənnin adı: Azərbaycan dili və nitq mədəniyyəti
## Bölmə: Azərbaycan
## Kurs: II
## Qrup: 212 - 213
## Müəllim: dos. Allahverdi Hacıyev
## Kafedra müdiri: prof. Əzizxan Tanrıverdiyev
## Kafedra üzrə işçi qrupu: 1. __________________________________
2. __________________________________
##num= 1// level= 1// sumtest=19 // name= Azərbaycan dili haqqında ümumi məlumat //
1. Dil haqqındakı fikirlərdən yalnız biri doğrudur:
A) Dil və təfəkkür arasında heç bir əlaqə yoxdur.
B) Təfəkkür dilin ifadə aləti kimi təzahür edir.
C) Dil xalqın tarixi ilə üzvi surətdə bağlı olur.
D) Dil məfhum və hökmlər vasitəsilə meydana çıxır.
E) Dil ayrı - ayrı şəxslər tərəfindən yaranıb xalqa xidmət edir.
2. Dil ailələri hansı meyar əsasında müəyyənləşdirilir?
A) genetik, fonetik və qrammatik meyarlar əsasında
B) qrammatik meyar əsasında
C) fonetik və qrammatik meyarlar əsasında
D) fonetik meyar əsasında
E) genetik meyar əsasında
3. Fikirlərdən biri səhvdir:
A) Dil ilə təfəkkür eyni vaxtda və eyni mənbədən yaranırlar.
B) Təfəkkür lüğəvi, dil isə qrammatik vahidlərdən istifadə edir.
C) İctimai hadisə olan dil təfəkkürün ifadə vasitəsidir.
D) Məfhum və hökmlər təfəkkür üçün istifadə mənbəyidir.
E) Dil və təfəkkür vəhdətdə olsa da, eyniyyət təşkil etmir.
4. «…mən bir çox dağlar aşdım, Şuşa, Quba və Şamaxı şəhərlərində oldum… azərbaycanca öyrənməyə başladım; həmin dil burada və ümumiyyətlə, Asiyada fransız dilinin Avropada olduğu qədər zəruri bir dildir».
Azərbaycan dili haqqında deyilən bu sözlərin müəllifi kimdir?
A) M. Y. Lermontov
B) A. S. Puşkin
C) A. Düma
D) A. Bestujev - Marlinski
E) S. Yesenin
5. Verilmiş fikirlərdən hansı səhvdir?
A.) Azərbaycan dili qədim dövrlərdən başlayaraq bir sıra dillərlə qarşılıqlı əlaqədə olmuş, başqa dillərdən söz almış və bəzi dillərə söz vermişdir
B) Altay dillər ailəsinin tərkibini təşkil edən dillərdən ən böyüyü Türk dilləri qrupudur.
C) Altay dillər ailəsində Türk dilləri qrupuna daxil edilən dillər leksik, morfoloji və sintaktik cəhətdən bir - birinə çox yaxındır.
D) Mövcud olduğu bütün tarix boyu öz orijinallağını mühafizə edib saxlayan Azərbaycan dili get - gedə inkişaf edərək XIX əsrdə milli dilə çevrilmişdir.
E) İndiyə qədər dilçilik elmində 6 dil ailəsi müəyyənləşdirilmişdir ki, bunlardan biri - 36 dildən ibarət olan Altay dillər ailəsidir.
6. M. Füzulinin verilmiş əsərlərindən ikisi Azərbaycan dilində yazılmışdır:
1 - «Söhbətül - əsmar» 2 - «Həft cam» 3 - «Şikayətnamə» 4 - «Mətləül - etiqad» 5 - «Rindü Zahid»
A) 2, 4, 5
B) 1, 3
C) 2, 4
D) 1, 3, 5
E) 1, 4
7. Hansı söz birləşmələrinin asılı tərəfinin son samiti kar tələffüz olunur?
I - barıt anbarı II - kitab şkafı III - palıd ağacı IV - çəkic səsi V - məktəb direktoru
A) I, II, IV, V
B) I, II, IV
C) II, III, V
D) II, IV, V
E) I, III, IV
8. Dilimizdə hansı saitlər qoşa yazıla bilir?
1 – a 2 – ı 3 – o
4 – u 5 – e 6 - ə
7 – i 8 – ö 9 – ü
A) hamısı
B) 1, 3, 4, 6, 7
C) 1, 3, 5, 7, 9
D) 2, 4, 6, 8
E) 1, 3, 6, 7
9. Dilimizdə hansı saitlər uzun tələffüz oluna bilir?
1 – a 2 – ı 3 – o 4 – u 5 – e
6 – ə 7 – i 8 – ö 9 – ü
A) 1, 3, 4, 5, 6, 7, 8
B) hamısı
C) 1, 3, 5, 7, 9
D) 1, 2, 3, 4, 6, 8
E) 1, 3, 5, 6, 7, 9
10. Dilimizdə hansı saitlər uzun tələffüz oluna bilmir?
1 – a 2 – ı 3 – o
4 – u 5 – e 6 - ə
7 – i 8 – ö 9 – ü
A) 1, 3, 5
B) 1, 2, 4, 9
C) 2, 9
D) 2, 3
E) 1, 3, 7, 9
11. Sözlərdən hansının tərkibində qapalı sait iştirak etmir?
1 - pencək
2 - filoloq
3 – mərhəmət
4 - qəhrəman
5 - ədəbiyyat
A) 1, 3, 4
B) 2, 5
C) 1, 3, 5
D) 2, 4, 5
E) 1, 2, 4
12. Tərkibində qapalı sait iştirak etməyən sözləri ardıcıllıqla göstərin.
1 - göbələk 2 - filoloq
3 - zəhmətkeş 4 - qəhrəman
5 - ədəbiyyat
A) 1, 2, 4
B) 2, 5
C) 1, 3, 5
D) 2, 4, 5
E) 1, 3, 4
13. Verilmiş fikirlərdən hansılar səhv olub düzgün ardıcıllığı pozur?
1 - Dil, dodaqlar, dişlər, sərt damaq və dilçək fəal danışıq üzvləridir.
2 - Nitqdəki bu və ya digər səsin yaranmasında danışıq üzvlərinin aldığı vəziyyətə məxrəc deyilir.
3 - Səs dilin əsas və bölünməz vahididir.
4 - Sözü fərqləndirə bilməyən səslər fonem vavriantları adlanır.
5 - Dilimizdəki bütün səslər məxrəcinə görə saf səslərdir.
6 - Sözlərdəki hecalar böyük, səslər isə kiçik fonetik vahidlərdir.
7 - Dilçilikdə fonemlərin əmələgəlmə xüsusiyyətləri və digər məsələləri ilə fonologiya məşğul olur.
A) 1, 2, 3, 5 və 7
B) 1, 3 və 5
C) 2, 4 və 5
D) 2, 3, 6 və 7
E) 3, 4, 5 və 6
14. Felin hansı zamanının inkarında eliziya hadisəsi baş verir? Ardıcıllıqla göstərin.
1 – şühudi keçmiş zamanda 2 – nəqli keçmiş zamanda
3 – indiki zamanda 4 – qəti gələcək zamanda
5 – qeyri - qəti gələcək zamanda
A) 2, 3, 5
B) 1, 3
C) 3, 5
D) 1, 4
E) 2, 4
15. Samit səslərin hansı prinsiplərə görə təsnif olunduğunu düzgün ardıcıllıqla göstərin.
1 – əmələgəlmə yerinə
2 – səslənmə fərqinə görə
3 – əmələgəlmə üsuluna
4 – ağız və burun boşluğunda yaranmasına görə
5 – səs tellərinin vəziyyətinə
6 – tərkibinə görə
A) 1, 3, 5, 6
B) 2, 4, 6
C) 1, 2, 3, 5, 6
D) 1, 3, 4, 6
E) 1, 3, 5
16. Uyğunluğu tapın. Hansı sıradakı birləşmədə asılı tərəfin son samiti:
I - yazıldığı kimi tələffüz olunur
II - yazıldığı kimi tələffüz olunmur
A - kənd axşamı B - gənc qız
C - qənd zavodu D - dörd rəqəmi
E - dörd alma
A) I – A, C, E; II – B, D
B) I – A, B, C; II – D, E
C) I – B, C, D; II – A, E
D) I – A, D; II – B, C, E
E) I – A, E; II – B, C, D
17. Uyğunluğu tapın. Hansı sıradakı birləşmədə asılı tərəfin son samiti:
I - yazıldığı kimi tələffüz olunur
II - yazıldığı kimi tələffüz olunmur
A - kənd adamı B - bürünc medal
C - qurd dərəsi D - uşaq çantası
E - dörd uşaq
A) I – A, E; II – B, C, D
B) I – A, B, C; II – D, E
C) I – B, C, D; II – A, E
D) I – A, D; II – B, C, E
E) I – A, C, E; II – B, D
18. Uyğunluğu tapın. Hansı sıradakı birləşmədə asılı tərəfin son samiti:
I - yazıldığı kimi tələffüz olunur
II - yazıldığı kimi tələffüz olunmur
A - mərd insan B - gülünc söhbət
C - qurd dərisi D - balıq yağı
E - dərd adamı
A) I – B, C, D; II – A, E
B) I – A, B, C; II – D, E
C) I – A, E; II – B, C, D
D) I – A, D; II – B, C, E
E) I – A, C, E; II – B, D
19. Uyğunluğu tapın. Hansı sıradakı birləşmədə asılı tərəfin son samiti:
I - yazıldığı kimi tələffüz olunur
II - yazıldığı kimi tələffüz olunmur
A - qənd ovuntusu B - qorxunc yuxu
C - bulud topası D - qoruq sahəsi
E - dörd uşaq
A) I – A, E; II – B, C, D
B) I – A, B, C; II – D, E
C) I – B, C, D; II – A, E
D) I – A, D; II – B, C, E
E) I – A, C, E; II – B, D
Dostları ilə paylaş: |